Azəri
Monday 22nd of July 2024
0
نفر 0

SUFİ FİRQƏLƏRİ (2)

11. Əhli həqq;

Əhli həqq dərviş məsləkli sufi firqələrindən olmuşdur. Əli ibni Əbu Talibə qarşı məhəbbətdə ifrata vardıqları üçün «Əliyullah» kimi məşhur olmuşlar. Onlar bu adı öz üzərlərindən götürmələrinə Allahın Əli ibni Əbu Talibə hülul etməsinə dair onlara aid olunan e᾿tiqadı rədd etmələrinə baxmayaraq, ᾿zi ifratçı əqidələrinə görə ğulatlardan hesab olunmuş, sünni şiə alimləri tərəfindən küfr etməkdə ittiham edilmişlər.

Əhli həqq tərəfdarlarının əksəriyyəti İranın qərb İraqın kürdlər yaşadığı məntəqədə məskunlaşmışlar. Onları başqalarından fərqləndirən ən başlıca xüsusiyyətlərindən biri , dodaqlarının üstünü örtən uzun qalın bığ saxlamaları olmuşdur. Əhli həqq belə bir əqidədədir ki, Əli ibni Əbu Talib bığını azaltmamış ömrünün sonunadək belə qalmışdır. Bunun üçün Əhli həqq bığlarını qırxmağı günah olduqca qəbahətli bir hesab etmişlər.

Onlar özlərinin dərin tarixi köklərə yiyələndiklərini güman etmiş belə bir əqidədə olmuşlar ki, onların firqələri Hicrətin 2-ci əsrində meydana gəlmiş, 7-ci əsrdə isə yeni mərhələyə başlamışdır. ᾿zilərinə görə bu firqə 4- əsrdə Şah Xuvəysin ləqəbi ilə məşhur olan «Mübarək şah» tərəfindən ᾿sis edilmişdir. Şah Xuvəysin İranın Loristan nahiyəsində sufi qütblərindən sufi təriqətlərindən birinin rəhbəri olmuşdur. Ölüm ayağında öz tərəfdarlarına, vəfat etdikdən yüz il sonra Soltan Səhhak, ya İshaq adlı şəxsin cisminə hülul edərək onların rəhbərliyini öz üzərinə götürəcəyini ᾿ vermişdir. Beləliklə, Əhli həqq tərəfdarları illər boyu Səhhakın intizarında olmuş, nəhayət onu taparaq ətrafına toplaşmışlar. Onların tənasüx hülul nəzəriyyəsinə olan e᾿tiqadları da məhz buradan nəş᾿ət tapmışdır. Çünki Əhli həqq belə bir əqidədə olmuşdur ki, ölüm, ruhun günahdan təmizlənməsi üçün cismin birindən digərinə keçmə vasitəsidir. Belə ki, ruh ikinci cismə keçməklə daha da ucalaraq ilahiləşir. Şah Xuvəysin öz tərəfdarlarına ᾿lim verdiyi hülul məsələsi (öz ruhunun Soltan Səhhakın cisminə keçəcəyi) onlar üçün əqidəyə çevrilmişdir bu etiqad hələ qalmaqdadır.

Əhli həqqin islam, zərdüşt, yəhudi, məsihi, mani hind dinlərindən meydana gəlmiş əqidə əsasları «Başlanğıc» adlı kitablarında ətraflı izah edilmişdir. Əhli həqq İslam dininin vacib etdiyi ibadi məsələləri qəbul etmir özlərinə xas olan ibadətlər yerinə yetirirlər. Əlbəttə, ilk mərhələdə şəriət adlandırdıqları ᾿nəvi seyri lazım bilirlər. Lakin bu mərhələni arxada qoyduqdan sonra, ᾿ni təriqət, ᾿rifət həqiqət mərhələsinə qədəm qoyduqları zaman, artıq şər᾿i ibadətlərin yerinə yetirilməsində heç bir lüzum görmürlər. Əhli həqq sufiləri həftədə bir ya bir neçə dəfə «Cəmxanə» adlandırdıqları ibadətgahlara toplanıb öz mərasimlərini « Əli» zikri ilə başlayırlar. İbadət mərasimləri zərb, qaval digər musiqi alətləri ilə davam etdirilir. Şe᾿r digər zikirlər oxunduqdan sonra növbə sima rəqs mərhələsinə çatır.

12. Məlamətiyyə;

Məlamətiyyə firqəsi Xorasan sufi təriqətlərindən olmuş özlərini Əhli həqq hesab etmişlər. Bilmək lazımdır ki, sufi firqələrinin bir çoxu özlərini Əhli həqq kimi tanıtdırmaq istəmişlər bu heç onların əqidə e᾿tiqadlarını davam etdirmək deyildir.

