Azəri
Sunday 28th of April 2024
0
نفر 0

Təvəssül və şəfaətin inkarı tarixi


Sünnə əhlinin hicri-qəməri tarixinin 7-ci əsrində yaşamış Hənbəli alimlərindən olan İbn Teymiyyə təvəssül və şəfaət barəsində belə deyir:

“Allahı nəzərdə tutmadan - hətta peyğəmbər olmuş olsa belə - ölüdən kömək istəmək, ya ölmüş şəxsdən Allahdan bizim hacətimizi yerinə yetirməsini istəmək, ya Allahdan: Ey Allahım, hansısa bir şəxsin məqamına xatir bizim hacətimizi yerinə yetir... və bu kimi sözlər demək qadağan olub məsləhət görülmür. Bunların hamısı sonda ibadətdə şirklə nəticələnir”.[1]

Vahabilərin təfəkkür özülçüsünün İbn Teymiyyə olduğunu gördüyümüz kimi Məhəmməd ibn Əbdül Vəhhab xüsusilə təvəssül və şəfaətin inkarı əqidəsini daha şiddətli təəssübkeşliklə müzakirə edir. Fürsət güdən[2] istemarçı qüvvələr də vahabilərin digər məzhəblərlə təzadlı təfəkkür tarixindən bəhrələnmək üçün həmişə çalışıb və çalışmaqdadırlar. Belə isə, vahabi etiqadının azyaşlı tarixinin özü vahabiçilik cərəyanının məzhəb olmamasına aşkar dəlil olduğuna görə bu firqəni İslami firqələrdən saymaq düzgün deyildir. Çünki elə ilk günlərdən müsəlman milləti, xüsusilə də sünnə əhli İbn Teymiyyə və onun davamçılarının təfəkkürünü dinin xilafına və bidət olduğunu söyləmişdilər.

İbn Teymiyyənin fikirləri və sünnə əhlinin etirazı
Təqiyyuddin Əbul Abbas Əhməd ibn Teymiyyə hicri-qəməri tarixinin 661-ci ilində Türkiyənin kürdlər yaşayan zonası Urfa şəhərində anadan olmuşdur. Tatarların İslam dövlətlərinə həmləsi zamanı, o, ailəsi ilə Dəməşqə gedir və orada Hənbəli mədrəsəsinə daxil olub Quran əzbərləməyə başlayır. Bu dövrdə o, İbn Hənbəlin “Müsnəd” və Təbərinin “Əlmocəm” kitablarını oxuyaraq digər elmləri öyrənməklə məşğul olur. Deyirlər gözəl hafizə və fövqəladə istedad sahibi imiş.[3]

Həddən artıq bacarıq və zövqü onu təhsil illərində bir çox fikri problemlərlə qarşılaşdırır. Ustadlarının nəzər- cavabları ilə qane olmayan İbn Teymiyyə yavaş-yavaş zamanın alim və fəqihlərinin etirazına səbəb olaraq həbsə alınıb sürgün düşməsi ilə nəticələnir.

İbn Teymiyyə tövbə etdikdən sonra dövrün hakimi olan Əl-Sultan Nasir hicri-qəməri tarixinin 709-cu ilində onu yenidən Dəməşqə göndərir. O isə alimlər və fəqihlər ilə sülh yolu ilə davranır.[4] Hicri-qəməri tarixinin 720-ci ilində yenə də fəqihlərlə “talaq” məsələsi barəsində nəzəriyyəsinə görə zindana düşərək 721-ci ildə Sultanın məktubu əsasında azad olunur.

Azadlığa çıxandan sonra isə bu dəfə də verdiyi fitvalara görə ölkəsinin şiə və sünnü alimləri ilə ixtilafa düçar olaraq zamanın hökumətinin fərmanı ilə Dəməşq qülləsində zündana düşür.

Bu dəfə hökümət onun fitva verməsini qadağan edərək Şafei hakiminin fitvası əsasında onun bütün şagirdlərini, o cümlədən İbn Qəyyim Covzini, həbsə alırlar. Yeri gəlmişkən demək lazımdır ki, camaat ondan çox narahat olduqları üçün hətta onu öldürmək qərarına da gəlmişdilər.

Alimlərin İbn Teymiyyə ilə müxalifətçiliyi
İbn Teymiyyə peyğəmbərlər və salehlərin qəbrini ziyarət məqsədilə səfərlərə çıxmağın düzgün olmadığını demişdir. Belə səfərləri günah hesab edir, bu səfərdə namazların tam surətdə (kamil) qılınmasına hökm verdiyinə görə Şafei alimləri onunla müxalifətə qalxmışdılar.

