Azəri
Saturday 4th of May 2024
0
نفر 0

İSLAMDAN SONRA MİSİRDƏ BAŞ VERƏN İKİ MÜHÜM HADİSƏ

 Həzrət Əli (əleyhissalam)-ın Misrin həssas siyasi mövqeyinə diqqət yetirməsinin səbəbini başa düşmək üçün bu ölkə ilə əlaqədar iki mühüm hadisəni qeyd etmək lazımdır. Bu elə bir hadisədir ki, Misir ölkəsinin o vaxt son dərəcə həssas ölkələrdən hesab olunduğunu göstərir. Onlardan biri budur ki, Misir əhalisi tez bir zamanda gördülər ki, ölkənin yeni başçısı (Əmr ibn As) və onun döyüşçüləri əhali ilə yaxşı rəftar etmirlər. Onlara aman verdiklərinə baxmayaraq, əhaliyə əzab-əziyyət və işkəncə verir və onları təhqir edirlər. Bu cür rəftar əhalinin hər yerdə narazılığına səbəb olur və vəziyyət sür`ətlə dəyişir.

 Misrin fəthindən üç il sonra Bizansın dəniz qüvvələri yenidən İsgəndəriyyə şəhərinə hücuma keçir və çalışırlar ki, məntəqəni geri alsınlar. Həmin vaxtda müsəlmanlardan narazı olan əhali onlara arxa çevirərək şəhərin darvazasını Bizans qoşunlarının üzünə açır və şəhəri onlara təslim edirlər. Əlbəttə, Bizans qoşunlarının bu dəfə çox da güclü qoşunları yox idi. Az müddətdən sonra Əmr ibn As Misrin uzaq məntəqəsindən İsgəndəriyyəyə hücum edir və romalıları qovub şəhərdən çıxardır. Amma bu mövzu, məsələnin çox həssas olduğunu göstərir. Həqiqətdə, Misir barıt çəlləyi kimi hər an partlamağa ehtimalı olan bir ölkə idi. Əhali uzun illər yunanlıların və romalıların əsarəti altında olmuşdu. Xüsusən, romalılardan çoxlu əzab-əziyyət görmüşdülər nə yeni vəziyyətə ümid bəsləyirdilər. Onlar İslam dini adı altında hökmranlıq edənlərdən zülm görəcəklərinə əsla inanmırdılar.

 İkinci mühüm hadisə isə Osmanın xilafəti dövründə Misir əhalisinin bir dəstəsinin qiyam etməsi və öz ölkələrini tərk edib, zülmün qarşısını almaq üçün Mədinəyə gəlmələri idi. Onlar bir müddət Osmanın evini mühasirədə saxladılar və nəhayət onu qətlə yetirdilər.
MİSİRİN ƏHƏMİYYƏTİ GÜNDƏN-GÜNƏ AŞKAR OLUR

 İsgəndəriyyəni fəth etdikdən sonra Misrin bütün bərəkətli məhsuldar torpaqları tədriclə müsəlmanların əlinə keçdi. Demək olar ki, Misrin bütün məntəqələri müqavimətsiz və asanlıqla müsəlmanlara təslim oldu. Ölkədə “Yə`qubi” məzhəbi ilə “Məlikan” məzhəbi arasında olan uzunmüddətli ixtilaf və keşməkeşlərin aradan qaldırılmasında müsəlmanların böyük rolu oldu. Misrin fəthindən sonra bu ölkə ilə sərhəd olan məntəqələrdə, İslam dini yayılmağa başlayan ərazilər genişlənirdi. O cümlədən qərb tərəfdən müsəlmanlar öz ərazilərini daha da genişləndirdi. Liviya torpaqlarına və nəhayət, İspaniyaya qədər irəlilədilər. Bununla da Misrin müsəlmanlara əhəmiyyəti getdikcə aşkar oldu. Hicrətin 32-ci ilində müsəlmanlar “Benta olis”ə tərəfə hərəkət etdilər. “Bərqə” məntəqəsini ələ keçirdilər. “Bərbər”, “Trablos” və “Ləvate” qəbilələrini özlərinə tabe etdirdilər. Bir müddət sonra Əmr ibn Asın Misirdəki nümayəndəsi Əbdüllah ibn Əbi Sərəh “Trablos” ölkəsində o qədər irəliləyir ki, Afrikanın bir çox mühüm məntəqələrini müsəlmanların tabeçiliyinə gətirdi. Mərkəz şəhəri hesab olunan Kartaj müsəlmanlara vergi verməyi qəbul edərək onlarla sülh bağladı. [1]

