Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İmam Mehdinin (ə) yolu və əsərləri «müşk sonluq»

İmam Mehdinin (ə) yolu əsərləri haqqında bir çox lumatlar əldə edilmişdir. Kitabın sonunda onlardan zilərini xülasə şəkildə nəzərdən keçirmək yerinə düşər.

 

YOL

İmam Mehdinin (ə) üslubu, rəftarı əsərləri iki baxımdan araşdırıla bilər: kiçik qeyb dövründə zühur dövranında. Bu səciyyələr bizim üçün yaxşı bir nümunə olduğundan onlardan zilərini xatırlamaq münasib olar.

 

QEYB ƏSRİ

İmamın hidayət rəhbərlik, müsəlmanların şiələrin hifzi, ümumdünya inqilabı üçün şərait yardımçıların hazırlanması kimi şənləri vardır . . . Həzrət bütün şənləri vəzifələrini ən üstün şəkildə yerinə yetirməkdədir. Qeyb prinsipinə uyğun gələn bütün işlərdə həzrətin diqqəti vardır. Belə ki, rəvayətdə nəql olunmuşdur: «Qeybim dövründə məndən faydalanmaq buludlar arxasında gizlənmiş günəşdən faydalanmaq kimidir».

Həzrət cəmiyyətdə iştirak etmədiyi üçün yox, sadəcə, zahir olmadığı üçün Ğaib (qeybdə olan) adlandırılmışdır. Qeybin cəmiyyətdə hazır olmamaq kimi yozulması həzrətə qarşı yersiz bir böhtandır. Belə düşünənlər zühurla hüzur arasındakı fərqi bilmirlər. Həzrətin gəlişi onun hüzuru yox, zühuru nasındadır. Onun aşiqləri Allahdan həzrətin hüzurunu yox, zühurunu diləyirlər. Həzrət zahir olduğu vaxt insanlar heyrətdən yerində donar təəccüblə deyərlər ki, biz onu vaxtsa görmüşük.

Həzrətin xüsusiyyətlərini öyrənmək üçün müxtəlif rəvayətlərə, dualara, ziyarətnamələrə, həzrətin zi şiələrə ünvanladığı fərman məktublara, həzrətin hüzuruna nail olmuş etibarlı insanların söhbətlərinə müraciət etmək olar.

Dualarda, göstərişlərdə daha çox nəzərə çarpan həzrətin şiələrin vəziyyətinə, problemlərinə diqqət yetirməsidir. Bu mətnlərdə bəyan olunmuş zi nöqtələrə nəzər salırıq:

1. Şiələrin vəziyyətindən xəbərdarlıq;

Şeyx Müfid üçün çıxarılmış fərmanda bildirilir: «Biz sizin vəziyyətinizdən agahıq bu sahədə bizim üçün gizli bir şey yoxdur».

2. Şiələrin çətinlikdən düşmənlərin şərindən hifzi;

Həmin göstərişdə bildirilir: «Biz sizə yardımda yubanmamış sizi yaddan çıxarmamışıq. Əgər belə olmasaydı, çətinliklər müsibətlər sizi sarsıdar, düşmənləriniz kökünüzü qazardılar».

İmamın xalqa yardımına misal olaraq Bəhreyn xalqının istilaçılar onların nökərlərinin əlindən xilas olunmasını göstərmək olar. Bəhreynin baş naziri şiələrlə kitab əhlindən olan hərbi kafirlər kimi rəftar etmək istədikdə, onlardan zəlilcəsinə cizyə almaq planı qurduqda, kişilərini öldürüb, qadın uşaqlarını əsir götürmək qərarına gəldikdə həzrət Mehdi (ə) onun hiylələrini puça çıxarmaq üçün böyük rol oynadı.

3. Xalq arasında hüzur;

Nomaninin «Əl-ğeybət» kitabında oxuyuruq: «Sahibul-əmr (imam Mehdi (ə)) onların arasında gəzir, bazarlarına get-gəl edir, xalçaları üstə qədəm götürür. Amma onu tanımırlar. O, yalnız Allahın izni ilə özünü insanlara tanıtdırır».

Digər bir rəvayətdə həzrət Əli (ə) buyurur: «And olsun Əlinin Allahına, Allahın höccəti onların arasındadır. Küçə bazarlarında gəzir, evlərinə varid olur, şərq qərbə səyahət edir, xalqın danışdıqlarını eşidir, cəmiyyətlərində iştirak edir, onlara salam verir. O, xalqı görür

«Nüdbə» duasında belə oxuyuruq: «Canım sənə qurban! Sən bizim aramızda olan qaibsən. Canım sənə fəda! Sən vətənindən uzaq düşmüş o kəssən ki, bizdən uzaq düşməmisən».

4. Həcc mərasimində daimi hüzur.

«Kəmalud-dində» oxuyuruq: «Həzrət hər il həcc mərasimində iştirak edir. Hamını görür tanıyır. Başqaları isə onu görür, amma tanımır».

Sadalanan xüsusiyyətlərdən əlavə, həzrət çətinliyə düşənlərə əl tutur, yolunu itirənlərə yol göstərir, əlacsız xəstələrə şəfa verir, minlərə dua edir, zilərinin dəfnində iştirak edir, alimlərin zi elmi məsələlərini aydınlaşdırır, ümidsizlərə ürək-dirək verir. O tanınsa da, tanınmasa da, özü birbaşa ya başqasının vasitəsi ilə aşiqlərinə əl tutur.

 

ZÜHUR DÖVRANI

Həzrətin zi tərbiyəvi əxlaqi xüsusiyyətlərini nəzərdən keçirək:

Rəvayətdə nəql olunur: «Bizim Qaim qiyam edəndə əlini bəndələrin başına qoyar, onların ağıllarını təmərküzləşdirər, əxlaqlarını kamala çatdırar. Həzrətin diqqəti hidayəti sayəsində düşüncələr çiçəklənər, bir çox ictimai fəsadların səbəbi olan dar baxışlar, əxlaqi çirkinliklər aradan qalxar».

«Mehdi (ə) dövlətində bütün xalqa hikmət elm öyrədilər».

«Mehdi qiyam etdiyi vaxt Allah-təala bəndələrin qəlbinə ehtiyacsızlıq hissi salar».

«Bizim Qaim qiyam edəndə sinələrdən kinlər çıxar».

«Qaim qiyam edəndə hər bir əhli-beyt düşməninə iman təklif edər. Əgər qəlbən qəbul etsələr onları bağışlayar, qəbul etməsələr, boyunlarını vurar».

«O, xalqı Allahın kitabına, peyğəmbər sünnətinə, Əli vilayətinə düşmənlərə arxa çevirməyə çağırır».

«Həzrət Peyğəmbər (s) buyurur: «Onun yolu sünnələri mənim yolum sünnəmdir. Xalqı mənim din ayinimə gətirər onları Allahımın kitabına vət edər».

İmamın ictimai səciyyələri haqqında zi nöqtələri qeyd edək:

«Yer üzünü zülm-sitəm bürüdükdən sonra onu ədalətlə doldurar».

«Mehdi (ə) sizə göstərər ki, ədalətli yol necədir».

«Ədaləti hamını əhatəyə alar».

«And olsun Allaha, Mehdi (ə) ədaləti evlərə isti-soyuğun daxil olduğu kimi daxil edər».

«Qeyri-qanuni rabitələr, məstedici içkilər, sələmçilik aradan qalxar, xalq ibadət-itaətə üz tutar, əmanətlər qorunar, şər insanlar məhv edilər, saleh insanlar qalxar».

«Bizim Qaim qiyam edəndə həqiqi dostluq, həqiqi səmimiyyət ayaq tutub gəzər, hər bir ehtiyaclı öz iman qardaşının cibindən ehtiyac duyduğu qədər götürər qardaşı bu işi ona qadağan etməz».

«Əsil yollar genişləndirilər, yol üstə tikilmiş məscidlər sökülər, balkonlar küçəyə açılan pəncərələr bağlanar, küçəyə açılan su ayaqları tutular».

«Sizə həzrət Mehdinin (ə) gəlişi ilə müjdə verirəm. Göy yerin sakinləri ondan razı olar. O, sərmayələri düzgün şəkildə bölər. (Bir şəxs Peyğəmbərdən bu bölgünün necəliyi haqqında soruşdu həzrət buyurdu) ni xalq arasında bərabər bölər».

«Mehdi (ə) xalq arasında elə bir bölgü aparar ki, bir nəfər olsa, ehtiyaclı tapılmaz, kimsə zəkata möhtac olmaz».

 

SİYASİ SƏCİYYƏLƏR

İndi isə zühur dövrünün siyasi səciyyələri ilə tanış olaq:

«Qaim qiyam etdiyi vaxt batil dövlətlər məhv olar».

«Həmin gün İslam hökumətindən savay heç bir hökumət olmaz».

«Heç şübhəsiz ki, gecə gündüzün çatdığı hər bir nöqtəyə Məhəmməd (s) ayinləri çatacaq yer üzündə şirkdən əsər qalmayacaq».

«O yalnız qılınc tanıyar».

«Mehdi (ə) dövləti dünyanın şərqini qərbini vət edər».

«Allahın düşmənlərini öldürər ki, Allah razı olsun».

«Mehdi (ə) qiyam etdiyi vaxt «Əşhədu Əlla İlahə İlləllah Əşhədu Ənnə Muhəmmədən Rəsulullah» fəryadının çatmadığı yer qalmaz».

«Peyğəmbərdən soruşdular ki, əsrin imamı zimmə əhli ilə necə rəftar edər? Həzrət buyurdu: «İslam Peyğəmbəri kimi onlarla müqavilə bağlayar, onlar da mütilik göstərərək öz əlləri ilə cizyə ödəyərlər».

«O, qiyam qaldıranda ədalətlə hakimlik edər, onun dövründə zülmün kökü kəsilər yollar əmin-aman olar

«O, azğınlar arasında qılınc çəkər kimsədən tövbə qəbul etməz. Vay Mehdi (ə) ilə düşmənçilik edənin halına».

«Pərvərdigara! Sənə ümid edirik ki, imam zamanın kəraməti ilə dövlət zühura gətirəsən, İslam əhlinə onunla izzət bəxş edəsən, nifaq nifaq əhlini zəlil buyurasan».

«Allah-təala həzrət Mehdi (ə) vasitəsi ilə bu ümməti büdrəmələrdən sonra islah edər».

«Qaimin tərəfdarları Allah razı olanadək öz qılınclarını yerə qoymazlar».

«Bizim Qaim qiyam edən zaman qan-tər axar, mübarizə meydanlarında atlara süvar olunar».

«Haradadır təcavüzkarların qəddini qıran? Haradadır şirk nifaq binalarını viran qoyan? Haradadır azğınlıq tüğyan əhlini məhv edən

 

Zühur dövrünün iqtisadi səciyyələrinə nəzər salaq:

«Həmin zamanda mənim ümmətim bu vaxtadək heç bir ümmətin bəhrələnmədiyi nemətlərdən bəhrələnər. Yer üzü başdan-başa məhsul verər heç nəyi onlara əsirgəməz. Hər kəs həzrət Mehdinin (ə) yanına gəlib ondan mal istəsə, həzrət yubanmadan onun istədiyini əta edər».

«Mehdinin (ə) dövlətində sələmçilik aradan götürülər».

«Mehdi (ə) bütün ölkələrdəki nümayəndələrinə tapşırar ki, şəhərlər abad edilsin».

«Yer üzü Mehdinin (ə) əli ilə abad, xürrəm olar».

«Yerin təkindəki bütün dən xəzinələr həzrətin hökuməti zamanı aşkarlanıb, istixrac olar. Yer üzündəki bütün xarabalıqlar həzrət tərəfindən abad edilər».

«Yer bütün olanlarını cücərdər, mal-qara bol olar».

«Həzrətin zühuru zamanı səmadan bol yağış yağar, torpağın təkində göyərməyən bir şey qalmaz».

«Var-dövlət hesaba alınmadan bölünər».

«Bizim Qaim qiyam edən zaman zalım hakimlərin mənimsədiyi ya həvalə etdiyi torpaqlar geri qaytarılar

«Həzrət xalq arasında elə bir bölgü aparar ki, heç bir ehtiyaclı qalmaz».

 

Uyğun dövrün elmi səciyyələrinə nəzər salaq:

«Elm bilik 27 hərfdən, şöbədən ibarətdir. Peyğəmbərlər onun yalnız ikisini xalq üçün gətirmişlər. Xalq bu günədək 27 hərfdən ikisini tanımışdır. Qaim qiyam etdiyi vaxt qalan 25 şö aşkar olar».

«Qaim qiyam edəndə Allah-təala bizim şiələrin qulaqlarını gözlərini o qədər gücləndirər ki, onlarla Qaim arasında vasitəçiyə ehtiyac qalmaz. Onunla danışar onun danışdıqlarını eşidərlər, o öz yerində insanlar isə ucqarda olduqları vaxt onları görər».

«min şəxs Qaimin zamanında şərqdə olduğu halda qərbdəki qardaşını görər. Eləcə , qərbdə olan kəs şərqdəki qardaşını müşahidə edər».

«(Merac hədisində buyurulur:) Küləkləri ona müti edərəm, şimşəkli buludlar ona ram olar. Onu səmalara səfər üçün vasitə ilə səmalara ucalmağa müvəffəq edərəm».

 

Hüzur dövrünün mühakimə səciyyələrinə nəzər salaq:

«O (Mehdi (ə)) xalq arasında həzrət Davud kimi mühakimə edər».

«Həzrət Mehdi (ə) həzrət Davud Süleyman kimi hakimlik edər dəlil tələb etməz».

«Həzrət Tövrat əhli ilə Tövratla, İncil əhli ilə İncillə, Zəbur əhli ilə Zəburla, Quran əhli ilə Quranla mühakimə aparar».

«Hətta qadınlar da evlərdə Allahın kitabı peyğəmbər sünnəsi əsasında mühakimə edərlər».

«Onun hökmlərində rüşvətə yol yoxdur».

 

Hüzur dövründə həyatvericilik səciyyələri:

«Həzrət kitab sünnədə tərk olunmuş hökmləri dirildər».

«Allah-təala Mehdinin (ə) vasitəsi ilə bidətləri azğınlıqları aradan qaldırar, sünnələr dirildilər».

«Allah-təala onun vasitəsi ilə ölü torpaqları dirildər, dini onun əli ilə aşkarlayar, müşriklərə xoş gəlməsə , haqqı gerçəkləşdirər».

«Bütün bidətlər aradan qaldırılar, bütün sünnələr canlandırılar».

«İmam Sadiq (ə) bir Quran ayəsinin təfsirində buyurur: «İnsanların kafir olması ilə yer öləndən sonra Allah-təala onu Qaim vasitəsi ilə dirildər».

«Haradadır Quran onun hədlərini diriltmək üçün arzu edilən kəs? Haradadır din din əhlinin nişanələrini dirildən kəs?

 

Peyğəmbərlik ələvilik səciyyələri:

«Onlar arasında peyğəmbər üsulu ilə rəftar edər, peyğəmbərin yolunu gözləyər».

«Cəddi peyğəmbərin yolu ilə gedər həyat tərzi Əmirəl-mininin (ə) həyatı kimi olar».

«Həzrət Mehdi (ə) mənim yolumu davam etdirər, mənim yolumdan kənarlaşmaz».

«Bütün bidətləri Mehdi (ə) aradan qaldırar əməl edilməyən bir sünnə qalmaz».

«Qaim qiyam edən vaxt, bir zaman Peyğəmbər (s) yeni əmr gətirdiyi tək yeni əmr gətirər».

 

İmam Mehdinin (ə) fərdi səciyyələri:

«Gecə namazı gecələr oyaqlıq səbəbindən həzrət Mehdinin (ə) rəngi sarıya çalır. Fəda olum o kəsə ki, gecələr səcdə rüku halındadır, ulduzların tülu qürubunu izləyir. Fəda olum o kəsə ki, Allah yolunda edilən məzəmmətlər ona sir göstərmir. O mütləq qaranlıqlarda hidayət çırağıdır. Fəda olum o kəsə ki, Allahın əmri ilə qiyam edər».

«Mehdi (ə) Allah qarşısında təvazökardır».

«Mehdi (ə) Allah qarşısında mütidir».

«Mehdi (ə) Allah qarşısında hamıdan təvazökardır».

«O yaxşılıqlara xeyirxahlıqlara tələsir, mübariz çalışqandır».

«Onda Musanın kamalı, İsanın şövkəti, Əyyubun dözümü var».

«Allahın kitabına peyğəmbər sünnəsinə elm Mehdi (ə) qəlbində kök atmışdır

«Allah-təala mənim övladlarım pak fitrətim arasından elə birini ayağa qaldırır ki, başdan ayağa ədalət, bərəkət paklıqdır. O ən kiçik haqsızlığa göz yummaz. Allahın fərmanına itaət edər, kimsə ilə qohumluq hesabı yoxdur, daşı daş üstünə qoymamışdır (dünya malından bir şey götürməz)».

«Mehdinin (ə) aramlıq vüqarı, halal-haramı tanıması, ona ehtiyac onun ehtiyacsızlığı ilə tanıyacaqsınız».

«O xalqın ən biliklisi, hikmətlisi, ən pəhrizkarı, ən dözümlüsü, ən bağışlayanı ən abididir. Gözləri yuxuya getsə , qəlbi daim oyaqdır, mələklər onunla söhbət edir. Duası daim qəbul olur. Əgər daşa nifrin etsə, daş ikiyə bölünür».

«Mehdi (ə) iki bariz nişanəsi ilə tanınır: sonsuz biliyi dualarının qəbul olması ilə».

«Onun biliyi hamıdan çox, mərhəməti hamıdan genişdir».

«And olsun Allaha ki, onun libası cod yeməyi bərk yavanlıqsızdır».

«O özü ilə əhd etmişdir ki, xalqın istədiyi tək onlar gedən yolla getsin, onlar geyən libasdan geysin, onların miniyi kimi miniyə süvar olsun, aza qane olsun. zülmlə dolmuş yer üzünü Allahın yardımı ilə ədalətlə doldurar. Allaha Onun layiq olduğu kimi pərəstiş edər qapısında keşişçi dayandırmaz».

«Təqvanı əsas götürər bəsirətlə addım atar».

 

İdarəçilik səciyyələri:

«Mehdi (ə) bağışlayandır çox bağışlayar. Öz dövlət murları ilə ciddi rəftar edər, çarəsizlərlə mehriban olar».

1.«Həzrət Mehdi (ə) öz tərəfdarlarını bütün şəhərlərə yayar onlara göstəriş verər ki, ədalət ehsanla rəftar etsinlər. Onları dünya ölkələrinə hakim yin edər şəhərlərin abad olmasını tapşırar».

2.«Öz valilərini şəhərlərə göndərər göstəriş verər ki, xalq arasında ədaləti bərpa etsinlər».

3.«O, Allahın fərmanını dəqiq yerinə yetirər. Kimsə ilə qohumluq hesabı yoxdur, daşı-daş üstə qoymaz. Allah-təala onun vasitəsi ilə haqq həqiqət qapılarını açar, batil qapılarını bağlayar».

4.«Haqqı vacib edər».

5.«Dünyada bidət qalmaz, mövcud bidətlər aradan qaldırılar. Bütün sünnələr yerinə yetirilər».

6.«Mehdi (ə) öz yaxınları ilə məşvərət edər».

7.«Həzrət Mehdinin (ə) vəzirləri qeyri-ərəb olar. Onların arasında bir nəfər ərəb tapılmaz. Amma onlar ərəbcə danışar ən yaxşı vəzirlər olarlar».

8.«Allahın kitabına əməl edər, harada pis görsə, onu çirkin sayıb inkar edər».

9.«O, himayədar xeyirxahdır».

10.«O, salehlər kimi rəftar edər».

11.«O, xalqa onların özündən daha qayğılı, ata-analarından daha qayğılı, Allah qarşısında hamıdan təvazökardır. Xalqa nəyi əmr edərsə, özü hamıdan qabaq ona əməl edər. Xalqa qadağan etdiyi şeydən əvvəlcə özü çəkinər».

12.«Mehdi (ə) zühur edəndə doğru yolu üstələmiş nəfs istəklərini səmavi hidayətə qaytarar. Düşüncələri bir vaxt ylərin qalib gəldiyi Qurana yönəldər. Sizə elə bir şəxs hakim olacaq ki, bu günkü hökumətlərin soyundan deyil. Sizin Mehdi (ə) göstərəcək ki, hökumətdə ədalətli rəftar necə olur. Kitab sünnədən tərk edilənlərə həyat verəcək».

