Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Əgər “Nəhcül-bəlağə” haqqında sadə bir tə`rif vermək istəsək, “Nəhcül-bəlağə” həzrət Əli (əleyhissalam)-ın söylədiyi kəlamlardır – deyə bilərik. Bu kəlam o həzrətin danışıqları, yazıları, məktub və vəsiyyətləri, qısa hikmətli kəlmələri və moizələrini ehti

Əgər “Nəhcül-bəlağə” haqqında sadə bir tə`rif vermək istəsək, “Nəhcül-bəlağə” həzrət Əli (əleyhissalam)-ın söylədiyi kəlamlardır – deyə bilərik. Bu kəlam o həzrətin danışıqları, yazıları, məktub və vəsiyyətləri, qısa hikmətli kəlmələri və moizələrini ehtiva edir. Min ildən artıq bir dövrdə bu kitab üç bölmədə-xütbələr, məktublar və qısa hikmətli kəlmələr şəklində yazılır və ya çap olunur. Amma Qur`an haqqında dediyimiz tə`rif və “Nəhcül-bəlağə” barəsindəki bəyan, onların haqqında söylənilənlərə nisbətdə, dəryanın bir damlasına da çatmır. Əslində vəhy kitabı olan Qur`ana və onun yolunu tam şəkildə davam etdirən “Nəhcül-bəlağə”yə bu cür tə`riflər vermək danışan üçün xəcalət, eşidən üçün əfsusdan başqa bir şey deyildir.

 “Nəhcül-bəlağə” haqqında necə söz danışmaq olar? Halbuki, yüz illərdir ki, onun əzəməti dünyanı öz qanadları altına almış, tarix səhifələrindən keçən bəşəriyyət onun ucalığı qarşısında təəccübə və dəhşətə gəlmiş, onun misilsiz əzəməti qarşısında diz çökməkdən başqa bir yol görməmişdir. Min il Qur`ani-Kərimlə yanaşı dillər əzbəri olan bir kitab haqqında nə demək olar? Yalnız dostlar yox, düşmənlər də onu tə`rifləmiş və əzəməti qarşısında aciz olduqlarını e`tiraf etmişlər. Min illik bu kitab haqqında necə danışmaq olar, halbuki, hər bir əsrdə alimlər onun haqqında kitablar yazmış, dərindən fikirləşmiş, amma bir yerə çata bilməmişlər. Minlərlə mühəqqiq onun barəsində saysız-hesabsız kitablar yazmış, milyonlarla səhifəni ən gözəl, ürəkoxşayan və fəxrli sözlərlə bəzəmişlər, amma bəşəriyyət hələ də onun əzəmətinin bir guşəsini layiqli surətdə şərh etməyə və həzrətin dərin mə`nalı kəlamlarının dolğun mə`nalarını aşkar edə bilməmişdir.

Biz də çarəsizlik üzündən “Nəhcül-bəlağə” barəsində azacıq tanışlıqla kifayətlənirik. Ümidvarıq ki, o Həzrətin pak nəfəsi sayəsində onun aşiqləri öz mütaliələrində bu kitabdan istifadə etdikcə mə`rifətləri çoxalsın və Həzrətin dəryalar qədər mə`nalı sözlərindən istifadə etsinlər. İnşallah!

Min il öncə İlahi məktəbin ardıcıllarından, o Həzrətin xalis şiələrindən biri olan Seyyid Rəzi hicrətin 400-cü ilində o Həzrətin şifahi şəkildə söylədiyi kəlamları və yazıları cəm edərək “Nəhcül-bəlağə” adlı kitab şəklinə salmışdır. (Mərhum Seyyid Rəzidən əvvəl bütün bu deyilənlər və yazılanlar müxtəlif kitablarda, pərakəndə şəkildə mövcud idi. ) Bu əzəmətli kitabda Həzrətin yüzdən çox geniş mə`nalı kəlamı, xütbəsi, hədisi, məktubu, vəsiyyətnaməsi, nəsihəti, qısa kəlməsi, hökumətlə əlaqədar fərmanı, Qur`an təfsiri və insanın ruhunu cilalayan yüzlərlə göstərişi vardır. İnsan həyatının bütün yönlərini əhatə edən qanunlar bu kitabda qeyd olunmuşdur. Mərhum seyyid Rəzi çalışmışdır ki, Həzrət Əli (əleyhissalam)-ın misilsiz kəlamlarının ən bəlağətli və gözəl sözlərindən istifadə etsin. Ona görə də kitabı “Nəhcül-bəlağə” (bəlağət yolu) adlandırıb. Bu kitab on əsrdən çoxdur ki, üç qismdən-“xütbələr”, “məktublar” və “qısa kəlmələr”-şəklində mövla Əli (əleyhissalam)-ın aşiqlərinin ixtiyarına verilib. Kitabın bə`zi özünəməxsus xüsusiyyətləri vardır ki, qarşınızdakı kitabda onlara işarə edəcəyik. Bu xüsusiyyətlərlə yanaşı, bə`zi mühüm məsələlər də vardır ki, Həzrətin bəlağətli kəlmələrindən ələ gəlir və hər bir oxucunu istər-istəməz özünə cəzb edir. Bütün bunlar o Həzrətin həyatını təcəssüm edir və baş verən ayrı-ayrı hadisələrə nə cür münasibət bəsləməsini göstərir. Buna görə də “Nəhcül-bəlağə” İslam Peyğəmbərininin (səlləllahu əleyhi və alih) haqq canişininin əzəmətli və nümunəvi həyatını bizlərə nişan verən bəlağətli bir kitabdır. Bu məktəbin şagirdləri öz imamlarının əzəmətli simasını və həyatının müxtəlif cəhətlərini bu kitabdan aydın hiss edib, onu öz həyatlarında me`yar götürə bilərlər.
MALİK ƏŞTƏRƏ FƏRMAN

 “Nəhcül-bəlağə”nin başqa mövzuları kimi, onun parlaq fəsillərindən biri də Həzrət Əli (əleyhissalam)-ın özünün vəfalı köməkçisi və sərdarı Malik Əştərə yazdığı “Əhdnamə” və ya “Tarixi fərmandır”. Bu fərman on dörd əsr əvvəldən indiyə qədər əbədi insaniyyət nişanəsi kimi İslam mədəniyyəti tarixində yadigar qalmışdır.

 İmam bu məktubu, yaxın dostu və köməkçisi, İslam qoşununun sərkərdəsi Malik Əştəri Misrə göndərərkən yazmışdır. Malik Əştər İslamın hökmünü icra etmək və Əli (əleyhissalam)-ın əmrini yerinə yetirməkdən ötrü bu ölkəyə gedirdi. İmam Əli (əleyhissalam)-ın bu məktubda Malik Əştərə xitab edib İslam hökumətini hansı qanunlarla idarə etmək lazım olduğunu buyurmasına baxmayaraq, həqiqətdə hansı məkanda və zamanda olmasından asılı olmayaraq, bütün insanlar bu məktubun dinləyicisidirlər. Başqa sözlə desək, bu məktubda insanı tərbiyə edən qanunlar qeyd edilmişdir ki, günəş kimi şərqdən-qərbə qədər bütün dünyaya nur saçır. Bu nuru hamı görür və hiss edir, yalnız mə`nən kor və qəlbi bağlı insanlar bu müqəddəs nurdan xəbərsiz qalmışlar.

 Malik Əştərə yazılan “Əhdnamə”də Həzrəti Əli (əleyhissalam)-ın qısa fikir və nəzərləri çox dəqiq şəkildə bəyan olunmuş, hər bir insanın vəzifəsi aydın şəkildə canlandırılmışdır. Belə ki, hər kəs, istər qul, istərsə də azad, istər cəmiyyət üzvü, istərsə də İslam hökmlərini icra edən hakim öz vəzifəsini aydın şəkildə dərk edib anlayacaqdır.

Məktubda Malik Əştərə deyilən tövsiyələr əslində bütün insanlara və bəşəriyyət tarixinə edilir. Doğrudan da, əgər Həzrətin tövsiyələrinə əməl olunsa, cəmiyyətdə ədalət və əmin-amanlıq tam mə`nada bərqərar olunacaq, insan cəmiyyətində qarşılıqlı yardım və kömək etməyə şərait yaranar, insanlar, elm, iman və huşyarlıqla İslam göstərişi əsasında nəfsini mə`nəvi çirkinliklərdən paklaşdırmağa məşğul olar, özlərini rəzil xislətlər və fəsaddan təmizləyərək hamılıqla Allahın mö`min və saleh bəndələri kimi Allah yoluna gələr, yalnız düzgün yolu getməyi qarşılarına məqsəd qoyarlar.

Bəli, bu “Əhdnamə” insanın dünya və axirətinin xoşbəxliyinə zəmanət verir, düzgün yolu insana göstərir. Ona görə ki, həzrət bu məktubda hər şeydən əvvəl insan cəmiyyətinin hər bir fərdini müəyyən tonla, ayıldıcı xitabla mə`nəviyyat, şərafət və sədaqət dünyasına də`vət edir. Bu əzəmətli də`vət də məhz ictimai ədalətin bərqərar olunması, zülm və təcavüzkarlıqla mübarizə, azadlıq, qanun qarşısında bərabərlik və iman əsasında gerçəkləşə bilər.

