Azəri
Saturday 20th of April 2024
0
نفر 0

USTADIN ƏSƏRLƏRİ

Cavanlığının ilk çağlarından başlayaraq İslam maarifi və elmi məsələlər haqqında kitab yazmağa başlayır. Birinci əsərini ayətullah Burucerdinin dərsləri əsasında yazır. Ardıcıl şəkildə yeddi il iştirak etdiyi dərsi “Nihayətut-təqrir” adlı kitab şəklində cəm edir. 50 səhifədən ibarət olan bu kitab ayətullah Burucerdinin nəzərindən keçdikdən sonra müvəffəqiyyətlə çapa verilir (O zaman ayətullah Lənkəraninin 26 yaşı var idı). Bir neçə il sonra “Nihayətut-təqrir” kitabının ikinci cildi çap olunur. Bu iki cild kitab mərhum ayətullah Burucerdinin tədris etdiyi “Səlat” kitabı haqqında idi. Bundan əlavə, ustadın “müsafir namazı” və “cümə namazı” bəhsləri ayrıca çap olunur. Bu üç cildlik kitab, ayətullah Burucerdinin səkkiz il müddətində tədris etdiyi “Səlat” bəhslərini tamamilə əhatə edir.

Ayətullah Fazil Lənkərani bundan əlavə, imam Xomeyninin dərslərindən istifadə edərək “Usuli-Fiqh” bəhsləri haqqında qiymətli əlyazmalar hazırlamışdır. İmam Xomeyninin “üsul” bölməsinin əksər dərslərini əhatə edən əlyazmalar “Əlfaz və əqli” bəhslərə aiddir. Ustadın, imamın dərsləri barəsində hazırladığı əlyazmalar beş cildə yaxındır.

Ustadın ən böyük işlərindən biri də ömrünün çox hissəsini sərf etdiyi “Şərhi Təhrirül-vəsilə” kitabıdır. Əlbəttə, kitabın yazılışı hələ də davam edir. Bu dəyərli kitab İranda baş verən maraqlı hadisələrlə doludur. Mübariz İran xalqının, ruhanilərin fəaliyyətləri, bu mübarizədə əzab-əziyyətə mə`ruz qalanlar, şəhid olanlar, nəhayət zindanlarda zəncirdə olanlar haqqında kitabda mə`lumatlar verilib. O zamanlar ayətullah Fazil Lənkərani mübariz bir ruhani kimi fəaliyyət göstərirdi. Şahın xəfiyyə işçiləri tərəfindən dəfələrlə həbs və ölkənin müxtəlif məntələrinə sürgün olunmuşdu. Sürgün olunduğu şəhərlərdən biri “Yəzd” idi. Ustad iki il yarım bu məntəqədə sürgündə olmuşdur. Həmin yerdə qərara alır ki, vaxtından istifadə edib əlyazmalarını davam etdirsin. İmam Xomeyninin “Təhrrul-Vəsilə” kitabına şərh yazmağı qərara alır. Bu minvalla, əzab və dərdlə dolu günlərdə yazılmağa başlanan kitabın əlyazması hələ də davam edir. Artıq dövran dəyişmiş, mə`nəviyyat öz bəhrəsini vermişdir. O müddətdə ustad Fazil Lənkərani kitabın beş cildini tamam edir. Əvvəldə qeyd etdiyimiz kimi, kitabın yazılışı hələ də davam edir. Ehtimal verilir ki, bu dəyərli kitabın şərhi, Allahın köməyi ilə, qırx cildə çatsın. İndiyə qədər kitabın on beş cildi çap olunub. Başqa iki cildi “Təfsiliş-şəriə fi şərhi təhriril-vəsilə” adı ilə çap olunub. Ustadın əsərlərindən biri də “Mədxəlut-təfsir” kitabıdır. Kitab ustadın tə`til günlərində tələbələrə verdiyi dərsləri əhatə edir. Bu kitab üç mövzunu əhatə edir:

 1-Qur`anın mö`cüzəsi;

 2-Qur`anın müxtəlif qiraətləri;

 3-Qur`anın təhrif olunmaması.

 Ustad bu bəhslərə aid olan qeydlərini sürgündə olanda yazmışdı. O zamanlar bu qeydlər otuz səhifəlik bir kitab şəklində çap olunmuşdu. Ustadın kitablarından biri də mərhum ayətullah İşraqi ilə birlikdə iki cilddə qələmə aldığı “İmamət məsələləri Qur`an baxımından” adlanıbdır. Onun birinci cildi, “Əimmeyi əthar və ya vəhy qoruyucuları Qur`an baxımından” adı ilə, ikinci cild isə “Təthir ayəsində parlaq simalar” adı ilə çap olunub. Bu iki kitabda araşdırılan mətləblər o qədər dəqiqdir və sənədləri islami mənbələrdə o qədər mö`təbərdir ki, alimlərin fikrincə, hər kəs bu kitabları təəssübdən uzaq olaraq mütaliə etsə, Qur`anın imamət və onun şəraitləri haqqındakı nəzəri ilə tanış olmaqdan əlavə, Mə`sumların imamətini (ələyhimussalam) açıq ürəklə qəbul edər. Ümidvarıq ki, o gün olsun dini, məzhəbi və e`tiqadi məsələlərin üzərindən təəssüblük hissi götürülsün və İslam ümmətinin ruhu həqiqət və mə`rifətlə qidalansın.

 Bundan əlavə, ayətullah Fazil Lənkəraninin çoxlu kitabları da vardır ki, onların hər biri İslam dininin müxtəlif hökmlərini aydınlaşdırır.
USTADIN SİYASİ MÜBARİZƏLƏRİ

 Ayətullah Fazil Lənkəraninin həyatının mühüm dövrlərindən biri də onun siyasi həyatı və mübarizələridir. İmam Xomeyni zülmə və fəsada qarşı ciddi mübarizəyə başladığı vaxtdan e`tibarən, o öz müəlliminin qələbəyə çatması üçün bu yolda ciddi fəaliyyətə başlayır. İmam Xomeyninin ciddi tərəfdarlarından və şövqlü şagirdlərindən hesab olunan Lənkərani ilk vaxtlardan onun ardınca hərəkət edir. Bu mübarizə həm fərdi, həm də hövzeyi-elmiyyənin təşkil etdiyi “camieyi-müdərrisin” təşkilatının üzvlüyündə davam edir. Qeyd olunan cəmiyyət o vaxt imkan daxilində İmamla birlikdə fəaliyyət göstərirdi. O gündən başlayaraq Lənkərani öz mübarizəsində vəhdət və birliyi inqilabın ən əsas və aparıcı amillərdən hesab edir və bu yolda çalışırdı. Məhz bu fəaliyyətin nəticəsində dəfələrlə şah rejimi tərəfindən həbs olunmuş və məhkəmə orqanlarında istintaqa çağırılmış, zindanlarda ağır işkəncələrə mə`ruz qalmışdır. Axırda da ölkənin ən pis iqlimli məntəqəsinə sürgün olunur. İlk sürgün yeri “Bəndəri-Lingə” məntəqəsi olur. Dörd ay müddətində nəfəs kəsən yandırıcı gün altında yaşayır. Bu dörd ay, ustadın öz dediyinə görə, qırx illik əzab-əziyyətə bərabər idi. Bundan sona ayətullah Fazil Lənkəraninin sürgün yerini Yəzd şəhərinin Kuvəyri məntəqəsinə dəyişirlər. İki il yarım şərəfli ömrünü bu ucqar yerdə keçirir.

 Ayətullah Lənkərani sürgün müddətindən məharətlə istifadə edir, gizlin şəkildə yazdığı elmi əsərlərdən əlavə, mühüm işlər də görür. Belə ki, “mehrab şəhidi” ayətullah Səduqinin köməyi ilə əhali ilə gizli görüşlər təşkil edir, özünün tərbiyəvi sözləri ilə əhalini imam Xomeyninin mübarizəsinə qoşulmağa çağırır. Bunların nəticəsi olaraq, inqilabın şiddətli vaxtında Yəzd əhalisi əli boş halda tank və topun qarşısına çıxıb yüzlərlə şəhid verərək bu hərəkatı müdafiə etdilər, bununla da İslam inqilabının qələbəsində böyük addımlar atdılar.

 Nəhayət, sürgünlük dövranı qurtarır, zülmün, küfrün və istismarın dövranı başa çatmaqla bərabər, fəsad, ictimai eybəcərliklər aradan gedir, onun yerini təmizlik, azadlıq, əmin-amanlıq tutur. İslam günəşi buludlar arxasından zühur edir, öz şö`ləsini bütün aləmə saçır və hər tərəfi işıqlandırır.

 Ayətullahül-üzma Fazil Lənkəraninin “mərcəiyyəti” (mərcəyi-təqlid) ayətullahül-üzma Ərakinin vəfatından sonra Qum elmi hövzəsinin “Camieyi-müdərrisin” təşkilatı tərəfindən verilib. O, elmi hövzənin bütün müctehidləri arasında yeganə şəxsdir ki, əksəriyyət təşkil edən səs çoxluğu ilə şiə aləminə mərcəyi-təqlid kimi tanıtdırılıb.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI

 
user comment