Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

Böhran Fransanı da çökdürür

Böhran Fransanı da çökdürür

Avropanın ən gücülü dövləti Yunanıstanın aqibətini yaşayacaq.

Böhran Fransanı da çökdürür

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Avropa ölkələrini bürüyən böhran dalğası getdikcə dərinləşir. Son məlumatlara görə, Avorpa Birliyinin (AB) dayağı hesab edilən Fransanın Yunanıstan, İtaliya, Portuqaliya, İspaniya və İrlandiyadan alacağı borcun ümumi məbləği 675,8 milyard dolları kecib. Bu da milli gəlirin 1/4 -nə bərabərdir. Onu da qeyd edək ki, Fransa maliyyə böhranı yaşayarsa, proses AB-nin dağılamasına qədər gedib çıxa bilər. Yeri gəlmişkən, Avropa Komissiyasının prezidenti Joze Manuel Barroza, Avropa Birliyinin davam edən borc böhranın qarşısını ala bilməməsi qurumun halında dağılacağına dair xəbərdarlıq edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, Fransanın İtaliyadan almalı olduğu dövlət və özəl sektor borcu 392,6 milyard dollardır. Hansıki bu da İtaliyanın xarici borclarının 45 faizinə bərabərdir: «Bu məbləğ Almaniya ilə müqayisədə 2 dəfə artıqdır. Təkcə Yunanıstanın borclarının bağışlanması səbəbindən Fransa banklarının itgisi 9 milyard avro olub. Belə hal digər batmaqda olan Avropa ölkələrinə şamil olunarsa geri alınmayacaq vəsait 350 milyarddan cox təşkil edəcək. Nəticədə hökumətin 2008-ci ildəki kimi bankların batma təhlukəsinə qarşı onları yenidən dövlət mülkiyyətinə keçirtməsi gözləniləndir. Bu halda büdcə xərclərinin gözlənilmədən çoxalması 5,7 faiz olmaqla AB normasından 2 dəfə cox olan büdcə kəsirinin daha da artmasına gətirib çıxara bilər».

İqtisadçı bildirir ki, Fransanın ən böyük 3 bankı BNP Paribas, Credit Agricole və Sociate Generale daha böyük risk altındadır: «Sözügedən bankların səhmləri təxminən 12-14 faiz ucuzlaşıb».

Fransa hökumətinin ölkə iqtisadiyatı üçün artım proqnozunu 2 dəfə azaltdığını vurgulayan ekspert 2011-2012-ci illər üçün bu göstəricinin 1 faiz olacağının təxmin edildiyini deyir: «Yeni ilin Fransa iqtisadiyatı üçün daralma ili olcağı həqiqətə daha yaxındır. Cünki hökumətin hazırladığı yeni «kəmər sıxma» proqramında 2012-ci il üçün dövlət xərclərini 7 milyard avro azaltmaq nəzərdə tutulub. Eyni zamanda illik dövriyyəsi 250 milyonu kecən iri şirkətlər üçün qurumlar vergisinin 5 faiz artırılacağı, bir cox əmtəə və xidmətlər üçün əlavə dəyər vergisinin 5,5 faizdən 7 faizə catdırılacağı nəzərdə tutulur ki, bu da hasilat marağının aşağı düşməsinə gətirib cıxaracaq. Fransa ücün bir zərbə də beynəlxalq kredit dərəcələndirmə təşkilatlarından gələ bilər. Belə ki, bu ölkəyə xas olan uzun müddətli kreditlər ücün etibarlılıq dərəcəsi AAA azaldılarsa ölkə iqtisadiyyatının investorlar üçün əhəmiyyəti azalacaq. Ümumi mənzərədən aydın olur ki, Fransa dərin iqtisadi böhranın bir addımlığındadır. Proseslərin qarşısını almaq mümkün görünmür».


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Rusiyada İslami kitablar sərgisi
“İŞİD” komandirilə yatağa girməkdən boyun qaçıran qızcığaz zəhər içib ...
Eskişehirdə göydən palçıq yağıb
İmam Xamenei nüvə anlaşması ilə bağlı prezidentin qarşısında 5 şərt qoydu
İntifada davam edir, yəhudi işğalçıları 3 fələstinlini Şəhid etdi
Ayətullah Məkarimin ruhanilərə müraciəti
Hələb həqiqətlərini suriyalı qaçaın qadının naləli dilindən eşidin

 
user comment