Azəri
Wednesday 24th of July 2024
0
نفر 0

“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-2

“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-2

Kumeyl duasının şərhi

Hüseyn Ənsariyan

Allahbütün ilahi sifətlərin toplandığı mübarək addır. Deyirlər ki, “Allahadında üç `na mövcuddur:

Həzrəti Haqq əzəli əbədidir;

Ağıl düşüncələr onu tanımaqda acizdir;

Bütün yaranmışların qayıdışı onadır.

Ariflər deyirlər ki, “Allahismi-ə`zəmdir tovhid ona əsaslanır. Bu kəlməni səmimi qəlbdən deyən kafir küfrdən imana yol tapır. Bu kəlmə insanı qəflətdən oyadıb ünsiyyət dairəsinə daxil edir. Allah-Taalanın başqa adları da var. “Allahdan başqa bir `bud yoxdurdeməklə insan müsəlman olursa, “Rəhmandan başqa `bud yoxdurdemək müsəlman olmaq üçün kifayət etmir. Hər bir insanın küfrdən qurtuluşu yalnız bu nurani kəlmənin zikri sayəsində mümkündür. Bu kəlmə ilə başlayıb, bu kəlmə ilə sona yetməyən naqisdir. Peyğəmbərlik vilayət sütunları bu kəlmə ilə möhkəmlənir: “Muhəmmədən Rəsulullah”, “Əliyyən Vəliyyullah”.

Bu kəlmənin özünəməxsus xüsusiyyətlərindən biri budur ki, onun hər bir hərfi atıldıqda qalan hissəsi `nasını itirmir. “Rumsurəsinin 4- ayəsindəlilləh”, “Təğabunsurəsinin 1-ci ayəsindələhu”, “İxlassurəsinin 1-ci ayəsindəhuvəkəlmələri ilə rastlaşırıq. Bütün bu kəlmələrAllahadından alınır. Belə bir xüsusiyyət yalnız ismi-ə`zəmə məxsusdur.

 

Könlünü sevdana verənə əhsən,

Əhsən o qəlbə ki, sevginlə həmdəm.

Aşiqə mələklər qibtə edəsi,

Göyləri isidir qaynar nəfəsi.

Vüsal həsrətilə vurur ürəyim,

Sevgidən başqa yox, inan, istəyim.

Həyatım eşqindən güc almaqdadır,

Xəyalım göylərə ucalmaqdadır.

Bu xəyalı Sənə doğru aparan

Munis mələklərdir, hər biri heyran.

Hicran sahilinə üzüb balıq tək

Canımı eşqinə tapşıram gərək.

Bu könül, bu ürək Sənindir,Sənin,   

Anlamışam ki, yox başqa həmdəmim.

Başqası önündə əyilmək əbəs,

Yalnız Səni deyir içimdəki səs.

Bu məcnun aşiqi qovma qapından,

Bil dərdinə çarə yox başqasından.

Arzusu, xəyalı eşqinə bağlı,

Qəbul et, başından çıxsa da ağlı.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah əl-uzma Safi Gülpayiqani Məşhəddə keçirilən “Sınmış inci” ...
111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI

 
user comment