İ.İ.R-nın Ailə və Qadınlarla iş üzrə Mərkəzin xalqla münasibətlər məsulu islam ölkələri qadınlar şurasının 3-cü iclasında bildirib ki, Somali xalqına dəstək olmaq məqsədilə fond təsis olunur.
Quran Xəbər Agentliyi : Ailə və Qadınlarla iş üzrə Mərkəzin xalqla münasibətlər məsulu Məryəm Ərşədi İqna-nın müxbiri ilə söhbətində Ailə və Qadınlarla iş üzrə Mərkəzin sədri Məryəm Müctəhidzadənin xarici İşlər Naziri Əliəkbər Salihi ilə Somaliyə səfər etməsindən, oradakı durumu araşdırmasından danışmışdır. Qadın və uşaqların bu hadisələrdən daha çox təsirləndiklərini qeyd edən müsahibimiz bildirib ki, xanım Müctəhidzadə məhz qadın və uşaqların durumu ilə yaxından tanış olmaq və onlara mümkün qədər yardım etmək üçün səfər etmişdir.
Məryəm Ərşədi İranın Qızıl Aypara Cəmiyyətinin Pakistandakı təcrübələrinə arxalanaraq qeyd etmişdir ki, onların Somalidəki fəaliyyəti də uğurla irəliləyəcək. O, həmçinin bildirmişdir ki, kömək məqsədilə yaranacaq fonda dəstək barədə islam ölkələrinin müvafiq qurumlarına müraciətlər göndəriləcək.
source : ایکنا