Azəri
Monday 22nd of July 2024
0
نفر 0

Özünü tanımanın yolları

Nəfsi islah etməyin və gözəl əxlaqa bürünməyin yollarından biri də insanın özünü tanımasıdır. Özünü tanıyan insan nəfsinin kəramətini, Xaliqin əzəmətini, ruhun əhəmiyyətini dərk edər. Özünü tanıyan insan öz Xaliqini də tanıyar. İmam Əli (ə) buyurur: “Hər kim özünü tanıyarsa, Pərvərdigarını tanımış olar”.

Bu hədisdən çıxartdığımız nəticələrə nəzər salaq:

1. Bu hədis nizam bürhanına işarədir. Yəni insan əgər öz ruh və cisminin özünəməxsusluqlarını bilsə, sirlərinə agah olsa, Allaha gedən yol üzünə açılar. Çünki belə bir varlıq əgər özünün nə olduğnu dərk etsə, öz Məbudunu də dərk edəcəkdir. Yəni, Kimin tərəfindən xəlq edildiyini anlayacaqdır. Beləliklə onun özü haqqındakı bu bilikləri insanı Allahı tanımağa tərəf aparacaqdır.

2. Bu hədis həm də vacib və imkan bürhanına işarədir. Əgər insan öz varlığına bir diqqət etsə, görər ki, asılı və məhdud bir varlıqdır. Elmi, qüdrəti, gücü, qabiliyyətləri müstəqil deyildir, asılıdır. Ehtiyacı olmayan bir Varlıqdan asılıdır. Bir anı belə Xaliqdən qafil deyildir. Hər kim özünün bu xüsusiyyətini tanısa, Allahı da tanıyar. Belə ki, asılı olan bir varlıq müstəqil varlıq olmadan yaşaya bilməz.

3. Bu hədis illət və məlul (səbəb və nəticə) bürhanına işarədir. İnsan əgər özünə bir diqqət etsə, görər ki, ruhu və cismi başqa bir illətin məluludur. Onu xüsusi zaman və məkanda dünyaya gətirmişdir. Əgər varlığımızın səbəbinə tərəf getsək, onların məlul olduğunu görərik. Nəhayət ağıl hökm edər ki, bütün bu nəticələr elə bir Səbəb vasitəsilə xəlq edilməlidir ki, başqa bir səbəbə ehtiyacı olmasın. Bu da Sübhan Allahdır.

4. Bu hədis fitrət bürhanına işarədir. İnsan nə zaman qəlbinin dərinliyinə və ruhuna nüfuz edər, fitrətində olan İlahi və tövhid nurunu görər. Mərifətulnəfsdən mərufətullaha çatar.

5. İnsan özündə olan sifətlərlə Allahın sifətlərini dərk edər. Hər kim özünü məxluqat və mümkünat sifətləri ilə tanıyarsa, Allahın sifətlərini dərk edər. Özünün məhdud olduğunu və Allahın sonsuz qüdrət sahibi olduğunu hiss edər. Çünki əgər Allah da məhdud olsaydı, o, da məxluq olardı. Özünün fəna olmasından Allahın bəqalıq sifətinə çatar. Öz ehtiyaclı olmağını dərk edərək, Allahın ehtiyacsızlığına çatar. Öz zəifliyini dərk edərək Allahın qüdrət sahibi olmasına çatar.

Nəticədə demək olar ki, özünü tanımaq yolları bundan ibarətdir: xilqət, sifət, ruh, can, psixologiya haqqında təfəkkür və mütaliə etmək, özünün ehtiyaclı biri olduğunu dərk etmək, məxluq və məlul olduğunu qəbul etmək, kamal istəyində olmaq bizə özümüzü tanımağa yardım edər. İnsan təfəkkür edərək, səadət və bədbəxtliyin nə olduğunu dərk edər, səadət yolunu seçərək, xoşbəxtliyini təmin edər.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ

 
user comment