Məlamətiyyə, Həmdun Qəssarın davamçılarına deyilir. Onların Məlamətiyyə adlandırılmasının əsas səbəbi firqə üzvlərinin camaatın danlaq tənqidlərini qəbul etmələri olmuşdur. (Məlamət - ərəb dilində danlamaq tənqid etmək deməkdir). Onlar belə bir əqidədə olmuşlar ki, sufi özünün xeyirxah işlərini hamıdan gizli saxlamalı zahirdə özünü elə göstərməlidir ki, başqaları onları danlayıb tənqid etsin. ᾿ni insanlar onlara təhqir gözü ilə baxıb e᾿tinasızlıqla yanaşsınlar.

13. Əhli fütuvvət;

Əhli fütuvvət ya «cəsurların şahı» sufi ᾿limlərinin ᾿siri altına düşərək onların bir çox adət-ən᾿ənələrini qoruyub saxlaya bilmişdir. Onlar öz ayinlərinin (əqidə əsaslarını) azadlıq, mehribançılıq, səxavət, ehtiyacı olanlara yardım etməkdən ibarət olduğunu hesab edirlər. Belə ki, Əyyarlar adlanan bir qrup şəxs (᾿qub Ləys Səffari onlardan biri idi) yoxsullara kömək məqsədilə varlıların var-dövlətini qarət edər, oğurlanmış şeylərdən özlərinə bir şey götürmədən onu yoxsullar arasında bərabər şəkildə bölüşdürərdilər. Əlbəttə, oğurluq Əhli fütuvvət tərəfindən hamılıqla qəbul edilməmişdir.

Onlar Əli ibni Əbu Talibi özlərinə rəhbər hesab edərək Peyğəmbərin (s) Ühüd döyüşündə onun barəsində «Əlidən yaxşı bir insan Zülfüqardan yaxşı bir qılınc yoxdur» buyurduğuna istinad edərək ona «cəsurların şahı» ləqəbini vermişdilər.

Cəsurlar ayinində xirqə «cəsur şalvarı» ilə əvəz olundu. Onlar şeyx mürşidlərə fəxri şalvar alaraq kəmərlərini onların əli ilə qurşayardılar.

14. Qələndəriyyə;

Qələndəriyyə sufi təriqətinin başqa bir qolunu təşkil edir Məlamətiyyəyə yaxın hesab olunur. Onların ᾿na mənşəyi haqda bir çox ehtimal fərziyyələr irəli sürülsə , həqiqi ᾿nası hələ dəqiq ᾿lum deyildir. ᾿lum olan bir şey varsa, o da qələndəriyyənin sufi təriqətlərinin bir qolunu təşkil etməsidir. Lakin onlardan fərqli olaraq xanəgah adət-ən᾿ənələrini sufilik ᾿qamını gizli saxlamağı qəbul etmirlər. Qələndəriyyənin özünəməxsus xüsusiyyətlərindən biri baş üz (hətta qaşlarının) tüklərini qırxıb əllərinə zənbil alaraq yolçuluq etməkdən ibarətdir. Baş üz tükləri şeyx mürşidlər tərəfindən qırxılar onlara qayçı mürşid deyilərdi.

15. Nəqşbəndiyyə;

Nəqşbəndiyyə firqəsi Xacəqan kimi tanınan sufi təriqətlərinin davamını təşkil edir. Nəqşbəndiyyə Hicrətin 6- əsrində Xacə Əbdülxaliq Ğuçdəvani tərəfindən ᾿sis olunmuşdur. Hicrətin 10-cu əsrindən e᾿tibarən, bu firqə Xacə Bəhaüddin Məhəmməd Nəqşbəndi Buxarinin adı ilə bağlı olaraq «Nəqşbəndiyyə» kimi məşhurlaşmağa başladı hal-hazırda Orta Asiyanın müxtəlif məntəqələrində, Hindistan Xorasanın şimalında fəaliyyət göstərir.

16. Qadiriyyə;

Qadiriyyə firqəsi Abdul Qadir Gilani tərəfindən ᾿sis olunmuşdur. O Hicrətin 561-ci ilində vəfat etmişdir. Bir çox xürafi əqidələrə malik olan Qadiriyyə firqəsi hal-hazırda Afrikanın şimal-qərb, Hindistan Türkiyənin Antalya şəhərində fəaliyyət göstərir.

17. Şazəliyyə;

Şazəliyyə firqəsi Əli ibni Əbdullah Şazəli Məğribinin (591-656 Hicri) tərəfdarları hesab olunurlar. O, şimali Afrika ölkələrinin məşhur sufi şeyxlərindən olmuşdur. Şazəliyyənin əqidə əsasları bunlardan ibarətdir:

1. İstər aşkarda, istərsə gizlində ilahi təqvaya riayət etmək;

2. Dil əməldə Peyğəmbərin (s) sünnəsinə əməl etmək;

3. Hər zaman insanlardan ehtiyacsız olmaq;

4. Allahın bəxş etdiyi bütün ne᾿mətlərdən (istər az olsun, istərsə çox) razı olmaq;

5. Müsəlman, məsihi yəhudiləri bərabər hesab etmək. Şazəliyyə firqəsinin davamçıları hal-hazırda Şimali Afrikada məskunlaşmışlar.

18. Ticaniyyə;

Bu firqə Əbu Abbas Əhməd ibni Məhəmməd Ticani (1150-1230 Hicri) tərəfindən ᾿sis olunmuşdur. O, Əlcəzairdə dünyaya gəlmiş Mərakeşin Fas şəhərində vəfat edərək elə oradaca dəfn olunmuşdur. Qəbri, Ticaniyyə tərəfindən indinin özündə ziyarət olunur. Həcc ziyarətinə getmək istəyən hər bir ticani ilk növbədə onun qəbrini ziyarət etməlidir. Hal-hazırda Afrikanın qərb şərq ölkələrində Ticaniyyənin bir çox tərəfdarları vardır. Əmir Əbdül Qadir Cəzairi Əlcəzairdə fransızların istismarına qarşı aparılan mübarizə hərəkatına rəhbərlik etmişdir. Çoxlu zikr demək Ticaniyyə ardıcıllarının əsas ayinlərindən hesab olunur. Firqəyə rəhbərlik edən mürşidlər öz davamçılarına müəyyən vaxtlarda zikr etməyi tövsiyə edib onlara, bunun yeni-yeni növlərini ᾿lim etməlidirlər.

19. Müridiyyə;

Bu firqə 19-cu əsrdə Seneqalda Əhməd Vəbamba tərəfindən ᾿sis olunmuşdur. Əhməd Vəbamba əvvəllər Afrikanın Qadiriyyə sufi təriqətinə mənsub olmuş, sonralar Müridiyyə kimi məşhur olan yeni sufi firqəsinin əsasını qoymuşdur. 1887-ci ildə Seneqalda ᾿sis etdiyi Tuba şəhəri Afrika sufilərinin müqəddəs dini mərkəzi olmuşdur. Müridiyyənin əqidə əsasları Ticaniyyə Qadiriyyə firqələrinin əqidə e᾿tiqadlarından ibarət olmuşdur.

20. Nurbəxşiyyə;

Bu firqə Seyyid Məhəmməd Nurbəxşə mənsub edilir. O, Seyyid Əli Həmdaninin irfani baxışlarının ᾿siri altına düşərək dinin təbliği üçün Kəşmirə getmiş orada Həmdaninin əqidəsini geniş şəkildə yaya bilmişdir. İndinin özündə Kəşmirlə yanaşı, Hindistan, Pakistan İranın şərq nahiyəsində özünə bir çox tərəfdar yığa bilmişdir. Nurbəxşiyyənin əqidə əsasları İmamiyyəyə daha yaxındır, bid᾿ət xurafatlardan çox az mütəəssir olmuşdur.

21. Sənusiyyə.

Sənusiyyə tərəfdarları hal-hazırda Şimali Afrikada məskunlaşmışlar. Bu firqə milliyətcə Əlcazairli olan Seyyid Məhəmməd ibni Əli Sənusi (1202-1276) tərəfindən ᾿sis olunmuşdur. Sənusi bir tərəfdən şimali Afrika sufilərinin, digər tərəfdən sələfiyyə əqidəsinin ᾿siri altına düşərək, İslam e᾿tiqadlarını saflaşdırmaq məqsədilə, öz adı ilə bağlı olan bu firqəni ᾿sis edir. O, belə bir əqidədə idi ki, müsəlmanların pərakəndə hala düşmələrinin xarici dövlətlərin onların üzərində hakim olmalarının əsas səbəbi batil yanlış ideologiyaların onların əqidəsinə ᾿sir etməsidir. Bu səbəbdən Sənusiyyənin sufi üslubu 1-ci əsrin təqva pəhrizkarlığına qayıtmaqdan ibarət olmuşdur. Hərçənd Sələfilərə tutulan iradlar Sənusiyyəyə şamil olunur. Lakin sufilərin sima, musiqi ilə vəcd zikr, rəqs kimi qayda-qanunları Sənusiyyə firqəsində nəzərə çarpmır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment