Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI

Bu bəyandan aydın olur ki, hakimin vəzifəsi yalnız əhalinin maddi rifah və müdafiəsi ilə bitmir, əksinə, mə`nəvi cəhətdən islah olunmaları və hidayət edilmələri də onun əsas vəzifələrindən biri sayılır.

Beləliklə, məs`uliyyətli şəxslər diqqət etməlidirlər ki, onların vəzifələri təkcə yollara asfalt döşəyib, küçə və xiyabanları düzəltmək, həmçinin, başqa maddi məsələləri həll etməklə sona yetmir. Hakim, əhalinin mə`nəvi cəhətlərini diqqət mərkəzində saxlamalı və onların bu cəhətdə inkişaf etmələrindən ötrü əlindən gələni əsirgəməməlidir. O, bu kimi məsələləri ruhani sinfinin boynuna atmaqla özünü məs`uliyyətdən kənarlaşdırmamalıdır.
 DÖRDÜNCÜ: ŞƏHƏR VƏ KƏNDLƏRİN ABADLAŞDIRILMASI

 Malikin başqa əsas vəzifələrindən biri də şəhər və kəndlərin abadlaşdırılması hesab olunur. İmamın bu sözü tarix boyu bu müqəddəs dinə vurulan töhmətlərin qarşısını alır. Buna görə də demək olar ki, İslam, məsihi rahiblərinin əksinə olaraq, cəmiyyətin maddi və rifahi məsələlərinə çox diqqət yetirmişdir. Nə qədər ki, dünya ne`mətləri və maddi ləzzətlər insanın Allahdan qafil olmasına gətirib çıxarmayıb, eləcə də zülmə, sitəmə və başqalarının hüququnun pozulmasına səbəb olmayıb, şəriət insanın bu ne`mətlərdən istənilən qədər istifadə edilməsinə icazə verir.
MƏRKƏZLƏŞMİŞ SİSTEM, YOXSA... . ?

 Bə`ziləri Əli (əleyhissalam)-ın bütün bu ixtiyarları (vergilər, hərbi, qəzavət və mədəni işləri) Malik Əştərə verməsilə “İslamda hökumətin idarəçilik sistemi, mərkəzləşmiş yolla deyil və İslam mərkəzləşmə ilə müxalifdir. ” – deyə güman edə bilərlər. Həzrətin – başqa köməkçiləri ilə – hökumətlə əlaqadar işlərinə diqqət etdikdə bu gümana yer qalmır. Nümunə üçün: İmam (əleyhissalam) Əş`əs ibn Qeyslə tam başqa cür rəftar edir, ona az ixtiyar verir və əsas ixtiyarları mərkəzi hökumətdə saxlayır. Belə nəzərə çarpır ki, Həzrətin ölkəni bu yolla idarə etməsi onun dostlarının şəxsiyyətindən asılıdır. Əslində isə İslamın hökumət sistemi mərkəzləşmə əsasındadır. Sadalanan bütün bu xüsusiyyətləri Malik Əştərdə gördükdə insana elə gəlir ki, bu ixtiyarların hamısının Malik Əştərə verilməsinin əsas səbəbi Həzrət Əli (əleyhissalam)-ın Ona tam əmin olması və onu hökumət sisteminin bütün cəhətlərində əmanətdar olmasını qəbul etməsidir. Buna görə də, Malikin əməllərinə nəzarət etməyi lazım bilmir. Lakin o həzrətin başqa hökumət işçiləri ilə olan rəftarı tam fərqlidir. Ona görə də onlara az ixtiyar verib, əməllərinə nəzarəti çoxaldır.

أَمَرَهُ بِتَقْوَى اللَّهِ

 “Həzrət Əli (əleyhissalam) Malikə İlahi təqvanı əmr edir. ”

Bu cümləni əvvəlki cümlələrlə yanaşı qoyduqda aydın və dərin bir mə`na alınacaq. Əvvəlki cümlələrin birində Həzrəti Əli (əleyhissalam) Malik Əştəri hökumət başçısı olaraq xalqı düzgün yola də`vət edən bir şəxs kimi tanıtdırmışdır. Aydındır ki, əgər hökumət başçısı təqvalı olmasa, həmçinin, nəfsinin, arzularının, heyvani istəklərinin əlində əsir olsa, onda əhalini öz göstərişləri ilə düzgün yola hidayət edə bilməz. Ona görə də başqalarına düz yol göstərmək istəyən insan ilk növbədə özünə xitab etməlidir. Əgər nəfsani istəklərini əql və mə`nəvi cəhətdən nəzarət altına almaq və öz nəfsinə kamil surədə qalib gəlməyə qadir olsa, onda bir nəfəri hidayət etməyə də (özü-özünə) qadir olar. Beləliklə, bu əqidədə olan şəxs öz vücudundan xaricdə olanlara (cəmiyyətə) tə`sir qoya və cəmiyyəti düzgün yola də`vət edə bilər. Amma əgər onun özü nəfsani istəklərə tabe olsa, şeytani istəklərinin əsiri olsa, özünün düz yola gəlməsində qüvvəti olmasa, başqalarını hidayət etməkdə necə müvəffəq ola bilər.

Əgər insan öz nəfsi ilə mübarizədə heç bir müvəffəqiyyət əldə edə biməsə, necə mümkün ola bilər ki, başqaları ilə hərdən qarşılaşdığı halda onları düzgün yola hidayət edə bilsin? Əgər hər hansı bir cəmiyyəti nəzərə alsaq, insanların sayı bir neçə dəfə artacaq. Həmin mətləb, vəzifəsi əhalini hidayət etmək və düzgün yola gətirmək olan ruhanilərə də aid olur. Əgər ruhani öz nəfsini rəzil xislətlərdən pak etməyə qadir olmasa, özünü Allah dərgahına yaxın edə bilməsə, nəfsinin əlində əsir olsa, bu şəxsin başqalarını hidayət etməyə qüdrəti çatmaz. Hətta belə bir halda onun vücudunun tə`sirindən cəmiyyət bərbad hala düşəcək. Biz cəmiyyətdə belə ruhaniləri dəfələrlə müşahidə etmişik. Qur`an məhz belə şəxsləri nəzərə alaraq buyurur:[1]

فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ

 “Ey ağıl sahibləri! Bu hadisədən ibrət alın!” Digər nümunələr tarix boyu çox müşahidə edilmişdir. Məhz bunların nəticəsində müqəddəs İslam dinində müxtəlif məzhəblər və qarşıdurmalar əmələ gəlir. Bu da İslam ümmətini fəsada və geriliyə doğru çəkir.
QUR`ANDA TƏQVANIN ƏHƏMİYYƏTİ

 Qur`ani-Kərimdə müxtəlif izahlarla təqva, cihad, elm və sair haqqında bəhslər olunmuşdur. Bu şərif kitabda daha çox tə`kid olunan məsələlərdən biri də “təqva”dır. Qua`ni-Kərim alimin cahildən üstünlüyündən söz açanda belə buyurur:

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ

 “Məgər elm əhli cahil adamlarla bərabərdirlər?”[2]

 Bu bəyan göstərir ki, hər aqil insan öz əql və vicdanının hökmü ilə alimin cahilə olan üstünlüyünü bilir. Bunu isbat etmək üçün əlavə dəlil gətirməyə ehtiyac yoxdur. Başqa yerdə Qur`ani-Kərim mücahidlərdən (Allah yolunda cihad edənlərdən) söz açanda, onların cihada getməyib evdə oturanlarla nisbəti haqqında buyurur:

 فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً

 “Allah malları və canları ilə cihad edənləri (cihada getməyib evdə) oturanlardan uca və üstün tutdu. ”[3]

 Bu cür məsələlər (bir dəstənin başqa dəstəyə üstünlüyü) yalnız əql və vicdanın hökmü ilə isbat olunur. Amma hər vaxt Qur`anda “təqvadan” söz açılanda müttəqilər şöhrətpərəst və əxlaqsızlarla müqayisə olunmur, onların bir-birinə nisbət üstünlüyü aşkar edilib qiymətləndirilmir. Əksinə, “müttəqi” kəlməsi Qur`anda Allah kəlməsi ilə birlikdə qeyd olunur:

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُم

 “Allah yanında sizlərin ən üstünü, ən təqvalı olanınızdır. ”[4]

 Burada müttəqinin, qeyri-müttəqidən üstünlüyündən, onların bir olmasından söz açmır, əksinə, buyurur ki, “müttəqi” Allah yanında mə`lum olur və onun hesabı Allahladır. Məhz təqva səbəbilə insan kəramətli olur. Bu kəramət (hörmət) də Allah dərgahındadır. Bütün bunlar təqvanın xüsusi səciyyə olmasından, onun əzəmət və kəramətindən xəbər verir.
TƏQVANIN MƏ`NASI

Təqvanın əhəmiyyəti və zəruriliyi mə`lum olduqdan sonra onun mə`nası haqqında söhbət açırıq. Rağib İsfahani özünün “Müfrədat” adlı lüğət kitabında yazır:[5]

“Viqayət” bir şeyi, ona yetişəcək hər bir zərər və ziyandan qorumağa deyilir. “Təqva”-yə`ni, nəfsi hər hansı təhlükəli şeydən qorumaq. Əsl mətləb budur ki, kəlmənin cümlədə işlənmə qaydasına görə “bə`zən müsəbbəbi (səbəb olunmuş kəlməni) səbəbin əvəzində, bə`zən də səbəbi müsəbbəbin (səbəb olunmuş kəlmənin) əvəzində işlədirlər. ” Bə`zən qorxu, “təqva” kəlməsinin yerində, bə`zən də “təqva” kəlməsi “qorxu” kəlməsinin əvəzində işlənilir. “Təqva” şəriət istilahında “insanın öz nəfsini onu günaha tərəf çəkən və ya rəğbətləndirən hər bir şeydən qorumağına, bunun vasitəsi ilə də haram olunmuş şeyləri tərk etməsinə” deyilir. [6]

Bu izahdan və “təqva” barəsində mə`sum İmamlardan (ələyhimussalam) söylənilən rəvayətlərdən istifadə edirik ki, “təqva”, təkcə pərhizkarlıq mə`nasında deyil, həm də “özünü qorumaq” “ehtiyatlı olmaq” “nəfsi nəzarət altına almaq”, “nəfsə hakim olmaq” mə`nalarında da işlənir. Bə`ziləri “təqvanı” pərhizkarlıq mə`nasında işlədərək deyirlər ki, “təqva” dedikdə cəmiyyətdən və İslam ümmətindən uzaqlaşmaq, tək qalmaq mə`nası nəzərdə tutulur. Bu heç də düzgün
 deyil. Bə`ziləri “təqvanı” qorxu mə`nasına yozur və inanırlar ki, “təqva” şəriətdə qorxu mə`nasında işlənir. Bizim fikrimizcə, bütün Qur`an ayələrini və rəvayətləri nəzərə almaqla “təqva” “qorxmaq” mə`nasında işlənmir. Ona görə ki, Qur`anda oxuyuruq:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

 “Oruc (hökmü) sizin üçün yazıldı, necə ki, sizdən əvvəlkilər üçün yazılmışdı. Bəlkə təqvalı olasınız!”[7]

 Əgər “təqva” “qorxu” mə`nasında olsa, onda demək olarmı ki, oruc tutmaq insanda qorxu yaradır?! Axı qorxu ilə oruc tutmaq arasında hansı münasibət var? Halbuki, əgər “təqva” özünü qorumaq mə`nasında olsa, (və elə həmin mə`nadadır) oruc tutmaqla özünü qorumaq arasında  birbaşa rabitə vardır. Ona görə ki, oruc tutmaq özünü və nəfsi (günahdan) qorumaq üçün şərait yaradır. Qur`an başqa bir ayədə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ

 “Ey iman gətirənlər! Allah qarşısında layiqincə təqvalı olun!”[8]

 Aydındır ki, əgər yuxarıdakı ayədə “təqva” kəlməsini qorxu mə`nasında götürsək, mə`na düzgün olmayacaq. Amma əgər “təqvanı” hifz etmək, qorumaq mə`nasında işlətsək, ayənin hədəfi aydın olacaq. Həmçinin başqa ayədə oxuyuruq:

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

 “Sizin Allah yanında ən hörmətliniz, ən çox təqvalı olanınızdır!”[9]

 Bu ayədə də əgər “təqvanı” “hifz etmək və özünü qorumaq mə`nasında işlətsək, ayənin məqsədi və mə`nası aydın olur. Amma əgər “qorxu” mə`nasında işlənsə, ayənin mə`nası tamamilə dəyişir.
TƏQVANIN DƏRƏCƏ VƏ MƏRTƏBƏLƏRİ

 Qur`an ayələrində və Nəhcül-bəlağədə “təqva” haqqında deyilənlərdən mə`lum olur ki, İslam nəzərində təqvanın müxtəlif mərtəbə və dərəcələri vardır. Bir dərəcədə və eyni bir mərtəbədə qalmaq “təqvada”dan deyil. Yolçu hər mənzili keçdikdən sonra təzə mənzilə qədəm qoymalıdır. Deməli, belə fikirləşmək olmaz ki, əgər hər hansı bir şəxs Allahın haram buyurduğu işlərdən çəkinsə və vacib əməlləri yerinə yetirsə, təqvası və özünü qoruma səciyyəsi kamil olub və bununla da əlavə hərəkətə, təkamülə ehtiyacı yoxdur. Xeyr! Bundan sonra da hərəkət vardır. Bu hərəkət elə geniş səviyyəlidir və bu təkamül elə ucadır ki, qurtaran deyil. Əhli-Beyt (ələyhimussəlam)-dan və İlahi şəxsiyyətlərdən başqa heç kəs onun təkamül zirvəsinə çata bilməz. Bu müddəanın dəlili Qur`anın bə`zi ayələri və mə`sum İmamların (ələyhimussəlam) “təqva” haqqındakı sözləridir. Qur`anda oxuyuruq:[10]

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

 “Həqiqətən, Allah yanında sizin ən hörmətliniz, ən təqvalı olanınızdır.”

 “Ətqa” kəlməsinin “özünü ən çox qoruyan” mə`nasında işlənməsi göstərir ki, bu səciyyənin müxtəlif mərtəbələri var. Yə`ni “ən çox qoruyan”, “qoruyan”, “az qoruyan” və sair. Əks halda hər növ səhvdən və xətadan uzaq olan Qur`ani-Kərim kəlməni bu formada işlətməzdi.

 Həzrəti Əli (əleyhissalam) özünün “Həmmam” adlı xütbəsində “müttəqilər” haqqında yüzdən çox fəzilət, daha doğrusu, yüzdən çox sifət və xasiyyət saymışdır. Bu bəhsdə mətləbə aydınlıq gətirmək üçün Həzrətin bə`zi kəlamlarını qeyd edəcəyik. Həmmam Həzrəti Əli (əleyhissalam)-ın yaxın səhabələrindən biri olub. Bir gün İmama deyir: “Ey mənim mövlam! Təqvalı şəxsləri mənim üçün elə bəyan et ki, sanki onları görürəm. ” Həzrət, təqvalı şəxslərin bir neçə əlamətini saymaqla sözlərini tamam edir. Amma Həmmam bununla qane olmur, tə`kid edir ki, İmam daha çox əlamət söyləsin və sözlərinə davam etsin. Bu zaman İmam (əleyhissalam) ən gözəl söz ustalığı və mə`na çalarlığı ilə özünün məşhur “Həmmam” xütbəsinə başlayır:

 “Təqvalıların xüsusi fəzilətləri var. Onların sözləri həmişə sadiqdir. Geyimlərində və libaslarında (həyatda) orta səviyyədə olarlar. Yol getmələri təvazökarlıqladır. Gözlərini Allahın onlara haram etdiyi şeylərdən yumarlar. Əgər əcəl olmasaydı, savaba yetmək və əzabdan qurtarmaq üçün bir göz qırpımında olsa da canları bədənlərində qalmaz, fikirləşmədən Allaha qovuşardılar. (Yalnız) Allah onların yanında ucadır. Ondan başqa (nə varsa hamısı) gözlərində heç və kiçik görünər. ”

 Həzrətin dəyərli kəlmələrinin tə`siri altına düşən Həmmam (bəlkə də fikirləşdi ki, bu cür sifətlərə yetişmək onun qüdrətindən xaricdir) titrəyib yerə yıxılır. Onu huşa gətirmək istəyirlər, amma mə`lum olur ki, fani dünya ilə vidalaşıb.

Bəli, bütün bunlar öz aydınlığı ilə təqvanın mərtəbəsini isbat etməkdə bizə kömək edir. Ona görə ki, Allahın haram buyurduqlarına göz yummaq təqvanın bir mərtəbəsi, təvazökar və ədəbli olmaq onun başqa mərtəbəsi, nəhayət Allahın hüzurunda Ondan başqa hər bir şeyi əhəmiyyətsiz və zəlil hesab etmək, təqvanın başqa mərtəbəsi sayılır...

[1] Һәşr surәsi, 2-ci ayә

[2] Zümәr surәsi, 9-cu ayә

[3] Nisa surәsi, 95-ci ayә.

[4] Һucurat surәsi, 13-cü ayә.

[5] Müfrәdati әlfazi Qur`an, “Vәqәyә” kәlmәsi.

[6] Әgәr “tәqva”nın pәrһizkarlıq mә`nasında işlәdildiyini fәrz etsәk, onda sual verilər ki, nәdәn pәrһiz etmәk “tәqvalı” olmağa sәbәb olur? Әgәr yalnız Allaһın һaram buyurduğu işlәrdәn pәrһiz etmәk “tәqva” olarsa, bu kifayәt deyildir. Ona görә ki, “tәqvanın” olmasında, Allaһın vacib buyurduğu әmәllәr qarşısında müti olmaq vә onlara әmәl etmәk şәrtdir. Bu әsasa görә deyirik ki, “tәqva” һifz etmәk mә`nasında işlәnir. Bu mә`na һәm Allaһın һaram buyurduğu işlәrdәn çәkinmәk, һәm dә vacib әmәllәr qarşısında müti olmaq vә dini fәrizәlәrә әmәl etmәk mә`nasına aid olur.

[7]Bәqәrә surәsi, 183-cü ayә

[8] Ali-İmran surәsi, 102-ci ayә

[9] Һucurat surәsi, 13-cü ayә

[10] Һucurat surәsi, 13-cü ayә

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ ALİMLƏRİNİN İDEOLOJİ VƏ SİYASİ MÜBARİZƏLƏRİ
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ
Səcdə üçün ən fəzilətli torpaq
Qeyb dövrünün tarixi mənbələri ilə tanışlıq və onların araşdırılması
NIYABƏTƏ AID OLAN BƏZI MƏSƏLƏLƏR
Mövsüm Səmədovu orucluqla bağlı istəyinə görə karsa salıblar
ME’MARLIQ VƏ DİGƏR SƏNƏTLƏR
CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR
HƏZRƏT ƏBU TАLİB VƏ XƏDİCƏNİN VƏFАTI
QİBLƏNİN DƏYİŞİLMƏSİ

 
user comment