Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İmam Xamenei Kermanda çıxış etdi

İslam İnqilabının Böyük Rəhbəri hegemonçu qüdrətlərin iranofobiya və islamofobiya üzrə apardığı səylər reallığda İran İslam quruluşunun izzət və qüdrətinin artmasına səbəb olduğunu bildirib.
 
 

 

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ayətullah İmam Xamenei  həzrətləri  İran İslam Respublikasıın Qərbində yerləşən Kirmanşah vilayətinin hərbi və könüllü bölmələrinin müştərək mərasimindən sonra etdiyi çıxışda xatırladıb: “Qərbin çaş-baş və pərişan siyasətçilərinin iranofobiya üzrə yürütdükləri  ağılsız metodlarının, yenidən  təkrar etmələri, yenə də heç bir nəticə verməyəcək. Onlar bu məğlubiyyətin də acısını dadacaqlar”.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə bildirib: Hegemonçu Amerika rejiminin bataqlıqda giriftar olması, bu rejimin yanlış siyasətləri və rəftarlarının nəticəsidir.

İmam Xamenei sonra belə vurğulayıb: Amerikanın Əfqanıstan bataqlığı kimi problemdən xilas olması yolu maddi metodlar, təkəbbürlü baxışlar və təcavüzkarlıq əhval ruhiyyəsi deyil, əksinə çözüm yolu yalnız İİR-nın metodu yəni məntiq, ağıl və mənəviyyətə əsaslanmış metoddur.

İranın Silahlı qüvvələrinin Ali baş komandanı bu mərasimdə keçən 3 on illikdə İİR quruluşunun günü-gündən artan gücünə işarə edərək belə vurğulayıb: Hazırda İran xalqı, İİR quruluşu və İranın silahlı qüvvələri region xalqları arasında əzizdir və hörmətə malikdir.

İranın silahlı qüvvələrinin çox üstün imtiyazlara və xüsusiyyətlərə malik olmasını bildirən Həzrət Ayətullah əl-Üzma Xamenei sonra belə əlavə edib: İnkişaf zəmini kimi bütün sahələrdə təhlükəsizliyin qorunması, habelə canlarını fəda etmək üçün möhkəm imana malik olmaq İİR silahlı qüvvələrinin iki üstün xüsusiyyətidir.

Dünya Müsəlmanlarının Ali Lideri İrana qarşı zorla qəbul etdirilmiş 8 illik müharibədə Səddam rejimi və bu rejimi himayə edən qüdrətlər, o cümlədən Amerikanın məğlubiyyətə uğramalarına işarə edərək belə xatırladıb: Zorla Qəbul etdirilmiş müharibədə İran xalqının müqaviməti və zəfər çalması dünyaya sübut etdi ki, İİR-na qarşı hücum baha başa gəlir.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...

 
user comment