Azəri
Wednesday 16th of October 2024
0
نفر 0

AİLƏDƏ MƏNƏVİ PRİNSİPLƏR-1

AİLƏDƏ MƏNƏVİ PRİNSİPLƏR-1

 

İslamda ailə

Hüseyn Ənsariyan

 

MƏNƏVİ NEMƏTLƏR

Allah tərəfindən insanın pak qalması, pak yaşaması üçün ona müəyyən nemətlər bəxş edilmişdir. Bu nemətlərin bir hissəsi əql, Quran, nübuvvət, imamət, əməlisaleh alimlər və bunlardan qaynaqlanan bir sıra etiqadi, əməli və əxlaqi məsələlərdir.

Bu nemətlərin hər birinin mənasına ayrı-ayrılıqda nəzər salmaq lazımdır.

ƏQL

Əqldən məqsəd dərketmə qabiliyyətidir. Nəzəri məsələlərdə haqqı, batili, əməli məsələlərdə isə xeyiri, ziyanı dərk etməkdir.

Bu bənzərsiz nemət zahiri hisslər vasitəsilə əşyaların zahirini dərk edir, batini hisslərlə isə dostluq, düşmənçilik, qorxu, ümid və s. kimi mənəvi məsələləri dərk edir və onların hər birini öz yerində işlədir. Əql nəzəri məsələlərdə nəzəri, əməli məsələlərdə isə əməli hökmlər verir.

Əqlin işıqlı fəaliyyəti onun insan daxilində iqtidara malik olduğu, digər qüvvələrin onun iqtidarı altında olduqları zaman boyunca davam edir. Lakin insan daxilində əqldən güclü bir qüvvə olarsa, bu zaman əql zəifləyəcək və insan müvazinətini itirərək ifrata, təfritə varacaq.

Həyati məsələlərdə ifrata, təfritə düçar olanlar şəhvətin, qəzəbin və tamahın əql üzərində çaldığı qələbə nəticəsində öz müvazinətlərini itirmişlər.

Şəhvətə meydan vermək, qərizələri cilovlamadan sərbəst buraxmaq, günah əhli ilə oturub-durmaq və reallıqlara etinasızlıq əqli zəiflədən, onu əldən salan amillərdəndir. Əqlin əldən düşməsi ilə haqqı batildən ayırmaq, mənəvi həqiqətləri tanımaq olduqca çətin olur. Belə olduqda, insan min bir hiylə ilə maddiyyat əldə etsə də, dünya və axirət əzabına layiq görüləcək.

Cəhənnəm xadimləri cəhənnəm əhlinə deyərlər: «Sizə bu gündən qorxudacaq bir peyğəmbər göndərilmədimi?!» Cəhənnəm əhli cavab verərlər: «Göndərilmişdi, lakin biz onları yalançı sanaraq, haqq göstərişlərini dandıq». Sonra isə cəhənnəm xadimlərinə deyərlər:

«Onlar «Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətindən) ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!» deyəcəklər».

Düşünmək, dərk etmək o zaman mümkün olar ki, insan daxilində son söz əqldən qeyri bir qüvvəyə məxsus olmasın. Əgər son söz şəhvətə məxsus olarsa, insanı hidayət etmək üçün əqlin əlindən bir şey gəlməyəcək.

İmam Sadiqdən (ə) soruşdular: «Əql nədir?» Həzrət buyurdu: «Əql odur ki, onun vasitəsilə Allaha ibadət olunaraq behişt qazanılsın». Soruşdular: «Müaviyədə olan nə idi?» Həzrət buyurdu: «Şeytanlıq, hiylə. Əql deyil, ona oxşar bir şey».

Əql necə də böyük bir nemətdir ki, insan onun sayəsində Haqqın həqiqi bəndəsi olaraq behişti kəsb edir.

Həzrət Əli (ə) buyurur: «Əqlin səyi insanın günahlarının tərk olunması, daxili və zahiri eyblərin islah edilməsi üçündür».

Bu nemətin nuru elə bir həddədir ki, Əmirəl-möminin (ə) buyurur: «Əgər Allah-təala haram şeyləri qadağan etməsəydi belə, əqlin onları tərk etməsi zəruri olardı».

İmam bu kəlamı ilə əqlin çox yüksək dərkindən xəbər verir.

«Qürərül-hikəm» kitabının əql fəslində həzrət Əlidən (ə) rəvayət olunur: «Aqil nəfsi üzərində qələbə çalan, axirətini dünyasına satmayan və Allahın ibadəti üçün nəfsinə qarşı çıxan şəxsdir. O qəzəbləndiyi, sevindiyi və qorxduğu zaman özünə sahib çıxır. Aqillərin əxlaqı şəhvətlərinin azlığı və qəflətdə olmamalarıdır».

Həzrət Peyğəmbər (s) buyurur: «Bütün xeyirlər əqlin vasitəsilə əldə olunur. Əqli olmayanın dini də yoxdur».

Bir çox rəvayətlərdə qeyd olunur ki, qiyamətdə insanın günah və savabı əqlinə bağlı olacaq. Çünki məsuliyyətin, vəzifənin meyarı əqldir. İnsan əqlindən haqqı batildən, xeyri şərrdən ayırmaq üçün istifadə etməlidir. Əqldən istifadə etməmək böyük günahdır.

Ailə başçısı əqldən bəhrələnmək üçün onu şəhvətin, arzuların hücumundan qorumalı, özünün və ailəsinin əqlinin həva-həvəsin əsirinə çevrilməsinə imkan verməməlidir. Çünki insan əqlin işdən düşməsilə, insanlıqdan xaric olaraq heyvanlar aləminə qədəm qoyur.

Bu sahədə fəsad əhli ilə əlaqə yaratmaqdan, onlarla get-gəl etməkdən çəkinin. Bütün get-gəllərinizi gözəl İslam göstərişləri əsasında qurun.

Həzrət Peyğəmbər (s) buyurur: «Həvarilər həzrət İsaya (ə) dedilər: «Hansı şəxslərlə yoldaşlıq edək?» Həzrət İsa (ə) buyurdu: «Onu gördükdə Allahı xatırladığınız, danışdıqda elminizi artıran və əməlləri sizi axirətə rəğbətləndirən şəxslə yoldaşlıq edin».

İmam Səccad (ə) buyurur: «Allahın saleh bəndələri ilə yoldaşlıq etmək sizi islah olunmağa tərəf çəkəcək».

Rəsuli-əkrəm (s) buyurur: «Əməlisaleh alimlə münasibətdə olmaq sizi şəkkdən yəqinə, riyadan ixlasa, yersiz sevincdən qorxuya, təkəbbürdən təvazökarlığa və xainlikdən xeyirxahlığa tərəf yönəldər»; «Ölülərlə oturub-durmaqdan çəkinin. Soruşdular: «Ya Rəsulullah! Onlar kimlərdir?» Həzrət buyurdu: «Sərvəti onu günaha sürükləyən hər bir sərvətli şəxs».

Həzrət Əli (ə) buyurur: «Şər insanların məclisləri bəladan amanda deyil»; «Pislərlə yoldaşlıq etməkdən çəkinin, yaxşılarla yoldaşlıq edin».

Əqlin hakimiyyətini istəyirsinizsə, özünüzü və ailənizi şər insanlarla oturub-durmaqdan, şəhvətlərin qələbəsindən qoruyun

.

Bu gün bütün dünya xalqlarını məhvə doğru sürükləyən şər amillərdən biri də müxtəlif videofilmlər və peyk vasitəsilə ötürülən pozğun kanallardır. Bu iki fəsad qaynağı insanların əqlini və əxlaqi xüsusiyyətlərini viran edir.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əbədiyaşar hikmətlər
DÖRD MÜHÜM VƏZİFƏ
Xoşbəxtlik axtaran kişilərə tövsiyələr
Həqiqəti göstərən eynək
MADDİ VƏ MƏ᾽NƏVİ BƏRƏKƏTLƏR
RUHUN SAFLAŞDIRILMASI
Ayələrin mənasını bilmədən Quran oxumağın faydası varmı?
YUXUDA DA ALLAHI YAD ETMƏK
Fatimeyi Zəhranın (s.ə) adları
Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək ...

 
user comment