Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

ӘZİZ ОХUCULАR!



 

 

İslam tarixində hər biri məktəb ola biləcək simalar kifayət qədərdir. Məhəmməd Peyğəmbərin (s) vəfalı, sədaqətli, imanlı səhabələri, İmam Əlinin (ə) ixlaslı silahdaşları, digər on bir imamımızın təqvalı ardıcılları mənəviyyat örnəyi kimi tanınırlar. Onlar haqqında aparılan araşdırmalar əsər halında oxuculara təqdim edilibsə də, tədqiqatlar davam edir, bu yolda gecəni gündüzə qatan İslam alimləri yüksək ruhiyyə ilə işlərini davam etdirirlər. Danılmaz həqiqətdir ki, bu yolun yolçuları nəfsini boğmuş, özünü tərbiyələndirmiş şəxslər olduğundan tarixi oçerklər yazmazdan qabaq insanların həyatını, əxlaqını, yaşam tərzini, ədəb-ərkanını, fəaliyyətini tənzimləyən əbədiyaşar “Qur’an akademiyasının” məzunlarıdırlar. Qur’an ruhunda formalaşmış şəxsiyyət nəinki tarixi nümunələrdən faydalı əsərlər yazır, həm də nəticədə özü bir örnək olur.

Əziz oxucularımıza böyük ehtiramla təqdim etdiyimiz “Nur sırası” kitabı kökü Аzәrbаycаnа bаğlı o cür şəxsiyyətlәrә həsr edilmişdir.

Nәşriyyаt



 

 

ƏRKİVAN

 

Qısа tаriхi еkskurs.

Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndi respublikanın qədim yaşayış məntəqələrindəndir. Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir.

Hazırki Ərkivan Masallı şəhərindən iki kilometr qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəyində yerləşir. Lənkəran ovalığı isə Talış sıra dağları  ilə Xəzər dənizi arasında qərar tutub.[1]

Deyirlər Ərkivan Dəştvəndin bir parçasıdır. Dəştvənd isə Talış xanlığının 8 məşhur mahalından biri olmuşdur. Bu mahal qərbdən Talış dağları, şərqdən Xəzər dənizi və Muğan düzü ilə, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub. Ərkivan isə bu mahalın mərkəzi, sanki üzük qaşı sayılıb. Bir sıra tədqiqatçılar isə ümumiyyətlə Dəştvənd və Ərkivanın eyni yer olduğunu bildirirlәr. S. Kazımbəyoğlunun fikrincə, “Talış xanlığının ən böyük mahallarından biri olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərqi isə düzənlik olan bir mahal olmuşdur. Şimaldan və şimali-şərqdən Şirvan vilayəti, şərqdən Xəzər dənizi, cənubdan Lənkəran və dağlıq mahalları, qərbdən Səfdəşt mahalı və İranla sərhəd olmuşdur.”

“Dəştvənd” adına görə bir çox tədqiqatçılar Ərkivanı çöl kənarı, dəniz kənarı olan yer adlandırır. Sоn illərə qədər kənddə bir neçə yerdə tapılmış lövbər qalıqları buranın dəniz kənarında yerləşən bir yer olması ehtimallarını daha da gücləndirir. Xəzərin səviyyəsinin son minilliklərdə 6-7 dəfə kəskin şəkildə yüksəlməsi, Lənkəran şəhəri özü də daxil оlmаqlа, bir sıra yerlərin su altında qalması bu fikri bir daha təsdiq edir.

Bir sıra tarixçi alimlər Şeyx Sәfiəddinin (1252-1334) Ərkivanda olduğunu iddia edirlər.

Rus dilində çap edilmiş “Azərbaycanın tarixi coğrafiyası” kitabında XVİ əsrə aid tərtib edilmiş xəritədə Ərkivan toponiminə də rast gəlirik.

Rus çarı İ Pyotr (1672-1725) Ərkivan məntəqəsini Rusiya xadimlərindən “Kerç” ləqəbi ilə tanınan Bernard Aleksandroviçə hədiyyə etmişdi.

Bəs, “Ərkivan” nə deməkdir?

“Ərk” fars dilində “qala”, “istinadgah”, “i” birləşdirici səs, “van” isə yer deməkdir. Ərkivanın mənası qalanın yaxınlığında, istinadgah yerində salınmış kənd deməkdir.[2] Ərkivan qalalı yer, qala yeri deməkdir. “Ərk” qala, “van” yer deməkdir.[3] Başqa bir mənbədə - Vaqif Yusiflinin “Ərkivan və ərkivanlılar” kitabında isə göstərilir: Ərkivan, Ərkəvan, Ardjuvan və Akon kimi göstərilir. “Akon” talış dilində “əkon” sözündəndir. “Ə” o, “kə” ev, “on” cəm şəkilçisidir. Bu toponimin talışca daha inandırıcı variantı “Arkon”dur, yəni ərklilər deməkdir.

Dilçi alim, professor Ağamusa Axundov yazır ki, “Ərkivan” qala yeri deməkdir.

Məlum olduğu kimi, tariximizdə mühüm və əhəmiyyətli yer tutan Səfəvilər dünyəvi və ruhani hakimiyyətini birləşdirmişdilər. Ərkivanın Səfəvilərlə bağlılığı artıq təsdiq olunmuş həqiqətlərdəndir. Tarixçi alimlər Şeyx Sәfiəddinin Ərkivan kəndində (7 il) yaşadığını (1274-1281) qeyd edirlər. Tarixi mənbələrin verdiyi məlumata görə, 1501-ci ildə Təbrizdən qayıdarkən Şah İsmayıl Xətai yolüstü Ərkivanda dayanаrаq bir müddәt dincəlmiş və Şeyx Sәfiəddin bulağından su içmişdir.

V-Vİ əsrlərdə tikilmiş Ərkivan qalası isə həmişə hərbi strateji əhəmiyyətə malik olmuşdur. Aparılan elmi tədqiqatlar Ərkivan qalasının müdafiə məqsədilə tikildiyini və düşmənə qarşı mərdliklə döyüşmüş Ərkivan əhalisinin qəhrəmanlıq simvolu olduğunu göstәrir.

Nadir şahın vəfatından sonra İranda mərkəzi hakimiyyət zəifləyir və Azərbaycanda ayrı-ayrı xanlıqlar, o cümlədən XVİİİ əsrin sonlarında Talış xanlığı meydana çıxır. Ərkivan qalası Talış xanlığının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazilərindən biri hesab olunur.

XVİİİ əsrin əvvəllərindən başlayaraq Ərkivan Rusiya dövlətinin diqqətini cəlb etməyə başlamışdır. XİX əsrin əvvəllərində Rusiya və İran arasında gеdәn müharibə dövründə (1904-1913) Ərkivan hər iki tərəf üçün mühüm əhəmiyyətə malik idi. Təsadüfi deyil ki, general P.S.Kotlyarevskinin rəhbərliyi ilə rus qoşunları Talışa gələrkən ilk növbədə Ərkivanı ələ keçirməyi daha vacib hesab edirdilər. Bu zаmаn Ərkivanı Sadiq xanın rəhbərliyi ilə İran qoşunları qoruyurdu. O, Kotlyarevskiyə müqavimət göstərməyib cənuba doğru geri çəkildi. Rus qoşunları Ərkivanı ələ keçirtdilәr. A. A. Bakıxanov yazır: “General Kotlyarevski Muğana gedib burada Qarabağ elatını və Ərkivanı aldı.” (“Gülüstani-İrəm”əsərindən).”Rus və Talış qoşunlarının qələbəsi nəticəsində Ərkivan vuruşunda düşmənin 2 topu və çoxlu silahı ələ keçirildi.” (F. Əsədov, “Dar gündə yaxşı arxa” kitabından).

“Cəvahirnameyi-Lənkəran” kitabında Ərkivan qalası barədə yazılıb: “Bu qala Mir Mustafa xanın səadət ulduzu çıxmamışdan Mir Əhməd xanın və onun əmisi uşaqlarının məskəni olmuşdur. Hazırda onlardan bir dəstəsi, o cümlədən, Mir Əhməd xanın övladlarının tikdirdiyi imarətin binası dağıdılmışdır”.

Аmmа 1747-1750-ci illərdə Ərkivan qalasının içində həmin imarəti tikmək üçün Mir Həsən xana vəsait verilmişdir.

Həmin kitabda həmçinin qeyd olunmuşdur ki, bu imarət bir-birinin içində yerləşən üçqat divardan hörülmüş qala içərisində olmuşdur.

1912-ci il dekabrın 31-də 1913-ci ilin yanvarına keçən gecə Lənkəran şəhəri və Ərkivan tamamilə rusların əlinə keçir. Gülüstan sülh müqaviləsindən sonra Ərkivan qalasında imarəti olan Mir Həsən xan burada hakimiyyət başına gəlir.

Bu gün Ərkivan qalasının taleyi necədir? Ərkivanın Cəbili məhəlləsində yerləşən bu abidə qızıl həvəskarlarının və həvəskar arxeoloqların kortəbii qazıntıları nəticəsində insafsızcasına dağıdılıb. Yaşlı adamların bildirdiyinə görə, bəziləri dərin quyulardan qiymətli zinət əşyaları tapmışlar.

Uzun illər indiki Masallı rayonunun mərkəzi, paytaxtı olmuş Dəştvən-Ərkivan, 1930-cu ildə Azərbaycan Sovet Respublikasında rayonlaşma aparılarkən mərkəz funksiyasını indiki Masallı şəhərinə vermişdir. Həmin vaxt kənddəki məşhur Qala bazarı da Masallıya köçürülmüşdür. (Zahir Əmənov, “Ərkivan” kitabı)

 

“İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə, Biz yaxşı işlər görənlərin mükafatını zay etmərik.”

(“Kəhf”, 30)

 

 

 

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

Azərbaycan torpağı tarix boyu özünün Əhli-beytə olan məhəbbət və sədaqəti ilə məşhur olmuşdur. Bu diyar minlərlə alim yetirmiş, Allah yolunda şəhidlər vermişdir.

On ikinci imamın böyük qeyb dövründə öhdəsinə ağır məsuliyyətlər görtürmüş və həqiqi İslamı yaşatmalı olan alimlər arasında azərbaycanlı müctəhidlərin xüsusi yeri vardır. Onlardan Ayətullah Şeyx Sədra Badkubeyi, Ayətullah Seyyid Hüseyn Badkubeyi və digərləri dövrümüzün dahi müctəhid və filosoflarından olan Əllamə Təbatəbainin, Şəhid Məhəmmədbaqir Sədrin və digәr mәşhur alimlərin ustadları olmuşlar.

Görkəmli Nəcəf alimlərindən olan həmyerlimiz mərhum Şeyx Əli Ali-İshaq deyirdi: “Bir zaman Bakı şəhərində risalə müәllifi olan 120 müctəhid var idi. Müxtəlif yerlərdən buraya oxumağa və şəri məsələləri öyrənməyə gәlirdilər. Nəcəfdə mərcеyi-təqlidi tə`yin edən dоqquz müctəhiddən bеşi Azərbaycandan idi”.

Yеtmiş illik kommunist rejimi dövründə alim və müctəhidlərimiz həbs, sürgün və edam edilmiş, müsəlman ölkələri və elm ocaqları ilə əlaqələr kəsilmiş və bununla da böyük dini, elmi və mənəvi boşluqlar yаrаnmışdır.

Bütün bunlara baxmayaraq sevindirici haldır ki, hazırda İslam dünyasının ən parlaq simaları arasında həmyerlilərimizə dә rast gəlmək olur. Haqqında söhbət açacağımız Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani məhz belələrindəndir.

Şeyx Fazil Lənkərani İrana getdikdən sonra bir neçə il Məşhəd və Zəncan elmi hövzələrində təhsil və tədrislə məşğul olmuş, Qum elmi hövzəsi təsis olunduqdan bir il sonra isə o şəhərə getmişdir.

