Azəri
Friday 27th of September 2024
0
نفر 0

MƏHƏMMƏD İBNİ ƏBU BƏKRİN ŞƏHADƏTİ VƏ ONDAN SONRAKI HADİSƏLƏR

 Məhəmməd ibn Əbi Bəkrin Misirdə vali olması çox çəkmir. Müaviyə fitnə-fəsad salmaq üçün öz dostu, müşaviri, siyasətbaz və hiyləgər Əmr ibn Ası Misirə göndərir. Əmr ibn As hiylə qurub Məhəmməd ibn Əbi Bəkri şəhadətə çatdırır. Onun şəhadətindən sonra bütün dövlət sənədləri, kitablar, məktublar, o cümlədən Həzrəti Əli (əleyhissalam)-ın Məhəmmədə yazdığı dərin mə`nalı əməli qanun Əmr ibn Asın əlinə keçir. O, məktubu oxuyub məzmunu ilə tanış olduqdan sonra Müaviyəyə göndərir. Müaviyə məktubu oxuyanda həzrət Əli (əleyhissalam)-ın dərin mə`nalı sözləri ilə tanış olur, təəccübdən donub qalır. Onu yanındakılara göstərir. Vəlid ibn Uqbə[1] bu məktubu gördükdə Müaviyəyə təklif edir ki, onu yandırsın. Amma Müaviyə razı olmayıb deyir:

 “Sən aqil deyilsən. Heyifdir ki, belə bir məktubu yandıraq. Yaxşı olar ki, onu saxlayıb göstərişlərindən istifadə edək. Əgər onu yandırsan, bundan sonra bir kəs tapılmayacaq ki, hətta bir kəlmə də olsa, onun mə`rifət və elm dəryasından bir şey öyrənsin və bizə öyrətsin!”

 Vəlid deyir: “Əgər əhali başa düşsə ki, sən Əlinin yazılarını özünə örnək seçmisən və ondan istifadə etməklə işlərini idarə edirsən, onda bu iş düz olarmı?”

 Müaviyə cavab verir: “Bəs sən mənə təklif edirsən ki, misilsiz elmdən ibarət olan bir məktubu yandırım? Allaha and olsun, mən indiyə qədər bundan geniş və möhkəm elm görməmişəm və eşitməmişəm!”

 Vəlid deyir: Sən ki, Əlinin elminin bir guşəsini göstərən kiçik bir məktubu bu qədər təəccüblə tə`rifləyirsən və ona təslim olursan, bəs nəyə görə bütün bu elmlərdən dəfələrlə çox elmə sahib olan məktub sahibi ilə be`yət etmirsən və Onunla döyüşə girmisən?”

 Müaviyə bu sualın qarşısında məntiqi bir cavab tapa bilmir. Ona görə də bəhanəyə əl atıb həqiqətdən qaçaraq Həzrəti Əli (əleyhissalam)-ın Osmanın qətlində müdaxilə etməsi məsələsini irəli çəkir və deyir:

 “Bizim döyüşümüz Osmanın intiqamını almağa görədir. Əlbəttə, mən əhaliyə deməyəcəm ki, bu məktub Əlidən gəlib. Əksinə söyləyəcəyəm ki, məktubu Məhəmmədin atası Əbu Bəkr oğluna yazıb və onda oğluna yaxşı qanunlar yazıb!”

 Məhəmməd ibn Əbi Bəkrin şəhadətə yetməsi belə olmuşdur: O hakimiyyətinin ilk çağlarında Həzrət Əli (əleyhissalam)-la bey`ət etməyən bir dəstə adama xəbərdarlıq etmişdi ki, ya gərək bey`ət edəsiniz, ya da Misirdən çıxasınız. Onlar Həzrət Əli (əleyhissalam)-la bey`ət etməyi qəbul etmir və Məhəmməd ibn Əbi Bəkrlə döyüşə başlayırlar. Başqa tərəfdən, əvvəldən tamamilə gözünü həmişə Misirə tikmiş Müaviyə bilirdi ki, Misri ələ keçirməklə Əli (əleyhissalam)-la axıra qədər döyüşmək və Onun qurduğu ədalətli hökuməti aradan aparmaq mümkün olardı.

 Siffeyn döyüşü həkəmiyyət məsələsi sona yetdi. “Həkəmiyyət” Müaviyənin xeyrinə tamamlandıqdan sonra Misri işğal etmək sevdası güclənir. Müaviyənin yanında olanlar onun bu işi ilə razılaşırlar. Beləliklə, Əmr ibn Asın başçılığı ilə bir qoşun dəstəsi Misirə tərəf yola düşür. Əmr ibn As Misirə daxil olanda Məhəmməd ibn Əbi Bəkr daxili müxalifləri ilə döyüşürdü. Əmr ibn Asın qoşunları müxaliflərlə birləşib hücuma keçirlər. Nəhayət, döyüş Məhəmməd ibn Əbi Bəkrin şəhadətə yetməsi ilə tamamlanır.

 Belə bir böhranlı vəziyyətdə Həzrəti Əli (əleyhissalam) özünün vəfalı köməkçisi Malik Əştərə, Misirdə hökumətlik etmək göstərişi verir. Bütün bu hadisələr nəticəsində çoxlu əhalisi olan Misir xüsusi bir vəziyyətdə qərar tapmışdı. Orada müxtəlif qəbilələr yaşayırdı. Müxtəlif mədəniyyətlər və tərz-təfəkkürün hökm sürdüyünə, mərkəzi hökumətdən uzaqda qaldığına görə onun idarəçiliyinə dəqiq nəzarət olunmurdu. Bu ölkə İslamı üç il əvvəl qəbul etmişdi, amma təzədən İslama qarşı çıxmış, şəhər darvazalarını İslamın qatı düşməni olan Bizans hökumətinin üzünə açmışdılar. Həmçinin, əhali əvvəlki xəlifələrin işlərindən cana gələrək üçüncü xəlifəyə qarşı qiyam etmiş və onu qətlə yetirmişdilər. Bu ölkənin əhalisinin bə`ziləri Həzrəti Əli (əleyhissalam)-ın göndərdiyi nümayəndə ilə müxalifətçilik etmiş, ona itaət etməmişdilər. Bu da onların arasında döyüşün başlanmasına səbəb oldu və Məhəmməd ibn Əbi Bəkr şəhadətə yetirildi.

 Bəli, Misir bu cür fövqəl`adə və həssas vəziyyətə malik idi. Hakimiyyətə Malik Əştər kimi bir şəxs gəlməli idi və hökuməti idarə etmək üçün “Əhdnamə” kimi dərin mə`nalı və dolğun bir qanun mövcud olmalı idi.



[1] Bu һәmin şәxsdir ki, Osmanın xilafәti dövründә şәrab içib, sәrxoş һalda sübһ namazına pişnamaz olub dörd rәkәt qılmış vә mәsxәrә ilә camaata üz tutub demişdi: «Әgәr çox istәyirsiniz deyin, mәn qılaram. »

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Vəhhabiliyin qısa tarixi
ƏMƏVİ HAKİMİYYƏTİNİN SONUNA QƏDƏR OLAN ŞE’R VƏ ƏDƏBİYYAT
YARMADANIN ŞİMALINDAKI DÖVLƏTLƏR
HÖKUMƏT SÜTUNLARININ MÖHKƏMLƏNMƏSI
HƏSƏN İBN MƏHƏMMƏD İBN QƏTTAH SEYDƏLANİ
ÜHÜD MÜHARİBƏSİ
MƏHƏMMƏD İBNİ ƏBU BƏKRİN ŞƏHADƏTİ VƏ ONDAN SONRAKI HADİSƏLƏR
MÜAVİYƏNİN ƏLİ ŞİƏLƏRİ İLƏ SƏRT DAVRANMASI
Ümmətül-vəsət" kimlərdir?
NƏHCÜL-BƏLAĞƏ” İLƏ ÜZBƏÜZ

 
user comment