Azəri
Friday 10th of January 2025
0
نفر 0

QARŞINIZDAKI KİTAB HAQQINDA

Böyük İslam inqilabının zəfərli qələbəsindən sonra ustad hiss edir ki, əhali gündən-günə əsl İslam mədəniyyətinə ehtiyac duyur. Başqa tərəfdən, “Qum İslam təbliğatı” idarəsində “imam Sadiq ™-ın mədrəsəsinin şagirdləri və Qum elmi hövzəsinin ruhaniləri üçün həzrət Əli (əleyhissalam)-ın “Nəhcül-bəlağə” kitabının dərslərini başlayır. Bu dərsdə mövzu, ustadın özünün istəyi ilə həzrəti Əli (əleyhissalam)-ın Malik Əştər Nəxəiyə yazmış olduğu məkubu idi. Bu dərslər “İslam təbliğatı” idarəsi tərəfindən lentə yazılaraq kiçik kitabça şəklində tələbələr arasında paylanıldı. Qərara aldım ki, ustadın dərslik kitabçalarını həm özümün, həm də başqalarının bəhrələnməsindən ötrü kitab şəkilinə salım və onu hamının istifadəsinə verim. Onu da qeyd edim ki, mən bu bəhsləri cəm etdikdə, ustadın özündən istifadə etdiyim bəyanlara arxalanaraq bu bəhslərin deyiliş və yazılışında bə`zi dəyişikliklər etmişəm. Belə ki, hamının başa düşməsi və çətin olmaması üçün sözlərin bə`zilərini dəyişmişəm. Amma əsil mətni dəyişmədən, çalışmışam ki, ağır termin və kəlmələri kitab cümləsi ilə bəyan edəm. E`tiraf edirəm ki, bu kitabın hər nə qədər cazibədarlığı və faydaları varsa, ustadım ayətullahül-üzma Fazil Lənkəraninin elm və biliyinin bərəkətindən, nöqsan və çatışmazlıqlar isə mənim elmimin az olmasından irəli gəlir.

Ayətullahül-üzma şeyx Məhəmməd Fazil Lənkəraninin şagirdlərindən: Hüseyn Kərəmi

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
PEYĞƏMBƏRİN SON HƏCC ZİYАRƏTİ
ME’MARLIQ VƏ DİGƏR SƏNƏTLƏR
MƏZHƏBLƏR VƏ YA ƏQİDƏ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜXTƏLİF FİKİR YÜRÜDƏN ...
YARMADANIN ŞİMALINDAKI DÖVLƏTLƏR
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
İSLAMDAN SONRA MİSİRDƏ BAŞ VERƏN İKİ MÜHÜM HADİSƏ

 
user comment