Azəri
Friday 27th of December 2024
0
نفر 0

AİLƏDƏ MƏNƏVİ PRİNSİPLƏR-5

AİLƏDƏ MƏNƏVİ PRİNSİPLƏR-5

İslamda ailə

Hüseyn Ənsariyan

NAMAZ

Düzgün şəkildə namaz qılmaq yalnız ailə başçısının üzərinə düşən vəzifə deyil. Namaz, Quranın buyurduğuna əsasən, hamıya vacibdir. Ailə üzvləri namaz qılmadıqda, ailə başçısı olduqca mülayim şəkildə onları başa salmalı və bu xeyirli işə rəğbətləndirməlidir:

«Əhlinə (ailənə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)» .

Quranda həzrət İsmayılın (ə) xüsusiyyətlərindən birinin də ailəsini namaza dəvət etməsi olduğu buyurulur:

«O öz əhlinə (ailəsinə) namaz qılmağı, zəkat verməyi əmr edirdi».

Quranda həzrət İbrahimin (ə) Allahdan qiyamət gününə qədər bütün nəslinin namaz qılmasını diləməsini oxuyuruq:

«Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et».

 Həzrət Peyğəmbər (s) bir çox rəvayətlərdə namazın gözünün nuru olduğunu buyurur.[88]

İmam Sadiq (ə) buyurur: «Allahı tanımaqdan sonra namaza tay olacaq başqa bir şey yoxdur».

Həzrət Əli (ə) buyurur: «Sizə namaz qılmağı tövsiyə edirəm. Həqiqətən, namaz ən yaxşı əməl və dinin sütunudur».

Quran namazın insanı çirkinliklərdən, aludəçiliklərdən çəkindirən bir amil olduğunu buyurur:

«Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər».

İmam Baqir (ə) buyurur: «Qiyamətdə soruşulacaq ilk şey namazdır. O qəbul olunarsa, digər əməllər də qəbul olunar».

Namazın vaxtını ötürmək, onu yüngül saymaq və ya tərk etmək Peyğəmbərin şəfaətindən məhrum olmağa və Allahın rəhmətindən uzaq düşməyə səbəb olur.

Ailə başçıları öz arvad-uşaqlarının namazına əhəmiyyət verməlidirlər. Əks təqdirdə, onlar qiyamət günü «Bizi namaza dəvət etməmişdilər. Bu ilk növbədə ərimizin və atamızın günahıdır»-deyə Haqqa şikayət edəcəklər. Onlar deyəcəklər: «Pərvərdigara! Bizim namazımıza etinasız yanaşdıqları üçün intiqamımızı onlardan al. Onlara lənət yağdır və əzablarını artır».

Uşaqlar çox qəribə xilqətə malikdirlər. Böyüklərin bütün əməllərini yamsılayırlar. Əgər ailə başçıları namaz qılsalar, oruc tutsalar, Quran oxusalar, gülərüz olsalar, uşaqları onları yamsılayacaq və get-gedə bu onların sabit xüsusiyyətlərinə çevriləcəkdir.

Bir rəvayətdə buyurulur: «Həzrət İsa (ə) sahibinə cəza verilən bir qəbirin yanından keçdi. Növbəti il həmin qəbirin yanından keçdikdə, qəbir sahibinin əzabdan xilas olduğunu müşahidə etdi və Allahdan bunun səbəbini soruşdu. Ona vəhy olundu: «Onun əməlisaleh bir övladı var idi. Bir yol düzəltdirib, bir yetimə sığınacaq verdi. Övladının əməlinə görə onu bağışladıq».

Əməlisaleh övlad yetişdirməyin bu dünyadakı xeyrindən əlavə axirətdə, bərzəxdə və qiyamətdə də xeyri çoxdur. Bu xeyirli işdən məhrum olmamaq üçün səy göstərmək lazımdır.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İRАDLАR HİCАB VӘ MӘNTİQ
QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
Həzrəti Əli (ə) kimdir?
Həzrəti Fatimənin (s.ə) şəhadəti
İŞ VƏ FƏALİYYƏTİ
İzdivac, evlənmə astanasında
QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
FƏDAKARLIQ VƏ İSAR
İpə-sapa düzülməmiş incilər
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR

 
user comment