Azəri
Friday 27th of December 2024
0
نفر 0

MARAQLI BİR HADİSƏ

MARAQLI BİR HADİSƏ

İslamda ailə

Hüseyn Ənsariyan

Uşaqlıq və yeniyetməlik çağlarımda atamın dindarlığından, onun elm əhli ilə, məscid və məzhəbi məclislərlə olan əlaqəsindən təsirlənərək elm əhlinə, məscidə və ilahi məclislərə qarşı böyük bir eşq tapdım. Zalım hakimiyyət dövründə camaatın, xüsusiyyətlə də cavanların əksəriyyətinin fəsad içində olduğu bir dövrdə dini mərkəzlərlə, əməlisaleh alimlərlə münasibətdə olmaq daxili şəxsiyyətimin formalaşmasına çox böyük təsir göstərmişdi. Bütün bunların təsiri nəticəsində 42-ci ildə 16-17 yaşında olarkən, böyük bir məhəbbətlə Qum elmi hövzəsinə gəldim və təbii olaraq, burada elm və elm əhli ilə daha yaxın münasibətlərdə oldum.
Təhsil aldığım dövrlərdə mənəviyyatlı şəxslərlə, parlaq simalarla görüşmək şərəfinə nail oldum. Danışmaq istədiyim hadisəni hansı alimdən eşitdiyim yadımda deyil. Lakin çox maraqlı və ibrətamiz bir hadisədir. Əməlisaleh, mömin qadının ruhi və fikri mövqeyinin göstəricisidir.
O dahi şəxsiyyət deyirdi: «İmam Rzanın (ə) məqbərəsinin kənarında yerləşən Gövhərşad məscidini tikən qadın çox kəramətli, savadlı, ziyalı bir qadın idi. O, məscidin tikilişinə başlamazdan öncə memar və işçi heyətinə dedi: «Tikinti materiallarını məscidə gətirən heyvanların yolu üstünə su və ələf qabları qoyun. Heç bir heyvan ac, susuz bir vəziyyətdə yük daşımasın. Bu, Allahın bəyənmədiyi, vicdana sığmayan bir işdir. Miniklərin sahibinin onları vurmağa haqqı yoxdur. İş saatları müəyyən olunmalıdır.
Fəhlələrlə mehriban davranın. Zəhmət haqqlarını vaxtında verin, heç bir şəxsin qəlbini incitməyin. Onlara bir söz demək lazım olduqda mülayimcəsinə, yumşaq dil ilə deyin. Ətrafda yerləşən evləri satılan qiymətə alın. Çünki ibadət evi, ziyarətgah, ilahi elmlər oxunacaq, tədris olunacaq elm mərkəzi tikirik. Bu yolda heç bir heyvan və insana zülm olunmamalıdır. Bu bizim müqəddəs işimizin dəyərini azaldır».
Əli (ə) Nəhcül-bəlağədə buyurur: «Həqiqətən, siz hər biriniz yer və heyvanlar qarşısında məsulsunuz».
O alim deyirdi: «Çox vaxtlar Gövhərşad xanım özü məscidə baş çəkməyə gəlir və lazımi tapşırıqlar verirdi.
Bir gün fəhlələrdən biri təsadüfən onun çöhrəsini görür və ona vurulur. Amma ürəyini açmağa cürəti çatmır. Bunun çox təhlükəli olduğunu düşünür. Çünki Gövhərşad xanım Şahrüx Mirzənin həyat yoldaşı, Teymur Kürəkaninin gəlini idi. Ona ürək bağlamağın yeri deyildi. Lakin bütün bunlar sadə fəhlə üçün anlaşılmaz idi. Bu səbəbdən də həmin fəhlə xəstələndi. Gövhərşad xanım məscidin gündəlik işi haqqında verilən məlumat vasitəsilə anası ilə birgə bir xarabalıqda yaşayan fəhlənin xəstələndiyindən xəbər tutdu və ona baş çəkməyə getdi. Zəifləmiş xəstə rəngi qaçmış vəziyyətdə yataqda zarıldayırdı. Hal-əhval tutduqdan sonra xəstəliyinin səbəbi soruşulduqda, fəhlənin özündən də sadə olan anası məsələni açdı. Gövhərşad xanım əsəbiləşmədən, öz ictimai mövqeyindən istifadə etmədən fəhlənin anasına dedi: «Mən ərimdən ayrıldıqdan sonra, sizin oğlunuza ərə getməyə hazıram. Lakin öncə mənim mehrim – kəbin haqqım ödənilməlidir. Bu gənc tikilməkdə olan yarımçıq məscidin mehrabında qırx gecə-gündüz Allaha ibadət edərsə, bu mənim mehrim olar.
Cavan fəhlə bu şərti qəbul etdi. Bir neçə gün eşq həyəcanı ilə ibadət etdi. Lakin bir neçə gündən sonra Gövhərşad xanımın öncədən bildiyi bir həqiqət baş verdi. Haqqın mərhəməti, imam Rzanın (ə) lütfü ilə gəncin halı dəyişdi. Qırx gündən sonra Gövhərşad xanım onunla maraqlandı, lakin o, xanımın göndərdiyi şəxsə dedi:
Əgər ləzzəti tərk etməyin ləzzətini bilsən,
Artıq nəfs ləzzətini ləzzət adlandırmazsan.
İmandan, Allaha, qiyamətə diqqətdən bəhrələnərək ailəni mənəvi fəzilətlər məkanına çevirmək olar. Bu çətin iş deyil. Allah kimə lütf edərsə, digərləri üçün çətin olan iş belə onun üçün asan olar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İRАDLАR HİCАB VӘ MӘNTİQ
QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
Həzrəti Əli (ə) kimdir?
Həzrəti Fatimənin (s.ə) şəhadəti
İŞ VƏ FƏALİYYƏTİ
İzdivac, evlənmə astanasında
QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
FƏDAKARLIQ VƏ İSAR
İpə-sapa düzülməmiş incilər
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR

 
user comment