Azəri
Sunday 5th of May 2024
0
نفر 0

MUTƏ MÜHARİBƏSİ

Peyğəmbər (s) Vusra padşahını islama dəvət etmək üçün onun yanına elçi göndərdi. Elçi Mutə torpaqlarına çatdıqda, həmin diyarın hakimi peyğəmbərin elçisini şəhid etdi. Həmin hadisədən sonra Peyğəmbər (s) on altı təbliğatçını oraya göndərdi. Ancaq onların hamısı öldürüldü, onlardan yalnız bir nəfər sağ qaldı. Sağ qalan təbliğatçı gecə vaxtı qaşaraq Mədinəyə gəldi. Bu iki hadisə Peyğəmbərə (s) çox ağır təsir etdi və səbəb oldu ki, hicri səkkizinci ilin cəmadül-əvvəl ayında Mutayə ordu göndərsin. Müharibə elan olunduqdan sonra on min nəfər könüllü əsgər müharibəyə hazırlaşdı. Peyğəmbər (s) onlar üçün bir nitq söylədi. Daha sonra sərkərdələri aşağıdaki şəkildə təyin etdi: Cəfər ibn Əbu Talib birinci sərkərdə, Zeyd ibn Harisə ikinci sərkərdə, Abdullah ibn Rəvahə üçünçü sərkərdə. Əgər onlardan hansı biri şəhid olsaydı, ardıcıl olaraq o birisi onun yerinə keçəcəkdi. Əgər üçü də şəhid olsaydı, əsgərlər öz aralarından bir nəfəri seçib sərkərdə təyin edəcəkdilər. İslam əsgərləri Mutə torpaqlarına tərəf hərəkət edib Muan şəhərinə çatdıqda oradakı müsəlmanlar xəbər verdilər ki, Rum qeysəri Herakl yüz nəfərdən ibarət Rum ordusu ilə yüz min nəfər ərəb ordusunu bir yerə toplayıb. İki yüz min nəfərdən ibarət düşmən ordusu on min nəfərdən ibarət islam ordusuna hücum etdi. Cəfər şəhid olana qədər şücaətlə döyüşdü. İkinci və üçünçü sərkərdə də eyni şəkildə döyüşərək şəhid oldular. Daha sonra əsgərlər Xalid ibn Vəlidi özlərinə sərkərdə seçdilər. Xalid təcrübəli və ağıllı adam idi. O, belə fikirləşdi ki, əgər müharibə bu şəkildə davam etsə, onların hamısı ləcək. Demək, ir vasitə ilə düşmənin hərəkət və həmləsinin qarşısını almaq lazımdır. O, əsgərlərə gecə yarısı geri çəkilmələrini, səhər isə hay-küylə müharibə meydanına yenidən girmələrini əmr etdi. Bu zaman düşmən belə güman edəcəkdi ki, Mədinədən təzə köməkçi qüvvələr yetişibdi. Xalid bu taktika ilə düşməni qorxudub müharibəni dayandırmağa müvəffəq oldu. Əshabin şəhid olması xəbəri Peyğəmbərə (s) çatanda o Həzrət Çox narahat olub onların ölümünə ağladı, Xalidi isə müvaffəqiyyətinə görə təbrik etdi.

MƏKKƏNİN FƏTHİ

Müsəlmanların Muta müharibəsində geri çəkilməyə məcbur olmaları, Qureyş müşriklərini cəsarətləndirmişdi. Onlar müsəlmanların zəiflədiyini güman edirdilər. Ona görə fə Hüdeybiyyə müqaviləsinə baxmayaraq, müşriklər Bənu Bəkir qəbiləsinin köməyinə gəlib müsəlman Xüzaə qəbiləsinə hücüm edərək onların bir çoxunu öldürdülər. Bu hadisənin cavabsız qalmayacağını  düşünən Əbu Süfyan, Peyğəmbərlə (s) müqavilənin müddətini uzatmaq və bu hadisəyə görə üzr istəmək üçün tez Mədinəyə gəldi. Amma Peyğəmbər (s) onunla soyuq davranıb müsbət cavab vermədi. Əbu Süfyan əliboş Məkkəyə qayıtdı. Həzrət Peyğəmbər (s) müharibə elan edən kimi on min döyüşçü hazır olduqlarını bildirdilər. Düşmənə qəfildən həmlə etmək və bu barədə müşriklərə heç bir xəbərin çatmaması üçün Mədinənin ətrafına növbətçi qoyuldu. Amma Hatib adlı xəyanətkar bir şəxs Məkkədə qohumları olduğu və Qureyşdən qorxduğu ücün, bir qadının vasitəsilə Qureyşə məktub yazdı. Ancaq bundan xəbər tutan müsəlmanlar məktubu həmin qadından alıb, Hatibi cəzalandırdılar. Peyğəmbər (s) əmr etdi ki, heç kim onunla danışmasın. Bu cəza onun üçün ölümdən də ağır idi. Həzrət Peyğəmbərin (s) hicri səkkizinci ilin Ramazan ayının onunda hərəkət əmrini verdi. İslam əsgərləri sürətlə irəliləyib bir həftə ərzində Məkkəyə çataraq şəhər yaxınlığında çadır qurdular. Peyğəmbər (s) öz müharibə taktikası əsasında əmr etdi ki, əsgərlər gecə vaxtı çöldə od yandırsınlar. Beləliklə düşmən Məkkədən böyük bir ordu gəlməsini və onların müharibəyə hazır olmasını zənn edəcəkdi. Tonqallardan qalxan alovlar, müsəlmanların hay-küyü, dəvə və atların küşnəməsi bütün çölü bürümüşdü. Əbu Süfyan və Qureyş böyüklərindən bir qism vəziyyəti daha yaxından öyrənmək üçün islam qoşununun yanına gəldikləri vaxt çox qorxdular. Əbu Süfyan yanında olanlara heyrətlə belə demişdi: İndiyə qədər belə böyük ordu görməmişəm. Əbu Süfyan Abbasla görüşüb danışmağa başladı. Abbas Əbu Süfyana aman verib onu Peyğəmbərin (s) hüzuruna gətirdi və dedi: “Əbu Süfyan qüdrət sevir və onun bu zəif cəhətindən müsəlmanlar yaxşı istifadə edə bilərlər”. Həzrət Peyğəmbər (s) müsəlmanların xeyrini nəzərdə alıb buyurdu: “ Hər kim Əbu Süfyanın evinə girsə, amandadır. Əbu Süfyan bu haqda Məkkə əhalisinə söz verə bilər. “ Əbu Süfyan bu imtiyazı alıb Məkkəyə qayıtdıqda, islam əsgərlərinin əzəmətini camaat üçün danışaraq onları qorxutdu. Beləliklə, onları islam əsgərlərinə qarşı döyüşməkdən çəkindirdi. Nəhayət, Məkkə qan tökülmədən müsəlmanların əlinə keçdi.

ÜMÜMİ ƏFV

Müsəlmanların bir hissəsi, xüsusilə də mühacirlər, intiqam almaq istəyirdilər. Lakin Həzrət Peyğəmbər (s) ümumi əfv elan edib buyurdu: “ Bu gün rəhmət günüdür, intiqam almaq günü deyildir. Heç kimin camaatla, bir neçə nəfəri çixmaq şərtilə, pis rəftar etməyə haqqı yoxdur. O neçə nəfəri isə harda tapsanız, öldürün, Çünki onların cəzasını əfv etmək mümkün deyil.”  Daha sonra Peyğəmbər (s) onların adını sadaladı. Həzrət Peyğəmbər (s) bir az istirahət etdikdən sonra Allahın hərəminə gedib Kəbəni o murdar bütlardən təmizlədi. Daha sonra Bilal azan verərək hamı birlikdə namaz qıldılar.

Müşriklərin mərkəzi olan Məkkənin müsəlmanların əlinə keçməsi Məkkə ətrafındakı qəbilələr arasında böyük qorxu yaratmışdı. Həmin qəbilələr müsəlmanların əleyhinə hərbi ittifaq təşkil etmək üçün bir yerə yığışdılar. Onlar müştərək bir qərara gələrək Həvazin qəbiləsinin başçısı Malik ibni Aufu özlərinə sərkərdə seçdilər. Bu hərbi ittifaqın təşkil olunması xəbəri Həzrət Peyğəmbər (s) çatan kimi bir nəfəri qəbilələrin arasına göndərdi ki, vəziyyəti yaxından öyrənsin. Peyğəmbərin (s) göndərdiyi adam öz öhdəliyini yerinə yetirdikdən sonra Məkkəyə qayıdıb vəziyyət barədə o Həzrətə (s) məlumat verdi. Həzrət Peyğəmbər (s) düşmənin vəziyyətini tam şəkildə öyrəndikdən sonra on iki min silahlı əsgərlə hicri 8-ci ilin Şəvvəl ayının beşində Hüneyn vadisinə tərəf hərəkət etdi. Düşmən əsgərlərinin arasına göndərdi. Onlar islam əsgərlərinin qüdrətini görəndən sonra qayıdıb vəziyyəti öz sərkərdələrinə danışdılar. Malik başa düşdü ki, müsəlmanlarla bacara bilməyəcək. Ona görə də əsgərlərinə əmr etdi ki, Hüneyn boğazının təpəsinə çıxıb, qayalıqlarınq arasında gizlənsinlər və orada özləri üçün səngər düzəltsinlər. O istəyirdi ki, islam əsgərləri boğazdan keçəndə onlara qəfildən hücum edilsin. Hucri 8-ci ilin Şəvvəl ayının onunda çərşənbə axşamı islam əsgərləri Hüneyn vadisinə çatdılar. Peyğəmbərin (s) əmri ilə gecəni istirahət etdilər. Səhər çağı əsgərlərin sərkərdəsi olan Xalid vadiyə girdi. Hər baxımdan hazırlaşmış olan düşmən birdən-birə hər tərəfdən islam əsgərlərinə həmlə etdi. Gecənin qaranlığı, atların ürkməsi və təzə müsəlman olan iki min əsgərin islam ordusunda olması düşmən üçün əlverişli şərait yaratmışdı. Bunun nəticəsində Xalid geri çəkilmək məcburiyyətində qaldı. Daha sonra əsgərlər qaçmağa başladılar. Həzrət Peyğəmbərin (s) ətrafında olan mühafiz dəstəsindən yalnız on nəfər qalmışdı. Peyğəmbər (s0 uca səsi olan bir nəfərə əmr etdi ki, qaçanları köməyə çağırsın və onlardan geri qayıtmalarını tələb etsin. Abbasın uca səsi qaçanları geri qaytardı. Müharibənin əvvəlində qələbə çalan düçmən qoşunu yavaş-yavaş öz gücünü itirməyə başladı. Nəhayət düşmənin müdafiə xətti qırıldığıdan düşmən əsgərləri bir çox qənimət qoyaraq qaçmağa başladılar. Həzrət Peyğəmbər (s) bir hissəni onların dalınca göndərdi ki, düşməni darmadağın etsinlər, bir daha yıgışıb təşkilat yarada bilməsinlər. Düşməni qovan hissə öz vəzifəsini yerinə yetirib qayıtdıqdan sonra Peyğəmbər (s) qənimətlri əsgərlərin arasında nöldü. 

Hicri 9-cu ilin Rəcəb ayında Peyğəmbərə (s) xəbər verildi ki, müsəlmanların şimal-şərq (Ərəbistan) sərhədi Rum imperiyasi tərəfindən təhdid olunur və onlar islam torpaqlarına həmlə etmək arzusundadırlar. Həzrət Peyğəmbər (s) güclü bir ordu topladıqdan sonra, əvvəllər öz hədəfini gizlətdiyi halda, bu dəfə əksinə, hədəfini hamıya elan etdi və müsəlmanlardan əllərindən gələn köməyi islam ordusundan əsirgəməmələrini istədi. Xalq böyük həvəs və istəklə əsgərlərə lazım olan hər şeyi toplayıb müharibə xəzinəsini doldurdular. Münafiqlər könüllü islam əsgərlərinin səfərbər olduqları andan etibarən müxtəlif şayiələrlə xalqı Rum əsgərlərindən qorxudurdular. Münafiqlər zəhərli təliğatlarını apara bilmək və xalqı cihadda iştirak etməkdən çəkindirmək üçün bir məscid də ikdilər. Allah-taala Quranda həmin məscidi  “zirar” (zərərli) məscid adlandırır. Peyğəmbərin (s) qəti mövqeyi onların bütün hiylələrini puça çıxardı. Həzrət Peyğəmbərin (s) əmrilə münafiglərin yığıncaq mərkəzi olan Süveyləmin evi yerlə yeksan olundu və bununla da onların bütün planları nəticəsiz qaldı. Otuz min döyüşçüdən ibarət misilsiz islam ordusu hazırlandıqdan sonra Mədinə çölündə çadırlar quruldu. Həzrət Peyğəmbər (s) komandanlığı öz öhdəsinə aldı və ordunu təftiş etdikdən sonra əsgərlər üçün bir nitq söylədi. Daha sonra Əlini (ə) Mədinədə öz canısını təyin edib Təbukə doğru yola düşdü. İslam ordusu çölün qızmar istisində 600 kilometr yol gedib Təbukə çatdıqda orada Rum ordusundan heç bir əsər-əlamətin olmadığını gördülər. Onlar, qəlbi şəhidlik eşqi ilə vuran güclü islam ordusunun hərəkət etməsindən xəbərdar olan kimi şimala tərəf geri çəkilmişdilər. İslam ordusu iyirmi gün gözlədikdən sonra heç bir toqquşma baş vermədən, Peyğəmbərin (s) əmrilə Mədinəyə qayıtdı. Təbukdan qayıdanda xalqdan qorxuqları üçün orduya qoşulan münafiqlərdən bir qrupu Təbukun  dar keçidlərində gizlənərək gecənin qaranlığından istifadə edib Peyğəmbərin (s) dəvəsini ürküdərək, Həzrəti dərəyə atıb öldürmək istədilər, amma onların bu hiyləsi nəticəsiz qaldığı üçün qaçmağa məcbur oldular. İslam əsgərləri onları öldrümək istədilər, amma onların bu hiyləsi nəticəsiz qaldığı üçün qaçmağa məcbur oldular. İslam əsgərləri onları olrümək istədilər, lakin Peyğəmbər (s) bu işdə onlara mane oldu. Həzrət Peyğəmbər (s) qayıdandan sonra Allahın əmrilə münafiqlərin mərkəzi olan məscidini uçurtdu.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu

 
user comment