 

 

ƏSƏRLƏR

Həzrətin atası ilə az olması, qeyb dövründəki məhdudiyyətlərə baxmayaraq, zi əsərləri yadigar qalmışdır. zi mühüm əsərlərə nəzər salaq:

1.Rəvayətlər dəlillər: Bu rəvayətlər həzrətin uşaqlıq dövrü atası ilə birgə yaşadığı qısa müddətlə bağlıdır.

2.Dualar namazlar: Dua insanın öz Allahı ilə səmimi rabitəsi aşiqanə zümzüməsidir. Həzrətdən nəql olunmuş duaların uca çoxsaylı məziyyətləri var. Allah, əhli-beyt, həzrət Mehdinin (ə) məqamının tanınması, qiyamət, intizar, intizar dövründə vəzifələr, haqqın batilə qələbəsi, səbr, çətinliklərin dəfi, əxlaq məsələləri ilə tanışlıq həmin məziyyətlərdəndir. Həzrətdən bu dualarla yanaşı bir sıra namazlar da nəql olunmuşdur.

3.Ziyarətnamələr: Ziyarət imamşünaslıq insanla imam arasındakı rabitə göstəricisidir. Həzrətə aid olan ziyarətnamələrdə dərin maarif mövcuddur. Bu mətnlərdə imamların məqamı, vəzifələri, minlərin təklifləri başqa həqiqətlər bəyan olunmuşdur.

4.Fərmanlar bəyanatlar: Həzrət Mehdi (ə) öz naiblərindən zilərinə məktublarla müraciət etmişdir. Dörd naibə şeyx Müfidə ünvanlanmış namələri misal göstərmək olar. Bu namələrdən zilərində həzrətə ünvanlanmış suallar cavablandırılmışdır. ziləri isə həzrət tərəfindən verilmiş fərmanları əks etdirir. Bu namələrin bir sıra dəyərləri vardır. Məsələn, fiqhi suallara cavab, qeyb dövründə imamın rolu, xəbərdarlıqlar, təsdiqlər, təkziblər, intizarda olanların vəzifələri, qeyb dövründə fəqihlərin məsuliyyəti.

Uyğun namələrdən əlavə, həzrətin bir sıra buyuruqları yadigar qalmışdır. Bu buyuruqlar həzrətlə görüşmüş şəxslər tərəfindən nəql edilmişdir. Həzrətin ikinci səfiri Məhəmməd ibn Osman Əmri deyir: «Həzrəti son dəfə Məkkədə Allah evinin kənarında gördüm. O deyirdi: «Pərvərdigara, mənə verdiyin di yerinə yetir». Həzrət bənin pərdəsini tutub ərz edirdi: «Pərvərdigara, düşmənlərdən mənim intiqamımı al».

 

 

 

 

 

XÜLASƏ

İmam Mehdinin (ə) yolu əsərləri haqqında mənbələrdə bir sıra lumatlar vardır. İmam Mehdinin (ə) yolu iki baxımdan araşdırıla bilər: Qeyb dövrü zühur dövrü.

Qeyb dövründə imam xalq arasındadır, onlardan xəbərdardır onları qorumağa çalışır. Həzrət zühur dövründə tərbiyəvi, əxlaqi, idarəçilik istiqamətlərində fəaliyyət göstərir. Həzrətin xüsusiyyətlərinə nəzər salaraq onun ardıcılları öz idealını tapa bilər.

İmamın ona münasibətdə ciddi məhdudiyyətlərə baxmayaraq, dəyərli əsərləri qalmışdır. Dualar, məktublar həzrətin əsərlərindəndir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ ALİMLƏRİNİN İDEOLOJİ VƏ SİYASİ MÜBARİZƏLƏRİ
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ
Səcdə üçün ən fəzilətli torpaq
Qeyb dövrünün tarixi mənbələri ilə tanışlıq və onların araşdırılması
NIYABƏTƏ AID OLAN BƏZI MƏSƏLƏLƏR
Mövsüm Səmədovu orucluqla bağlı istəyinə görə karsa salıblar
ME’MARLIQ VƏ DİGƏR SƏNƏTLƏR
CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR
HƏZRƏT ƏBU TАLİB VƏ XƏDİCƏNİN VƏFАTI
QİBLƏNİN DƏYİŞİLMƏSİ

 
user comment