Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

Qəlbdəki səs

Qəlbdəki səs

Nəyə görə hacı Mövsüm kimi dindarlar şərlənərək həbs olunub min bir işgəncəyə məruz qaldığı halda onların müdafiəsi olmamalıdır ?


Qəlbdəki səs

ABŞ Dövlət Departamenti, AŞPA və beynəlxalq təşkilatlar vaxtaşırı çıxış etdikləri müxtəlif hesabatlarda Azərbaycanın insan hüquq və azadlıqları ilə bağlı ciddi problemlər yaşamasını ifadə edir, Əliyev hakimiyyətinə bəşəri dəyərlərə sayğı ilə yanaşmanı tövsiyyə edir. Bəzən, konkret olaraq vijdan və siyasi məhbusların azadlığa buraxılması tələbi ilə də çıxış edir.

Əksər hallarda da Əliyev hakimiyyətinin məmurları və məddahları xarici dövlətlərin və beynəlxalq təşkilatların hesabatlarını və tələblərini Azərbaycanın daxili işlərinə qarişması kimi qiymətləndirir. Bütün konferans və mötəbər beynəlxalq toplantılarda daima bu fikir də təkrar olaraq səslənir ki, insan hüquq və azadlıqları heç bir dövlətin daxili işi sayıla bilməz.

Buna baxmayaraq Azərbaycan hakimiyyəti öz bildiyini edir. İstədiyini şərləyərək həbs edib min bir işgəncələrə məruz qoymaqla uzun müddətə zindanlarda ömrünü çürüdür. Həbs olunan şəxs jurnalist, sekulyar siyasətçi olduqda yerli hüquq müdafiəçiləri və KİV məsələni ictimailəşdirir, hüquq müdafiəçiləri öz hesabatlarında məhkum olunmuşların adlarını qeyd edib, beynəlxalq təşkilatlara və Avropa təsisatlarına göndərir.

Onlar da bir çox hallarda öz növbəsində mümkün reaksiyaları verirlər. Bəzən də Əliyev hakimiyyətinə konkret şəxslərin azad olunması ilə bağlı etdikləri müraciətlər nəticəsiz qalmır. Amma həbs olunan şəxs hacı Mövsüm kimi müsəlman mömin, dindar olarsa bax o zaman vay onun halına. Gəlin elə hacı Mövsümün timsalında real vəziyyətə baxaq. Birincisi onun da həbsi digərləri kimi şərlənərək həyata keçirilir, amma çox ağır ittihamlarla. Həbs olunduqdan sonra hüquq müdafiəçiləri onunla bağlı bəyanat yaymağa tələsmir.

Zaman keçdikcə də saxlanılan möminin hüquqi vəziyyəti daha da ağırlaşır. Mətbuat orqanlarından çox az sayda bu həbsi işıqlandırır özü də arxa planda. Bir neçə həftə bəzən bir ay keçdikdən sonra axtara axtara, gəzə gəzə bu möminin ətrafı gəlib hansısa bir hüquq müdafiəçisinə çıxır. Bu da kifayyət qədər gec olur. Sonra da başlayırlar uzun uzadı məhkəmə prosesləri.

Məhkəmə prosesləri isə tam bir hüquq pozuntusunun aqoniyasını canlandırır. Məhkəmənin qərarından sonra həmin möminin adı siyasi məhbus qismində düşür yerli müdafiəçilərin qeydlərinə. Amma sekulyar siyasi məhbusla mömin siyasi məhbus arasında daha ciddi fərq ondadır ki, nə məhkəmə, nə zindanda nə də arenada sekulyar meydanda tək qalmır. Ona ABŞ, Avropa dövlətləri və beynəlxalq təşkilatlar qahmar çıxır. Dindar məhbuslar isə hacı Mövsüm kimi bu meydanlarda tək qalır. Müsəlman olduğundan sekulyar icmalar və qərb onun müdafiəsinə həvəs göstərmir.

Bu zaman maraqlı mənzərə yaranır. Vaxtilə imam Hüseyn Kərbəlada mübarizə meydanında cəmi 72 nəfərlə qaldığı kimi bu gün də Onun davamçıları meydanlarda tək qalıb. Sual yaranır : 14 əsrdən sonradamı Hüseyn davamçılarının sayı iki rəqəmlidir ? Axı statistikaya, mərasimlərə, tədbirlərə, cəryanlara baxanda şiə müsəlmanlarının sayı ancaq Azərbaycanda milyonlarla ölçülür. Nəyə görə hacı Mövsüm kimi dindarlar şərlənərək həbs olunub min bir işgəncəyə məruz qaldığı halda onların müdafiəsi olmamalıdır ?

Hacı Mövsüm isə hicabı müdafiə etdiyi üçün zindandadır. Bax sadə, məzlum, məktəbə getməkdən məhrum olan hicablı qız atası, İlham Əliyevin zülmü altında qalıb fəryad edən mömin bunları dilinə gətirməyə qorxur amma qəlbində uca səslə, bağıraraq deyir. Və deyir Allaha şikayət edir.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nardaran “işi”-2. İsa Şükürov: "İdealım İmam Hüseyndir"
ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
Fələstin YUNESKO-ya üzv seçildi
Britaniyada İmam Əli (ə) haqqında seminar keçiriləcək
Camiətül-Mustafada (s) təhsil almaq üçün 2000 qeyri-iranlı rəqabət aparacaq
Analoqsuz inkişafı olan Bakı kasıbçılıq üzündən dünya çempionatından imtina ...
Azərbaycan öz "XİLASKARINI" gözləyir?
Tehranın əliyevlərdən bir daha açıqlama tələbi
Azərbaycanda Şəhid Anası soruşur: Bəs niyə varlının balası şəhid olmur?
Ayətullah Sistani cənabları vəsiyyət edib

 
user comment