Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?


 

İslam dini özünün cahanşümul keyfiyyətlərinə görə dünyada özünə xeyli dost qazandığı kimi, düşmənlər də qazanmışdır. İslamın 14 əsrlik tarixi boyunca dinimizin həm ideoloji əsaslarına, həm şəriət hökmlərinə, həm də məsumlarımızın həyat və fəaliyyətlərinə yersiz iradlar tutulmuş, həyasız töhmətlər və iftiralar atılmışdır. Bu çirkin iftiraların əksəriyyəti dinimizə qarşı qərəzli mövqedə duran Qərb "təqdiqatçıları" tərəfindən irəli sürülmüşdür. Həmin iftiralardan biri də bundan ibarətdir ki, guya Həzrəti Muhəmməd Peyğəmbər (s) qadınlara həddən artıq meyil göstərmişdir. Peyğəmbərin həyat yoldaşlarının sayını əldə bəhanə tutan qərəzli şəxslər sübut etməyə çalışmışlar ki, o (nəuzu billah) şəhvətə aludə imiş (!)

***



Bu çirkin iftiralara cavab verməzdən əvvəl, müqəddimə olaraq, bir neçə məsələyə qısaca toxunmaq lazımdır:

1. Peyğəmbərimizin çox qadınla evlənməsi, Allah tərəfindən ona verilmiş imtiyaz idi. Sıravi müsəlmanlar eyni vaxtda yalnız 4 qadınla daimi evlilik halında yaşaya bildikləri halda, Həzrəti Rəsulullaha (s) onlardan seçilmək üçün daha çox qadınla evlənmək icazəsi verilmişdi. Zəməxşəri və başqa bəzi alimlərin qeyd etdiyinə görə, Peyğəmbərimiz eyni vaxtda 9 qadınla daimi evlilik halında yaşaya bilərdi. (Əlbəttə, 9 rəqəminin son hədd olması qəti hökm deyil, nəzəriyyədir).

2. Peyğəmbərimizin həyat yoldaşlarının sayı barasində mənbələrdəki məlumatlar ziddiyyətlidir. Mərhum Mudərris Təbrizi "Reyhanətu'l-ədəb" kitabının sonuncu cildində, "Ummu'l-muminin" başlığı altında yazır ki, Peyğəmbərin həyat yoldaşlarının 11, 12, 15, 18, 21 və 22 nəfər olması barəsində nəzəriyyələr mövcuddur.

Məşhur tarixçi Məsudi "Murucu'z-zəhəb" kitabında (2-ci cild, səh. 282-283) qeyd edir ki, Həzrəti Muhəmməd Peyğəmbər (s) 15 nəfər qadınla evlənmişdir. O, bunların 11 nəfəri ilə fiziki əlaqədə olmuş, 4-ü ilə isə yaxınlıq etməmişdir. Məsudi "Murucu'z-zəhəb"də qadınlardan yalnız üçünün - Xədicə, Səvdə və Aişənin adını çəkib, haqlarında qısa məlumat verir. Özünün qeyd etdiyinə görə, o, Peyğəmbərin xanımlarının hamısı barəsində başqa bir əsərində – «Kitabu'l-əvsət»də ətraflı söz açıbmış; "Murucu'z-zəhəb"də isə yalnız qadınların sayını qeyd etməklə kifayətlənir.

Həzrəti Muhəmmədin (s) həyatından bəhs edən "Sireyi-İbn Hişam" kitabında Pey-ğəmbərin xanımlarının sayı 13 nəfər göstərilir. Peyğəmbər onların 11-i ilə əlaqədə olmuşdur. Bu 11 nəfərdən ikisi (Xədicə və Zeynəb binti Xuzeymə) Peyğəmbərin sağlığında vəfat etmiş, qalan 9-u isə Peyğəmbərdən sonra da yaşamışdır. Onların adları belədir: Xədicə, Aişə, Səvdə, Zeynəb binti Cahş, Ummu-Sələmə, Hafsa, Ummu-Həbibə, Cuveyriyyə, Səfiyyə, Meymunə, Zeynəb binti Xuzeymə.

Peyğəmbərin əlaqədə olmadığı o biri iki qadının adı isə Əsma və Umrədir ("Sireyi-İbn Hişam", fars. tərc., cild 2, səh. 417-422). Həmin kitabda 13 nəfərin hər biri barədə qısa məlumat verilmişdir.

Digər məşhur tarixçi Yəqubi Həzrəti Peyğəmbərin (s) 21 və ya 23 nəfər qadınla evləndiyini yazmışdır. Yəqubi qeyd edir ki, Peyğəmbər bu qadınlardan yalnız 13 nəfəri ilə əlaqədə olmuşdu. Qalanları ya kəbin kəsiləndən sonra, zifafdan əvvəl vəfat etmiş, ya da zifafdan əvvəl Peyğəmbər onlara talaq vermişdi. 13 nəfərin siyahısına "Sireyi-İbn Hişam"dakı 11 nəfər, Mariyeyi-qibtiyyə və Ummu-Şərik Qəziyyə adlı qadın aiddir ("Tarixi-Yəqubi", fars. tərc., cild 1, səh. 452-455). Ehtimal olunur ki, Yəqubi öz kitabında Peyğəmbərin yalnız daimi həyat yoldaşlarının deyil, kənizlərinin də adını qeyd etmişdir; buna görə də onun kitabında 20 nəfərdən çox qadının siyahısı verilir.

Mudərris Təbrizi "Reyhanətu'l-ədəb" kitabında saydığı nəzəriyyələrin birində "Sireyi-İbn Hişam"dakı 11 nəfərlik siyahını təkrar etmişdir. Əllamə Təbərsi "İlamu'l-vəra" kitabında həmin 11 nəfərə daha 10 nəfəri də əlavə edərək, ümumi sayı 21-ə çatdırmışdır. Təbərsinin fikrincə, Peyğəmbər bu qadınların 12-si ilə (əvvəlki 11 nəfər və Ummu-Şərik) əlaqədə olmuşdur.

Əllamə Məclisi də "Biharu'l-ənvar"da sonuncu məlumatı təsdiq edir, amma Peyğəmbərin əlaqədə olmadığı qadınların sayını 10 nəfər göstərir. Beləliklə, Əllamə Məclisiyə görə, Həzrəti Rəsulullahın (s) xanımlarının ümumi sayı 22 nəfər imiş.

Bir daha qeyd edirik ki, bəzi kitablarda Peyğəmbərin xanımlarının sayının çox olması bu səbəbdəndir ki, müəlliflər kənizləri də buraya aid etmişlər. Bəzən eyni bir qadının başına gələn hadisələr iki müxtəlif adama aid edilmiş, bəzən də bir qadının adındakı nöqtə və hərflərin dəyişməsi üzündən yeni ad yaranmışdır.

Fransız tədqiqatçısı Qustav le Bonun "İslam və ərəb mədəniyyəti" kitabını fars dilinə tərcümə etmiş Seyyid Haşim Hüseyni də Peyğəmbərin izdivacları mövzusunda yazdığı müxtəsər haşiyələrdə Peyğəmbərin 11 nəfər xanımı haqqında məlumat verir. Yeri gəlmişkən qeyd edək ki, Qustav le Bon (1841-1931) da adı çəkilən kitabda İslam mədəniyyəti barəsində ətraflı və düzgün məlumat verməsinə baxmayaraq, Həzrəti Muhəmməd Peyğəmbəri (s) "qadınlara ifrat meyil göstərməkdə" ittiham etmişdir. Seyyid Haşim Hüseyni bir tərcüməçi kimi müəllifin sözlərinə əmanətlə yanaşmaqla yanaşı, bu və digər ziddiyyətli məqamlarda haşiyə şəklində öz etirazlarını bildirmiş, qənaətbəxş cavablarla dinimizi bəzi haqsız irad və töhmətlərdən müdafiə etmişdir.


0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...

 
user comment