Azəri
Sunday 4th of June 2023
0
نفر 0

Belçikalı 92 yaşlı xanım: “İndi İslamı qəbul etdikdən sonra dünyaya gəldim”

92 yaşlı Belçika sakini Josette Marie 2010-cu ildə İslam dinini qəbul etdiyini elan edib. Hazırda 94 yaşı olan qadın özünə Nur adını götürüb, - “İslamNyus”.
“Mən heç bir zaman İslam dinini qəbul etmək barədə düşünməmişəm. Lakin, mən uzun müddət ərzində müsəlmanlarla əlaqədə olmuşam. Hər zaman mən müsəlmanlara və onların dini dəyərlərinə böyük hörmətlə yanaşmışam”, - deyə xanım Nur bildirib.
“Mən əminəm ki, İslam qaydaları ilə kəsilən heyvanlar təmiz və daha xeyirlidir. Əlbəttə ki, məni İslama cəlb edən əsas amillərdən biri müsəlmanların yaşlı insanlara olan münasibəti oldu”, - deyə İslamı qəbul etmiş xanım vurğulayıb.
Xanım Nur artıq Həcc ziyarətində olub. O, artıq iki ildir ki, Ramazan ayında oruclarını tutur, hicaba tam şəkildə riayət edir.
“Mən o qədər təəssüf edirəm ki, İslamı gec qəbul etdim və bu qədər ili İslamdan kənar yaşadım. Mən həqiqətən də İslamı qəbul etdikdən sonra – 2010-cu ildə dünyaya gəldim. Mən keçmişini itirmiş, indiki gözəl həyatını yaşayan bir şəxsəm. İstəyirəm ki, müsəlman kimi ölüb, müsəlman kimi dəfn ediləm”, - deyə xanım vurğulayıb.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Azərbaycan dindarları alimlərdən məktəblərdə hicaba qoyulmuş qadağaya ...
Almaniyada ilk islam ilahiyyatı fakültəsi fəaliyyətə başladı
Kamil möminin sahib olduğu 4 xüsusiyyət
Livan alimlərindən təşkil olunmuş heyət Vatikana göndərildi
İslam incəsənəti müsəlmanları Qurana yaxınlaşdırır
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
ABŞ-da Quranı yandırdılar!
Vatikan ilə dini dialoqun yeddinci dövr iclası təşkil olunacaq
Sionistlər müqədəs İslam Peyğəmbərini təhqir etmişlər
Nəcəf şəhəri İslam dünyası mədəniyyət paytaxtı olmağa hazırlaşır

 
user comment