Azəri
Thursday 28th of September 2023
0
نفر 0

Rusiya və Çinin mövqeyi İrana yaxındır

Rusiya və Çinin beynəlxalq problemlər üzrə mövqeyi İrana yaxındır. Bu barədə şənbə günü İranın "Came Cam" telekanalı ilə çıxışı zamanı İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad bəyan edib.

Rusiya və Çinin mövqeyi İrana yaxındır

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: "İran, Rusiya və Çin vahid blokda cəmləşiblər. Bir çox beynəlxalq məsələlərdə Rusiya və Çinin mövqeyi bizə ABŞ və müttəfiqlərinin mövqelərindən daha yaxındır", - prezident bildirib.

Xəbərə görə, prezident İranın məqsədinin nüvə silahı deyil, nüvə enerjisi olduğunu vurğulayıb: "İran nüvə silahı əldə etməyə can atmır. Məqsədimiz iqtisadiyyatının müxtəlif sahələrini inkişaf etdirmək üçün dinc nüvə texnologiyalarına sahib çıxmaqdır. Təəssüf ki, bəzi ölkələr "nüvə silahı" və "nüvə enerjisi" anlayışları arasında bərabərlik işarəsi qoyurlar".

Əhmədinejad bir daha ölkəsinin ilkin şərt olmadan "5+1" qrupu ilə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.

Bu həftə qüvvəyə minmiş yeni sanksiyalar mövzusuna toxunan dövlət başçısı bildirib ki, bu addımları atan dövlətlərin payına İranın xarici ticarətinin cüzi hissəsi düşür: "Bizim illik mal döriyyəmiz 190 milyard dollar təşkil edir, bütün Avropanın payına isə cəmi 24 milyard dollar düşür"


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
İslamda zülm etmək və zülmə baş əymək yoxdur
Başqırdıstanda ilk İslam kitabxanası açılır
Peyğəmbərin dilindən 12 İmamın adlarının keçdiyi Əhli-Sünnə kitabları
Şərqşünasların İslama gəlişi Quran həqiqətindən danışır
Hüsnü Mübarəkin məhkəməsinin 3-cü iclası bu gün olacaq
İmam Hüseyn və Əbülfəzlin bayraqları Azərbaycana gətirilir
Bakıda missionerliyi yayan kitablar satılır, quran yığışdırılır
"Təbliğ" ayəsi və Qədir-xum hadisəsi - 1
Yaxşılıq haqqında hədislər

 
user comment