Doktor İsam əl-İmad: "Azərbaycan Respublikasına hakim kəsilmiş rejim islami hicab və dini mərasimlər və şəriət ilə müxalif olan bir rejimdir. Buna görə də bu ölkə hökuməti təbii olaraq qorxu hissi keçirməlidir və bilir ki, bu oyanış dalğası Azərbaycanı da bürüyəcək və Azərbaycana hakim kəsilmiş zülm hökuməti bu oyanış qarşısında heç bir şey edə bilməyəcək".
Yəmənli mübariz:
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yəmənli inqilabçı, İslamşünas Doktor İsam əl-İmad Azərbaycan Respublikası müsəlmanlarının orta məktəblərdə hicab qadağasına qarşı mübarizəsini himayə edərək, deyib: "Oyanış dalğası Azərbaycan Respublikasını da bürüyəcək".
Bu yəmənli mübariz Tehranda səfərdə olduğu zaman Beynəlxalq Səhər Kanalının müxbiri ilə müsahibədə deyib: "Ərəb ölkələrində baş verənlər o cümlədən Misir, Yəmən, Tunis və digər ərəb ölkələri xalqlarının qiyamları Azərbaycan Respublikasında inqilabçıların xeyrinə olacaq. Çünki, siyasi və fikri baxımdan Azərbaycan inqilabçıları Misir, digər ərəb ölkələri və bütün islam dünyası inqilabçıları ilə eynidirlər. Ərəb ölkələrində xalq hərəkatları Azərbaycan Respublikası inqilabçılarında da böyük ümidin yaranmasına səbəb olub və bu gerçəklik Azərbaycan hökumətində dərin qorxu yaradıb."
Doktor İsam əl-İmad əlavə edib: "Azərbaycan hökumətinin müsəlman inqilabçılardan qorxusu Səudiyyə Ərəbistanının ərəb ölkələrindəki inqilablardan qorxusu kimidir. Azərbaycan Respublikasına hakim kəsilmiş rejim islami hicab və dini mərasimlər və şəriət ilə müxalif olan bir rejimdir. Buna görə də bu ölkə hökuməti təbii olaraq qorxu hissi keçirməlidir və bilir ki, bu oyanış dalğası Azərbaycanı da bürüyəcək və Azərbaycana hakim kəsilmiş zülm hökuməti bu oyanış qarşısında heç bir şey edə bilməyəcək."
source : ابنا