Ehsan, sədəqə və nəzir
Vahabilərin şirk hesab etdikləri məsələlərdən biri ölü üçün verilən sədəqə və nəzirdir. “Fəthul Məcid” kitabı bu barədə deyir:
“Ziyarət, ehsan və nəzir yığılan müqəddəs məkanlar, şərafətli abidələr və övliyaların qəbirləri şeytan yuvasıdır. Zeynəbiyyə, Rəəsul Hüseyn, Suriya, Kərbəla, Nəcəf şəhərləri kimi yerlərdə dayanmaq belə haramdır”.
Bu kitabların şərhçisi isə belə deyir:
“Əvvəllər Hicazda belə məkanlar var idi. lakin əlhəmdulillah, Məlik Əbdül Əziz Ali Səudun qüdrəti ilə viran oldu və qalanların da dağılmasına ümüd edirik”.[1]
Şiənin müqəddəs məkanlarda nəzir, sədəqə paylaması yalnız Allah razılığını əldə etməkdən ötrü olub heç bir şirklə bulaşığı yoxdur. Zehnə gələn şey budur ki, nə üçün cavanların fitnə-fəsada batdıqları zaman, İslam dövlətlərinin sərvətinin qarət olunduğunu, İslam mədəniyyəti, sivilizasiyasının unudulub məhv olduğunu qulaq ardına alıb özlərini görməməzliyə vururlar, lakin daim ehsan, sədəqə, din xadimlərinin qəbirlərini ziyarət etmək xırdalıqlarına vararaq bütün müsəlmanların problemlərinin bundan mənbələndiyini təkid edirlər?! Nə üçün onlar Avropa xadimlərinin cəsədlərinin mumiyalandıqları, ixtiraçıla-rın çürümüş sümüklərinin belə qorunub saxlanması, alimlərin xatirəsini əbədi yaşatmaq səylərini bildikləri halda belə, din xadimləri, xüsusilə hidayət və ziya çeşməsi olan Məsum İmamların (ə) məqbərə və abidələrini xarabalığa çevirməyə çalışır, onların ziyarətinin tərəqqiyə mane olduğunu söyləyirlər?!
Müqəddəs daşları təbərrük etmək
Vahabilərin təkid etdikləri problemlərdən biri də bəzi daşların müqəddəs hesab edilməsi və onlara təvəssül olunmasıdır. Çünki, bu təvəssülü bir növ bütpərəstlik zənn edirlər. Bu səbəbdən də onların nəzərincə, bu daşlara təvəssül, nəzir edərək, şəfaətverici kimi qəbul edən hər bir şəxs müşrikdir.
"و يقولون هؤلاء شفعاؤنا عند الله"[2]
Bu mövzudakı kitablarda belə deyilir:
“Camaatın təbərrük kimi nəzir verdiyi daşların yerdə qalması halal deyildir. Hər bir müsəlmana imkan dairəsində onları xarab etməsi vacibdir”.[3]
Heç bir İslam ölkəsində müqəddəs daşlara ehtiramla yanaşıb şəfaət diləməyən müsəlman tapmaq olmaz. Bəzi müsəlmanların qəflət və cahillik üzündən daşa, köhnə ağaclara izzət bağışlaması hallarına rast gəlmək mümkündür. Lakin belə rəftarları bütün müsəlmanlara aid edib ümumiləşdirmək olmaz.
Məkkədə az miqdarda Quranın müqəddəsliyinin təsiri nəticəsində müsəlmanların əziz hesab etdikləri bir neçə alçaq dağlar və daşlar vardır:
1. Həcərul Əsvəd: (Qara daş) Bu daş Kəbənin əsas hissəsində olub təvafın əvvəli və sonunu təyin edir.
2. İbrahim Məqamı: Quran müsəlmanlara bu məkanda namaz qılmağı sifariş etmişdir:
"واتَّخذوا من مقام ابراهيم مُصلّى"[4]
“İbrahim Məqamını özünüz üçün namazgah edin”.
3. Səfa və Mərvə dağı: Quran bu iki dağ haqqında buyurur:
"انَّ الصَّفَا وَالْمَرْوَة من شعائر اللهِ" [5]
“Səfa və Mərvə Allahın əlamətləridir (Onu xatırla-dandır)”.
Insanların bu daşlara hörmət etmələri, İslam Peyğəmbəri (s), İmamlar (ə), Quran və mənəvi şəxsiyyətlərə izzət gözü ilə baxmalarının səbəbi onların Allah şüarı olmalarıdır. Onları yad etmək qəlblərin paklığından söhbət açır:
"و من يُعَظِّّمْ شَعَائِرَ اللهِ فَاِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ"[6]
“Allahın xüsusi əlamətlərini əziz bilən hər bir şəxs həqiqətdə qəlblərinin paklığından xəbər verir”.