Azəri
Saturday 27th of April 2024
0
نفر 0

HÖKUMƏT VƏ VİLAYƏT ƏTRAFINDA

فِي عَهْدِهِ إِلَيْهِ حِينَ وَلَّاهُ مِصْرَ جِبَايَةَ خَرَاجِهَا وَ جِهَادَ عَدُوِّهَا وَ اسْتِصْلَاحَ أَهْلِهَا وَ عِمَارَةَ بِلَادِهَا

“Misir hökumətinin başçılığında Malikin vəzifəsi bunlardan ibarətdir: Xərac cəm etmək, düşmənlərlə cihad etmək, oranın əhalisini islah edib onlar üçün sülh və əmniyyət yaratmaq və  şəhərləri abad etmək. ”[1]

Həzrəti Əli (əleyhissalam) hökumət və vilayət mövzusunda Malik Əştərə dörd əsas və mühüm məsələni tövsiyə edir:
 ƏVVƏL: XƏRAC CƏM ETMƏK

 “Xərac” kəlməsi ərəb sözü olub maliyyat (vergi) mə`nasınadır. Bu da sonradan izah olunacağı kimi xüsusi növ maliyyatdır. Bildiyimiz kimi, Misir əhalisi İslam dinini öz istək və ixtiyarları ilə qəbul etməmişdilər. Əksinə, müsəlmanlar onlarla döyüşüb qələbə çaldıqdan sonra İslamı qəbul etmişdilər.

 Fiqh terminində İslam qoşunlarının hər hansı bir ərazini sülh və saziş olmadan ələ keçirdikləri torpaqlara “ərazi məftuhətul-ənvəh” adlanır. Belə torpaqlar bütün müsəlmanların mülkiyyəti sayılır və onların hamısı onda şərikdir və payları vardır. Bu əsasa görə İslam hakimi bu torpaqları İslam dininin məsləhətlərinə riayət etməklə, müsəlmanlar arasında ədalətlə bölüb onların ixtiyarına verməlidir. Bunun da müqabilində ildə bir dəfə onlardan maliyyat (vergi) alınır. Bu cür maliyyata fiqh terminində “xərac” deyilir.
 İKİNCİ: DÜŞMƏNLƏRDƏN MÜDAFİƏ

 Həzrət Əli (əleyhissalam)-ın kəlamındakı “cihad” kəlməsinin “ədüvviha” (düşmənlər) kəlməsi ilə olan nisbətindən başa düşülür ki, Həzrətin “cihad”dan məqsədi, müdafiə yönlü cihaddır və “fiqh” istilahında olan “cihad” mə`nasını nəzərdə tutmamışdır. Ona görə ki, Əhli-Beyt (ələyhimussalam)-dan (şiə alimlərinin fikir birliyinə görə) nəql olunan hədislərə əsasən, “ibtidai cihad”, yə`ni İslam qoşunlarının bir ölkəyə qoşun yeridib onları özlərinə təslim etməsi, yalnız mə`sum İmam (ələyhimussəlam)-ın əmri və onun nəzarəti ilə olmalıdır. İmam qeybdə olan dövrdə birbaşa başqa ölkəyə hücum edib, onları müsəlman olmağa vadar etməyə icazə verilmir. Təbiidir ki, Malik Əştər mə`sum İmamın (əleyhissalam) nəzarətindən uzaq olan bir ölkədə vali olaraq müxtəlif hərbi bölmələri idarə edəcəkdi. İmamın (əleyhissalam) birbaşa nəzarəti olmayan vaxtda, yalnız yadların və düşmənlərin hücumu qarşısında müdafiə olunmaq ixtiyarı var idi, amma əvvəldən başqa ölkəyə qoşun yeridib, hücum etməyə ixtiyarı yox idi.
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI

Bu bəyandan aydın olur ki, hakimin vəzifəsi yalnız əhalinin maddi rifah və müdafiəsi ilə bitmir, əksinə, mə`nəvi cəhətdən islah olunmaları və hidayət edilmələri də onun əsas vəzifələrindən biri sayılır.

Beləliklə, məs`uliyyətli şəxslər diqqət etməlidirlər ki, onların vəzifələri təkcə yollara asfalt döşəyib, küçə və xiyabanları düzəltmək, həmçinin, başqa maddi məsələləri həll etməklə sona yetmir. Hakim, əhalinin mə`nəvi cəhətlərini diqqət mərkəzində saxlamalı və onların bu cəhətdə inkişaf etmələrindən ötrü əlindən gələni əsirgəməməlidir. O, bu kimi məsələləri ruhani sinfinin boynuna atmaqla özünü məs`uliyyətdən kənarlaşdırmamalıdır.
 DÖRDÜNCÜ: ŞƏHƏR VƏ KƏNDLƏRİN ABADLAŞDIRILMASI

 Malikin başqa əsas vəzifələrindən biri də şəhər və kəndlərin abadlaşdırılması hesab olunur. İmamın bu sözü tarix boyu bu müqəddəs dinə vurulan töhmətlərin qarşısını alır. Buna görə də demək olar ki, İslam, məsihi rahiblərinin əksinə olaraq, cəmiyyətin maddi və rifahi məsələlərinə çox diqqət yetirmişdir. Nə qədər ki, dünya ne`mətləri və maddi ləzzətlər insanın Allahdan qafil olmasına gətirib çıxarmayıb, eləcə də zülmə, sitəmə və başqalarının hüququnun pozulmasına səbəb olmayıb, şəriət insanın bu ne`mətlərdən istənilən qədər istifadə edilməsinə icazə verir.
MƏRKƏZLƏŞMİŞ SİSTEM, YOXSA... . ?

 Bə`ziləri Əli (əleyhissalam)-ın bütün bu ixtiyarları (vergilər, hərbi, qəzavət və mədəni işləri) Malik Əştərə verməsilə “İslamda hökumətin idarəçilik sistemi, mərkəzləşmiş yolla deyil və İslam mərkəzləşmə ilə müxalifdir. ” – deyə güman edə bilərlər. Həzrətin – başqa köməkçiləri ilə – hökumətlə əlaqadar işlərinə diqqət etdikdə bu gümana yer qalmır. Nümunə üçün: İmam (əleyhissalam) Əş`əs ibn Qeyslə tam başqa cür rəftar edir, ona az ixtiyar verir və əsas ixtiyarları mərkəzi hökumətdə saxlayır. Belə nəzərə çarpır ki, Həzrətin ölkəni bu yolla idarə etməsi onun dostlarının şəxsiyyətindən asılıdır. Əslində isə İslamın hökumət sistemi mərkəzləşmə əsasındadır. Sadalanan bütün bu xüsusiyyətləri Malik Əştərdə gördükdə insana elə gəlir ki, bu ixtiyarların hamısının Malik Əştərə verilməsinin əsas səbəbi Həzrət Əli (əleyhissalam)-ın Ona tam əmin olması və onu hökumət sisteminin bütün cəhətlərində əmanətdar olmasını qəbul etməsidir. Buna görə də, Malikin əməllərinə nəzarət etməyi lazım bilmir. Lakin o həzrətin başqa hökumət işçiləri ilə olan rəftarı tam fərqlidir. Ona görə də onlara az ixtiyar verib, əməllərinə nəzarəti çoxaldır.


أَمَرَهُ بِتَقْوَى اللَّهِ

 “Həzrət Əli (əleyhissalam) Malikə İlahi təqvanı əmr edir. ”

Bu cümləni əvvəlki cümlələrlə yanaşı qoyduqda aydın və dərin bir mə`na alınacaq. Əvvəlki cümlələrin birində Həzrəti Əli (əleyhissalam) Malik Əştəri hökumət başçısı olaraq xalqı düzgün yola də`vət edən bir şəxs kimi tanıtdırmışdır. Aydındır ki, əgər hökumət başçısı təqvalı olmasa, həmçinin, nəfsinin, arzularının, heyvani istəklərinin əlində əsir olsa, onda əhalini öz göstərişləri ilə düzgün yola hidayət edə bilməz. Ona görə də başqalarına düz yol göstərmək istəyən insan ilk növbədə özünə xitab etməlidir. Əgər nəfsani istəklərini əql və mə`nəvi cəhətdən nəzarət altına almaq və öz nəfsinə kamil surədə qalib gəlməyə qadir olsa, onda bir nəfəri hidayət etməyə də (özü-özünə) qadir olar. Beləliklə, bu əqidədə olan şəxs öz vücudundan xaricdə olanlara (cəmiyyətə) tə`sir qoya və cəmiyyəti düzgün yola də`vət edə bilər. Amma əgər onun özü nəfsani istəklərə tabe olsa, şeytani istəklərinin əsiri olsa, özünün düz yola gəlməsində qüvvəti olmasa, başqalarını hidayət etməkdə necə müvəffəq ola bilər.

Əgər insan öz nəfsi ilə mübarizədə heç bir müvəffəqiyyət əldə edə biməsə, necə mümkün ola bilər ki, başqaları ilə hərdən qarşılaşdığı halda onları düzgün yola hidayət edə bilsin? Əgər hər hansı bir cəmiyyəti nəzərə alsaq, insanların sayı bir neçə dəfə artacaq. Həmin mətləb, vəzifəsi əhalini hidayət etmək və düzgün yola gətirmək olan ruhanilərə də aid olur. Əgər ruhani öz nəfsini rəzil xislətlərdən pak etməyə qadir olmasa, özünü Allah dərgahına yaxın edə bilməsə, nəfsinin əlində əsir olsa, bu şəxsin başqalarını hidayət etməyə qüdrəti çatmaz. Hətta belə bir halda onun vücudunun tə`sirindən cəmiyyət bərbad hala düşəcək. Biz cəmiyyətdə belə ruhaniləri dəfələrlə müşahidə etmişik. Qur`an məhz belə şəxsləri nəzərə alaraq buyurur:[2]

فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ

 “Ey ağıl sahibləri! Bu hadisədən ibrət alın!” Digər nümunələr tarix boyu çox müşahidə edilmişdir. Məhz bunların nəticəsində müqəddəs İslam dinində müxtəlif məzhəblər və qarşıdurmalar əmələ gəlir. Bu da İslam ümmətini fəsada və geriliyə doğru çəkir.

[1]Әlavә mә`lumat almaq üçün mәrһum Şeyx Әnsarinin “Mәkasib” kitabına müraciәt olunsun.

[2] Һәşr surәsi, 2-ci ayә

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ

 
user comment