 Gələcək bəhslərdə Həzrətin bu məktubunu hissə-hissə araşdıracağımıza görə məktub haqqında bundan artıq mə`lumat verməyə ehtiyac yoxdur. Ona görə ki, müqəddimədən məqsəd məktubun mə`nası və xüsusi əhəmiyyəti haqqında qısa tanışlıq vermək idi.
MALİK ƏŞTƏR NƏXƏİNİN ŞƏXSİYYƏTİ

 Hər şeydən əvvəl bunu qeyd edək ki, İslamın böyük sərkərdələrindən olan Malikin xüsusiyyətini və şəxsiyyətini tanımaqla aydın olar ki, Həzrəti Əli (əleyhissalam) nəyə görə belə bir misilsiz məktubu onun üçün yazmışdır. İmam (əleyhissalam)-ın bu məktubun tarixdə əbədi qalacağını bilməsi ilə yanaşı, onun adını məktubda qeyd etməsi, əslində bütün bəşəriyyəti nəzərdə tutduğuna görə idi. Bəli, İmam Əli (əleyhissalam) belə bir işi dəlilsiz görməzdi. İmamın əzəmətli və tarixi məktubunu alan şəxs yüksək məqama və çoxlu üstünlüklərə malik olmalı idi.

 Malik Əştərin şəxsiyyəti barəsində bəhsə başlamazdan əvvəl, yaxşı olardı ki, Həzrəti Əli (əleyhissalam)-ın onun haqqında buyurduğu kəlamı bəyan edək və o Həzrətin özünün Malik barəsində fikrini nəzərə alaq. Bildiyiniz kimi, Malik Əştər, imam Əli (əleyhissalam) tərəfindən ədaləti bərqərar etmək üçün Misrə vali göndərilir. Amma o, Misrə tərəf hərəkət edərkən yol əsnasında Müaviyənin xaincəsinə tökdüyü tədbir əsasında zəhərlədilir və şəhid olur. Əlbəttə, həzrəti Əli (əleyhissalam) öz imamət elmi ilə bilirdi ki, Malik özünün göndərildiyi yerə gedib çıxmayacaq və İslam şəhidlərinə qovuşacaq, nəticədə “Əhdnamə”nin maddələrini o ölkədə icra etməyə macal tapmayacaq. Bununla belə Malikin şəhadət xəbərini və onun necə şəhadətə yetməsini o Həzrətə xəbər verdikdə, Həzrət dərin narahatçılıqla matəmə qərq olur. Malik haqqında tarixi bir cümlə buyurur. Belə ki, o cümlənin vasitəsi ilə Malikin şəxsiyyəti haqqında ən gözəl və aydın nəticəyə gəlmək olar. Həzrət buyurur: “Həqiqətdə, mənim üçün Malikin məqamı, Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında mənim məqamım kimi idi. ”

 Bu kiçik cümlənin dərin mə`nalarına diqqət etdikdə Malikin məqam və şəxsiyyətinin nə qədər uca olduğu aydınlaşır. Əks halda, İmam heç də səbəbsiz söz deməzdi, mə`sum İmamın sözlərində şişirtmə və mübaliğə də olmaz. Buyurduğu hər bir kəlmə xalis həqiqətdir. Diqqət etdikdə görəcəksiniz ki, İmam Əli (əleyhissalam) Malik haqqında mübaliğəsiz söz danışır, onu, özünün İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) yanında olan müqəddəs vücuduna bənzədir. Beləliklə, həmin bəyandan aydın olur ki, həzrəti Əli (əleyhissalam) İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) yanında ən böyük və layiqli şəxsiyyət, İslam məktəbinin kamil şagirdi sayıldığı kimi, Malik Əştər də Həzrət Əli (əleyhissalam)-ın nəzərində İslam məktəbinin ən layiqli şagirdi və böyük şəxsiyyəti hesab olunurdu. Qeyd edək ki, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) yanında Əli (əleyhissalam)-dan layiqli və şəxsiyyətli bir insan yox idi. İmam da Malik Əştəri yüksək vəsflə tə`rifləyir, onun üçün heç kəsin çata bilmədiyi ən üstün məqam tə`yin edir. Buna görə ki, İmam Əli (əleyhissalam) heç kəsin haqqında belə bir cümlə söyləməmişdir.
İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alih) NƏZƏRİNDƏ MALİK ƏŞTƏRİN ŞƏXSİYYƏTİ

Malik Əştərin yüksək şəxsiyyəti və məqamını göstərən başqa dəlillərdən biri də illərlə öncə onun barəsində İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) mübarək dilindən deyilən cümlədir. O zaman bu sözlərin kimin haqqında olduğu heç kimə mə`lum deyildi. Amma, zamanın keçməsilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) gələcəkdən verdiyi xəbərlər öz yerini tutur, mə`lum olur ki, bu dəyərli sözlər Malik Əştər Nəxəi haqqındadır. Əsl hadisə (tarixdə azacıq fərqlə nəql olunur) aşağıdakı kimidir:

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) böyük əshablarından biri olan Əbuzər belə nəql edir: Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) bir dəstə əshabı ilə birlikdə oturmuşdu. Peyğəmbər (səlləllahu əleyhi və alih) oturanlara xitab edərək buyurdu: “Sizlərdən biri günlərin birində uzaq səhralarda, çöllükdə elə bir halda vəfat edəcəkdir ki, onun ətrafından çox uzaqda heç bir yaşayış olmayacaq. Ölüm ayağında onun yanında heç kəs olmayacaq ki, ona qüsul versin, kəfənləyib dəfn etsin. Amma həmin yerə Allahın bir dəstə mö`min bəndəsi gələr və soruşarlar ki, burada bir qərib dünyadan gedib, görəsən haradadır?! Gəlib çatdıqdan sonra onun barəsində bütün İslam mərasimlərini icra edərlər. Onu kəfənləyib ehtiramla torpağa tapşırarlar. ”

O vaxt heç kəs bilmirdi ki, bu iş orada olanların hansının başına gələcək. Amma zamanın keçməsilə məsələ aydınlaşır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) dünyasını dəyişib Allahın rəhmətinə qovuşur. Həzrəti Əli (əleyhissalam) evdə oturur. İslam hökuməti top kimi əldən-ələ keçir, nəhayət, üçüncü xəlifə Osmana çatır. Əbuzər, Osmanın əmri ilə Məkkə ilə Mədinə arasında yerləşən otsuz, susuz çöllük olan “Rəbəzə” adlı məntəqəyə sürgün olunur. O, bir müddət kiçik ailəsi ilə birlikdə o biyabanda qalır və ailə üzvləri tədriclə aclıqdan ölür. Əbuzər yalnız öz qızı ilə quru səhrada əzab-əziyyətlə həyatını davam etdirir. Nəhayət, əcəl onun da sorağına gəlir. Əbuzər hiss edir ki, axır nəfəsləridir, az qalır ki, ruh bədənindən çıxsın. Qızını səsləyib buyurur: İndi yəqin edirəm ki, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) “səhralıqda tənha ölən şəxs” haqqında buyurduğu sözlər mənim haqqımda imiş. Ona görə ki, o vaxt həmin məclisdə iştirak edən bütün dostlarımın hamısı vəfat edib. Hər birisi bir şəhərdə, ya da kənddə dünyadan gedib. Yalnız mən bu çöllüyə gəlib çıxmışam. Amma qızım, əsla narahat olma! İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) buyurduğuna görə mən öldükdən sonra Allahın bir dəstə xeyirxah bəndəsi buraya gələcəklər. Mən öləndən sonra yol kənarına gedib onların yolunu gözlə. Elə ki, gəldilər, əhvalatı onlara söylə. Arxayın ol, onlar hökmən mənim sorağıma gələcəklər.

Əbuzərin qızı nəql edir: “Atamda ölüm nişanələrini gördükdə, özümü yol kənarına çatdırdım. Əvvəlcə heç bir bəni-adəmdən əsər-əlamət görmədim. Amma bir az sonra uzaqdan bir karvan göründü. Elə ki, mənə yaxınlaşdılar, gördüm ki, Malik Əştər onların qabağında hərəkət edir. Məni görüb dayandılar. Mən də bütün əhvalatı onlara söylədim. Dedim ki, atam-Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabəsi can üstədir. Bunu eşidən kimi Malik Əşətər yanındakılarla birlikdə dərhal yola düşdülər. Atam artıq dünyasını dəyişmişdi. Onlar bütün şər`i hökmləri yerinə yetirib atamı izzət və ehtiramla dəfn etdilər. ”

Bütün bunları nəzərə almaqla mə`lum olur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) Malik Əştəri Allahın saleh və layiqli bəndəsi kimi qələmə verir. Xoş olsun Malikin məqam və əzəmətinə ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) onu belə vəsf etmişdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ ALİMLƏRİNİN İDEOLOJİ VƏ SİYASİ MÜBARİZƏLƏRİ
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ
Səcdə üçün ən fəzilətli torpaq
Qeyb dövrünün tarixi mənbələri ilə tanışlıq və onların araşdırılması
NIYABƏTƏ AID OLAN BƏZI MƏSƏLƏLƏR
Mövsüm Səmədovu orucluqla bağlı istəyinə görə karsa salıblar
ME’MARLIQ VƏ DİGƏR SƏNƏTLƏR
CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR
HƏZRƏT ƏBU TАLİB VƏ XƏDİCƏNİN VƏFАTI
QİBLƏNİN DƏYİŞİLMƏSİ

 
user comment