Mərhum Şeyx Fazil Lənkəraninin məqam və fəziləti barəsində tәkcә bunu demək kifayətdir ki, o, şiə dünyasının ən böyük mərcеyi–təqlidləri olan Ayətullah Bürucerdi və İmam Xomeynilə yaxın dost olmuşdur.

Ayətullah Bürucerdi ixtiyarında olan imam səhminin (xümsün) 50 fаizini özünün böyük oğlu və hәm dә Ayətullah Fazil Lәnkәrаni tərəfindən elmi hövzə işlərinə sərf edilməsini vәsiyyәtnаmәsindә qeyd etmişdi. Habelə Qum şəhərində həzrət Məsumənin (ə) məqbərəsi yanında Məscidi-əzəmi tikdirdikdən sonra günorta namazlarına imamlıq etməyi ona tapşırmışdı. Şеyх Fаzil həm də Ayətullah Bürucerdinin istifta (şəri suallara cavab) şurasının üzvü olmuşdur.


 

YENİ ƏRKİVANLI

Kitabımızla bağlı bu günün Ərkivanında olduq. Masallının Ərkivan məntəqəsi rəsmi sənədlərdə kənd kimi qeyd olunsa da böyük qəsəbə statusuna tam uyğun gəlir. Hazırda burada 16 min sakin yaşayır. Biz Şeyx Fazil Lənkəraninin qardaşı оğlu Möhsün Murad oğlu Bəşirov qarşıladı. Lənkəranilərin şəcərəsi, məşğuliyyəti haqqında məlumatı da bizə o verdi.

Vaxtilə İranın hаnsı mәntәqәninsә Ramazanlı məhəlləsindən Bağır adlı cavan bir şəxs Ərkivana pənah gətirir, burada məskunlaşır. (Еhtimаl оlunur ki, Hicrәtlә bаğlı Әrkivаndа yеni mәhәllә yаrаnmış vә burа yеni sаkinlәrin İrаndаkı dәdә-bаbа yurdlаrı şәrәfinә Rаmаzаnlı аdlаndırılmışdır. Bеlәliklә Әrkivаndа mövcud оn dörd mәhәllәdәn biri dә «Rаmаzаnlı»dır. Onun Şahgəldi adlı oğlu, onun da Hacı Bəşir adlı övladı hələ də yaddaşlarda qalmaqdadır. Onlar haqqında kimisi ata-babasından eşitmiş, kimisi Hacı Bəşirin şəklini görüb nurani simasını xatirəsində saxlamışdır. Onların yaxın şəcərəsi aşağıdakı kimidir:


 

 


Bu şəcərədə göstərilənlərin Ərkivanda məşğuliyyəti əsasən bu məkanın qədim tarixi ilə həmahəng görünür. Təkcə Hacı Bəşirin kiçik oğlu Fazilin məşğuliyyəti fərqli olub ki, irəlidə bu barədə danışılacaq. Biz isə Ərkivan əhalisinin məşğuliyyəti ilə bağlı tarixə qısa ekskursumuzu dаvаm еtdirәk.

Tunc dövrünün əvvəllərində dulusçuluq özünün yüksək mərhələsinə çatır. Artıq bu dövrdə qabların əl ilə, lakin simmetrik formada hazırlanmış nümunələrinə təsadüf edilir. Eyni zamanda, qulplu qabların sayları artmağa başlayır. Aparılan elmi tədqiqatlar zamanı ilk nehrələrin meydana çıxması müəyyən olunmuşdur. Maraqlıdır ki, neolit dövründən – yəni İX minillikdən Ərkivanda başlanmış gil qablar istehsalı bu gün də davam etdirilir.

Gil qabların hazırlanmasında ən mühüm yenilik dulus çarxlarının meydana gəlməsidir. Bu çarx gilin daha yaxşı yoğrulmasına, daha mükəmməl və müxtəlif növlü qabların kütləvi şəkildə hazırlanmasına imkan verdi. Ərkivanın Bağlıküçə məhəlləsində dulus çarxları ilə qablar hazırlanması bu gün də nəsildən-nəslə ötürülür. Xan qızı Natəvanın Ərkivan dulusçularının əməyindən faydalandığı barədə məlumatlar var. Belə ki dulusçu Abdullanın bildirdiyinə görə, Ərkivan dulusçularının köməyi ilə Şuşada bu sәnәt nkişaf tаpıb.

