Azəri
Saturday 29th of June 2024
0
نفر 0

Rejimdən ad günü hədiyyəsi

Təbrik edirik Səni əziz qardaşımız! Hamı bilir ki, Sən pak insansan. Səni şərləyənlərin də şər dünyasında bir yaşı tamam oldu.


Rejimdən ad günü hədiyyəsi

Axundzadə Ruhulla Höccətullah oğlu 1955-ci il yanvar ayının 21-i Astara rayonunda dəmiryolçu ailəsində dünyaya gəlib. Orta təhsilini Astara rayonunda alıb, Azərbaycan Texniki Universitetini bitirib. Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri olub…

Astarada və ölkə dindarları arasında pak və səmimi bir insan kimi tanınmış Axundzadə ötən il, 21 yanvar, o şaxtalı qış günü Hicab Repressiyaları dalğasında həbsxanaya atıdı. Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan İslam Partiyası Astara rayon təşkilatı sədri Ruhulla Axundzadənin evindən silah-sursat tapılması ilə bağlı rəsmi məlumat yaydı. İnanan olmadı. Amma artıq xalqın inamı rejim üçün qara qəpik qədər əhəmiyyət daşımır. Ən təmiz insanlar ən çirkin üsullarla həbsə alınır.

Ruhulla Axundzadə ad günündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay azadlıqdan məhrum edilib.

Bu gün onun ad günüdür. Həyatda 57, həbsxanada 1 yaşı tamam olur. Kim bilir, bəlkə elə ötən yanvar başladı Axundzadənin ömrü. Axı yer üzündə baş verən hadisələr ərş aləmindən başqa görünür.

Təbrik edirik Səni əziz qardaşımız! Hamı bilir ki, Sən pak insansan. Səni şərləyənlərin də şər dünyasında bir yaşı tamam oldu. Amma bütün şərlərini üst-üstə yığsan elə İblislə yaşıd olarlar. Bu da onların seçdiyi yoldur.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Benqazi azad oldu! Libiya xalqı bayram edir
əliyevlər rejiminin icazəsi ilə, Bakıda üzdəniraqlar jurnal açdı
"Seyyid Fəramiz Abbasovun səhhəti normaldır"
Siyasi məhbus ailəsi Axundzadə Tamara Talıb Qızının BMT və İKT-ya Müraciəti
Tatarıstanda hicablı qadınlar üçün xüsusi fotoqrafiya studiyası istifadəyə ...
BƏƏ, Şarcədə Quran hifzi kursları
Qurani-Kərimin Puştu dilində tərcümə və təfsiri sərgiləndi
Şəms Təbrizinin həyatı ilə bağlı kitab Türkiyədə iki dildə çap olunub
Rejimdən ad günü hədiyyəsi
Misirdə “İslamda rəssamlıq” mövzusunda seminar təşkil edəcək

 
user comment