Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Haqq Yolu bəyanat verdi

6 dekabr 2011-ci il, Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun ofisində föqəladə toplantı keçirilib. Mövzu Azərbaycan Respublikasında dini kəsimi qəzəbləndirmiş yeni qadağalar yığını olub. Belə ki:

İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləməsinin ardınca prezident İlham Əliyev Cinayət Məcəlləsinə yenilikləri də imzalayıb. Dini ayinləri icra etməyə mane olmağa görə cərimələrin maksimal həddi 2000 manatadək, dinə etiqada məcbur etməyə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə cərimələrin maksimal həddi 9000 min manatadək artırılıb.

Cinayət Məcəlləsinə bu məzmunda 167-2-ci maddə əlavə edilib:

Maddə 167-2. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma

167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma -

beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

167-2.2. Eyni əməllər:

167-2.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

167-2.2.2. təkrar törədildikdə;

167-2.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Toplantıda iştirak edənlər Azərbaycan hökumətinin atdığı bu düşüncəsiz və qərəzli addımı müzakirə edib. Çıxış edənlər prezident tərəfindən qadağalar yığınının təsdiqlənməsini İslama qarşı müharibə kimi dəyərləndiriblər. Toplantının sonunda bəyanat qəbul edilib. Bəyanatda deyilir:

“Ey Böyük Xalq! Sən susduqca əriyir, öz yoxluğuna səs vermiş olursan. On milyon döyünən, sevən, yanan qəlb hakimiyyət kürsüsündən yapışmış beş-on qəlbidaşın əsiri olub. Bu gün işğal olunan təkcə Qarabağ deyil. Bu gün bütün Azərbaycan işğal altındadır. 20 %-i ermənilərin, 80 %-i məmurların işğalı altında.

Bu cinayətkar hakimiyyət bütün qanunları ayaq altına alaraq ən ibtidai insan haqlarını öz azğın nəfsinə yem edib. Azadlıqdan dəm vurur, fahişələrə, homoseksuallara azadlıq verir, dindarın örpəyinə əl atırlar. Ana-bacılarının baş örtüyünə uzanan əllər kəsilməlidir. Qurani-Kərim dini kitablardan tonqal çatanları, məscidləri uçuranları, danışanın dilini kəsənləri cəhənnəm əzabı ilə müjdələyir.

Ey Azərbaycan Xalqı, bu gün sənin sükutun öz məzlumiyyətini və üzərinə dövlət adı götürmüş məmur yığınının axirət əzabını artırır. Son qadağa yığını bu ölkədə hakimiyyətin süqutunu daha da yaxınlaşdırdı. Geriyə yol yoxdur. Çünki bu rejim bütün xalqa dinsizlikdən ibarət olan əqidəsini qəbul etdirməyincə ondan əl çəkən deyil. Bunu Quran buyurur: Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar. («Bəqərə» 120)

Azərbaycan ruhani zümrəsinə üz tuturuq: Bugünkü sükutunuz sizin beş günlük dünyada rahat həyatınızı təmin etsə də, Din Günü üçün peşmançılıq olacaq. Allahın Dini uğrunda, Haqq uğrunda konstitusion hüquqlarınızdan yararlanıb səsinizi çıxarın!”

 

Haqq Yolu EMİ-nin mətbuat xidməti


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...

 
user comment