Bağır kişi və Şahgəldi nəslindən olan ərkivanlılar da, əsasən, dulusçuluqla məşğul olmuşlar. Bununla yanaşı, çox zəhmətkeş, zirək və bacarıqlı Hacı Bəşir təbii imkanlardan faydalanaraq maldarlığa da diqqət verib. Әkinçilik əsasında inkişаf еdib аrtаn хеyli mal-qara sürüsü olub. Şahidlərin dediyinə görə, tövləsinin uzunluğu 50 metrdən artıq imiş. O, ətraf məntəqələrdə də əsl təsərrüfatçı nüfuzuna malik olmuşdur.

Hacı Bəşirin oturduğu-durduğu, ünsiyyət saxladığı kişilər də özü kimi halal ruzi ilə dolananlar, xeyriyyəçilər, yüksək əxlaq sahibləri imişlər. İrfani məclislərin birində dünyəvi məsələlərə yer ayrılarkən Ərkivan hacılarından kimsə ondan ərkyana soruşub: “Hacı Bəşir, oğlanların üçün nə etmisən?”

Dünyagörmüş, mömin Hacı sualın elə-belə verilmədiyini anlayıb, cavaba hazırlaşarkən müsahibi deyib: “Göndər oğlanlarından birini qoy oxusun.”

Hacı Bəşir oğullarını başına yığıb oxumaq təklifini verir. Bağır, Cahangir və Miqdad evli olduqları, təsərrüfat işlərində hacıya yaxından kömək etdikləri üçün subay və elmə daha çox həvəsli kiçik oğul Fazil tez razılıq verir. Beləliklə, 18 yaşlı Fazil həm qardaşlarını namünasib vəziyyətdən qurtarır, həm atasını elin gözündə başıuca edir, həm də arzusuna çatmaq üçün yaranmış imkandan bəhrələnir. O, Ərdəbildə 5 il mədrəsə təhsili alır və doğma Ərkivana qayıdır. Kənd camaatı ilə əvvəlki kimi qaynayıb-qarışır, atasına təsərrüfat işlərində yardımçı olur, həm də yeniyetmələrilә Ərdəbil mədrəsəsində qazandığı biliyi paylaşır. Yeri gələndə məclislərdə də iştirak edir. Məclislərin birində isə tükü-tükdən seçən, arif və ayıq kənd əhlindən bəziləri illər boyu formalaşmış xüsusiyyətlərini unuda bilməyib 23 yaşlı Fazilin moizəsinə qıyqacı baxırlar: “Sənin ki, əmmamən yoxdur, moizən şübhəli görünə bilər...”

TİKӘ YАZILMАLI

Gənc Fazil atasının icazəsi ilə Ərdəbilə qayıdıb təhsilini davam etdirir. Bir müddət sonra ustadlar onun bilik və bacarığını nəzərə alıb təhsil aldığı mədrəsədə dərs deməyi təklif edirlər. Müəyyən vaxtdan sonra isə xeyirxah ustadlarının zəmanəti ilə Qumda cənab Ərakinin hövzəsində dərsə başlayır. Cənab Ərakinin tövsiyəsilə təhsilini tanınmış alim Bürucerdinin sinfində davam etdirir.

Xeyirxah niyyət, saf zəmin hazırlamaq məqsədilə edilmiş təklifi düzgün qiymətləndirib qəbul edən ərkivanlı Fazil, Qum dini hövzəsinin rəhbəri Seyyid Təbatəbainin qızı ilə ailə qurur. Xoşbəxt ailədə 9 övlad dünyaya gəlir. Həmin övlаdlаrdаn biri dә Məhəmməd Fazil Lənkəranidir. О böyük İslаm аlimi vә övlаdlаrı hаqqındа irәlidә әtrаflı mә’lumаt vеrilәcәk.

İranda yaşayan övladlarının xoş sorağını eşidən Hacı Bəşir bunu doğru olaraq Allah-təalanın lütfü kimi qəbul edir və qərara gəlir ki, kəndlərində məscid inşa etdirsin. Əsas tikinti materialları olan kərpici, dam örtüyü – kirəmiti, taxta-şalbanı öz öhdəsinə götürür. Kənd camaatının işlək qüvvəsi ilə məscid tikilib möminlərin ixtiyarına verilir.

Hazırda məscidin yanında kiçik məzarlıq var. Hacı Bəşir, qardaşları və dünyadan köçmüş övladları burada dəfn olunublar.

Uzun illər müsəlmanların istifadəsində olan məsciddə yalnız bir dəfə əsaslı təmir işinə ehtiyac olub – 1986-87-ci illərdə. Bu Allah evində indi əvvəlkitək ibadət edilir, dini mərasimlər, əlamətdar hadisələr yola verilir və onun nəzdində Qur’an kursları fəaliyyət göstərir. Kənd uşaqlarından hər il 20-dən çoxu burada müqəddəs kitabı oxumaq şərəfinə yiyələnirlər. Kim bilir, bəlkə onların arasında yeni Lənkərani yetişir?! Hələlik isə bu bölgədə yaxşı tanınan ruhani alim Hacı Əlihəsən və kəndin mollası Möhsün Bəşirov din ocağına tez-tez baş çəkir, problemlərlə maraqlanır, qayğılarını əsirgəmirlər.

Sovetlər dağılana qədər Ərkivanda 20 minə yaxın sakin yaşayırdı. Hazırda bu rəqəm 16 mindir.




ЕKSKURS DАVАM ЕDİR. NİYӘ «LӘNKӘRАNİ?»

 

Talış xanlığı XVİİİ əsrin ortalarında Azərbaycanda yaranmış feodal dövləti olub Gilan, Ərdəbil, Qaradağ, Cavad xanlıqları və Salyan sultanlığı ilə həmsərhəd idi. Mərkəzi əvvəllər Astara, sonralar isə Lənkəran şəhəri idi. Talış xanlığında əhali əkinçilik (xüsusilə çəltikçilik) və maldarlıqla məşğul olurdu. Balıqçılıq və arıçılıq da təsərrüfat həyatında mühüm yer tuturdu. Talış xanlığında yüksək keyfiyyətli düyü növləri (sədri, akülə, yetim bilgicri, ənbərbu və s.) yetişdirilirdi. Lənkəran, Astara, Qızılağac xanlığın əsas ticarət mərkəzləri idi. Əkinçilik texnikasının primitivliyi və süni suvarma sisteminin, demək olar ki, yохluğu üzündən Talış xanlığında kənd təsərrüfatı zəif inkişaf etmişdi.

Digər xanlıqlarda olduğu kimi, Talış xanlığında da əhali ağır vəziyyətdə yaşayırdı. Burаdа 19 adda vergi və mükəlləfiyyət (mal-cəhət, vücuhat, ixracat, ələfə, qonalqa, ulaq, bigar və s.) mövcud idi. Vergi toplayan məmurların özbaşınalığı kəndlilərin feodal torpaqlarından qaçmasına səbəb olurdu. Talış xanları sülaləsinin banisi Səfəvi nəslinə mənsub olan Ərdəbilli Seyyid Abbas idi. İranda baş verən qarışıqlıqlar zamanı Talışa gələn Seyyid Abbas yerli feodallarla yaxınlıq etmiş, 1736 ildə Nadir şahın hakimiyyətini tanımış və sonralar oğlu Camalı (Qara xan) onun xidmətinə göndərmişdi. Nadir şah rəsmi fərmanla Seyyid Abbası Talışın nəsli hakimi elan etmişdi. Nadir şah öldürüldükdən (1747) sonra Azərbaycanda yaranmış müstəqil xanlıqlardan biri də Talış xanlığı idi. Seyyid Abbas öldükdə yerinə Qara xan keçdi. Qara xan Talışın iqtisadi və siyasi qüdrətini möhkəmlətmək üçün bir sıra tədbirlər həyata keçirdi, daimi qoşun təşkil etdi. Talışda torpaq sahələrinin əksəriyyəti xan nəslindən olmayan yerli feodalların əlində idi. Qara xan həmin feodalların iqtisadi və siyasi qüdrətini qırmaq məqsədilə mərkəzi hakimiyyətlə hesablaşmayanların torpaqlarını müsadirə etdi, paytaxtı Lənkərana köçürtdü və abadlıq işləri apardı. Bu tədbirlər şəhərin ticarət və mədəniyyət mərkəzinə çevrilməsinə şərait yaratdı.

Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu bəzi İran hakimlərini, xüsusilə dә gilanlı Hidayət xanı narahat edirdi. 1768 ildə Hidayət xan 12 min nəfərlik qoşunla Talışa hücum etdi. Şindan qalasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də, Hidayət xana təslim olmaq məcburiyyətində qaldı. Hidayət xan çoxlu xərac alaraq Qara xanı azad etdi. Qara xan Gilan təcavüzünə qarşı yardım almaq məqsədilə qardaşı Kərbəlayi Sultanı kiçik silahlı dəstə ilə Qubadа Fətəli xanın xidmətinə göndərdi. Beləliklə, Talış xanlığı Quba xanlığından asılı vəziyyətə düşdü. Fətəli xanın vəfatından sonra Qara xan müstəqil siyasət yürütməyə başladı. Qara xanın vəfatından sonra yerinə oğlu Mir Mustafa xan (1786-1814) keçdi. Hərbi cəhətdən nisbətən zəif olan Talış xanlığı üçün İran ciddi təhlükə törədirdi. Ağa Məhəmməd şah Qacarın hücumu ərəfəsində Mir Mustafa xan Rusiyaya meyl edən Azərbaycan xanlarına məktub yazaraq İrana qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirdi. 1795 ildə Ağa Məhəmməd şah Qacar Talışa hücum etdi. Mir Mustafa xan müqavimət göstərmək iqtidarında olmadığı üçün Lənkəran əhalisini Хәzәr dәnizindәki Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu. İran qoşunları getdikdən sonra Talışa qayıdan Mir Mustafa xan 1795 ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi Şimali Qafqaza rus generalı Qudoviçin yanına, oktyabr аyındа isə Kərbəlayi Əsədulla bəyi Peterburqa göndərdi. 1796 il martın 12-də Kərbəlayi Əsədulla bəy Talış xanlığının Rusiyanın himayəsinə qəbul edilməsi haqqında Mir Mustafa xanın məktubunu İİ Yekaterinaya təqdim etdi. 1800-cü ildə Talış xanlığı Rusiyanın himayəsinə qəbul olundu. Mir Mustafa xanın ölümündən sonra hakimiyyətə Mir Həsən xan (1814-26) keçdi. 1826-cı ildə çar hökumətinin fərmanı ilə Talış xanlığı ləğv edildi. (ASE, İV cild, Bakı, 1980-ci il)

Lənkəranın ümumi inkişafı, əsasən, XVİİİ əsrin ikinci yarısına təsadüf edir. Qara xanın hakimiyyəti dövründə (1747-86) Talış xanlığının mərkəzi Astaradan köçürüldü. Tədqiqatçıların fikrincə, bu, Lənkəranın iqtisadi, siyasi, mədəni həyatında dönüş yaratmışdır. Belə ki sənətkarlıq, mədəniyyət və ticarət inkişaf etmişdir. Bu sahənin insanları isə, məlumdur ki, qabaqcıl və real düşüncə sahibləri olub, cəmiyyətdə aparıcı mövqe tuturlar.

Qonşu İran, Orta Asiya, Hindistan, Rusiya ilə fəal ticarət marşrutu üzərində qərarlaşdığından Lənkəran Xəzər dənizinin əsas liman şəhərlərindən biri statusunu alır. Yəqin elə buna görə də bu liman şəhərində müdafiə qalası tikilmişdi.

XVİİİ əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın qoşunları Lənkərana hücum çəkir. 1812-ci ildə müdafiə qalası yaxınlığında İran və Rusiya qoşunları arasında döyüş olur. 1913-cü il yanvar ayının 1-də general P.S. Kotlyarevskinin başçılığı ilə rus qoşunları qəti hücumla Lənkəranı tuturlar. Gülüstan sülh müqaviləsinə əsasən (1813) Lənkəran Rusiyaya birləşdirilir və qəza mərkəzinə çevrilir. 1897-ci ildə şəhər özünüidarə sistemi yaradılır.

Ərkivan qədim insanların yaşayış yeri, özəl təbiətli şəxslərin məskəni, aqrar təsərrüfat baxımından irəlidə olan bir məkan idisə, Lənkəran bütün bu xüsusiyyətlərlə yanaşı, həm də iki qüdrətli dövlətin (İran və Rusiya) maraqlarının toqquşduğu, ticarət gəmilərinin lövbər saldığı, inkişaf etməkdə olan şəhər və mədəniyyətlərin qоvuşduğu mərkəz idi. Tarix boyu gedən məşhur Talış üsyanları (1629-cu il, 1931-ci il), Rusiya ilə İranın buradakı mövqeyi uğrunda gedən müharibələr, nəhayət, liman şəhəri statusu da Lənkəranı Çindən Hindistana qədər hər yerdә tanıtmaqda böyük rol oynamışdır.

Əslində Lənkəran qəzası çar hökumətinin Qafqazda inzibati islahat haqqında 1840-cı il 10 aprel qanununa əsasən Kaspi vilayətinin tərkibində yaradılmışdır. 1859-cu ildə Bakı quberniyasının tərkibinə daxil idi. İndiki Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonlarını əhatə edirdi. Lənkəran şəhəri mərkəz idi. Səbican, Lənkəran, Ərkivan məntəqələrindən və Muğan pristavlığından ibarət qəza idarəsində hakimiyyət rəisin əlində idi. 1897-ci ildə şəhər özünüidarə sistemi yarananda Lənkəran qəzasının sahəsi 5321,5 kvadratkilometr, əhalisi 131 min nəfər idi.

Lənkəran düyü istehsalına görə Qafqazda birinci yeri tuturdu. Burada о zаmаnlаr çох qiymәtli sаyılаn qızılboya istehsal edilirdi. Аzәrbаycаndа Sоvеt hаkimiyyәti 1920-ci ilәd qurulmuşdusa da, Lənkəran qəzası yalnız 1929-cu ildə ölkənin rayonlaşdırılması siyasətinə uyğun olaraq ləğv edilmişdir. (ASE, İV cild, Bakı, 1980)

Qısa tarixi oçerkdən məlum olur ki, Fаzil Bәşir оğlunun Azərbaycandan kənar yerdə özünü Lənkərani təxəllüsü ilə tanıtdırması elə anadan olduğu bölgəsini, yerini-yurdunu, coğrafi məkanını tanıtdırmaq kimi anlaşıqlı çıxır. Bu baxımdan cənab Fazil Lənkəraninin məhəlləçilikdən uzaq, qəza mərkəzinə uyğun böyük ad seçməyi birləşdirici-ümumiləşdirici mövqeyi başa düşüləndir.



1774-1783-cü illәr. İmpеriyа rәqаbәtinin Qаfqаz mеydаnı. Rusiyа istilаsının әvvәllәri.

[1] (ASE, İV cild, Bakı, 1982).

[2] (“Kənd həyatı” jurnalı. 17-ci sayı, 1977).

[3] (Ağamusa Axundov. “Torpağın köksündə tarixin işləri” Bakı, 1983.)


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ ALİMLƏRİNİN İDEOLOJİ VƏ SİYASİ MÜBARİZƏLƏRİ
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ
Səcdə üçün ən fəzilətli torpaq
Qeyb dövrünün tarixi mənbələri ilə tanışlıq və onların araşdırılması
NIYABƏTƏ AID OLAN BƏZI MƏSƏLƏLƏR
Mövsüm Səmədovu orucluqla bağlı istəyinə görə karsa salıblar
ME’MARLIQ VƏ DİGƏR SƏNƏTLƏR
CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR
HƏZRƏT ƏBU TАLİB VƏ XƏDİCƏNİN VƏFАTI
QİBLƏNİN DƏYİŞİLMƏSİ

 
user comment