Azəri
Friday 3rd of May 2024
0
نفر 0

VƏKİLLİK İDDİASINDA OLAN FIRILDAQÇILAR

Vəkillik şiələr arasında uca bir məqam idi. Şiələr sum imamın vəkili, nümayəndəsi kimi tanıdıqları şəxsə böyük ehtiram göstərir, bütün məsələlərdə ona müraciət edirdilər. Bu şəxs böyük ictimai məqama malik olurdu. Vəkillərin mühüm fəaliyyətlərindən biri xüms-zəkat kimi şəri ödənclərin qəbulu olduğundan onlar imamın şiələrin etibarı ilə böyük məbləğlərə nəzarət edirdilər. Bu səbəbdən ziləri heç bir əsas olmadan özünü imamın vəkili kimi təqdim edirdi. Qeyd olunduğu kimi, belə yalan iddiaları doğuran dünyapərəstlik, zən əqidə çaşqınlığı olurdu. Bu sayaq cərəyanları müşahidə edərkən görürük ki, kiçik qeyb dövründə uyğun sahədəki fırıldaqçılıq zirvə həddinə çatıbmış. Belələri imamın qeybdə olmasını özləri üçün fürsət sayırdılar. Uyğun məsələ ilə bağlı qeyb dövrünü nəzərdən keçirməzdən qabaq yalançı vəkillər haqqında zi cərəyanlar haqqında danışacağıq.

 

ƏHMƏD İBN MƏHƏMMƏD SƏYYARİ (ƏBU-ƏBDÜLLAH)

Bu şəxs imam Cavadın (ə) dövründə yalandan vəkillik iddiası etmiş, imamın nümayəndəsi olduğunu bildirmişdi. Bu işdən xəbər tutan imam onu ifşa edərək, şiələrin ona müraciət etməsinə qadağa qoymuşdur. İmam həmin şəxs haqqında verilmiş sualı belə cavablandırmışdır: «O şəxs iddia etdiyi məqamda deyil, ona heç verməyin».

 

 

ƏLİ İBN HƏSİKƏ, QASİM ŞİRANİ, MƏHƏMMƏD İBN FƏRAT

Bu üç şəxs imam Hadinin (ə) dövründə yanlış əqidəyə malik olmuş, hətta peyğəmbərlik iddiası etmişlər. Əli ibn Həsikə Qasim Şiraninin ustadı olmuş, öhdəsindən şəri vəzifələrin götürüldüyünü iddia etmişdir. Bu cərəyan o qədər təhlükəli şəkil almışdı ki, imam Hadi (ə) onun onun həmfikirləri haqqında bir məktubda çox sərt göstəriş vermişdir. Şiələrə müraciətlə yazılmış məktubda belə deyilir: «İbn Həsikə, ona Allahın nəti olsun, yalan deyir. Mən onu yalnız bir bəndə kimi tanıyaram. And olsun Allaha ki, bütün peyğəmbərlər təkallahlığa, namaza, zəkata, oruca, həccə, vilayətə vət etmişlər. Məhəmməd yalnız bir Allaha itaətə çağırmışdı. Biz onun canişinləri, övladlarıyıq. Bu şəxsin dediyi sözlərdən Allaha pənah aparıram. Onları, Allahın nəti olmuş bu şəxsləri özünüzdən uzaqlaşdırın. Xəlvəti bir məkan olduqda, əliniz onlara çatsa başlarını əzin».

 

HƏSƏN İBN MƏHƏMMƏD İBN BABA QUMMİ

İmam Hadi (ə) imam Həsən Əsgəri (ə) dövrünün fırıldaqçılarından biri bu şəxs olmuşdur. Kəşşinin nəql etdiyi bir rəvayətə görə, imam Həsən Əsgəri (ə) bu şəxsin peyğəmbərlik vəkillik iddiasına düşdüyünü bildirmişdir. Həzrət ardıcıllarından olan Übeydi Kitabətə belə buyurmuşdu: «Mən Fəhri Həsən ibn Məhəmməd ibn Baba Qummidən Allaha pənah aparıram. Səni bütün ardıcıllarımı ondan həzər qılmağa çağırıram. Bu iki şəxsə Allahın nəti olsun. Onlar bizim vasitəmizlə xalqdan qazanmaq istəyirlər. Hər ikisi fitnə əhlidirlər. Allah onları əzaba salsın. İbn-Baba güman edir ki, mən onu peyğəmbərliyə seçmişəm. Ona nət olsun ki, şeytanın hakimiyyəti altına düşüb».

Kəşşi, Səhl ibn Məhəmmədin belə dediyini nəql edir: «İmam Hadiyə (ə) ərz etdim ki, ey mənim ağam, sizin ardıcıllarınız üçün Həsən ibn Məhəmməd ibn Babanın məsələsi müşkül olub. Bu barədə buyurursunuz? Onunla necə rəftar edək, yaxınlaşaq, yoxsa uzaqlaşaq? Həzrət öz mübarək xətti ilə belə yazdı: «O Faris ibn Hatəm məlundurlar. Bu iki şəxsdən uzaq olun. Allah hər ikisinə nət etsin Farisə olan nətini artırsın».

Bəli, Həsən ibn Məhəmməd ibn Baba imam Hadi (ə) imam Həsən Əsgəri (ə) dövrünün fırıldaqçılarından olmuş sumlar tərəfindən öz yalan iddialarına görə nətlənmişdir.

 

ƏBU-MƏHƏMMƏD (ŞƏRİƏ)

Şeyx Tusi bildirir ki, bu şəxsin adı Həsən, künyəsi Əbu-Məhəmməd olmuşdur. O imam Hadi (ə) imam Həsən Əsgərinin (ə) səhabələrindəndir. Qeyb dövründə layiq olmadığı məqam iddiasına düşən ilk şəxs Əbu-Məhəmməd olmuşdur. Heç bir əsassız vəkillik iddiası edən bu insan imam tərəfindən nətlənmişdir. İmam Mehdi (ə) onu nətləyən bir fərman vermişdir. Sonralar bu şəxsdən küframiz sözlər eşidilmişdir.

 

MƏHƏMMƏD İBN NƏSİR NƏMİRİ FƏHRİ

Şeyx Tusinin bildirdiyinə görə, o əvvəllər imam Həsən Əsgərinin (ə) səhabələrindən olmuşdur. İmam vəfat etdikdən sonra ikinci səfirlə müxalifətçilik etmiş, vəkillik iddiasına düşmüşdür. Amma Allah-təala onu küframiz sözlərinə görə rüsvay etmişdir. İkinci səfir onu nətləmiş ondan uzaq olmağa çağırmışdır. Şiələr səfirin göstərişinə uyğun olaraq bu şəxsə arxa çevirmişlər. Hətta Məhəmməd ibn Nəmirinin Əbu fər Əmri tərəfindən nətlənməsindən sonra bu şəxs Əmrinin diqqətini cəlb etmək üçün çalışmış, amma Əmri tərəfindən rədd edilmişdir.

Bu şəxs iddia edirdi ki, imam Hadi (ə) Allahdır onu peyğəmbərliyə seçmişdir. Eləcə , ruhların bədəndən-bədənə keçməsinə inanmış, izdivac məsələsi ilə bağlı azğın fikirlər söyləmişdir. Sonradan Müqtədirin vəziri olmuş İbn-Fərat bu şəxsə yardım göstərmişdir. Onun bu işi xilafət hökumətin həmin əsrdəki mövqeyinə kölgə salır.

Məhəmməd ibn Nəsir xəstələnib ölüm yatağına düşdükdə ondan canişini haqqında soruşurlar. O, dili topuq çala-çala deyir: «Əhməd». Onun bu cavabı ardıcıllarının üç dəstəyə bölünməsinə səbəb olur. Bir qrup onun öz oğlu Əhmədi canişin seçdiyini düşünür, başqa bir qrup Əhməd ibn Məhəmməd ibn Musa ibn Fəratı nəzərdə tutduğunu güman edir, digər bir qrup isə Əhməd Əbül-Hüseyn ibn Bəşər ibn Yəzidə işarə etdiyini zənn edir. Əvvəldə deyildiyi kimi, bu şəxs İbn-Baba Qummi ilə birlikdə imam Həsən Əsgərinin (ə) fərmanı ilə nətlənmişdir.

 

ƏBU-BƏKR, MƏHƏMMƏD İBN ƏHMƏD İBN OSMAN BAĞDADİ

Əbu-Bəkr Bağdadi adı ilə tanınmış bu şəxs birinci səfirin nəvəsi, ikinci səfirin isə qardaşı oğlu olmuşdur. Şeyx Tusinin bildirdiyinə görə, bu şəxs savadsızlığı ilə tanınmışdır. Onun yolunu çaşmasından əmisi Əbu-fər Əmri xəbərdar olmuşdur. zi şiələr isə onun haqqında bir çox məsələlərdən xəbərsiz qalmışdılar. Bu şəxs kiçik qeyb dövründə yalandan səfirlik iddiası etmiş Əbu-Dəlf Katib kimi zi şiələr onun ardınca getmişlər.

Tanınmış şiələr ondan səfirlik iddiasında olması barədə soruşduqda, o bunu inkar etmiş, hətta and da içmişdir. Belə bir iddiada olub-olmadığını yoxlamaq üçün xüms-zəkat təqdim etdikdə demişdir: «Bu malları qəbul etmək mənə haramdır». Deyirlər ki, bu şəxs bir müddət Bəsrədə Yəzidinin xidmətində olmuş xeyli mal toplamışdı. Amma düçar olduğu çaşqınlıqlar səbəbindən Yəzidi onu həbs etmiş nəhayət, qətlə yetirmişdir.

 

İSHAQ ƏHMƏR BAQƏTANİ

Bu iki şəxs ikinci səfir Məhəmməd ibn Osman ibn Səidin dövründə heç bir əsassız vəkillik iddiası etmişlər. Bu barədə Əhməd Dinvəri maraqlı bir əhvalat danışmışdır: İkinci səfirin dövründə Dinvəri Dinvər əhalisinin on altı min dinar xüms-zəkatını Bağdada aparır. Həmin şəhərdə imamın naibini axtarmağa başlayır. Ona bildirirlər ki, şəhərdə üç şəxs imamın vəkili olduğunu iddia edir. Onlardan biri Baqətani, ikincisi İshaq Əhmər, üçüncüsü isə Əbu-fər Əmridir. Dinvəri əvvəlcə Baqətaninin yanına gedir. Cazibədar zahiri görkəmə malik olan bu şəxs həm xeyli varlı idi. Dinvəri bu adamdan onun vəkilliyini sübuta yetirəcək dəlil istəyir. Şeyx onu üç gün get-gələ salsa da, heç bir dəlil gətirə bilmir. Dinvəri ondan ümidini üzüb İshaq Əhmərə müraciət edir. Bu şəxs Baqətani kimi varlı-dövlətli bir adam idi. Dinvəri yenə vəkilliyin təsdiqi üçün dəlil tələb edir. Amma İshaq Əhmər bu dəlili göstərməkdə aciz qalır. Nəhayət, Dinvəri Əbu-fər Əmriyə üz tutur. Əvvəlkilərdən fərqli olaraq onun sadə bir həyat tərzi keçirdiyinə şahid olur. Əbu-fər Əmridən kəramətlər görən Dinvəri gətirdiyi xüms-zəkatı ona təhvil verir.

 

HÜSEYN İBN MƏNSUR (HƏLLAC)

Xeyli ardıcıla malik olan haqqında xeyli tarixi qeydlər olan bu şəxs məşhur sufi Mənsur Həllacdır. ziləri onu ilahi övliyalardan saymışlar. Amma şiə mənbələrindən görünür ki, o da kiçik qeyb dövründəki yalançı vəkillərdən olmuşdur. Şeyx Tusi bu şəxs haqqında, onun müxtəlif şiə alimləri ilə görüşləri barəsində ətraflı lumat vermiş onun əqidə baxımından azğın bir şəxs olduğunu bildirmişdir. Həllac əvvəldə haqqında danışdığımız Hilali Bilali kimi müqəddəs nahiyə tərəfindən nətlənmiş adamlardandır.

Həllac öz saxta əqidələrini yaydığı üçün abbasi hakimləri tərəfindən həbs edilərək qətlə yetirilmişdir. Şeyx Bəhayi öz «Kəşkül» əsərində onun haqqında yazır: Bağdad əhli bu şəxsin qanının halal olması barədə yekdil qərara gəlmişdi. Hansı ki, o özü daim deyirdi: «Mənim qanımı tökmək istəyəndə Allahı yada salın, mənim qanımı axıtmaq haramdır. Amma Bağdad əhli onun qanını halal saydı. Həllac Müqtədirin zindanına düşdü. Müqtədir ona min şallaq vurulmasını əmr etdi. Tapşırdı ki, əgər min şallaqdan ölməsə, yenə şallaqlasınlar, sonra isə boynunu vursunlar. Vəzir isə göstəriş verdi ki, əgər o şallaqdan ölməsə, iki ayağını başını kəssinlər, bədənini yandırsınlar. Bu göstərişlər yerinə yetrildi. Bu hadisə hicri 309-cu ildə baş verdi».

 

ƏBU DƏLF, MƏHƏMMƏD İBN ƏL-MÜZƏFFƏR, ƏL-KATİB

Şeyx Tusi bu şəxs haqqında Ümmü-Gülsümün oğlu Hibətullah ibn Əhməd Əl-Katibdən nəql edir ki, Əbu-Dəlf Katib əvvəllər müxəmmisə məzhəbində olmuşdur. O özü bu barədə deyir: «Mənim ağam şeyx Saleh, ni Əbu-Bəkr Bağdadi məni Əbu-fər Kərxi məzhəbindən düzgün məzhəbə döndərdi. Çünki kərxilər müxəmmisə məzhəbinə meylli idilər, Əbu-Dəlf bu məktəbdə tərbiyə almışdı.

Əbu-Dəlf Əbu Bəkr Bağdadinin ardıcıllarından idi. Hətta Əbu-Bəkr Bağdadi onu öz canişini elan etmişdi. Əbül-Qasim onun haqqında deyir: «Biz Əbu-Dəlf Katibi dindən çıxmış kimi tanıyırıq. O, dindən çıxdıqdan sonra dəli oldu zəncirləndi. Azad edildikdən sonra vaxt görünürdüsə təhqir edilirdi». O hətta Əli ibn Məhəmməd Səməri dünyasını dəyişdikdən sonra da naiblik iddiasında idi. Bu işinə görə şiələr onu yalançı sayırdılar.

 

XAİN YALANÇI VƏKİLLƏR HAQQINDA BİR NEÇƏ NÖQTƏ

Xain yalançı vəkillər haqqında tarix rical kitablarında bildirilənləri nəzərdən keçirdik. Vəkalət qurumundakı bu iki mənfi cərəyanla bağlı bir neçə nöqtəni qeyd etmək lazım gəlir.

1. zi insanları vəkillik işində xəyanətə, eləcə , yalana sövq edən zi səbəblərə nəzər salaq: Vəzifəpərəstlik, dünyapərəstlik, var-dövlət hərisliyi, imam malına tamah, həqiqi vəkillərə həsəd, azğın düşüncə, hakimiyyətə meyl.

2. Kiçik qeyb dövründə, xüsusi ilə ikinci səfir Məhəmməd ibn Osmanın zamanında vəkilliklə bağlı yalan iddialar öz zirvə nöqtəsinə çatdı. Belə bir təzahürün əsas səbəbi həmin dövrdə imam qeybdə olduğundan şiələrin vəkillərə müraciət etməyə məcbur olmaları idi. Osman ibn Səidin dövründə bu səfir şiələr arasında böyük nüfuz sahibi olduğundan kimsə belə işlərə cürət etmirdi. O, dünyasını dəyişdikdən sonra azğın insanlar fürsətdən istifadə edərək, özlərini şiələrə naib kimi tanıtdırmağa cəhd göstərdilər. Cəmiyyətdə tərəddüdlü vəziyyət yarandığından bu dövrdə vəkillik iddiasına düşənlər başqa dövrdəkilərdən daha artıq idi.

Bu sayaq azğın fəaliyyətləri öz siyasətinə xeyirli bilən abbasi hökuməti yalnız zəruri saydıqda onlara qarşı çıxırdı.

3. İmamların vəkillərin yinatında ciddi ylərinə baxmayaraq, müxtəlif səbəblərdən vəkillik məqamına göz dikənlər olurdu. Kimi imam malını oğurlamaq istəyir, kimi batil əqidəsini yayır, kimi xalqın ehtiram göstərdiyi vəkillərə həsəd aparırdı. Belələrinin çoxu əvvəllər imamların etibarlı nümayəndələri olmuşlar. Əli ibn Əbu-Həmzə Bətaini, Osman ibn İsa Qəvasi Ziyad Qəndi, Faris ibn Hatəm Qəzvini, Ürvə ibn Yəhya, Əhməd ibn Hilal İbrətai, Əhməd ibn Hilal Əl-Kufi, Məhəmməd ibn Əli ibn Hilal Əl-Bilali, Əbu-fər Şələmğani belələrindən idi. İmamlar, adətən, belələrini nətləyər, onların əsil simasını xalqa tanıtdırardılar. İstisna hallarda onların qətlinə fərman verilərdi.

4. Vəkillərin mühüm işlərindən biri dini ödənclərin toplanması olduğundan vəkillik işi bir çox tamahkarları özünə cəlb edirdi. Onlar bu malı ələ keçirmək üçün vəkil olduqlarını iddia edirdilər. Əlbəttə ki, bu sayaq iddiaların irəli sürülməsində həsədçiliyin öz rolu var idi. Şöhrətpərəstlik, həsədçilik azarına tutulanlar arasında Əbu-Əbdüllah Əs-Səyyari, Qasim Əl-Şirani, Məhəmməd ibn Fərat, Əli ibn Həsikə, ibn Baba Qummi kimiləri vardı.

 

ŞİƏLƏRİN İCTİMAİ-SİYASİ DÜŞÜNCƏ DURUMU

Kiçik qeyb dövründə şiələrin düşüncə durumu hansı vəziyyətdə idi? Qeyd etməliyik ki, həmin dövrdə şiələrin düşüncə durumu qənaətbəxş bir səviyyədə idi. Şiələr uyğun dövrdə İslam aləminə böyük alimlər, düşüncə sahibləri təqdim etmişdilər. Çünki imamın qeybi ilə üzləşmiş şiələr anlamışdılar ki, İslam maarifinin qorunmasına əvvəlkindən daha çox ehtiyaclıdırlar. Ona görə yetmiş illik bu dövrdə olduqca dəyərli kitablar yazılmışdır.

Həmin dövrdə Qum Kufə şiəliyin mühüm elm hədis mərkəzləri idi. Əşəri, Həmiri, İbn-Babuyyə, Fərat ibn İbrahim, Əhməd ibn Məhəmməd Xalid Bərqi kimi böyük alimlər bu iki şəhərdə elmi fəaliyyət göstərir, dəyərli kitablar yazırdılar. Uyğun dövrün zi alimləri onların kitabları ilə tanış olaq:

Əbül-Qasim, Fərat ibn İbrahim ibn Fərat Kufi, «Təfsire-Fərat Kufi»;

Məhəmməd ibn Məsud ibn Əyyaşi, Təmimi Kufi Səmərqəndi, «Təfsire-Əyyaşi»;

Məhəmməd ibn qub Kuleyni «Üsule-Kafi», «Furue-Kafi», «Rövzeye Kafi» s»;

Əbu-Əli, Məhəmməd ibn Əbu-Bəkr Həmmam, «Əl-Ənvar fittarixul-əimmə», «Əl-təmhiz fi bəyan məvcubati təmhiz zunubul-muminin»;

Əhməd ibn Vazeh qubi, «Tarixe qubi»;

Məhəmməd ibn Həsən ibn Fərrux Səffar, «Bəsairul-dərəcat»;

Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi, «Əl-Məhasin»;

Əli ibn Hüseyn ibn Musa ibn Babəvəyh Qummi (Şeyx Səduqun atası) ibn Nədim yazır ki, Əbu-fər atasının iki yüzədək kitab yazdığını bildirir. Nəcaşi «Əl-fehrest» kitabında onun on səkkiz kitabının adını çəkir.

Seyyid ibn Əbdüllah ibn Əbu-Xələf Əşəri Qummi, «Kitabur-rəhmə», «Mənaqibe şiə»;

 Əbül-Əbbas, Əbdüllah ibn fər Həmiri Qummi, «Qurbul-əsnad»;

 Əbu-fər Məhəmməd ibn Əbdullah ibn fər Həmiri Qummi «Qurbul-əsnad»;

 Əbu-Zeynəb, Məhəmməd ibn fər Nomani, «Əl-ğeybət».

 

SİYASİ VƏZİYYƏT

Abbasilər xilafətinin mərkəzi Bağdadda kiçik qeyb dövründə şiələr siyasi məqamlardan məhrum idilər. Hakimiyyət Abbasilərin əlində idi onlar talibilərə, xüsusi ilə Əli onun şiələrinə müxalif mövqedə dayanırdılar.

Bu müxaliflik zən zirvə həddinə çatır, zən isə qismən yumşalırdı. təzidin xəlifəliyi dövründə şiəliklə düşmənçilik əvvəlki dövrlərdən daha amansız idi. O, öz onillik xilafəti dövründə şiələrə qarşı cəbhəni genişləndirmiş, bir növ qılınca sarılmışdı. Bu münasibət xəlifə Müqtədirin dövründə xeyli yumşaldı, hətta şiələrin xeyrinə işlər görüldü. Həmin dövrdə hakimiyyətdə şiələrin iştirakı vardı.

Bu dəyişiklik hakimiyyətdə bəni-Fərat ailəsinin iştirakı ilə müşayiət edilirdi. Həmin dövrdə şiələr hakimiyyət dairələrində müəyyən məqamları tuturdular. Əbül-Həsən Əli ibn Məhəmməd ibn Fərat üç dəfə vəzirliyə seçilmişdi. O, hicri 296-299-cu illərdə Müqtədirin vəziri olmuş, hicri 299-cu ildə Bağdaddakı qarətlə əlbir olma ittihamı ilə həbs edilmişdi. Bu şəxs hicri 304- ildə ikinci dəfə vəzir məqamını tutmuş hicri 206- ildə beytül-malı israf etmə ittihamı ilə zindana salınmışdı. O, üçüncü dəfə hicri 311-ci ildə vəzir yin edilmişdi. Son dəfə 312-ci ildə vəzirlikdən uzaqlaşdırılmış oğlu ilə birlikdə zindana salınmışdı. Sonradan ata oğul qətlə yetirilmişdilər.

Şiə Əli ibn-Fəratın vəzirlik dövründə şiələr nisbətən rahat nəfəs alırdılar. Onlar bu fürsətdən istifadə edərək öz əqidələrini möhkəmləndirirdilər. Hüseyn ibn Ruh Növbəxtinin səfirliyi bu dövrə təsadüf edir. Mövcud siyasi durum vəkalət qurumunun da fəaliyyəti üçün münasib fürsət yaratmışdı. İbn-Fəratın vəzirliyi dövründə Hüseyn ibn Ruhun siyasi şəxsiyyətlər arasında yüksək mövqeyi vardı. O, bu fürsətdən şiələrin vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edirdi.

Xəlifə Razinin dövründə bu şiə ailəsi hakimiyyətdə nüfuza malik idi. Bu ailənin üzvləri müxtəlif dövlət işlərində çalışmaqla yanaşı, vəzirlik məqamına da sahib olmuşdular. Hicri 325-326- illərdə Fəzl ibn fər ibn Fərat xəlifənin vəziri idi.

Amma mərkəzdən kənardakı muxtar ərazilərdə şiələrin siyasi vəziyyəti daha münasib idi. Hətta zi məntəqələrdə siyasi hakimiyyət şiələrin əlində idi. Məsələn, hicri 184-296- illərdə Tunisdə əğləbə dövlətində, hicri 221-312-ci illərdə Mərakeşdə İdrisiyan dövlətində, hicri 296-567-ci illərdə Misirdə Übeydiyan dövlətində, hicri 320-338-ci illərdə cənubi mərkəzi İranda, Təbəristanda Ali-Buyə dövlətində, hicri 319-394- illərdə Mosul Hələbdə Ale-Həmdan dövlətində şiələr hakim idilər.

 

İCTİMAİ VƏZİYYƏT

Abbasilər xilafətinin mərkəzində onun nüfuzu altında olan məntəqələrdə şiələrin elə bir ictimai məqamı yox idi. Bu xoşagəlməz vəziyyətin müxtəlif amilləri vardı. Onlardan zilərini nəzərdən keçirək:

Abbasi hakimlərinin şiələrə zidd siyasəti;

Əşəri məzhəbinin təzilə şiə məzhəblərinə qalib gəlməsi;

Qəramitə Sahibe-Zənc vəhşiliklərinin şiələrin ayağına yazılması.

Hicri 311-ci ildə Qəramitələrin törətdiyi vəhşiliklərin ciddi təbliğatlar sayəsində şiələrə aid edilməsi səbəbindən Bağdad əhli şiələrə qarşı qalxdı şiə vəzir Əli ibn Fərat onun oğlu həbs edilərək qətlə yetirildi. Uyğun hadisə ilə əlaqədar Hüseyn ibn Ruh Növbəxti həbs edildi zindana salındı.

Amma Abbasilər hökumətinin xaricindəki muxtar məntəqələrdə inqilabi şiə hökumətləri qurulmuşdu şiələr üstün ictimai mövqeyə malik idilər.