 Bütün bunları nəzərə almaqla mə`lum olur ki, Misrin coğrafi mövqeyi İslam dünyası üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Bu da ölkənin vəziyyətinə diqqətlə yanaşılmasını və əhalinin əmin-amanlığının tə`min olunmasını tələb edirdi. Amma buna baxmayaraq, üçüncü xəlifənin dövründə bütün işlər diqqətsizlik üzündən öz əhəmiyyətini əldən verdi. Xəlifə Misirə çox e`tinasız yanaşır, əhalinin qəzəbi gündən-günə şö`lələnirdi. Xüsusilə, Osmanın Əbdullah ibn əbi Səroh kimi bir adamı Misirə vali tə`yin etməsi və onun əhali ilə amansız rəftar etməsi Misir əhalisini cana gətirmişdi. Halbuki, o, Məkkənin fəthində İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) qəzəbinə düçar olmuşdu və Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən qanı halal edilən on nəfərdən biri idi. [2] Bununla belə, Osman onu Misir kimi həssas məntəqəyə vali tə`yin etmiş və əhali ilə istədiyi kimi rəftar etməsinə tam səlahiyyət vermişdi. Nəhayət, Misrin fəallarından və Osmanla müxalifətdə olan Məhəmməd ibn Hüzeyfə Əbdüllah ibn Əbi Sərəhi ölkədən qovub Misrin idarəçiliyini öz əlinə almaq istəyir. Ona görə də Əbdüllahı ölkədən qovub çıxardıqdan sonra məscidə gedir. Camaat namazını qıldıqdan sonra e`lan edib deyir ki, Misrin valisi mənəm.
HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM) MİSRİN VƏZİYYƏTİNİ YAXŞILAŞDIRIR

 Həzrət Əli (əleyhissalam) 25 il “gözündə tikan, boğazında sümük qalmış” vəziyyətdə evdə oturub, İslam naminə uzun müddət sükut edir. Nəhayət, Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişinliyi olan xilafət mənsəbini – çoxdankı haqqı idi – öz öhdəsinə alır. Hər şey dəyişməyə başlayır. O cümlədən Həzrət, Misrin həssas məntəqə olduğunu bildiyi üçün xilafətə gələn kimi bu ölkənin vəziyyətini sahmana salmağa başlayır. İlk növbədə e`timad etdiyi şəxslərdən Qeys ibni Sə`d ibni Übadəni Misrin təzə valisi tə`yin edir. Qeys Misirə gedir və hökuməti öhdəsinə alır. Amma Müaviyə çoxdan bəri tamah gözünü Misirə dikmişdi və oranı öz nüfuzu altına almaq istəyirdi. Başqa tərəfdən Əli (əleyhissalam)-a çoxdan düşmənçilik bəsləyirdi. O fürsəti münasib görüb dərhal Qeysə məktub yazır. Təklif edir ki, Əlidən əl çəkib, mənə bey`ət et! Müaviyə bu məktubda bütün məkr və hiyləgərliklərini işə salır. Bir tərəfdən Qeysə yüksək məqamlar və`d verərək onu arxayın edir, başqa tərəfdən Həzrət Əli (əleyhissəlam)-ın Osmanın qətlində əli olmasını iddia edir və onu Osmanın qatili adlandırır. Amma bunların heç biri Qeysə tə`sir etmir və onu yolundan azdırmır. Qeys bir tərəfdən Misirə təzə gəldiyi, başqa tərəfdən Müaviyə kimilərin hiylələrinə qarşı hansı tədbirlərin görülməsini bilmədiyi üçün Müaviyəyə qəti cavab vermir. Bəlkə də işi dolaşıq vəziyyətə salır. Müaviyəyə ikitirəli cavab yazır ki, onun əlində əsas olmasın. Müaviyə təzədən məktub yazır. Bu dəfə Qeysə və`d vermək əvəzinə onu şiddətlə qorxudur ki, təklifi qəbul etsin. Qeys bu dəfə davam gətirə bilmir, aşkar şəkildə rədd cavabı yazaraq Həzrət Əli (əleyhissalam)-ın tərəfdarı olduğunu bildirir. Məktubda yazır:  “Sən və sənin ətrafında olanlar hamınız batil yoldasınız. Haqq yalnız Əli (əleyhissalam) və onun ətrafındakılarladır. ”

 Məktub Müaviyənin əlinə çatan kimi Qeysdən ümidini kəsir, amma hiylələrindən əl çəkmir. Bu dəfə Qeys tərəfindən başdan-başa yalanla dolu bir məktub hazırlayır. Qeysin əvvəlki məktubunu da ona əlavə edib Şamda e`lan edir ki, Əlinin Misirə göndərdiyi nümayəndə (Qeys) mövlasından üz döndərib, mənimlə bey`ət etdi. Bu xəbər Həzrət Əli (əleyhissalam)-a və əshaba çatanda çox narahat olurlar. Söz-söhbət başlanır. Əshab tə`kid edirlər ki, (məxsusən, Əbdullah ibn Cə`fər) bu fitnəni aradan qaldırsın və Qeysi dərhal Misrin hakimliyindən kənar etsin. Amma Həzrət bu təkliflə müxalifət edib buyurur:  “Bu işdə hiyləgərlik işlənib. Mən Qeysi yaxşı tanıyıram və bilirəm ki, bu işləri görməz. Bəlkə də bu iş ona vurulan töhmətdir. ”

 İmam bütün bu işlərdən xəbərdar olmaq və Qeysin vəfadarlığını yoxlamaq üçün qərara alır ki, onu hökumətdən kənar etsin və Məhəmməd ibn Əbi Bəkri onun əvəzində Misirə vali seçsin. [3]

 Məhəmməd ibn Əbi Bəkr Misirə çatdıqdan sonra hökuməti öz öhdəsinə alır. Həzrətə məktub yazaraq belə bildirir:

 “Halal-haramın ümumi qanunlarını və nəsihətlərini yazılı şəkildə mənə göndərin ki, öz vəzifəmi yerinə yetirməkdə qanuni olum, İslam hökmlərinə əsasən əməl edərkən xətasız olum, iztirab hissi keçirməyim. ”

 Həzrəti Əli (əleyhissalam) onun cavabında geniş və dolğun məzmunlu bir məktub yazaraq özünün dərya elmindən istifadə etməklə İslam hökmlərinin lazımi göstərişlərini və bə`zi qanunlarını onun ixtiyarında qoydu. Malik Əştərə yazılan məktubla yaxından əlaqəsi olan bu məktub Nəhcül-bəlağədə yazılmışdır. Hər iki məktub böyük əhəmiyyətə malikdir. İlahi həqiqətləri axtaran və Əli (əleyhissalam)-ın elmi ilə maraqlananlar “Nəhcül-bəlağəyə” müraciət edə bilərlər.

[1]“Әrәb tarixi”, sәһ. 215

[2] “Tarixi Yә`qubi”, 2-ci cild, «Osmanın xilafәti» qismәti.

[3] Burada bә`zilәri belә bir sual verә bilәr ki, mәgәr mümkündür ki, İmam Әli (әleyһissalam) Qeysin günaһsızlığını vә bu sözlәrin ona vurulan töһmәt olmasını bilmәklә yanaşı, әtrafındakı bә`zi şәxslәrin narazılığına görә onu öz mәqamından kәnarlaşdırsın? Cavab verilir: “Bәli, şayiәlәrin cәmiyyәtdә ruһi sarsıntıların yaranmasına sәbәb olduğu vaxtda İslamın әsas ideyalarını һifz etmәkdәnötrü şәrait bunu tәlәb edirdi ki, Һәzrәti Әli (әleyһissalam) kimi şәxsiyyәt, özünün batini meylinin әksinә olaraq cәmiyyәtdә әmin-amanlığı qorumaq üçün belә bir iş görsün vә buna razılıq versin. Bu mәsәlәnin nümunәsini öz zәmanәmizdә dә görmüşük. Belә ki, İranda yüksәk dövlәt mәqamında olan Bәni Sәdr, İslam inqilabının ziddinә һәrәkәt etmәsinә baxmayaraq layiq olmadığı һalda birmüddәt öz vәzifәsindә saxlanılır. Onu vәzifәsindәn kәnarlaşdırdıqdan sonra İmam Xomeyni buyurdu: “Mәn bir il bundan әvvәl bilirdim ki, Bәni Sәdr İslam inqilabının ziddinә һәrәkәt edir. ” Amma şәrait vә cәmiyyәtin vәziyyәti Bәni Sәdrin ifşa olunması üçün münasib deyildi. Buna görә dә İmam Xomeyni bu cür şәxsiyyәtin tәxminәn bir il müddәtindә vәzifәdә qalmasına dözür. Bunları müqayisә etmәklә Һәzrәti Әli (әleyһissalam)-ın һansı şәraitdә bu işi gördüyünü dәrk etmәk olar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Səqifə damı altında “Səqifə” cərəyanı
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ

 
user comment