Ibn Teymiyyə öz əqidəsinin sübutlu olduğunu göstərmək üçün belə bir dəlil gətirirdi: Peyğəmbər və səhabələr kiminsə qəbri üstə gedib təvəssül etməmiş, onlara tabe olanların da bu işi görməmiş, heç bir müsəlman da bu işin müstəhəb olduğunu deməmişdir. Beləliklə də bu işi görən hər kəs müsəlmanların ümumi təfəkkürünə qarşı çıxmış olur. İbn Teymiyyə bu fitvanı verdikdən sonra Peyğəmbərdən nəql olunan aşağıdakı hədislərin saxta olduğunu deyir:

"مَنْ حَجَّ وَ لَمْ يَزُرْنِى فَقَدْ جَفَانِى"

“Həccə gəlib məni ziyarət etməyən şəxs doğrudan da mənə cəfa etmişdir”.

"لا تشَدُّ الرِّحَالُ الا إلَى ثَلاثَة مَسَاجِدَ: اَلْمَسْجِدُ الْحَرَامِ وَ مَسْجِدِى هَذَا وَالمَسْجِدُ الْأقْصَى"

Üç məkandan başqa heç yerə ziyarət üçün səfər etməyin: Məscidul-Həram, mənim məscidim və Məscidul-Əqsa”.

Belə nəzəriyyələr sünnü alimlərinin müxalifçilik hisslərini oyatığından məlum olur ki, o zamana qədər bu barədə heç bir ixtilaf yox imiş. Bu münaqişənin yaranmasına səbəb olan ilk şəxs İbn Teymiyyə olmuş, öz etiqadını təsdiqləmək üçün isə kitablarını zindanda yazmışdır.

Dəməşq qülləsi zindanında həbsdə keçirdiyi iki il və bir neçə aydan sonra hicri-qəməri tarixinin 728-ci ilində vəfat edir və Babus-Səğir qəbristanlığında qardaşının qəbri yanında basdırılır. Şeyx Abbas Qumi “Əl-Konyə vəl əlqab” adlı kitabında onun İordaniyada basdırıldığını deyir. Sonralar İbn Teymiyyə Təqiyuddin Əhməd bin Əbdül Həlim Əl-Hərrani Dəməşqi adı ilə məşhurlaşmışdır.

Bu günkü zamanda onun qəbirindən əsər-əlamət qalmamış, yazdığı kitablar haqqında isə - “Bətələl islahud dini” kitabında olan məlumata əsasən - 17 kitabdan ibarətdir.

Şəfaət mövzusunda söhbətlərimiz İbn Teymiyyənin “Bətələl islahud dini” kitabından götürülmüşdür və bu mövzuda Məhəmməd bin Əbdül Vəhhabın “Ət-Tovhid” adlı kitabına yazılmış şərh olan “Fəthul Məcid” kitabında da məlumatlar vardır. Son zamanlarda yazılmış “Ət-Tovhid bil luğətil farsiyyə” ünvanlı kitabda bu məsələlərə şiə əqidəsi müqabilində azca nizam və ehmallıqla yanaşılmışdır. Kitabın ilk səhifələrində haqqında danışdığımız bu kitab hicri-şəmsi tarixinin 1374-cü ilində Cəddə hava limanında şiələr[5] arasında pulsuz paylanmışdır. Lakin o, şəfaət barəsində deyir: Şəfaət yalnız Allaha məxsusdur və Haqq həzrətlərinin Lütf və Kərəmi sayəsində bu xüsusiyyət bəzi bəndələrinə verilmişdir”. Bu kitab İbn Teymiyyənin bəzi fikirlərini də nəql etmişdir ki, onun sözlərinin sonunda bu cümləni demişdir:

"لا تَكُونُ الا لأَهْلِ التَّوْحِيد وَ الإخْلاص"

“Şəfaət xalis və müvəhhid insanlara şamil olacaqdır və şəfaət Allahın izni ilə bu şəxslərə veriləcəkdir”.

Müəllif bu kitabda sözünə belə davam edərək yazır: “Şiə nöqteyi-nəzərincə ixlas və tovhidin ən gözəl nümunələri peyğəmbərlər, övliyalar və Məsum İmamlardırlar (ə) ki, yuxarıda nəql olunduğuna əsasən, Qiyamət günü şəfaət verməkdə üstün, məziyyətli hüquqa malik olmaları gərəkdir”.

 

--------------------------------------------------------------------------------

[1] Mahmud Mehdi Əl-İstanbuli, İbn Teymiyyənin “Bətələl islahud-diniy”, Əl-Məktəbul İslami nəşriyyatı, Beyrut, səh. 136 və 139.

[2] Bulanlıq sudan balıq tutanlar (kitabda bu atalar sözü istifadə olunmuşdur).

[3] Mahmud Mehdi Əl-İstanbuli, İbn Teymiyyə “Bətələl islahud-diniy”, Əl-Məktəbul İslami nəşriyyatı, Beyrut, səh. 16.

[4] Mahmud Mehdi Əl-İstanbuli, İbn Teymiyyə Bətələl islahud-diniy, Əl-Məktəbul İslami nəşriyyatı, Beyrut, səh. 30.

[5] Şiə dedikdə məqsəd İranlı şiələr nəzərdə tutulmuşdur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

IMANSIZ SALEH ӘMӘL
Ilahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan ...
IKINCI ÇAPIN MÜQӘDDIMӘSI
Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ

 
user comment