Azəri
Thursday 18th of July 2024
0
نفر 0

FÜZEYLİN ŞAKİRDİ İMANSIZ ÖLÜR

 

Məşhur Füzeyl haqqında yazırlar: “Ən bilikli şakirdi xəstələnib ölüm həddinə yaxınlaşdı. Füzeyl və bir dəstə adam onun görüşünə getdilər. Füzeyl “Yasin” surəsini oxumağa başladı. Bədbəxt tələbə öz ustadının əlinə vurub dedi: “Quran oxumağını istəmirəm!” Bədbəxtliyə bax ki, bir ömür məscidə, mədrəsəyə, ibadət məclislərinə gedəsən, Quran əhli olasan, indi isə “istəmirəm Quran oxunsun” deyəsən. Bəli, bu şəxs şəhadət kəlmələrini də demədən həmin məclisdə öldü.

Füzeyl bu əhvalatdan çox kədərləndi. Bir guşəyə çəkilib, evdən bayıra çıxmadı. Nəhayət, həmin şakirdi yuxuda gördü. Ondan pis aqibətinin səbəbini soruşdu. Cavab verdi: “Məndə üç xasiyyət olduğundan dünyadan imansız getdim. Əvvəlincisi həsəd idi ki, kimsəni özümdən yüksək görə bilmirdim.”

Bəli, od çubuğu yandırıb yox etdiyi kimi, həsəd də imanı puç edər.

GÜNAHLAR SƏBƏBİNDƏN İMANSIZ ÖLMƏK

İkinci xasiyyət xəbərçilik, sözgəzdirmək olmuşdur. Yəni, camaatın arasını vurmaq, ərlə-arvadın arasına girib ayrılıq salmaq kimi. Əgər bir kəs digərinin arxasınca danışdısa, məbada o adama bu sözləri xəbər verib deyəsən ki, filakəs belə dedi! Əksinə, əgər iki nəfərin arası yaxşı olmasa de ki, filankəs sənin yaxşılığından danışırdı. Belə yerdə yalan danışmağın heç də eybi yoxdur. Çünki iki nəfərin arasını düzəldirsən; əksinə, xəbərçilik isə çox böyük günahdır. Ona görə ki, kini, nifaqı artırır. Üstəlik xəbərçi xəbər apardığı adamın rahat xəyalını aradan götürər. Qəlbini çirkləyər və qətldən də pis olan fitnə yaradar.

Üçüncü xasiyyət isə onun şərab içməsi olmuşdu.

Bəli, bu üç böyük günah alim, fazil, müdərris bir şəxsin dünyadan imansız getməsinə bais oldu.

ÖLÜMÜ SEVMƏK

Bilməliyik ki, Allahla görüşə (liqaullaha) məhəbbət mühüm məsələdir. Yəni, möminin ölümdən acığı gəlməməlidir, ondan qorxmamalıdır. Elə də yox ki, ölüm arzulaya və ya (Allaha pənah) özünü öldürə. Çünki bu dünyada qaldıqca insan günahlardan tövbə edə bilər, paklanar, xeyir işlərini artıra bilər. Amma Allah onun ölümünü istədikdə gərək ölümü nemət hesab etsin. Çünki itaət əhlidirsə, tezliklə savab evinə çatar. Savab, xeyir işlərinin bəhrəsini görər. Yox əgər günahkardırsa ölüm vasitəsilə günahkarlığı dayanar və layiq olduğu cəza az olar. Xülasə, aqil şəxs ölümü, Allahın istədiyi vaxtda dost tutmalıdır. Çünki bütün səadətlərə çatmağın yeganə vasitəsi ölümdür. Qürur evindən xilas olub səadət, sevinc evinə yetmək, Həzrət Yaradanın nemətlər büsatına daxil olmaq, həqiqi dostların, yəni Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak ailəsi (əleyhimüssalam) ilə, şərif ruhlarla görüş yalnız ölüm sayəsində mümkündür. Eləcə də, Allahın istədiyi həddə uzun ömür və əcəlin təxirə düşməsini istəmək lazımdır ki, mübarək və uzun axirət səfəri üçün lazımi hazırlıq görülsün.

DÜNYAYA BAĞLILIQ ƏQLƏN VƏ ŞƏRƏN MƏZƏMMƏT OLUNMUŞ, PİSLƏNMİŞDİR

Əksər adamlarda olduğu kimi dünya ləzzətlərinə görə ölümə ikrahla yanaşıb, dünyada qalmaq istəyi əqlən və şər”ən (şəriət nöqteyi-nəzərindən) pislənmişdir.

Əvvəla, əqlən bu dünyada mütləq xoşbəxtlik yoxdur. “Ağıza yüz sillə vurmamış ona bir tikə qoymazlar.” Axı o hansı ləzzətdir ki, əvvəlində, axırında yüzlərlə narahatçılıq olmasın?! Əgər bu xoşbəxtlik cavanlıqdırsa, axırı mütləq qocalıq və zəifliklə sona yetər; yox əgər dünya səadətinin əsası olan sağlamlığı ləzzət bilsək, onda bu da hər an cürbəcür xəstəliklərlə hədələnir; ləzzətlərə çatmaq üçün vasitə olan var-dövlətdirsə, o da əziyyətlə ələ gəlir və min bir çətinliklə əldə saxlanılır; və əgər vəzifə, mənsəbdirsə, onun da yollarında çox bəlalar, çətinliklər vardır. Nəhayətdə isə bütün sadalanmış “ləzzətlər” puç olub, əldən çıxma ərəfəsindədir.

Dünyaya vermə könül, bu vəfasız gözəlçə,

Kimsənin məhəbbətin yaşatmamış bir gecə.

DÜNYAYA MƏHƏBBƏT KAFİRLƏRİN XASİYYƏTİ VƏ BÜTÜN GÜNAHLARIN BAŞIDIR

Amma şərən: Qurani-Məcid dünya məhəbbətini kafirlərin sifətlərindən biri kimi bildirib və buyurub: “Kafirlər dünya həyatından xoşhal olub, ona bağlandılar.” (“Yunis”, 7). Başqa bir ayədə: “Əbədi axirət həyatı əvəzinə müvəqqəti dünyanı bəyəndiniz?” (“Tövbə”, 37) Yəhudilər haqqında isə belə buyurur: “Onlar hər biri dünyada min il yaşamaq arzusundadırlar.” (“Bəqərə”, 96).

Bu barədə ayələr və hədislər çoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir məhşur hədis vardır: “Dünya məhəbbəti bütün günahların başıdır.”

ÖLÜMƏ İKRAH VƏ BAĞLI OLDUĞU ŞEYLƏRƏ GÖZ YAŞI

Deyilənlərdən aydın oldu ki, ölümün insanla onun sevdikləri arasında ayrılıq saldığına görə ölümə pis baxmaq və uzun ömür arzulamaq əqlən və şər”ən xoşagəlməzdir. Lakin axirət səfərinə daha artıq hazırlaşmaq niyyəti ilə ölümün təxirini istəmək, əməl dəftərinin gec bağlanmasını arzulamaq çox yaxşıdır. Lakin dostların, yaxın adamların ölməsindən, onların ölməsindən irəli gələn bu narahatlıq, qorxu maddi cəhətdən olarsa, yersiz və səhvdir. Məsələn, insan ağlaya ki, nə üçün onlar dünya ləzzətlərindən ayrılmış və yaxud nə üçün onun özü həmin yaxın adamların vasitəsi ilə çatacağı səadətdən məhrum olub. Amma bu göz yaşları ayrılıq xatirinə olsa, yaxşıdır. Necə ki, bir yerdə səfərə çıxmış adamlardan biri ayrılıb, vətənə tez çatdıqda, mütləq o biriləri təsirlənər. Əgər belə olsa, çox gözəldir, hətta müstəhəbdir (yaxşıdır) ki, möminin ayrılığı, uzaqlığı üçün ağlayasan. Xüsusilə, o halda ki, bu möminin olması ilə axirət səfərinə daha çox tədarük görə bilərdin.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment