Azəri
Sunday 21st of July 2024
0
نفر 0

14 MƏSUMLARDAN (əleyhimussəlam)-ŞƏRAB BARƏSİNDƏ

 

İslam dininin insanlara nemət olaraq bəxş etdiyi Peyğəmbər (səlləllahi və alehi və səlləm) və Əhli-Beyt (ələyhimussalam), cəmiyyətin bəlasına çevrilmiş şəraba qarşı çoxlu hədislər buyurmuşlar. Hər bir ağıllı insan bu kəlamlardan sonra şərab içmək, sərxoşluğa qurşanmaq və hər hansı bir məstedici içkilərə əl uzatmaqdan çəkinər. Aşağıda şərab haqqında nəql olunan bəzi rəvayətləri qeyd edirik:

1) İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) şərab barəsində bir neçə dəstəni:

Üzüm ağacını şərab əldə etmək məqsədilə əkib becərənləri;

Üzüm sıxıb şərab çəkəni;

Şərab satanı;

Şərab içəni;

Şərab alanı;

Şərab və içkidən hər hansı bir yolla xeyir götürənləri;

Şərabın hazırlanmasında və onun istifadəsində əli olanların hamısını lənətləmişdir.

2) Yenə də İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) buyurur:

“Hər kəs şərab içsə, ar etməz, anası, xalası və ya bibisi ilə də olsa, zina edər.”

3) İmam Baqir (əleyhissəlam) buyurur:

“Şərabxor şəxs, Allahın ədalət məhkəməsinə bütpərəst kimi gələr.”

4) İmam Sadiq ələyhissalamdan nəql olunur;

“Hər kəs zina etsə, imandan xaric olar;

Hər kəs şərab içsə, imandan xaric olar;

Və hər kəs Ramazan ayında bir gün qəsdən orucunu yesə, imandan xaric olar.”

5) İmam Sadiq ələyhissəlamdan, başqa bir hədis nəql olunur:

"Neməti azaldan günah - təcavüzkarlıq və Allahın göstərişlərindən çıxmaqdır.

İnsana həmişə peşmançılıq gətirən günah, adam öldürməkdir.

Allahın bəlasını nazil edən günah, zülmkarlıqdır.

İnsanı imansız edən günah, şərab içməkdir.

Ruzini kəsən günah zinakarlıqdır."

Həzrəti imam Rza (əleyhisalam)dan nəql olunur:

“Allah şərabı haram buyurmuşdur. Çünki, onda fəsad vardır, o, şərab içənin ağlını əlindən alaraq Allahın inkarına gətirib çıxarır;

Şərabxor, Allah və Onun rəsulunun adından yalan danışmaqla (nalayiq sözlər söyləməklə) nəticələnir;

Həmçinin, fəsad, qətl, böhtan və zinaya səbəb olur;

Şərabxor, haram olunmuşlardan çox az çəkinir. Ona görə də, Allah əmr edir ki, bütün məstedici şeylər haramdır!"

6) Həzrəti imam Sadiq (ələyhissalam) buyurur:

“Allah-təala Behişti üç dəstəyə haram edibdir. [Onlardan birincisi] şərab içənlərdir."

Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

“Başqaları ilə şərab içilən süfrənin başında əyləşən şəxs, məlundur”!

7) Həzrəti imam Rza (əleyhisalam) buyurur:

“Allah şərabı fəsad əmələ gətirdiyinə, əqli və fikri batil etdiyinə, abır-həyanı aradan apardığına görə haram etmişdir.”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment