Azəri
Saturday 27th of April 2024
0
نفر 0

HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ

Qeyd etdik ki, Həzrəti Əli (əleyhissalam) Malik Əştəri əmin edir ki, keçmiş zalım hakimlərlə həmkarlıq edən vəzirləri hökumət aparatından uzaq etsən, ölkənin idarə olunmasında xeyirxah, mö`min və mütəxəssis müsəlmanlar sənə kömək edərlər. Mütəxəssis mö`minlər onların yerlərini asanlıqla əvəz edərlər. Mövla Əli (əleyhissalam) sözünə davam edərək, hizbullah qüvvələrin zalımların yerində oturmasını müqayisə edərək buyurur:

أُولَئِكَ أَخَفُّ عَلَيْكَ مَؤُونَةً وَ أَحْسَنُ لَكَ مَعُونَةً وَ أَحْنَى عَلَيْكَ عَطْفاً وَ أَقَلُّ لِغَيْرِكَ إِلْفاً فَاتَّخِذْ أُولَئِكَ خَاصَّةً لِخَلَوَاتِكَ وَ حَفَلَاتِكَ

 Onların (hizbullah qüvvələrin) xərcləri sənin üçün yüngül, əməkdaşlığı səninlə yaxşı, məhəbbətləri sənə çoxdur. Onların şübhəli şəxslərlə rabitəsi azdır. Beləliklə, onları öz dostların və sirdaşların qərar ver!
SEÇİLMİŞLƏR

 Qeyd olundu ki, keçmiş fasiq və günahkar qüvvələrdən uzaqlaşmaq, hizbullah qüvvələri cəzb etmək, İslam hakiminin əsas vəzifələrindən biridir. Doğrudur ki, hizbullah şəxslər keçmiş fasiq şəxslərdən dəfələrlə üstündür, amma onların hamısı əhdə vəfa və əmrə itaət etməkdə eyni səviyyədə deyildirlər. Elə buna görə də Həzrəti Əli (əleyhissalam) hizbullah qüvvələri müəyyən olunmuş qanunlarla araşdırmağı, hər birisinin qabiliyyətinə uyğun “cəzb” etməyi və uzaqlaşdırmağı tövsiyə edir. Bununla da nalayiq və səlahiyyətsiz şəxslərin dövlətdə artması və layiqli şəxsiyyətlərin dövlətdən üz döndərməsinə şərait yaranmasın.

ثُمَّ لْيَكُنْ آثَرُهُمْ عِنْدَكَ أَقْوَلَهُمْ بِمُرِّ الْحَقِّ لَكَ وَ أَقَلَّهُمْ مُسَاعَدَةً فِيمَا يَكُونُ مِنْكَ مِمَّا كَرِهَ اللَّهُ لِأَوْلِيَائِهِ وَاقِعاً ذَلِكَ مِنْ هَوَاكَ حَيْثُ وَقَعَ وَ الْصَقْ بِأَهْلِ الْوَرَعِ وَ الصِّدْقِ ثُمَّ رُضْهُمْ عَلَى أَلَّا يُطْرُوكَ وَ لَا يَبْجَحُوكَ بِبَاطِلٍ لَمْ تَفْعَلْهُ فَإِنَّ كَثْرَةَ الْإِطْرَاءِ تُحْدِثُ الزَّهْوَ وَ تُدْنِي مِنَ الْعِزَّةِ

“Elə isə, (hizbullah qüvvələrin arasında) haqq sözü deməkdə hamıdan qabağa düşənləri və Allahın xoşu gəlmədiyi işlərdə az köməklik edənləri başqalarından üstün tut! İstər sənin meylinlə düz gəlsin, istərsə də düz gəlməsin. Özünü təqvalı, əxlaqlı, düz danışanlara yaxınlaşdır. Onları elə tərbiyə et ki, səni həddindən artıq tə`rifləməsinlər. Səni icra etmədiyin pis əməllərə təşviq etməsinlər. Ona görə ki, həddindən çox tə`rif təkəbbür gətirir və (insanı) qürurlanmağa yaxınlaşdırır.”

Doğrusu, əgər mövla Əli (əleyhissalam)-ın sözlərinə əməl olunsa, hakimlə dövlətin icraçı qüvvələri arasında ixtilaf yaranarmı?! Çirkin qüvvələr özlərinin mənfur niyyəti və riyakar xidmətləri ilə zahir ola bilərlərmi?! Yalançılar, münafiqlər, qarətçilər, riyakarlar, “qurban olum” deyənlər sirli işlərin gedişini əllərinə ala bilərlərmi?! Təmiz, saf qəlbli, əhdlərinə əməl edən mö`min şəxslər hökumətdən üz çevirərlərmi?! Sözsüz ki, yox. İslam hökumətində bütün mühakimələr və dəyərlərdə (hakimin və vəzirlərin razılığına görə yox)Allahın razılığı me`yar götürüldüyünə görə hökumətdə çalışan şəxslərə hər cəhətdən e`timad olunacaq. Nəticədə elə bir şərait yaranacaq ki, hər kəs haqq sözü açıq şəkildə bəyan edə bilsin. Haqq söz bə`ziləri üçün nə qədər acı olsa da, sözsüz deyiləcək. İşçilərin əqidəsi möhkəmlənəcək, aşkarlıq, sədaqət və təmizliyi özlərində vərdiş halına gətirəcəklər. Amma riyakar, müftəxor və “baş üstə” deyənlər heç vaxt haqqı deməzlər. Bu vəziyyətdə hakimin əsas vəzifəsi təmiz qəlbli şəxslərə yaxınlaşmaq, düz danışanları irəli keçirməkdir.
İSLAM QANUNUNDA DÜZGÜN İDARƏÇİLİK

İslam dini ədalət üzərində qurulub. Ədalət-yə`ni hər şeyi öz yerində qərar vermək. Bu me`yara əsasən, düzgün idarəçilik yalnız İslamın irəli sürdüyü idarəçilikdir. Bu idarəçilikdə xidmətçi işçi ilə xainə bir gözlə baxılmaz; əksinə, xain cəzalandırılar, xidmət edənə mükafat verilər. Onların mükafatlandırılmasında me`yar yalnız öz iş və əməllərinin nəticəsinə görədir. Əgər hər hansı idarəçilikdə həvəsləndirmə olmasa, ürəklə, səmimi qəlbdən çalışanlarla xainlərə eyni səviyyədə baxılsa, hər iki dəstə eyni üstünlük və hüquqdan bəhrələnsələr, bir müddətdən sonra işçilərdə belə bir fikir yaranacaq ki, yaxşı işlər qiymətləndirilmir, çəkilən zəhmətlər bərbad olur. Bu hissiyyat baş qaldırdıqda müxtəlif iste`dadlara malik olanlar ruhdan düşər və idarəçilik dağılmağa tərəf gedər. Daha aydın desək, əgər həvəsləndirmə metodsuz, ədalətsiz müdirlərin həva-həvəsləri əsasında olarsa, bu halda dövlətə tabe olan işçilər öz işlərində e`tinasız olacaq və müdiriyyətə qarşı səmimiyyət və sədaqəti tərk edəcəklər.

وَ لَا يَكُونَنَّ الْمُحْسِنُ وَ الْمُسِي ءُ عِنْدَكَ بِمَنْزِلَةٍ سَوَاءٍ فَإِنَّ فِي ذَلِكَ تَزْهِيداً لِأَهْلِ الْإِحْسَانِ فِي الْإِحْسَانِ وَ تَدْرِيباً لِأَهْلِ الْإِسَاءَةِ عَلَى الْإِسَاءَةِ وَ أَلْزِمْ كُلًّا مِنْهُمْ مَا أَلْزَمَ نَفْسَهُ

 Xeyirxahla pis işləyən sənin nəzərində bərabər olmamalıdır. Çünki bu iş, xeyirxahların xeyir işlərinə qarşı məs`uliyyətsiz olmalarının ən başlıca səbəbidir. Bununla da pis işləyənlər öz pisliklərinə daha çox meyl edərlər. Hər bir dəstəyə öz işlərinə görə qiymət ver!
XALQA E`TİMAD

 Fasiq hökumətlərin əsasını xalqa qarşı bədbinlik, e`tinasızlıq və sui-zənn təşkil edir, hakim özünü xalqdan ayırıb üstün tutur və əhalini özünə qarşı düşmən hesab edir. Bu fikirlə əhali sarıdan təşviş hissi keçirir və müxtəlif dövlət orqanları vasitəsilə camaatdan mə`lumat toplamaqla məşğul olur. Öz müxalifləri üçün bəhanə axtarır ki, qəlbindəki kinini bir dəstə məzlumun başında əzsin, özünün bir neçə günlük hakimiyyət müddətində əhalini qorxu və dəhşət içərisində saxlasın...

 Bunların müqabilində İslam hökuməti xalqa e`timad etməyi və onlara hüsn-niyyətlə baxmağı təklif edir. İslam hökumətində hakim əhalini özünün dostu və köməkçisi hesab edir. Dövləti xalqla, xalqı da dövlətlə bir hesab edir. Xalqın hərəkətlərini, hakimiyyətin möhkənlənmsi kimi qələmə verir və bu barədə heç bir axtarış aparmır. Daim əhalinin razılığını ələ gətirmək üçün çalışır.

وَ اعْلَمْ أَنَّهُ لَيْسَ شَيْ ءٌ بِأَدْعَى إِلَى حُسْنِ ظَنِّ رَاعٍ بِرَعِيَّتِهِ مِنْ إِحْسَانِهِ إِلَيْهِمْ وَ تَخْفِيفِهِ الْمَؤُونَاتِ عَلَيْهِمْ وَ تَرْكِ اسْتِكْرَاهِهِ إِيَّاهُمْ عَلَى مَا لَيْسَ لَهُ قِبَلَهُمْ فَلْيَكُنْ مِنْكَ فِي ذَلِكَ أَمْرٌ يَجْتَمِعُ لَكَ بِهِ حُسْنُ الظَّنِّ بِرَعِيَّتِكَ فَإِنَّ حُسْنَ الظَّنِّ يَقْطَعُ عَنْكَ نَصَباً طَوِيلًا وَ إِنَّ أَحَقَّ مَنْ حَسُنَ ظَنُّكَ بِهِ لَمَنْ حَسُنَ بَلَاؤُكَ عِنْدَهُ وَ إِنَّ أَحَقَّ مَنْ سَاءَ ظَنُّكَ بِهِ لَمَنْ سَاءَ بَلَاؤُكَ عِنْدَهُ

Bil ki, hakimin rəiyyətin vəfadarlığını cəlb etməsi üçün onlara ehsan etməkdən, xərclərini azaltmaqdan və onları vəzifələri olmayan işlərə məcbur etməməkdən yaxşı yol yoxdur. Elə isə sənin tərəfindən elə bir iş quruluşu hazırlanmalıdır ki, onunla xalqın e`timadını qazanasan. Bu xoşniyyətlik bir çox əziyyətləri sənin üzərindən götürər. Xoşniyyətlə tanınmağa ən layiqli şəxs o kəsdir ki, siyasətini yaxşı bilsin. Bədniyyətlə tanınmağa ən layiqli şəxs o kəsdir ki, siyasətini pis bilsin!”

Həzrəti Əli (əleyhissalam) xalqa e`timad etməyin və onlara hüsn-niyyətlə baxmağın sözdə qalmaması üçün Malik Əştərə xalqa e`timad etməyi, onlara xoş niyyətlə davranmağı tövsiyə etməklə bərabər, bu yolda möhkəm olmaq üçün ona göstərişlər verir:

 1-Ehsan etmək;

 2-Xərcləri azaltmaq;

 3-Zorakı işlərin qarşısını almaq;

 Gələcək bəhslərdə bu mövzuların hər biri haqqında ayrıca söhbət açacağıq. Buna görə burada mətləbi genişləndirmirik.
ŞƏR`İ VƏ QEYRİ-ŞƏR`İ ADƏTLƏR

 İslamda cəmiyyətdə mövcud olan adətlər iki qismə bölünür: 1-Şər`i adətlər. 2-Qeyri-şər`i adətlər.

 İslam dininin qanun və me`yarlarının əksinə olan adətlər “qeyri-şər`i adətlər” adlanır. Hakimin vəzifəsi cəmiyyətdəki bu cür adətlərlə mübarizə aparmaq və onları aradan aparmaqdır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilk dəfə təbliğə başlayanda “bütpərəstlik” əhali arasında ən geniş yayılmış adət-ən`ənə idi. O, İslam dini və onun qaydaları ilə birbaşa zidd olduğuna görə Həzrət Qur`anın şüarlarından olan “La ilahə illəllah”-deyin - nicat tapın!” cümləsi ilə bütpərəstliyə qarşı ciddi mübarizəyə başladı və bu mübarizə yolunda şəhadət məqamına nail oldu.

 İslam dininin qanun və qaydaları ilə müxalif olmayan adətlər “şər`i adətlər” adlanır. İslam hökumətinin bu cür adətlərə qarşı mübarizə aparmağa haqqı yoxdur; əksinə hakimin vəzifəsi bu cür adətləri cəmiyyətdə qoruyub saxlamaq və onların möhkəmlənməsi üçün çalışmaqdır. Belə adətlər cəmiyyətin öz xeyrinədir. Nümunə üçün: “Novruz” bayramı İslam dinindən də əvvəl ən çox yayılmış adətlərdən biri idi. Bu gün də müsəlman ölkələrində geniş yayılan adətdir. Novruzda hamı təzə paltar geyinir və bir-birinə baş çəkirlər. Bu adət İslam dininin qanunlarına zidd olmamaqdan əlavə, cəmiyyətdə dostluq, səfa, səmimiyyət və mehribançılığı artırır. Bu vəziyyətdə hakimin vəzifəsi bu adətlə mübarizə aparmaq yox, onun qorunub saxlanması və yaxşı istiqamətə yönəlməsi üçün çalışmaqdır. Bir sözlə, hansı adət ki, İslama zidd deyil, onlar cəmiyyətdə qorunmalıdır.

وَ لَا تَنْقُضْ سُنَّةً صَالِحَةً عَمِلَ بِهَا صُدُورُ هَذِهِ الْأُمَّةِ وَ اجْتَمَعَتْ بِهَا الْأُلْفَةُ وَ صَلَحَتْ عَلَيْهَا الرَّعِيَّةُ وَ لَا تُحْدِثَنَّ سُنَّةً تَضُرُّ بِشَيْ ءٍ مِنْ مَاضِي تِلْكَ السُّنَنِ فَيَكُونَ الْأَجْرُ لِمَنْ سَنَّهَا وَ الْوِزْرُ عَلَيْكَ بِمَا نَقَضْتَ مِنْهَا

İslam ümmətinin dahilərinin əməl etdiyi, əhali arasında birliyin yaranmasına, millətin işlərinin islah olunmasına səbəb olan heç bir adət-ən`ənəni pozma! Elə bir təzə adət yaratma ki, keçmişdə olan adətlərə xələl yetirsin. (Əgər bu cür adəti pozan bir qanun gətirsən) əvvəlki yaxşı adətlərin bünövrəsini qoyanlara savab verilər, amma adət-ən`ənəni pozduğuna görə sənə günah yazılar.

DÖVLƏT İŞÇİLƏRİNİN PROBLEMLƏRİ VƏ ONLARIN HƏLL EDİLMƏSİ YOLLARI

 Dövlət işçiləri icra işləri ilə məşğul olub vaxtlarının çoxunu məmləkətin xeyir-şər işlərinə sərf etdiklərinə görə, çətin məsələ qarşıya çıxan vaxtlarda çaşbaş qalırlar. Məsələləri yaxşı anlamır və nəticədə ölkənin bə`zi məsələlərinə qarşı onlarda biganəlik əmələ gəlir. Bu vəziyyət dövlət işçilərinin ən böyük dərdidir və zamanın keçməsi ilə bu iş ciddi şəkildə təhlükə yaradır. Yə`ni, dövlət işçiləri öz vəzifələrini icra edərkən cəmiyyətdə şöhrət və nüfuz qazanırlar. Bu vaxt onlar yaranmış vəziyyətə aldanmaqla yanaşı, ictimai nüfuza dərindən ürək bağlayırlar. Məhz həmin halda ictimai məsələləri düzgün anlamaqda və ölkədə baş verən hadisələri düzgün təhlil etməkdə müşküllə qarşılaşır, bundan əlavə, özünün fərdi və ibadi məsələlərinə  qarşı e`tinasız olurlar. Bu dərdin qarşısının alınma yolu, alimlərlə görüşmək və onların dəyərli təcrübələrindən istifadə etməkdir:

 

وَ أَكْثِرْ مُدَارَسَةَ الْعُلَمَاءِ وَ مُنَاقَشَةَ الْحُكَمَاءِ فِي تَثْبِيتِ مَا صَلَحَ عَلَيْهِ أَمْرُ بِلَادِكَ وَ إِقَامَةِ مَا اسْتَقَامَ بِهِ النَّاسُ قَبْلَكَ

 Din alimlərilə çox söhbət et! Filosoflar və mütəxəssislərlə çoxlu bəhs et! Bu bəhs və danışıqlar o məsələlər haqqında olsun ki, onun vasitəsi ilə ölkənin vəziyyətini sahmana salmaq mümkündür. Onlarla, səndən əvvəlki dövrdə əhalinin işlərinin möhkəm olması səbəbləri haqqında söhbət et!
DİNDAR, YOXSA MÜTƏXƏSSİS OLMAQ?

Nəzər sahibləri həzrəti Əli (əleyhissalam)-ın dərin mə`nalı kəlamında başqa məsələ ilə tanış olurlar. Bu gün İslam cəmiyyətində bə`ziləri “mütəxəssis” olmaqdan dəm vurur və “mütəxəssis” olmağı seçkilərdə əsas qərar verirlər. Bə`ziləri isə “məzhəbçi” (sırf dindar) olmağı əsas bilirlər. Həzrəti Əli (əleyhissalam) “din alimləri ilə çox söhbət et!” cümləsi ilə Malik Əştərə İslam alimləri və mütəfəkkirləri ilə müzakirə etməyi tövsiyə edir. Başqa tərəfdən “filosoflarla da çoxlu bəhs et!” cümləsi ilə hakimin “mütəxəssis”lərdən məsləhət almasını tapşırır. Bu bəyanla aydın olur ki, dindar və mütəxəssis olmağın seçkilərdə əsl olması şərtdir. Ölkənin həssas işlərində belə şəxslərdən istifadə olunmalıdır.

CƏMİYYƏTDƏ İNSANLARIN TALEYİ VƏ İCTİMAİ TƏBƏQƏLƏRİN ƏLAQƏSİ

 “Nəhcül-bəlağə”nin nəzərincə, cəmiyyətin müxtəlif sinifləri bir nəsildən təşkil olunub. Ona görə də onların taleyi müştərəkdir. Bu nəzəri aydınlaşdırmaq üçün aşağıdakı iki müqəddiməni qeyd etmək lazımdır.
1-CƏMİYYƏTİN MƏ`NASI

Hər bir cəmiyyət insanlar qruplarından və onların ictimai rabitələrindən təşkil olunub. Bu insanlar bir-birlərinə bağlıdırlar. Deməli, cəmiyyət, insan qruplarından təşkil olunmuşdur və müxtəlif qanunlar, adət və nizamlarla bir-birlərinə bağlıdırlar. Nəticə alırıq ki, cəmiyyət insanlardan təşkil olunmuş bir tərkibdir ki, əgər insan olmasa, cəmiyyətin vücudu olmaz.
2-CƏMİYYƏTİN MÜSTƏQİLLİYİ

İndi belə bir sual yaranır, görəsən bu tərkib və cəmiyyətin bir-biri ilə bağlılığı hansı növ bağlılıqdır? Cəmiyyətin hər bir şəxsiyyət müqabilində özünün şəxsiyyəti və təbiəti var, ya yoxdur? Başqa sözlə cəmiyyət və onun ayrı-ayrı fərdlərinin xarici vücudu vardırmı? Yoxsa cəmiyyət və onun fərdlərinin heç bir müstəqilliyi yoxdur? İslam filosofları arasında bu məsələ haqqında geniş bəhs olunub. Əbdürrəhman ibni Xəldun (“ibni Xəldun” adı ilə məşhurdur) “Əl-İbər” adlı tarixi kitabın müqəddiməsində yazır:

“Hər cəmiyyətin körpəlik, uşaqlıq, cavanlıq və qocalıq dövranı vardır. Nəhayət, istər-istəməz cəmiyyətin müəyyən əcəli də vardır. Hətta hər bir cəmiyyətin ömrünü təxmini olaraq xəbər vermək olar. ”

Aydındır ki, cəmiyyət insan fərdlərindən təşkil və onun üzvləri bir-birləri ilə bağlı olduqlarına görə taleləri də müştərək olacaq. Sözsüz ki, cəmiyyətdə insanların əməlləri qarşılıqlı olaraq bir-birinə tə`sir edir. Əgər cəmiyyətin əksəriyyəti pis olsa, azlıqda olan xeyirxah insanlar onların taleyindən tamamilə kənarda qalmayacaqlar. Əgər cəmiyyətin əksəriyyəti xeyirxah insanlar olsa, sözsüz ki, azlıq təşkil edən pislər onların xeyirxah əməllərindən istifadə edəcəklər. Bir sinfin başqa sinfə görə taleyi də həmin qəbildəndir. Bu əsasla Həzrəti Əli (əleyhissalam) cəmiyyətin təbəqələrinin tanınmasını, hər bir sinfin sağlam olmasının aydınlaşdırılmasını hakimin əsas vəzifələrindən hesab edir. Malik Əştərə, cəmiyyətin hər bir təbəqəsinin sağlam ruhiyyəsinə diqqət etməyi tövsiyə edir.

 

وَ اعْلَمْ أَنَّ الرَّعِيَّةَ طَبَقَاتٌ لَا يَصْلُحُ بَعْضُهَا إِلَّا بِبَعْضٍ وَ لَا غِنَى بِبَعْضِهَا عَنْ بَعْضٍ فَمِنْهَا جُنُودُ اللَّهِ وَ مِنْهَا كُتَّابُ الْعَامَّةِ وَ الْخَاصَّةِ وَ مِنْهَا قُضَاةُ الْعَدْلِ وَ مِنْهَا عُمَّالُ الْإِنْصَافِ وَ الرِّفْقِ وَ مِنْهَا أَهْلُ الْجِزْيَةِ وَ الْخَرَاجِ مِنْ أَهْلِ الذِّمَّةِ وَ مُسْلِمَةِ النَّاسِ وَ مِنْهَا التُّجَّارُ وَ أَهْلُ الصِّنَاعَاتِ وَ مِنْهَا الطَّبَقَةُ السُّفْلَى مِنْ ذَوِي الْحَاجَةِ وَ الْمَسْكَنَةِ وَ كُلٌّ قَدْ سَمَّى اللَّهُ لَهُ سَهْمَهُ وَ وَضَعَ عَلَى حَدِّهِ فَرِيضَةً فِي كِتَابِهِ أَوْ سُنَّةِ نَبِيِّهِ ص عَهْداً مِنْهُ عِنْدَنَا مَحْفُوظاً

Ey Malik! Bil ki, əhali müxtəlif dəstələrə bölünüb. Bir dəstənin işi başqa dəstə olmadan heç vaxt islah olunmaz və heç bir dəstə başqa dəstədən ehtiyacsız deyil. Bu dəstələr aşağıdakılardan ibarətdir: Allahın qoşunları, ümumi və xüsusi yazıçılar, ədalət məhkəmələri, xidmətçilər, maliyyat (vergi) və cizyə verənlər (istər müsəlmanların pənahında olanlar, istərsə müsəlmanlar), tacirlər və sənətkarlar, aşağı dəstələr (fəqirlər və zəiflər). Hər bir dəstə üçün Allah-taala tərəfindən bir səhm qərara alınıb. Bu səhm, Qur`anda və İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) bəyan etdiyi qanunlarda müəyyən edilib. Onlar bizim yanımızda bir əhd kimi qorunur. Onların hər birini özünə münasib yerdə qərar ver!

Aydın olur ki, Həzrət Əli (əleyhissalam) cəmiyyətin təbəqələrini çox dəqiqliklə bəyan edir və hər təbəqənin məqamını tə`yin edir. Cəmiyyətin təkamülündə hər təbəqənin vəzifəsini Qur`anın və İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) açıqladığı qanunlarla tə`yin edir.

[1] Allaһın ən xalis vә mö`min bәndәsi, İslam yolunda һeç bir şeyi әsirgәmәyәn şəxs.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI

 
user comment