Azəri
Thursday 18th of July 2024
0
نفر 0

NƏHCÜL-BƏLAĞƏ” İLƏ ÜZBƏÜZ

Şiə aləmində və şiəlik tərz-təfəkküründə insanların düzgün fikirləşməsində me`yar və haqqın batildən ayrılmasının yeganə yolu Qur`an, “Nəhcül-bəlağə” və mə`sumların (əleyhimussalam) başqa əsərlərindədir.

 Bu baxımdan alimlər təfəkkür meydanında, İslam maarifi haqqında olan əsərləri, danışıqları təsdiq etmək üçün Qur`an, Nəhcül-bəlağə və mə`sumların (ələyhimussalam) qısa kəlmələrinə istinad etməlidirlər. Yalnız belə olduqda onların nəzəri səhih olar. Amma bu yollarla nəzər verilməzsə, fikirlərin hamısı əsassız və batil olacaqdır. Ona görə də Mə`sum İmamlar (ələyhimussalam) onlardan nəql olunan rəvayətlərin düzgün və ya saxta olmasını aydınlaşdırmaq üçün buyurmuşlar:  “Bizdən nəql olunan hədisləri Qur`anla tutuşdurun. Əgər Qur`an ilə uyğun gəlsə düzgündür. Əgər Quranla uyğun gəlməsə saxta və ya təhrif edilmişdir. ”

 Bu tutuşdurma və müqayisə, Qur`an və Nəhcül-bəlağədən istifadə etmək qaydası iki yolla ola bilər: Birincisi, insan təmiz zehn və əvvəlcədən hökm vermədən bu müqəddəs kəlmələrlə qarşılaşır. İkincisi, insan əvvəlcədən hökm verib örnək götürməklə və müəyyən bir e`tiqadla Qur`anın, Nəhcül-bəlağənin və mə`sum İmamların (ələyhimussalam) sözlərini araşdırsın. Aydındır ki, ikinci surətdə Qur`an və Nəhcül-bəlağədən qavranan mətləb Qur`anın və Nəhcül-bəlağənin nəzəri olmayacaq. Əksinə, öz əqidə və ideyamızı Qur`ana qəbul etdirib, Qur`andan və Nəhcül-bəlağədən öz əqidəmizi təsbit etmək istiqamətində istifadə edəcəyik. Qur`an və Nəhcül-bəlağəyə bu cür müraciət etməklə onun həqiqi mə`nasını əldə edə bilmərik, üstəlik bu nəinki insana heç bir şey öyrətmir, həm də insanın yolundan azmasına səbəb olur. Məgər bizim əqidəmiz bu deyildirmi ki, Qur`an “vəhy”lə nazil olan İlahi kəlamdır. Nəhcül-bəlağə də mə`sum İmamlarımızın (əleyhimussalam) kəlamıdır və vəhydən qaynaqlanır. Elə isə biz özümüzü vəhy kəlamının və kəlmələrinin yolunda qərar verməliyik, nəinki onlardan özümüzün şəxsi əqidəmizi sübut etmək, özümüzdən quraşdırdığımız bə`zi əqidələrimizi və fikrimizi təsdiq etmək üçün istifadə edək. Fikrimizi isbat etmək bu müqəddəs kəlmələrin bə`zilərinə istinad edib başqalarını kənara qoymaq heç də düzgün deyildir.

 Bununla da aydın olur ki, Qur`an ayələri və mə`sum İmamların (ələyhimussalam) kəlamlarından istifadə etməyin qaydası budur ki, insan onların qarşısında özünü müstəqil nəzər sahibi hesab etməsin, cavabını axtardığı məsələ haqqında nə bilirsə, hamısını kənara qoysun, təmiz zehnlə, şəxsi fikrindən istifadə etmədən bu nurlu kəlmələrin sorağına getsin.

 Qur`ani-Kərimdən lazımi qaydada, düzgün istifadə edilməməsi və nəticədə bə`zilərinin düzgün yolundan azmasını İslam inqilabı dövründə müşahidə etmişik. Hamıya aydındır ki, İslama zidd olan dəstələr məhz həmin yoldan istifadə edirdilər. Yə`ni, insan onların hər bir məsələ haqqında Qur`an ayələrini dəlil gətirdiklərini düşünür, amma Qur`an ayəsindən hansı mə`na, hansı təfsir və hansı əqidə ilə istifadə etdiklərini araşdırmaq lazımdır. Həqiqətdə onlar Qur`anın nə demək istədiyini bilmək istəmirdilər, əksinə, əvvəldən hər hansı məsələyə e`tiqad bağlayıb, sonradan Qur`anı açırdılar ki, bir ayə tapıb əqidələrini ona istinad versinlər. Nəticədə Qurani-Kərimdən çox qəribə mə`nalar əldə edirdilər. Allahın kəlamından elə mə`na və məfhumlar çıxarırdılar ki, saxta olması ilə yanaşı gülünc vəziyyət yaradırdı. Qur`andan əsl həqiqəti dərk etmək əvəzinə, Allah-taalaya yalan nisbəti verib özlərini bu ayələrin nümunələri qərar verirdilər:[1]

وَلاَ يَزِيدُ الظَّالِمِينَ إَلاَّ خَسَاراً

 “O (Qur`an) zalimlərin ancaq ziyanını artırır!” Yə`ni, onlar Qur`ana bu cür müraciət etməklə yalnız bir şey əldə edirdilər, o da budur ki, özlərinin fəsad, xəsarət və zəlalətdə olmaqlarını artırırdılar. Öz yanlış əqidələrini daha da dərinləşdirirdilər.

