Azəri
Sunday 21st of July 2024
0
نفر 0

XƏNDƏK (ƏHZAB) MÜHARİBƏSİ

Mədinə yəhudiləri xəyanət və düşmənlə əməkdaşlıq etdiklərinə görə bu şəhərdən sürgün olunmalarına baxmayaraq yenə də xəyanətdən əl çəkməmişlər. Onların başçıları Məkkəyə gedib Qureyşi müsəlmanlarla müharibə etməyə təşviq etmiş və beləliklə də onlara kömək edəcəklərinə söz vermişdilər. Nəhayət, yəhudilərin təhriki nəticəsində ayrı-ayrı qruplardan ibarət islam düşmənlərindən bir cəbhə yarandı. Buna görə də bu müharibəyə Əhzab (qruplar) müharibəsi deyilir. Müşriklərdən, müstəkbirlərdən, yəhudilərdən münafiqlərdən və Mədinədən qaçanlardan ibarət bu qüvvələrin hamısı islam əleyhinə bir birlik yaratmışdılar. Onlar tezliklə islamı aradan apara biləcəklərini güman edirdilər. On min nəfərdən ibarət olan müşriklər ordusu Hicri 4-cü ilin Şəvval ayında Əbu Süfyanın komandanlığı altında Mədinəyə tərəf yürüşə başladı. Xuzaə qəbiləsindən bir neçə atlı sürətlə özlərini Mədinəyə çatdırıb vəziyyəti Peyğəmbərə (s) bildirdikdə, Allahın Peyğəmbəri (s) müharibəyə hazırlıq əmrini verərək hərbi sərkərdələrin fikrini öyrəndi, uzun sürən müzakirədən sonra Salmanın fikri qəbul edildi. Mədinənin ətrafında xəndək qazıldı, müsəlmanlar isə xəndəyin arxasında keşik çəkdilər. Üç min fədakar müsəlman gecə-gündüz çalışaraq 12000 metr uzunluğu, 5 metr dərinliyi və təqribən 6 metr eni olan xəndəklər qazdılar. Xəndək boyunca keçid üçün yol-körpü salıb, oralara növbətçi qoydular. Xəndəyin arxasında müxtəlif səngərlər düzəldərək şəhəri müdafiə etmək üçün orada ox atanları yerləşdirdilər. Müşriklərin ordusu Mədinəyə çatanda qarşılarında keçilməsi mümkün olmayan bir xəndəyin olduğunu gördülər. Buna görə də xəndəyin arxasında çadır qurmağa məcbur oldular. Əbu Süfyan ordunun əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün Bəni Nəzir yəhudilərinin başçısı Xəyy ibn Əxtəbi çağırtdırıb əmr etdi ki, Bəni qürəyzə yəhudilərinin başçısı Kəəb ibn Əsəd ilə görüşək onlara itaət edənlərlə birlikdə Mədinədə üsyan qaldırsınlar. Bu cür olarsa müşriklərin həmləsi üçün də yol açılacaqdı. Həyy ibn Əxtəb Əbu Süfyanın əmrini yerinə yetirdi. Lakin Peyğəmbər (s) öz uzaqgörənliyi ilə işin bu cür baş verəcəyini anlamışdı və beş yüz döyüşçünü şəhərin içindən gözlənilən hər hansı bir təhlükəyə qarşı hazır vəziyyətdə saxlayırdı. Beləliklə də, düşmənin bu hiyləsi də boşa çıxdı. Bu vəziyyəti görən müşriklərin əsgərləri gecə-gündüz xəndəyin arxasında gözləmək məcburiyyətinda qaldılar.  Bir gün müşrik döyüşçülərindən beş nəfər Əmr ibn Əbdüvədin başçılığı ilə xəndəyin eni gödək olan bir yerindən keçməyə müvaffəq oldular. Əmr bağıraraq deyirdi: “Ey öldürüldükdən sonra cənnətə gedəcəklərini iddia edənlər, haradasınız? Gəlin, sizi oraya göndərək”. Əmr ərəblərin ən qüvvətli qəhramanlarından biri idi. Həzrət Əlidən (ə) başqa heç kəs Əmrin cavabını verməyə cürət etmədi. Peyğəmbər (s) Əlini (ə) dua edərək döyüşə yola saldı. Vəziyyət çox ağır idi. Hətta peyğəmbər belə dedi: “Bütün küfrlə bütün iman qarşılaşmışdır”. Döyüş əsnasında Əli (ə) ildırım kimi onun üstünə şığıyaraq bir zərbə ilə onu yerə sərib ucadan “Allahu Əkbər” dedi. Əmrin yanında olanlardan biri qaçanda xəndəyin içinə düşdü, amma Əli (ə) ona da aman verməyib öldürdü. On nəfər isə qaçıb canını qurtara bildi. Əlinin (ə) qüdrəti və cürəti islaməsgərləri üçün meydana böyük bir zəfər gətimişdi. Belə ki,Peyğəmbər (s) buyurdu:”Əlinin zərbəsi insanların və cinlərin Qiyamət gününədək etdiyi ibadətdən üstündür. Səhərsi gün Xalid ibn Vəlid məğlubiyyətin əvəzini çıxmaq üçün atlı dəstələrlə birlikdə xəndəyi keçmək istədi. Ancaq islam əsgərləri onların daqarşısını aldılar. Bu vəziyyət düşmənin əhval-ruhiyyəsini tamam pozmuşdu. Peyğəmbər (s) Nəim ibn  Məsudun vasitəsilə müşriklərlə Bəni Qureyza yəudiləri arasında ikitirəlik yarada bildi. Məhz ondan sonra bu iki qəbilə arasındaki müqavilə pozuldu. Bundan əlavə, Xüzeyfa adlı bir nəfəri də gecə çağı düşmən əsgərlərini ruhi cənətdən zəiflətməkdən ötrü məmur etmişdi. O müşriklərə havanın soyuqluğu və təhlükəli tufandan danışmış, axırda əsgərlərlə sərkərdələr arasında fikir ayrılığı meydana gəlmişdi. Nəhayət Əbu Süfyan qüvvələrini toplayıb Məkkəyə qayıtmaq məcburiyyətində qaldı. Bunun üçün isə gecənin qaranlığından istifadə etdi. Sübx tezdən, müsəlmanlar namaz qılmaq üçün qalxdığları zaman düşmənlərdən bir izin belə qalmadığını gördülər.Peyğəmbər (s) düşmənin qaçdığını öyrəndikdən sonra əshabina hərbi mövqelərini buraxıb şəhərə qayıtmalarını əmr etdi.

Xəndək müharibəsindən sonra Peyğəmbər (s) Bəni Qureyzə qalasına tərəf hərəkət etdi. İyirmi beş gün davam edən mühasirədən sonra onları təslim olmağa məcbur edib, Həzrət Əlinin (ə) köməyi sayəsində tərksilah etdirdi. Bəni Qureyzə məğlub olduqdan sonra Peyğəmbərdən (s) Mədinədən getmək üçün icazə istədilər. Lakin, Peyğəmbər (s) onların bu istəyini qəbul etmədi, çünki, onların fürsət tapdıqda yeni bir müharibə planı hazırlayacaqlarını qabaqçadan çox gözəl Ühüd müharibəsi və Bəni Nazir yəhudiləri də Xəndək müharibəsinə girişmişdilər. Nəhayət onlar müharibə əsnasında düşmənlə əməkdaşlıq və xəyanət etdiklərinə görə Səd ibn Übadənin hökmünə təslim oldular. Həmin hökmə əsasən kişilər öldürülməli, var-dövlətləri isə müsadirə olunmalı idi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment