Azəri
Saturday 27th of April 2024
0
نفر 0

NAMAZ

 

İbadət, onun fəlsəfəsi və şərtləri barəsində söhbətlər oldu. İndi isə ibadətin ən bariz nümunəsi olan “namaz” mövzusunu araşdıracağıq. Öncə Qur’an və hədisdə namazın məqamı ilə tanış olaq. Sonra isə onun xırdalığına və sirlərinə əl ataq. Beləliklə, namaz haqqında vəhy məktəbinin baxışlarına diqqət yetirək:

Namaz peyğəmbərlərin ən mühüm tövsiyələrindən biri və ibadətin ən bariz nümunəsidir. Həzrət Loğman övladına deyir:

“Oğulcan, namaz qıl.”

Namaz unutqanlıq üçün dərman və Allahın zikri üçün vasitədir: “Məni düşünmək üçün namaz qıl.”

Namaz Allahın əhdidir.

Namaz Peyğəmbərin (s) gözünün nurudur.  Namaz çətin və kədərli anlarda köməkdir. Allah-təala buyurur: Çətinliklərdə namaz və səbrdən kömək alıb, onlara qalib gəlin: “Səbr etmək və namaz qılmaqla kömək diləyin!”

Namaz təkəbbür üçün dərmandır. Həzrət Əli (ə) buyurur: Allah insanı təkəbbürdən uzaqlaşdırmaq üçün namazı vacib etdi.

Namaz Allahın verdiyi ne’mətlərə görə Ona təşəkkür vasitəsidir: “Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”

Namaz dinin simasıdır.

Namaz İslam dininin nişanı, gerbi və bayrağıdır. Peyğəmbər (s) buyurur: “Namaz İslamın bayrağıdır.”

Namaz dinin sütunudur.

İslam Peyğəmbəri (s) buyurur: “Namazın dində rolu başın insan bədənindəki rolu kimidir.”

Namaz behiştin açarıdır.

Namaz insanları dəyərləndirmə me’yarıdır.  Namaz dinin köküdür.

Qiyamətdə veriləcək ilk sual namaz haqqındadır.

Namaz günahları məhv edir. Hədislərdə namaz insanın gün ərzində beş dəfə yuyunub, bütün çirklərdən təmizləndiyi bir çaya bənzədilir.

Namaz məxluqla xaliqin rabitəsidir. Namaz maddi insanı mə’nəviləşdirir və insanı Allahla tanışlıqdan əlavə, su, torpaq, qiblə, tülu (doğuş), qürub, vaxt və bütövlükdə təbiətlə tanış edir.

Namaz yeganə ibadətdir ki, hətta qərq olduqda və döyüşdə insanın öhdəsindən götürülmür. Namaz zülmkar hakimiyyətdə insanın ən uca azadlıq fəryadı və Allah dərgahında bəndəliyin e’lanıdır.

Namaz İbrahim (ə), Məhəmməd (s), Hüseyn (ə) və Mehdi (ə) sünnəsini diriltməkdir.

Namaz insanın Allaha yaxınlaşması üçün vasitədir.

Namaz peyğəmbərlərin axırıncı tövsiyəsidir. İmam Sadiq (ə) vəfatından öncə bütün yaxınları və övladlarını ətrafına toplayıb bildirdi ki, namaza yüngül yanaşan şəxsə qiyamətdə bizim şəfaətimiz şamil olmayacaq.

Namaz Allahın dostları üçün şirin, münafiqlər üçün isə çətin və ağır bir yükdür: “Həqiqətən, o təvazökar olmayanlara ağır bir yükdür.”

Namaz şeytanı məhv edir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

IMANSIZ SALEH ӘMӘL
Ilahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan ...
IKINCI ÇAPIN MÜQӘDDIMӘSI
Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ

 
user comment