 Məsələnin aydınlaşması üçün bu cür yanlış istifadələrdən bir nümunəni qeyd edirik. Diqqət olunsa, bu cür işlərin insanın düzgün yoldan azmasına nə qədər səbəb olmasını anlamaq olar. Allah-taala Bəqərə surəsində müttəqiləri tanıtdıraraq buyurur:[2]

 الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ

“Müttəqi şəxslər onlardır ki, qeybə inanırlar”

 Başqa ayələrdən istifadə etməklə ayə haqqında onu demək olar ki, ondakı “qeyb” kəlməsindən məqsəd “Allah”-dır. Yolundan azmış bə`zi dəstələr özlərinin səhv və yanlış əqidələrində ayəni bu cür təfsir edərək deyirdilər: “Ayədə “qeyb”, yə`ni, yeraltı və gizlin mübarizə mə`nasını verir. Deməli, Qur`an sizi gizli mübarizəyə də`vət edir. ” Bundan əlavə, məgər onların mübarizəsi İslam və Qur`andan başqa şey ola bilər?! Bütün bu təhlükəli fikirlərin mənşəyi və dəlili nədir? Ən mühüm dəlili budur ki, bu cür şəxslər özlərini Qur`anın göstərdiyi yolda qərar vermək istəmirlər. Qur`anın nə dediyini fikirləşmirlər. Əksinə, Qur`anı öz hədəfləri yolunda bir vasitə qərar verib çalışırdılar ki, öz fikir və əqidələrini Qur`ana qəbul etdirsinlər. Yə`ni, əvvəlcədən bir iş barəsində fikirləşib e`tiqadlı olduqdan sonra Qur`anı vərəqləməyə başlayırdılar ki, görəsən bir ayə tapa bilərikmi ki, zahirdə bizim əqidəmizə oxşasın?! Sonra belə bir nəticə alırdılar ki, Qur`an bizim əqidəmizi təsdiq edib.

 Beləliklə, aydın olur ki, Qur`ani-Kərimə bu cür yanaşmaq və Allah kəlamından bu yolla istifadə etmək fəsad və azğınlıqdan başqa bir nəticə vermir. Mə`sumların (ələyhimussalam) kəlamlarından istifadə etmək də eynilə o cürdür. Xüsusən, bizim əsl bəhsimiz olan Nəhcül-bəlağəni o vaxt araşdırmalıyıq ki, zehnimizi əvvəlcədən müxtəlif fikirlərlə doldurmayaq. Bilmək istədiyimiz mövzu haqqında əvvəlcədən müəyyən mə`lumatlar yığıb məsələ haqqında qabaqcadan nəzər verməyimiz, əvvəlcə bir şeyə yəqinlik tapıb sonradan Nəhcül-bəlağəyə müraciət etməyimiz və bir cümlə tapıb öz əqidəmizi həmin cümlə ilə isbat etməyimiz düzgün deyil. Əksinə, Nəhcül-bəlağənin sorağına gedərkən zehnlər təmiz olmalıdır. Qəsdimiz yalnız bu olmalıdır ki, İmam Əli (əleyhissalam)-dan bu mövzu haqqında nə söylədiyini dərk edək. Əgər bu yolla, yə`ni zehni hər cür fikirdən pak halda “Nəhcül-bəlağə”nin sorağına getsək, ondan layiqli şəkildə faydalana bilərik. Əks halda isə fəsaddan, xəsarətdən başqa heç bir şey əldə olunmayacaq.


 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

هَذَا مَا أَمَرَ بِهِ عَبْدُ اللَّهِ عَلِيٌّ أَمِيرُ الْمُؤْمِنِينَ مَالِكَ بْنَ الْحَارِثِ الْأَشْتَرَ

“Bağışlayan və mehriban Allahın adı ilə! Bu bir fərmandır ki, Allahın bəndəsi Əmirəlmö`minin Əli, Haris oğlu Malik Əştəri Misrə vali tə`yin etdiyi zaman ona göstəriş verir. ”

Qeyd etdiyimiz kimi, mə`sumların (ələyhimussalam) kəlamları adi insanlar arasında geniş yayılmış və hər cür çaşqınlıq və səhvdən uzaqdır. Onların hər birinin özünəməxsus mə`na və aydın məfhumu vardır. Sözlərində artıq kəlmələr və mə`nasız cümlələr müşahidə edilməz. Deməli, belə nəzərə gəlir ki, Həzrəti Əli (əleyhissalam) özünün, “ma əmərə bihi” “Bu bir fərmandır ki, Allahın bəndəsi Əmirəl-mö`minin Əli... göstəriş verir” cümləsi ilə İslam mədəniyyətində iki mühüm və əsas mətləbi göstərir:

Birincisi: Qəflətdən uzaq olmaq

 Əksəriyyəti fəsad, zülm, sitəm, istismar, adam öldürmək və sair kimi rəzil xislətlərə düçar olan qüdrət sahiblərinin ən böyük bəlalarından biri də özlərinin kimliyindən və necə olmalarından qafil olmalarıdır. Əgər hər hansı bir hakim və qüdrət sahibi malik olduğu məqam və mənsəblə yanaşı bilsə ki, onun bütün güc və qüvvəsi, ruhu, nəfəsi və iste`dadı başqa yerdən ona mərhəmət olunur, mərhəmət sahibi istədiyi vaxt onu kəsə və bu güc-qüvvəsini ondan birdəlik geri ala bilər, bu halda heç kəsə zülmü və sitəmi rəva bilməz, müharibə, tüğyan və təkəbbürlük fikrində də olmaz. Amma, əgər qeyd olunanlara, Xaliqin sonsuz əzəmətinə və özünün müqayisəolunmaz dərəcədə heçliyinə diqqət etməsə, özünün təkəbbür və tüğyanı hər an artacaqdır. Həzrət Əli (əleyhissalam) da zahiri bir məqamda əyləşmişdi. (Bəlkə də) özünə və nəfsinə buyurdu:

“Agah ol! Hər nəyin varsa Xaliqdəndir və hər şey Ona tərəf dönəcək!”

 Ona görə də namaz halında oturub duranda “Allahın qüdrəti ilə oturub dururam”-cümləsini demək müstəhəbdir. Yə`ni, insan bilməlidir ki, namazın bütün mərhələlərində oturub-durmaq, yalnız Allahın lütf və mərhəməti ilə müyəssər olur, onun qüdrət və gücü müstəqil olmayıb və heç vaxt da olmayacaq. Deməli, əgər dünyanın qüdrətliləri yalnız bu məsələyə diqqət yetirsələr, Allahın qüdrətini hər anda gözləri önünə gətirsələr və bütün qüdrət və güclərinin Allah tərəfindən olduğunu bilsələr, görəsən, yenə zülm və sitəm dünyanı tutarmı?
İkinci:Allaha bəndəlik etməklə rəhbərlik

 Həzrət Əli (əleyhissalam)-ın nəzərində (əsl İslam mədəniyyəti də məhz budur) qüdrət, məqam, rəhbərlik, mə`nəvi nüfuz və nəhayət, böyüklük (özünün həqiqi mə`nasında, qarətçilik və zorakılıq mə`nasında yox) yalnız Allaha bəndəçilik sayəsində gerçəkləşə bilər. Əli (əleyhissalam) bu hədəfini bəyan etmək üçün rəhbərlik və Allaha bəndəlik məqamını bildirən: “fərman” kəlməsindən sonra “Allahın bəndəsi” mövzusunu bəyan edir və buyurur: “Bu bir fərmandır ki, Allahın bəndəsi Əli... ” Həmin mə`nanı Qur`ani-Kərimdə oxuyuruq: “Pakdır o kəs ki, gecə vaxtı öz bəndəsini Məscidül-Həramdan Məsscidül-Əqsaya apardı.”[3] Allah-taala bu ayədə “Mən Rəsulullahı me`raca apardım” – deyə buyurmur. Əksinə buyurur: “Pakdır o kəs ki, Öz bəndəsini ... apardı”. Yə`ni, bəndəçiliklə me`rac arasında birbaşa rabitə vardır. Məhz xalis bəndəlik sayəsində Allah insanı həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm)-i me`raca aparır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) həmin mə`na barəsində buyurur:

 “Hər pak mö`minin me`racı namazdır”.

 Bu rəvayət namazla me`racın arasında bəndəlik rabitəsini göstərir. Gündəlik namazların təşəhhüdündə belə oxuyuruq:

 “Şəhadət verirəm ki, həqiqətən Məhəmməd Allahın bəndəsi və elçisidir. ”

 Bəndəliyin risalətdən öncə gəlməsi onu göstərir ki, o həzrətin xalis bəndəliyi onun risalətə seçilməsi üçün dəlil və səbəb olmuşdur.


 

[1] İsra surәsi, 82-ci ayә.

[2] Bәqәrә surәsi, 2-ci ayә.

[3] İsra surәsi, 1-ci ayә

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

MÜHАRİBƏLƏRİN BАŞLАNMАSI
BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏ ALİMLƏRİNİN İDEOLOJİ VƏ SİYASİ MÜBARİZƏLƏRİ
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ
Səcdə üçün ən fəzilətli torpaq
Qeyb dövrünün tarixi mənbələri ilə tanışlıq və onların araşdırılması
NIYABƏTƏ AID OLAN BƏZI MƏSƏLƏLƏR
Mövsüm Səmədovu orucluqla bağlı istəyinə görə karsa salıblar
ME’MARLIQ VƏ DİGƏR SƏNƏTLƏR
CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR
HƏZRƏT ƏBU TАLİB VƏ XƏDİCƏNİN VƏFАTI

 
user comment