Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İSLAMIN DÜNYA SƏVİYYƏLİ BİR DİN OLMASI

 

İslamın dünya səviyyəli bir din olması, onun hansısa bir xüsusi qövmə, yaxud məntəqəyə aid olmaması bu ilahi dinin zəruri məsələlərindəndir. Hətta ona iman gətirməyən şəxslər belə islami çağırışın ümumdünya səviyyəsində olmasını, xüsusi coğrafi məntəqə ilə məhdudlaşmamasını bilirlər.

Bundan əlavə, mövcud olan çoxlu tarixi faktlara əsasən Peyğəmbər (s) Roma, İran, Misir, Həbəşistan və Şam padşahlarına, eləcə də müxtəlif ərəb və digər qəbilə başçılarına məktublar yazmış, onlara qasid göndərmiş, hamısını bu müqəddəs dini qəbul etməyə çağırmış və islamı qəbul etmək qarşısında təkəbbür göstərib, küfr etməyin acınacaqlı nəticələri barədə onlara xəbərdarlıq etmişdir. Əgər İslam dini dünya səviyyəli olmasaydı, heç vaxt belə bir ümumi dəvət baş verməzdi. Başqa qövmlər və ümmətlər də bunu qəbul etməməkdə müəyyən bəhanələr gətirərdi.

Buna görə də, İslamın haqq olmasına iman gətirməklə bu ilahi şəriətə əməl etməyin zərurəti arasında ayrılıq salmaq və boyunlarında vəzifə borcu olduğuna görə bu ilahi ayinə əməl edən kəsləri istisna etmək olmaz.

QURANIN İSLAMIN ÜMUMDÜNYA DİNİ OLMASINA DAİR DƏLİLLƏRİ

Bu cür mətləblərin isbat olunmasında ən mötəbər və ən yaxşı dəlil Qurani-kərimin özüdür ki, onun haqq olması və etibarlılıq dərəcəsi əvvəlki dərslərdə aydın oldu. Bu ilahi kitaba dərindən nəzər salan şəxs onun dəvətinin ümumi və dünya səviyyəsində olmasını, hansısa firqə və ya tayfaya məxsus olmadığını anlayar. Quran özünün çoxlu ayələrində bütün insanlara “ya əyyuhənnas», yəni “ey insanlar”, yaxud “Ey bəni Adəm”, yəni “ey Adəm övladları” deyə xitab edir, öz hidayətinin bütün insanlara və bütün aləmlərə şamil olduğunu buyurur. Həmçinin, Quran ayələri Peyğəmbərin (s) risalətinin bütün insanlara aid olduğunu bildirmişdir. Bir ayədə isə bu dəvətin onun barəsində agahlığı olan hər kəsə şamil olduğunu təkid edir (“Ənam”-19). Digər tərəfdən digər dinlərin ardıcıllarına “əhli-kitab” - deyə xitab edir, və onlara tənə vurur. Peyğəmbəri-Əkrəmin (s) risalətinin onlara da aid olduğunu bildirir. Ümumiyyətlə, Qurani-kərimin Peyğəmbərə (s) nazil olmasında əsas hədəf İslamın digər dinləri qüvvədən salması hesab olunmuşdur.

Bu ayələrə diqqət yetirməklə Qurani-kərimin dəvətinin hamıya aid olmasında və müqəddəs İslam dininin dünya səviyyəsində bir din olmasında şübhəyə yer qalmır.

İSLAMIN ƏBƏDİ BİR DİN OLMASI

Yuxarıdakı ayələrdə qeyd olunan ümumi sözlərdən (“ey bəni Adəm”, “ey insanlar”, “ey aləmdəkilər” kimi) istifadə etməklə və qeyri-ərəb qövmlərinə və başqa din ardıcıllarına “kitab əhli” deyə xitab etməklə İslam dininin ümumi və dünya səviyyəli bir din olması sübuta yetir. Həmçinin zaman cəhətindən qeyd vurulmaması ayələrin müəyyən zamana aid edilməsi onun məhdud zamandan ötrü olmasını inkar edir. Xüsusilə “liyuzhirəhu ələddini kullih” (“onu bütün dinlərə qalib etsin deyə») ayəsi heç bir şübhəyə yer qoymur. “Fussilət” surəsinin 42-ci ayəsində buyurulur:

«Həqiqətən, o, əziz, çox dəyərli, qiymətli bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilər. O, həkim (hikmət sahibi) və həmid (şükrə, tərifə layiq olan) Allah tərəfindən nazil edilmişdir.»

Bu ayə göstərir ki, Qurani-kərim heç vaxt özünün düzgünlük və etibarını əldən verməyəcəkdir. Rəsuli-Əkrəmin (s) sonuncu peyğəmbər olması dəlilləri də (bu məsələ sonrakı dərsdə araşdırılacaqdır) bu ilahi dinin digər bir peyğəmbər və şəriət vasitəsilə qüvvədən düşməsinin mümkünlüyü ilə əlaqədar yaranan şübhəni aradan qaldırır. Deyilən məzmunda da çoxlu rəvayətlər nəql olunmuşdur. O cümlədən:

“Həzrət Məhəmmədin (s) halal buyurduğu qiyamət gününə qədər halal, haram buyurduğu isə qiyamət gününə qədər haramdır.»

İslamın əbədi olması onun dünyəvi bir din olmasını zəruri edən ilahi məsələlərdəndir və bu barədə əlavə dəlillər gətirməyə ehtiyac duyulmur.

BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI

İslamın dünyaya yayılmasının qarşısını almaq üçün var-qüvvələrini sərf edərək heç nəyi əsirgəməyən düşmənlər müəyyən şübhələr yaratmaqla Allah dininin yalnız Ərəbistan yarımadası üçün nazil olduğunu və qeyrilərinə gətirilmədiyini iddia edirlər. Onlar müəyyən ayələrə istinad edərək bildirirlər ki, həmin ayələrdə Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbalarını, yaxud Məkkədə və onun ətrafında yaşayanları dəvət etmək əmr olunur. Həmçinin, “Maidə” surəsinin 69-cu ayəsində yəhudilər, sabeinlər və məsihilər haqqında da səadətin meyarı iman və saleh əməl hesab edilir, İslam dininin qəbul olunması səadətin şərti kimi qeyd olunmur. İslam fiqhində kitab əhli müşriklərlə eyni səviyyədə deyildir. Onlar (müsəlmanların verdikləri xüms və zəkatın yerinə) cizyə verməklə İslam dövlətinin sığınacağında yaşayırlar. Onların təhlükəsizliyi təmin olunur və öz şəriət hökmlərinə əməl edə bilərlər. Bu da həmin dinlərin rəsmi olaraq tanınması nişanəsidir.

Bunun cavabında demək lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) yaxın adamlarını və Məkkə əhalisini haqqa dəvət edən ayələr sadəcə olaraq dəvətin mərhələləridir. Belə ki, bu mərhələlər o Həzrətin (s) qohum-əqrəbasından başlanmalı, sonra Məkkə əhalisi və onun ətrafında yaşayanlara doğru genişlənməli və nəhayət, bütün dünyanı əhatə etməlidir. Bu kimi ayələr o Həzrətin (s) risalətinin ümumdünya səviyyəsində olmasını göstərən ayələrlə heç bir əlaqəsi yoxdur. Çünki bu ayələrin məzmunu məhdudlaşdırıla bilməz. Bundan əlavə, belə məhdudlaşdırma əql sahiblərinin nəzərində qəbahətli və qeyri-məqbul hesab olunur.

“Maidə” surəsinin yuxarıda göstərilən ayəsində isə qeyd olunan məsələ bundan ibarətdir ki, sadəcə olaraq hansısa dinə tabe olmaq həqiqi səadətə nail olmaq üçün kifayət deyildir, əksinə, səadətin amili, həqiqi imandan, Mütəal Allahın Öz bəndələrinə vacib etdiyi vəzifələrə əməl etməkdən ibarətdir. İslamın ümumdünya səviyyəsində və əbədi bir din olmasını isbat edən dəlillərə uyğun olaraq, İslam Peyğəmbəri (s) zühur etdikdən sonra bu dinin hökm və qanunlarına əməl etmək bütün insanların vəzifəsidir.

Amma İslam dinində kitab əhlinin kafirlərdən üstün hesab edilməsinə gəldikdə isə, bu onların İslamı qəbul etməməkdə və ona əməl etməməkdə üzürlü olması demək deyildir. Əksinə onlar haqqında rəva görülən məsləhətlərə uyğun olaraq dünyəvi güzəştlərdir. Şiələrin etiqadına görə, həmin güzəştlər də müvəqqətidir. Həzrət İmam Zamanın (ə) zühur etdiyi zaman onlara yekun hökm elan olunacaq və onlarla kafirlər kimi rəftar olunacaqdır. Bu mətləbi də «li yuzhirəhu ələddini kullih» cümləsindən anlamaq olar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment