Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

Cəm halda olunan dua

Cəm halda olunan dua

Kümeyl duasının şəhri
Hüseyn Ənsariyan  

Əgər insanlar cəm şəkildə dua edib, Allah hüzurunda əl açaraq, göz yaşı axıdarlarsa, belə biri duanın qəbul olunmasına ümid çoxdur. Çünki bu cəm içində bəlkə bir nəfər qəlbisınıq, məzlum, çarəsiz, aşiq ya arif bir insan ola bilsin. Bu bir nəfərin saf qəlblə etdiyi dua bütün duaların qəbul olunmasına səbəb ola bilər. Bəli, ayə rəvayətlərdən belə görünür ki, mehriban Allah bir xalis bəndəsinin xatirinə bu bəndə ilə bir cərgədə durmuş bütöv bir cəmiyyəti bağışlayır. İmam Sadiq (ə) buyurur: “ Əgər dörd nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə onlar bir-birindən ayrılmış dua qəbul olar.”[1]

Həzrət Peyğəmbər (s) buyurur: “ Əgər qırx nəfər birlikdə vahid bir işin düzəlməsi üçün dua edərlərsə Allah bu duanı qəbul edər. Əgər bu dua bir dağın ziddinə belə olarsa, Allah bu dağı aradan götürər.”[2]

Rəbbani alim İbn Fəhəd Hilli “Uddətud - daikitabında belə nəql edir: “Allah-Taala Həzrət İsaya belə vəhy etdi: «Ey İsa, `minlərə qoşul onlara əmr et ki, səninlə birlikdə dərgahıma dua etsinlər»; İmam Sadiq (ə) buyurur: “Atam daim belə edərdi: bir iş onu qəmləndirəndə arvad-uşağı bir yerə toplayıb dua edər, onlar isə “Amin” deyərdilər.”[3]



[1] “Кафи”, 2-487.

[2] Мүстәдрәкәл-вәсаил”.

[3] “Вәсаилүш – шиә”, 7-104,105.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar

 
user comment