Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Dinə qarşı "qanuni ov" mövsümü başladı

Bundan başqa əgər hansısa obyektdə dini mərasim keçirilərsə həmin yerin sahibi cərimələnə, hətta həbs edilə bilər. Bununla bağlı Sumqayıtda xüsusi tapşırıqlar verilib.

Dinə qarşı "qanuni ov" mövsümü başladı

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dini qadağaları Milli Məclisdə “qanuniləşdirəndən” sonra onun icrası başlayıb.

Artıq evlərdə, ofislərdə "qanuni ov" mövsümünə start verilib. Sumqayıtda evlərdən dini ədəbiyyat yığılır. Əgər hansısa kitabda Dini qurumlarla iş üzrə dövlət komitəsinin rəsmi icazə nömrəsi yoxdursa həmin kitablar müsadirə olunmaqla yanaşı şəxslər də cərimə olunur.

Bundan başqa əgər hansısa obyektdə dini mərasim keçirilərsə həmin yerin sahibi cərimələnə, hətta həbs edilə bilər. Bununla bağlı Sumqayıtda xüsusi tapşırıqlar verilib. Hər ərazi üzrə “məsul şəxs” “qanuni ovu” həyata keçirir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib. Yeniliyə görə, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması hesab olunacaq.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satılmaqla) törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Cinayət Məcəlləsinə nəzərdə tutulan yeniliklərə görə, dini ayinləri icra etməyə mane olmağa görə cərimələrin maksimal həddi 2000 manatadək, dinə etiqada məcbur etməyə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə cərimələrin maksimal həddi 9000 min manatadək artırılır. Bu əməllərə görə 5 ilədək müddətə azadlıqdan məhrumetmə də nəzərdə tutulur.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...

 
user comment