Azəri
Sunday 21st of July 2024
0
نفر 0

ƏHMƏDİYYƏ

᾿sisçisi:

Qadiyaniyyə kimi məşhur olan bəzi tərəfdarları özlərini Mirzaiyyə adlandıran Əhmədiyyə firqəsi Mirzə Qulam Əhməd Qadiyani tərəfindən ᾿sis olunmuşdur. Qulam Əhməd təqribən Hicrətin 1255-ci (1839-cu miladi) ilində Hindistanın Pəncab vilayətində yerləşən Qadiyan şəhərinin Qurdaspur məntəqəsində dünyaya gəlmişdir. Atası Mirzə Qulam Mürtəza, Əmir Teymur Qurqaninin əmisi Əmir Bərlasın nəslindən idi. Əmir Teymur, Əmir Bərlasın ixtiyarında olan Kiş vilayətini ələ keçirdikdən sonra o, ailəsi ilə birlikdə əvvəlcə Xorasanda, sonra isə Hicrətin 10-cu əsrinin sonunda Hindistana gəlib Bəpas çayının kənarında məskunlaşdı. Əmir Bərlasın maddi ictimai mövqeyinin yüksək olması Hindistandakı İngilis dövlətinin diqqətini özünə cəlb etmişdi. Qulam Mürtəzanın sənəti təbabət idi deyilənlərə görə o, İngilis dövləti ilə səmimi münasibətdə olmuş neçə illər onlara xidmət etmişdir. Qulam Əhməd ibtidai təhsilini başa vurduqdan sonra islami elmlərə yiyələnməyə başlayır. Lakin az sonra İngilis dövləti onu 1860- ildən 1865-ci ilədək «Səyalkut» şəhərində dövlət idarələrinin birində xidməti vəzifəyə götürür. Lakin həmin il işini atıb vətəni «Qadiyana» qayıdır. Bir neçə il təklikdə ibadətlə məşğul olur. 1880- ildən e᾿tibarən camaat tərəfindən rəğbətlə qarşılanan «Bərahinul Əhmədiyyə» adlı kitabı yazıb nəşr etdirir. Bu da Qulam Əhmədin ictimai mövqeyinin güclənməsinə səbəb olur.

Cavanlıq illərindən mənəviyyat ruhi tərbiyə naminə özünü çətinliklərə vadar edən həmin dövrlərdə Allah tərəfindən peyğəmbərliyə göndərildiyini ona vəhy olunduğunu iddia edən Qulam Əhməd əlli yaşına çatdıqda, camaatdan bey᾿ət almaq icazəsini alır. O, Peyğəmbərin (s) hədisinə istinad edərək özünü «İslam dininin islahatçısı» kimi qələmə verib deyirdi: Mən İsa ibni Məryəmdən daha üstünəm hind, müsəlman, məsihi zərdüştlərin intizarında olduqları həmin sonuncu ilahi rəhbərəm.

Sonralar peyğəmbərlik iddiası etmiş Səyəlkutun müftisi 1900-cu ildə cümə namazındakı xütbəsində onun peyğəmbərliyini rəsmi şəkildə e᾿lan edərək demişdir: «Həqiqətən Mirzə Əhməd Allah tərəfindən göndərilmişdir ona iman gətirmək hər bir şəxsə vacibdir.

Mirzə Əhməd Qadiyani peyğəmbərlik iddiasından təqribən səkkiz il sonra, ᾿ni 1908-ci ildə Qadiyan şəhərində vəfat etdi elə oradaca dəfn olundu.

ƏHMƏDİYYƏ FİRQƏSİNİN ƏQİDƏLƏRİ

Tarixi mənbələrdə öz əlyazmalarında Mirzə Qulam Əhmədin peyğəmbərlik iddiası sübuta yetirilsə , onun bu iddiası xoş xəyal xülyadan başqa bir şeyə bənzəmir.

Qulam Əhmədin Hindistan kimi çoxtəriqətli yoqa ayininə mənsub olan bir məntəqəsində ᾿zi şəxslərin özlərini əzab çətinliklərə vadar etdikdən sonra camaatı öz ətrafına yığaraq yeni məzhəb yaratması bəlkə onun peyğəmbərlik iddiası etməsinə öz ᾿sirini göstərmişdir.

Belə ki, o, iyirmi beş yaşından bir guşəyə çəkilərək ibadətə qapılmış özünü bir çox çətinliklərə vadar etmişdir. ᾿lum olduğu kimi o, əvvəllər özünün Məsih, sonra İmam Zaman Mehdi, daha sonra isə Tara Krişna olduğunu iddia etmişdir. Krişnanın məzhəriyyət (Allahın, insanın vücudunda zühur etməsi) iddiası etməsi isə Hinduizm e᾿tiqadından qaynaqlanmışdır. Bunun səbəbi Hindistanda fəaliyyət göstərməkdə olan üç dinin (tarixi kökü olan Hinduizm, İslam İngilislərin oraya gətirdikləri məsihiyyətin) özlərinə tərəfdar yığmaları olmuşdur. Lakin deyilənlərdən belə ᾿lum olur ki, Qulam Əhmədin peyğəmbərlik iddiası heç ciddi əsaslı olmamışdır. Əvvəla ona görə ki, onun peyğəmbərliyi özünün iştirak etdiyi cümə namazında müfti tərəfindən e᾿lan olunmuşdur. Belə ki, əgər onun peyğəmbərlik iddiası ciddi olsaydı, əvvəlki şəriətlə fərqli olan şəriət gətirər orada ᾿zi dəyişikliklər apararaq özünün yeni şəriətini təbliğ edərdi. Bir halda ki, orada müsəlmanların şəriəti ilə fərqli olan (bir qədər sonra işarə edəcəyik) elə bir dəyişiklik nəzərə çarpmır. Digər tərəfdən peyğəmbərlik iddiası edən şəxslər Allah tərəfindən onlara vəhy nazil olduğunu bəşəriyyətə yeni asimani kitab gətirdiklərini iddia etmişlər. Bab Bəhaullahı buna misal çəkmək olar. Lakin Qadiyani ayinində heç bir müqəddəs kitabdan söz açılmır. Belə ki, Qadiyanilər (Əhmədiyyələr) əqidələrinin sübuta yetirilməsində daim Qur᾿ana istinad etmişlər. Hərçənd Qur᾿an ayələrini öz əqidələrinə əsasən təhlil təfsir etmişlər. Bunu da nəzərdən qaçırmamalıyıq ki, islam nöqteyi-nəzərindən peyğəmbərlərin sonuncusu həzrət Məhəmməddən (s) sonra kiminsə peyğəmbərlik iddiası etməsi tamamilə əsassız eyni zamanda həmin şəxsin dindən çıxması deməkdir. Bu səbəbdən istər sünni, istərsə şiə alimləri Qulam Əhmədin dindən çıxmasına dair fətva vermişlər. Əllamə İqbal Lahuri isə Qulam Əhmədin peyğəmbərlik iddiasını həzrət Məhəmmədin (s) peyğəmbərliyinə qarşı mübarizə islamdan xaric olmuş müstəqil məslək adlandırmışdır. Qulam Əhmədin başqa bir əqidəsi həzrət İsa Məsihlə əlaqəli idi. O, belə bir əqidədə idi ki, Məsih dara çəkilməmiş, düşmənlərinin əlindən qaçaraq Hindistana gəlmiş Kəşmirdə sakin olub orada İncili ᾿lim təbliğ etmişdir. Yüz iyirmi il yaşadıqdan sonra orada vəfat etmiş, Kəşmirin mərkəzi Səringərdə dəfn olunmuşdur dəfn olunduğu yer hal-hazırda «Yazasəf» adlanır.

Qulam Əhməd cihadı rədd edərək deyir: Yaşadığımız dövrdə cihad silah yolu ilə olmamalıdır. Bəlkə sülh əmin-amanlıqla məzhəbin əsaslarını insanlara ᾿lim etmək lazımdır. Belə bir hökmün Qulam Əhməd tərəfindən verilməsi Qadiyaniyyə firqəsinin meydana gəlməsi İngilis istismarı ilə sıx əlaqəlidir. Çünki belə bir nəzəriyyə islam ölkələrinin böyük bir hissəsini İngilis dövləti tərəfindən istismar olunduğu bir dövrdə irəli sürülmüşdür təbii ki, belə bir şəraitdə cihad hökmünün götürülməsi İngilis dövlətinə böyük köməklik göstərə bilərdi. İngilislər müsəlmanlar arasında belə bir ideologiyanı yaymaqla onların üzərində öz hakimiyyətini çox asanlıqla bərqərar edə bildi. Bu səbəbdən Qadiyaniyyə firqəsinin müxalifləri belə hesab edirlər ki, Qulam Əhməd ingilislərdən asılı bir şəxs idi bu cərəyan onların təşəbbüsü ilə meydana gəlmişdir

Bu nəzəriyyənin düzgün olub-olmaması dəqiq şəkildə məlum olmasa da, bu nəticə etibarı ilə eyni təsirə malik idi. Çünki Qadiyaniyyə firqəsinin meydana gəlməsi ingilislərin mənafeyinə tamamilə uyğun olmuşdur. Çünki istismarçı qüvvələr müsəlmanlar arasında təfriqə xürafi əqidələr yaymaqla daim öz siyasətlərini həyata keçirmişlər. Təbii ki, Qadiyaniyyə ideologiyasının yayılması cihad hökmünün aradan götürülməsi İngiltərə kimi imperialist bir qüvvənin öz məqsədinə çatmasında yaxından köməklik göstərmişdir. Qulam Əhmədin İngilis dövləti tərəfindən yüksək «Ser» ləqəbi ilə təltif olunmasının səbəbi məhz bu idi.

Qulam Əhməd ona iman gətirməyən müsəlmanları kafir hesab edirdi. Bu səbəbdən Qadiyaniyyə firqəsinə mənsub olmayan imam camaata iqtida etməyi, vəfat etmiş şəxsə meyit namazı qılmağı, müsəlmanların Qadiyaniyyə qəbristanlığında dəfn olunmasını, Qadiyaniyyə qadınlarının müsəlman kişilərlə evlənməsini Allahdan bu firqəyə mənsub olmayanların bağışlanmasını diləməyi düzgün hesab etməmişdir.

ƏHMƏDİYYƏ FİRQƏSİNİN QULAM ƏHMƏDDƏN SONRAKI FƏALİYYƏTİ

Qulam Əhməd vəfat etdikdən sonra onun sadiq tərəfdarlarından olan Həkim Nurəddin Bəhirəvi Məsihin ilk xəlifəsi seçildi ondan sonra bu məqama Qulam Əhmədin 25 yaşlı oğlu Mirzə Bəşirəddin Mahmud ᾿yin olundu. O bütün aləmə hakim olduğunu iddia edərək deyirdi: «Mən yalnız Qadiyaniyyə Hind xəlifəsi deyiləm, mən qayıdacağına ᾿ verilmiş Məsihin xəlifəsiyəm... Mənim səltənətim bütün aləmə şamildir

İkinci xəlifənin rəhbərlik dövründə Qadiyaniyyə ardıcılları arasında təfriqə yarandı onlar iki hissəyə bölündülər. Əksəriyyəti təşkil edən birinci dəstə Bəşirəddinin rəhbərliyinə sadiq qalaraq onunla birlikdə Qadiyanın 144 kilometrliyində yerləşən Lahur şəhərinə doğru hərəkət etdilər orada Rəbvə şəhərinin ᾿məlini qoyaraq oranı özlərinə mərkəzi iqamətgah seçdilər. Onlar rəhbərlərinə sadiq qalaraq Qulam Əhməd onun xəlifəsinin Məsih İmam Zaman Mehdi olmaq iddialarına ᾿kid edirdilər. Məşvərət məclisi adlı şura ᾿sis edildi orada xəlifənin nəzarəti altında firqənin maliyyə, əqidəvi, mədəni təbliğat işlərinə baxılmağa başlandı. Firqənin davamçıları gəlirlərinin dörddə birini yardım məqsədilə məşvərət şurasına təhvil verməli idilər.

İkinci dəstə Bəşirəddinin rəhbərliyindən imtina edərək Mövləvi Məhəmməd Əlini özlərinə rəhbər seçərək Lahurda məskunlaşdılar. Bu səbəbdən onlara Lahuriyyə deyilirdi. Onlar Əhməd Qulamın İmam Zaman peyğəmbərlik iddiasını təkzib edərək belə bir əqidədə olmuşlar ki, o, heç vaxt belə bir fikir irəli sürməmişdir. Sadəcə olaraq dində islahatlar apararaq islam dininə daxil olmuş bid᾿ətləri aradan çıxarmaq istəmişdir. Lahuriyyə «məşvərət məclisinə» oxşar «İslam yayım birliyini» ᾿sis etməklə öz əqidələrini təbliğ etməyə başlayır. Onlar özlərinin müsəlman Peyğəmbər (s) davamçıları olduqlarını israr etmiş Qur᾿anın (Əlbəttə öz əqidələrinə müvafiq olaraq) təbliğ olunmasında böyük səylər göstərmişlər.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment