Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Əbu Talib mömin olub, yoxsa..?



 

Dinimizin tarixinə aid kitablarda rast gəlinən ziddiyyətli nöqtələrdən biri də Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi Əbu Talibin mömin olub-olmaması məsələsidir. Bir çox müəlliflərin yazdığı kimi, bu məsələ əslində vaxtilə sırf tarixi xarakter daşısa da, zaman keçdikcə əsasən məzhəbi və siyasi rəng almışdır. Belə ki, uzun əsrlər boyunja Əbu Talibin imanı problemi məzhəblər arasında mövjud olan əsas mübahisə mövzuları siyahısında öndə gedən məsələlərdən olmuşdur. İndiyə kimi Əbu Talibin mömin olmasına inanmaq əqidəsi şiə məzhəbinin xarakterik xüsusiyyəti sayılır.

Əbu Talibin imanı barəsində mübahisələr İslamın ilk dövrlərindən - məsum imamların zəmanəsindən başlamışdır. Əməvi və Abbasi sülalələrinin hakimiyyəti dövründə xüsusi təbliğat metodları vasitəsilə müsəlmanlarda Əbu Talibin müşrik və kafir halda dünyadan köçdüyü barədə fikir formalaşdırılırdı. Məlumdur ki, Əməvilərin əcdadı Əbu Süfyan uzun illər İslamla düşmənçik aparmış, yalnız Məkkənin fəthindən sonra, iman gətirdiyini elan etmişdir.

Abbasilərin əjdadı – Peyğəmbərin əmisi Abbas da uzun illər boyunca Məkkədə, müşriklərin əhatəsində yaşamış, bəzən hətta onlarla birlikdə müsəlmanlar əleyhinə hərbi yürüşlərdə belə iştirak etmişdi (məsələn, Bədr döyüşü). Lakin qəlbinin dərinliklərində o, Peyğəmbərə sadiq qalmışdı və gizlincə müsəlmanların xeyrinə fəaliyyət göstərirdi.

Əməvi və Abbasilərin siyasət səhnəsində əsas güclü rəqibi Peyğəmbərin pak Əhli-beyti idi. Əli-beyt imamları isə Əbu Talibin oğlu Əlinin (ə) övladları idi. Xəlifələr Əhli-beytin nüfuzunu azaltmaq məqsədilə öz əcdadlarının (Əbu Süfyan və Abbasın) müsəlman olduğunu qabardır, məsum imamların əcdadını isə müşrik kimi qələmə verirdilər. Əbu Talibin imansız olduğu barədə rəvayətlər də həmin dövrlərdə yaradılmış və xalq arasında inkişaf etdirilmişdi.

Burada bir məsələni nəzərdən qaçırmaq olmaz ki, o dövrün zalım hökumətləri hər hansı məsum imam barədə şayiə və iftira yayırdılarsa, tezliklə həqiqət aşkara çıxır və onların səyi puç olurdu. İmam Əli (ə) əleyhinə aparılan əks-təbliğatlar da gözlənilən «uğurlu» nəticəni vermirdi. Buna görə Əhli-beytin nüfuzunu azalda biləcək digər, nisbətən dolayı yollara əl atılırdı. Məhz Əbu Talibin müşrikliyi barəsində təbliğat aparmaq da bu yollardan biri idi. Beləliklə, bir müəllifin yazdığı kimi, «oğula qarşı əllərindən heç nə gəlməyəndə, bütün qüvvəni ataya qarşı yönəltdilər və oğulun intiqamını atadan aldılar». Əbu Talib həyatı boyunca Peyğəmbəri daha yaxşı qoruya bilmək imkanını itirməmək xatirinə imanını gizli saxlamışdı. O, vəfat edəndə İslam dini hələ çox qüvvətlənmədiyindən, çox adam onun müşrik halda vəfat etdiyini düşünürdü. Lakin müsəlmanlar qüvvə topladıqca Həzrəti Peyğəmbər Əbu Talibin əsil mömin simasını tanıtdırır, onun gizli müsəlmanlardan olduğunu elan edirdi. Qeyd etməliyik ki, Əbu Talibin təqiyyə etməsi (yəni öz imanını gizli saxlaması) də Əməvi və Abbasilərin təbliğatının uğur qazanmasına kömək etmişdir.

Cəfəri məzhəbincə, Həzrəti Muhəmməd Peyğəmbərin (s) Adəmə (ə) kimi nəsil şəcərəsindəki bütün əcdadlar vahid Allaha inanmış, hənif dinində olmuşlar. Bu əcdadların heç biri bütlərə ibadət etməmişdir. Allah-Təala Həzrəti Muhəmmədin (s) nurunu nəsildən-nəsilə pak atalardan pak analara ötürərək, Əbdülmüttəlibə qədər çatdırmışdır. Bu zəncirin Əbdülmüttəlib nöqtəsində nur iki yerə parçalanmış, yarısı Əbdülmüttəlibin bir oğlu Abdullaha, o biri yarısı isə digər oğlu Əbu Talibə keçmişdir. Nəticədə Abdullahdan Həzrəti Muhəmməd Peyğəmbər (s), Əbu Talibdən isə Həzrəti Əli (ə) vücuda gəlmişdir. Beləliklə, cəfəri əqidəsincə, əcdadlarının mömin olması baxımından imamlar da Peyğəmbərlə şərikdirlər. Bu məsələ ümumi şəkildə geniş izaha ehtiyaclı olduğu üçün, hazırki məqalədə bu barədə məlumat verməyi məqsədəuyğun saymırıq və konkret olaraq, Əbu Talibin imanı haqqında mövzunu araşdırırıq. Lakin zənnimizcə, Əbu Talibin şəxsiyyətini lazımınca təsəvvür etmək üçün onun atası Əbdülmüttəlibin imanı barəsində qısa da olsa bəhs açmamaq, sadəcə, mümkün deyildir. Buna görə də, Əbu Talib haqqında mövzuya onun atası Əbdülmüttəlibdən başlayırıq.

Əbdülmüttəlib mömin idimi?



1. «Qiyamət günündə Əbdülmüttəlib vahid ümmət halında məhşərə gələcək, onda peyğəmbərlərin siması, hökmdarların heybəti olacaq» (Şeyx Kuleyni - «Usuli-Kafi», «Hüccət» kitabı, «Rəsulullahın doğumu və vəfatı» babı, hədis 22).

2. Həzrəti Muhəmməd Peyğəmbər (s) kiçik olanda Məkkədə şiddətli quraqlıq olmuşdu. Şəhər əhalisi susuzluqdan əziyyət çəkirdi. Əbdülmüttəlib Əbu Talibə tapşırdı ki, körpə Muhəmmədi (s) onun yanına gətirsin. Əbu Talib körpəni qucağında gətirib Əbdülmüttəlibə verdi. Əbdülmüttəlib Kəbənin qarşısına gəldi və körpə Muhəmmədi (s) yuxarı qaldırıb belə dua etdi: «Ya Rəbb, bu uşağın xatirinə bizə bol yağış əta elə!» Üstündən bircə saat keçməmişdi ki, səmanı buludlar bürüdü, elə güclü yağış yağdı ki, hətta camaat məscidin uçulacağından qorxdu» (Şəhristani – «Miləl və nihəl»; Əllamə Məclisi «Usuli-Kafi»yə yazdığı şərhdə bu hadisəni rəvayət etmişlir).

Bu hadisə sübut edir ki, Əbdülmüttəlib vahid Allaha pərəstiş edirmiş. Çünki bir şəxs Kəbənin qarşısında Rəbb adlı qüvvəyə dua edib onu gələcək peyğəmbər Muhəmmədə (s) and verirsə, deməli həm Rəbbə iman gətirmiş, həm də peyğəmbəri tanımışdır.

3. Həzrəti Muhəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində buyurmuşdur: «Ey Əli! Əbdülmüttəlib cahiliyyə dövründə beş sünnə (dəb) qoymuşdu ki, İslam dini də bunları təsdiq etdi: 1) atanın arvadını oğula (başqa arvaddan olan oğul nəzərdə tutulur) haram elan etdi; 2) xəzinə tapanda onun beşdən birini sədəqə verdi; 3) Zəmzəm quyusunu qazıyandan sonra onu hacıların içməsi üçün vəqf etdi; 4) insan qətli üçün diyə (qanbahası) olaraq 100 dəvə verilməsini qərarlaşdırdı; 5) qüreyşilər Kəbənin ətrafında təvaf edərkən, neçə dəfə dövrə vurmağın dəqiq sayını müəyyən etməmişdilər, Əbdülmüttəlib 7 dövrə vurmağı qanun qoydu».

4. Həzrət Rəsulullah (s) sonra buyurmuşdur: «Ya Əli! Əbdülmüttəlib əzlamla (fal oxları ilə) fala baxmamış, bütlərə pərəstiş etməmiş, meyyitə (yəni Allah adı ilə kəsilməmiş heyvan əti) yeməmişdi; o deyirdi ki, mən babam İbrahimin (ə) dinindəyəm» (hər iki hədis Şeyx Səduqun «Xisal» və Şeyx Təbrisinin «Məkarimu`l-əxlaq» kitablarındandır).

5. Əsbəğ ibn Nubatə adlı məşhur səhabə rəvayət edir ki, Həzrət Əmirəlmöminin Əli (ə) buyurmuşdur: «Allaha and olsun ki, atam, babam Əbdülmüttəlib, Haşim və Əbdi-Mənaf heç vaxt bütə pərəstiş etməmişlər». Ondan soruşdular: «Bəs onlar nəyə pərəstiş edirdilər?» Həzrət Əli (ə) cavab verdi: «Onlar Kəbəyə sarı namaz qılırdılar və İbrahimin (ə) dinində idilər, bu dinə bağlanmışdılar» (Ayətullah Reyşəhri - «Mövsuətu`l-Əliyyibni Əbi Talib», cild 1, səh. 63; Seyyid Haşim Bəhrani – «Təfsiru`l-burhan», jild 3, səh. 795).

6. Əbdülmüttəlibin oğlu Əbu Talib buyurmuşdur: «Atam Həzrəti Muhəmmədin (s) peyğəmbərliyinin nişanələrini kitablarda (yəqin ki, keçmiş ümmətlərin müqəddəs kitabları nəzərdə tutulur) oxumuşdu və deyirdi: «Mənim nəslimdə bir peyğəmbər olacaq. İstərdim ki, onun zəmanəsində yaşayım və ona iman gətirim. Mənim övladlarımdan hər kim onun zəmanəsində yaşasa, mütləq iman gətirsin!»» (Seyyid ibn Tavus – «Təraif», səh. 458).


0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ
Riya və təkəbbür
ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ

 
user comment