Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...

 

 

Ey Füzuli, məskənim çün Kərbəladır, şebrimin
Hörməti hər yerdə vardır, xalq onun müştağıdır.
Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvaridir,
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

Məhəmməd Füzuli




Həzrəti Muhəmməd Peyğəmbər (s.ə.s.) və onun Əhli-beyti nəinki yalnız öz sağlıqlarında ümmətin rəhbəri və yolgöstərəni olmuşlar; onlar vəfat etdikdən sonra da pak ruhları müsəlmanların imdad yeri və Allah qarşısında şəfaət mənbəyidir.

İmam Hüseyn əleyhissalam İslam dininin yaşaması, müsəlmanların öz şəxsiyyət və əzəmətlərini itirməməsi yolunda qiyam etdi, bu yolda ən əziz bildiyi şəxsləri qurban verdi, canını belə əsirgəmədi. Lakin onun missiyası bununla bitmədi. Şəhadətindən sonra da onun möcüzə və kəramətləri davam etdi. Bəli, Allah-Təala öz sevimli bəndələrinə elə üstünlüklər verər ki, hər iki aləmdə bu fəzilətlərdən faydalana və başqalarını da faydalandıra bilərlər.

Möcüzəli torpaq



İmam Hüseynə (ə) Allahın bəxş etdiyi kəramətlərdən biri də onun dəfn edildiyi torpağın fəzilətlərə malik olmasıdır. Vaxtilə Həzrəti Muhəmməd peyğəmbər (s.ə.s.) Kərbəla torpağının qəribə xüsusiyyətlərini bəyan etmişdi. Həm şiə, həm də sünni məzhəbinə məxsus mənbələrdəki hədislərdən məlum olur ki, Peyğəmbərimiz öz həyat yoldaşı Ummu Sələməyə Hüseynin (ə) gələcəkdə şəhid olacağını söyləmiş və ona bir ovuc Kərbəla torpağı vermişdi. Həzrəti Peyğəmbər Ummu Sələməyə buyurmuşdu ki, nə vaxt bu torpaqda qan damcıları görsə, Hüseynin (ə) şəhid edildiyini bilsin. Ummu Sələmə həmin torpağı şüşə qabın içinə töküb, saxlayırmış. Üstündən 50 il keçəndən və İmam Hüseyn (ə) Kufə istiqamətində yola çıxandan sonra Ummu Sələmə hər gün səhər və axşam qabı götürüb torpağı yoxlayırdı. Bir axşam torpaqda qan damcılarının sızdığını görür və İmam Hüseynin (ə) qətlə yetirildiyini başa düşür. Matəm saxlamağa başlayaraq yaxınlarına da bu müsibəti xəbər verir. Camaat onun verdiyi xəbərə inanmır. Yalnız bir neçə gündən sonra aşura faciəsinin əks-sədası Mədinəyə çatanda hesablayıb görürlər ki, torpaqda qan damcılarının görünməsi Məhərrəm ayının 10-a, aşura gününə təsadüf edibmiş.

Bu hadisənin təsviri aşağıdakı kitablarda və daha bir neçə mənbədə təsvir edilib:

İbn Həcər Heysəmi – «Əs-Səvaiqu'l-muhriqə», XI bab, 30-cu hədis.

İbn Həmzə – «Əs-Saqib fi'l-mənaqib», hədis 272.

Şeyx Mufid – «Əl-İrşad», cild 2, VII bab, hədis 7.

Şeyx Səduq – «Əmali», məclis 29, hədis 1 və 4.

Məlumat üçün bunu da bildiririk ki, bir neçə il bundan əvvəl vəfat etmiş görkəmli ruhani alim Seyyid Murtəza Muvəhhid Əbtəhi İsfahanidə mövcud olan əsl Kərbəla türbətinin də belə xüsusiyyəti var idi. Qum şəhərində nəşr olunan «Hövzə» curnalına vaxtilə verdiyi müsahibədə alim qeyd edirdi ki, həmin türbəti kağıza büküb, xüsusi qabın (mücrünün) içində saxlayır. Hər ilin aşura günündə türbətin büküldüyü kağızın üzərində qan ləkələri görünür. Alimin vəsiyyətinə əsasən, vəfat etdikdən sonra həmin türbəti onun qəbrinin içinə qoymuşlar.

Yazırlar ki, Səfəvilər dövründə Qərb ölkələrindən birinin nümayəndə heyəti İsfahana gəlir. Nümayəndə heyətinin başçısı qəribə bir istedada malik imiş. Qarşısında duran adamın ovcunda nə gizlətdiyini deyə bilirmiş. Həmin adam şaha təklif edir ki, onu istədiyi qədər yoxlasın. Əgər bütün hallarda gizlədilən əşyanı tapsa, həm şah, həm də saray əyanları İslamı atıb xristian dinini qəbul etsinlər. Əgər bircə dəfə gizlədilmiş əşyanı tapa bilməsə, özü və bütün nümayəndə heyəti xristian dinindən çıxıb, müsəlman olacaqlar. İmtahan başlayır, xristian alimi hamının ovcunda gizlətdiyini tapır. Şah məğlub olduğunu görüb, məşhur mütəfəkkir Molla Möhsün Feyz Kaşanini çağırtdırır. Feyz Kaşani vəziyyətlə tanış olandan sonra ovcunda bir qədər Kərbəla torpağı gizlədib xristian alimindən soruşur ki, nə olduğunu söyləsin. Alim uzun müddət cavab verə bilmir, axırda israrlı tələblər qarşısında məcbur olub deyir: «Ona görə cavab vermirdim ki, cavabımın izahı heç özümə də məlum deyil. Mənə elə gəlir ki, bu adamın ovcundakı behişt torpağıdır. Amma bilirəm ki, bu iş mümkün deyil, insan behişt torpağını necə əldə edə bilər?». Feyz Kaşani ovcundakı türbəti xristian aliminə göstərib başa salır ki, bu, bizim peyğəmbərimizin nəvəsinin dəfn edildiyi yerin torpağıdır və namazda biz alnımızı onun üzərinə qoyuruq. Xristian alimi bunu eşidəndə İslam dinini qəbul edib müsəlman olur və bir daha vətəninə qayıtmaqdan imtina edir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI

 
user comment