 

XÜLASƏ

Kiçik qeyb dövründə hökumət xilafət altı abbasi xəlifəsinin ixtiyarında idi: təməd, təzid, Müktəfi, Müqtədir, Qahir, Razi. Bu dövrün siyasi vəziyyət xüsusiyyətləri özündən əvvəlki dövrün xüsusiyyətlərinin davamı idi. Müxtəlif istilalar, eləcə , türklərin nüfuzu mərkəzi hökuməti günbəgün zəifləşdirirdi. Bu dövrdə xilafət mərkəzi Samirradan Bağdada köçürüldü. Qəramitə fitnəsi həmin bu dövrə təsadüf edir. Əvvəlki dövrdə şiddətlənmiş ələvi qiyamları qəramitənin vəhşilikləri səbəbindən zəifləməyə başladı. Dəməşqdə ibn Ər-Riza qiyamları, Həsən ibn Yəhyanın Yəməndəki qiyamı, Təbəristanda Deyləmdə Həsən ibn Əlinin qiyamı, Afrikanın şimalında Mehdi adı ilə birinin zühuru, Misir şimali Afrikada fatimilər dövlətinin sis edilməsi, müstəqil muxtar dövlətlərin yaradılması uyğun dövrün ən mühüm hadisələri idi. İctimai vəziyyət əvvəlki dövrün ictimai vəziyyətindən fərqlənmirdi. Firqələrarası, məzhəblərarası, qəbilələrarası, təbəqələrarası ixtilaflar, xəlifələrin digər hakimiyyət nümayəndələrinin əyyaşlığı kiçik qeyb dövrünün ictimai vəziyyətinin əsas xüsusiyyətindən idi.

Əqidə baxımından bu dövrün iki səciyyəvi xüsusiyyəti var idi: Biri əhle-hədis məktəbinin bir qolu olan əşəri düşüncəsinin yaranması, digəri isə rəvayət kitablarının tərtibi.

Qeyb dövrünün başlanması haqqında müxtəlif baxışlar mövcuddur. Şiə alimləri isə bildirirlər ki, bu dövr imam Həsən Əsgərinin (ə) şəhadəti vaxtından başlamışdır. İmamın ictimai mövqeyi Abbasiləri qıcıqlandırdığından onlar həzrəti şəhadətə yetirmək qərarına gəldilər. İmamın məhz Abbasilər tərəfindən qətlə yetirilməsinə yetərincə dəlillər vardır. Amma Abbasilər belə bir görüntü yaratmağa çalışırdılar ki, imam təbii şəkildə dünyasını dəyişmişdir.

Abbasi xəlifələri imam Həsən Əsgərinin (ə) övladı olub-olmaması barədə ciddi axtarış aparır, ehtimal olunan canişinin həyatına son qoymaq istəyirdilər. Amma onlar öz şeytani hədəflərinə çata bilmədilər. İmam Mehdinin (ə) əmisi fər abbasi xəlifələrinə bu istiqamətdə kömək göstərirdi. fər imamət məqamına sahib durmaq üçün imam Həsən Əsgərinin (ə) cənazə namazını qılmağa cəhd göstərmişdi. Amma həzrət Mehdi (ə) bu işə mane olmuşdu. Çünki dünyasını dəyişmiş imama namaz qılmaq ona canişin olmaq əlaməti idi. fər imamlıq canişinlik iddiasında idi. O iddia edirdi ki, imam Həsən Əsgərinin (ə) ondan başqa varisi yoxdur. O, hökuməti imam Mehdinin (ə) axtarışına vadar edirdi.

Bütün bu fəaliyyətlərinə baxmayaraq, həzrət Mehdinin (ə) ikinci səfiri Məhəmməd ibn Osman müqəddəs nahiyə tərəfindən fərin öz ömrünün sonunda tövbə etdiyini bildirən fərman bəyan etmişdir.

Söhbətimin bu hissəsində bəyan olunan digər bir məsələ sərdabə əhvalatı idi. zi şiə düşmənləri şiələri ittiham edirlər ki, onlar imam Mehdinin (ə) bu günədək ac-susuz sərdabədə qaldığına inanırlar. Hansı ki, heç bir şiə alimi belə bir lumat verməmişdir. Şiələr həzrət Mehdinin (ə) bu günədək sərdabədə qalmasına inanmır irəli sürülmüş bu sayaq ittihamları rədd edirlər.

İslami rəvayətlərdə qeyb fəlsəfəsi haqqında müəyyən açıqlamalar verilmişdir. Onun ilahi sirlərdən bir sirr olması, saleh insanların imtahanı xəlbirdən keçirilməsi, insanların zülmə uğraması, imamın zalımlara beyətdən azad edilməsi varlığının hifzi qeyb səbəbləri kimi göstərilir.

Şeyx Tusi bu barədə yazır: «İmam Mehdinin (ə) qeybinin ilkin fəlsəfəsi, sirri ya hikməti onun canının qorunması, düşmən tərəfindən qətlə yetirilməsinin qarşısının alınmasıdır».

İmam Mehdinin (ə) kiçik qeyb dövründə dörd səfiri xüsusi naibi olmuşdur. Bu dörd şəxs dörd naib (nəvvabe-ərbəə) adı ilə tanınır. Osman ibn Səid Əmri (Əbu-Əmr), Məhəmməd ibn Osman ibn Səid Əmri (Əbu-fər), Hüseyn ibn Ruh Növbəxti (Əbül-Qasim) Əli ibn Məhəmməd Səməri (Əbül-Həsən) imamın yetmiş illik kiçik qeyb dövründəki xüsusi səfirləri olmuşlar.

Osman ibn Səid Əmrinin dövründə onun naibliyindən yalnız bir qrup xüsusi şiə xəbərdar olmuşdur. Bu şəxs imam Hadi (ə) imam Həsən Əsgəri (ə) tərəfindən təsdiq edildiyindən zaman ötdükcə şiələr arasında məşhurlaşmışdır. Osmanın müsbət keçmişindən xəbərdar olan xalq onun səfirliyini qəbul etmişdir.

Məhəmməd ibn Osmanın dövründə bir qrup yalançı fırıldaqçı şəxs naiblik səfirlik iddiası etmişdir. Bu adamlar müqəddəs nahiyə tərəfindən verilmiş fərmanla rüsvay olmuşlar.

Hüseyn ibn Ruhun səfirliyi dövründə yalan iddialar azalmışdı. Hüseyn ibn Ruh cəmiyyətdə abbasi hakimləri arasında nüfuz sahibi olmuşdur. Qəramitə fitnələri şiələrin ayağına yazıldığından Hüseyn ibn Ruh beş il zindanda qalmışdı.

Əli ibn Məhəmməd Səmərinin səfirliyi uzun sürməmişdi. O, hicri 326- ildən hicri 329-cu ilədək həzrət Höccətin (ə) səfiri kimi fəaliyyət göstərmişdir. Onun ölümündən sonra xüsusi səfirlik fəaliyyəti başa çatmışdır.

İmam Mehdinin (ə) diqqəti cəlb edən son fərmanı Əli ibn Məhəmməd Səmərinin dövründə verilmişdir. Vəkalət qurumunda xeyli etibarlı insanlar olmuşdur. Ələvilərin arasında böyük fəzilət sahibi olan insanlar az deyildi. Maraqlıdır ki, üçün bütün ləyaqətli insanlar həmin dörd nəfər səfirliyə seçilmişdir? İmam Mehdi (ə) uyğun dörd səfiri konkret meyarlar əsasında seçmişdir. Bu insanların iman, təqva, ədalət, elm agahlıqdan savay çox yüksək həddə təqiyyə sirsaxlamaları, səbr müqavimətləri, ali dərəcədə agahlıqları olmuşdur. Bütün bunlardan əlavə, bu dörd şəxs Abbasilərin diqqətindən yayına bilmişdilər.

Səfirlər şiələrlə həm vəkillər vasitəsi ilə, həm birbaşa əlaqə saxlamışlar. Amma vəkalət qurumundakı rabitələr vasitəli rabitə olmuşdur.

İmam Mehdinin (ə) dörd xüsusi naibinin aşağıdakı vəzifələri olmuşdur:

1.Xalqın imam Mehdinin (ə) vücudu ilə bağlı şübhələrinin aradan qaldırılması;

2.İmamın adının olduğu yerin gizlədilməsi ilə onun qorunması;

3.Vəkalət qurumunun təşkili himayəsi;

4.Fiqhi etiqadi sualların cavablandırılması;

5.İmam Mehdiyə (ə) aid xüms-zəkat kimi dini ödənclərin toplanması bölüşdürülməsi;

6.Yalançı vəkillərlə mübarizə onların ifşa edilməsi;

7.Xəyanətkar vəkillərlə mübarizə;

8.Xalqın böyük qeyb dövrünün qəbuluna hazırlanması.

Birinci vəzifənin əsas ağırlığı ilk səfir Osman ibn Səid Əmrinin, son vəzifənin əsas ağırlığı isə son səfir Əli ibn Məhəmməd Səmərinin üzərinə düşmüşdür.

Kitabın bu fəslində uyğun dövrdə zi xain yalançı vəkillər haqqında da danışdıq. Eləcə , bu dövrdə şiələrin ictimai-siyasi düşüncə durumu nəzərdən keçirildi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Səqifə damı altında “Səqifə” cərəyanı
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...

 
user comment