Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

Yas mərasimləri niyə bu qədər təmtəraqlı keçir

Qəm-qüssə evi bürümüşdür, evin atası dünyasını dəyişmişdir. Uşaqları atasının əzasına oturublar. Hərə öz tərəfindən bir iş görmək istəyir. Böyük oğul tabutun və qəbir qazanmasının ardınca qaçır. Qızı gəlib-gedənləri yola salmaq üçün yemək bişirir və evləri səliqəyə salır. O biri uşaqları isə yas mərasimi üçün çadır danışmağa gedirlər. Bütün hər birinin də öz xərci və öz mənfi nəticələri vardır.

Çağdaş dövrümüzdə yas mərasimlərinin belə təmtəraqlı keçməsinə səbəb nədir?

Dəyərlimizi təmtəraqa qurban veririk!

Meyiti dəfn etmək İlahi bir vacibatdır. Cəmiyətimizdə mənəvi dəyər sayılır. Ancaq əgər bu məsələ israf və təmtəraqla bir yerdə olarsa, Haqq Təala tərəfindən qəbul edilməz.

Yas mərasimlərində bizi narahat edən şey -abrımızın getməməsidir. Əgər bizim məclis başqalarından daha az nemətli olarsa, abırımız gedə bilər. Bəs Allah yanındakı abrımız necə?

Bunu etiraf etmək lazımdır ki, hal-hazırda yas mərasimləri toy mərasimlərindən geri qalmır. Hər bir insana həyatında iki mərasim keçirərlər. Biri toy və o biri isə yas.

Əza məclisləri o məclislərdir ki, o məclisdə dünyadan getmiş insan üçün əza saxlanılsın və insanlar orada iştirak edərək, ev sahibinə başsağlığı versinlər. Onunla həmdərd olsunlar. Bu məclisdə oxunan “Fatihə” və Quranın başqa nurani surələri, Əhli-beytə (ə) göz yaşı tökmək, ölənin ruhunun bağışlanmasını istəmək başqalarına ibrət dərsidir. Onların da bir gün bu dünyadan köçəcəyini xatırlatmaqdır.

Alimlərin nəzərinə görə meyit üçün üç gün yas saxlanmalıdır. Hədislərin birində oxuyuruq ki, Peyğəmbər (s) Cəfər ibni Əbi Talibin şəhadətindən sonra Fatimeyi-Zəhraya (s.ə) buyurur ki, bir neçə qadınla Əsma binti Əmisin evinə getsin və üç gün onlar üçün yemək aparsınlar.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, üç gündən artıq əzadarlıq keçirtmək və matəmdə əyləşmək caiz deyildir. Məgər həyat yoldaşı olsa.

Ölənin 40-nı saxlamaq mədəniyyəti bizə İmam Hüseynin (ə) 40 mərasimini keçirməkdən daxil olmuşdur. Tarixçilər nəql edir ki, Cabir ibni Abdullah Ətiyyə ilə bir yerdə İmam Hüseyni (ə) şəhadətinin 40-cı günü ziyarət etmişdilər. Demək olar ki, ölənlərimiz üçün keçirilən 40 mərasimləri İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününü qeyd etmək xatirəsini canlandırmaq xarakteri daşıyır.

Bunu qeyd etmək lazımdır ki, bu cür məclislər Peyğəmbər (s) sünnəti olmasa da, bidət də deyildir. Bidət o şeydir ki, dində olmayan bir şeyi ona daxil edəsən. Bu cür məclislər dinə nisbət verilmədiyi üçün bidət də sayılmır. Eyni zamanda bu məclislərdə Quran oxunduğu, sileyi-rəhm edildiyi, həmdərdlik edildiyi üçün dini xarakter də daşıyır.

Yas mərasimləri dinin yayılması və dini maarifi təbliğ etmək üçün münasib məclislərdir. Bu məclislərdə insanlar günahdan uzaq olmağa və təqvaya riayət etməyə dəvət edilir. Ona görə də deyə bilərik ki, bu cür məcləslərə din müxalif deyildir, əksinə bəyənir.

Lakin bunu bilmək lazımdır ki, bu cür məclislərdə iştirak etməyin hikməti odur ki, insan Allahı yada salsın, Qiyaməti xatırlasın və dünyadan soyusun. Ancaq əgər bu mərasimlər bayram məclisləri kimi bəzədilərsə, orada müxtəlif çeşidli yemək verilərsə, insan özünü əzada hiss etməz. Bu cür məclislər bizə axirəti necə xatırlada bilər ki?

İmam Sadiq (ə) əzadarlıq məclisinə daxil olur və orada olanlara buyurur: “Allah sizə gələn bu müsibətin əvəzini verəcəkdir. Bu müsibətə görə etdiyiniz səbirə görə sizə yaxşı mükafat verəcəkdir. Vəfat edən şəxsi də Öz rəhməti sayəsində qərar verəcəkdir”. Sonra isə məclisdən çıxır.

Bu hədisdən görmək olur ki, mərasimləri sadə şəkildə təşkil etmək lazımdır. Ölənin yaxınlarına başsağlığı vermək istəyən dostlar və ya qohumlar onlara həmdərdlik etməlidir, onları zəhmətə və əziyyətə salmamalıdırlar. Onlar çalışmalıdır ki, bu qəm görmüş insanlar yemək bişirməsinlər, yaxınları onlara yemək gətirsinlər.

İmam Sadiq (ə) buyurur: “Müsibət görənlərin qarşısında yemək yemək - cahiliyyət dövrünün rəftarıdır. İslam sünnəti belədir ki, onların yeməyini başqaları hazırlasınlar. Necə ki, Peyğəmbər (s) Cəfər ibni Əbi Talibin məsələsində belə rəftar etmişdi”.


source : http://deyerler.org/
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?

 
user comment