Azəri
Thursday 18th of July 2024
0
نفر 0

"ABŞ-a qarşı müqavimət, İraq tarixində qızıl rəngli bir səhifədir"

İslam İnqilabının Böyük Rəhbəri İmam Xamnei həzrətləri İraqda müxtəlif xalq kütlələrinin işğalçı amerika qüvvələri önündə müqavimətini İraq tarixində qızıl rəngli səhifə sayıb.


"ABŞ-a qarşı müqavimət, İraq tarixində qızıl rəngli bir səhifədir"

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: Həzrət Ayətullahə Əl-Üzma Xamenei İraqın Kürdüstan məntəqəsinin başçısı Məsud Barizani ilə görüşdə İraqın hazırkı mövqeyi, suverenliyinə işarə edərək vurğulayıb: İraqda bütün qövmlər və məzhəblərin Amerikanın göstərdiyi təzyiqləri müqabilində yekdil müqaviməti , bu ölkədə işğalçı hərbçilərin məhkəmə toxunulmazlığına qarşı çıxması və nəhayət Amerikanın İraqdan çıxmağa məcbur olması bu ölkə tarixində qızıl rəngli bir səhifədir.

İraqda müxtəlif məzhəb və qövümlərin dinc yanaşı yaşamasını qənimət bilən Dünya Müsəlmanlarının Rəhbəri əlavə olaraq deyib:  İraqda hazırkı səbat və suverenlik İran İslam Respublikasını sevindirir və məzhəblər –qövmlərin hamısı yeni İraqı abadlaşdırmaq yolunda bir-birlərinin əlini sıxmalıdırlar.

Dünya Müsəlmanlarının Rəhbəri İİR-nın vahid və əmin-amanlı bir İraqı dəstəkləyərək vurğulayıb: İraqda törədilmiş viranlıqlar sürətlə bərpa edilməlidir ki, beləliklə vahid İraq özünün həqiqi mövqeyinə nail ola bilsin.

Həzrət Ayətulla İmam Xamenei İraqda olan məzhəb və qövmlərin hamısını İranın yaxın qardaşları xüsusilə də İran xalqı ilə tarixi ortaqlığa malik qardaşlar sayaraq vurğulayıb: İİR ilə İraqın hazırkı münasibətlərinin keyfiyyətinin yaxşı olmasına baxmayaraq bu əlaqələr gün-gündən genişləndirilməlidir.

İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizani də bu görüşdə İranı İraqın dost və qardaş sayıb və deyib: İraq xalqı və dövləti, ölkənin ağır və çətin günlərində İran xalqı və dövlətinin yardımlarını və məhəbbətini unutmayacaq, Barizani eləcə də bütün məzhəb və qövmlərin İraqın suverenliyi və nailiyyətlərinin qorunması yolundakı səylərinə işarə edərək vurğulayıblar : İraq həmişə İranın himayələri və göstərişlərindən istifadə edəcək.

Məsud Barizani 29 oktyabr yüksək vəzifəli bir nümayəndə heyətin başında Tehrana gəlib.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment