Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Ayətullah Məkarimin ruhanilərə müraciəti

Ayətullah Məkarimin ruhanilərə müraciəti

Dini mərasimləri keçirməyə və müvafiq şərhlər verməyə sadəcə din xadimlərinin hüququ var. Ola bilsin ki, kübar geyimin altında alim gizlənir, lakin bizim düşmənlərimiz müxtəlif bəhanələrlə mərasimlərin keçirilməsi hüququnu ruhanilərin əlindən almağa çalışırlar.

Ayətullah Məkarimin ruhanilərə müraciəti

Əhlİ Beyt  xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: Məhərrəm ayı ərəfəsində Ayətullah Naser Məkarim Şirazi ruhanilərə bir sıra tövsiyələr verib.

Ayətullahın sözlərinə görə, dini ayinləri həyata keçirərkən, xüsusən də xütbə söyləyərkən, ruhanilər Quran ayələri və hədisləri rəhbər tutmalı və ifrat siyasiləşdirmələrdən uzaq olmalıdırlar.

Ayətullah Naser Məkarim Şirazi bəyan deyib: “Əlbəttə ki, müəyyən vəziyyətdə siyasi məsələlərə toxunmaq lazımdı, lakin onlar din xadimlərinin fəaliyyətində əsas olmamalıdır. Həmçinin, bəzi dini mərasimlərdə və yığıncaqlarda auditoriyaya dünyəvi şəxsin dünyəvi geyimdə müraciət etməsi narahatlıq doğurur.

Bu düzgün deyil, çünki dini mərasimləri keçirməyə və müvafiq şərhlər verməyə sadəcə din xadimlərinin hüququ var. Ola bilsin ki, kübar geyimin altında alim gizlənir, lakin bizim düşmənlərimiz müxtəlif bəhanələrlə mərasimlərin keçirilməsi hüququnu ruhanilərin əlindən almağa çalışırlar.

Hazırda dini fəaliyyətin həyata keçirilməsi çox aktualdı. Bu, KİV səhifələrində də geniş yer alır. Din və Əhli-Beyt məktəblərinin nümayəndələri ölkədə öz mühüm və səmərəli fəaliyyətini həyata keçirir. Bu isə İslamın dayaqlarını gücləndirməyə xidmət edir.

Dini ayinlərin və duaların camaat şəklində yerinə yetirilməsi daha məqsədəuyğundur. Çünki duaları və dini vacibatları fərdi həyata keçirərkən yalnız bir nəfər xilas olunur, bu camaat şəklində həyata keçirilərsə daha çox insan nicat tapar.

Din mövzusuna diqqətlə yanaşmaq lazımdı ki, bu müraciətlər möminlərə böyük fayda gətirsin. Din xadimləri möminlərə şəxsi nümunə olmalıdılar, çünki insanın hərəkətləri onun danışdıqlarından daha güclü və səmərəli təsir göstərir”.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment