Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

"Qüds günü" və hədəfləri (köşə yazısı)

Qüds gününün təsis edilməsi imam Xomeyni tərəfindən çox böyük uzaqgörənliliklə atılmış bir addım idi. İmam bu addımı ilə Qüds problemini daim aktual saxlamağa nail oldu.

"Qüds günü" və hədəfləri (köşə yazısı)

Qüds gününün təsis edilməsi imam Xomeyni tərəfindən çox böyük uzaqgörənliliklə atılmış bir addım idi. İmam bu addımı ilə Qüds problemini daim aktual saxlamağa nail oldu. Amma Qüds problemi nə sırf İslamı bir məsələdir, nə də bəzilərinin dediyi kimi İsrail və ərəblər arasında olan milli münaqişədir. Çünki Qüds probleminin kökündə bir insaniyyət davası durur, nəinki İslamiyyət və ya milliyət davası. Bu səbəbdəndir ki, Qüds problemini nə sırf dini, nə də milli bir məsələ kimi qiymətləndirmək doğru deyil. Əslində Qüds problemini sırf vicdani bir məsələ adlandırmaq daha doğru olardı. Əgər bir kəs həqiqətən təmiz vicdan sahibidirsə, məzlum Fələstin xalqının yanında olacaq. Nə bəzi tayfa və milliyət davası edənlər kimi məsələyə Ərəb-İsrail problemi kimi baxacaq, nə də bəziləri kimi kor-koranə din təəssübkeşliyi edəcəkdir. Fələstin xalqının yanında ona görə olacaq ki, oradakı insanlar məzlumdur və həqiqətən Fələstində bir insanlıq faciəsi yaşanır. Tarix də bizə göstərir ki, vicdana görə kömək etmək sair səbəblərə (din, milliyət və s.) görə kömək etməkdən daha ixlaslı və dəyərlidir. Necə ki, güclü maddi resurslara və imkanlara malik olan əksər ərəb ölkələri, öz din və qan qardaşı olan Fələstini yalnız qoyur. Əksinə, Fələstin torpaqlarını işğal etmiş qondarma rejim və onları himayə edənlərlə müttəfiqlik edərək orada öldürülən insanların qanına ortaq olur. Amma tarix bizə onuda göstərir ki, Raçel Korri adlı bir xanım jurnalist, amerikalı və xristian olmasına baxmayaraq, Fələstində baş verənlərə qarşı biganə qala bilmir, "Zülm bizdəndirsə, mən bizdən deyiləm" deyərək, bu zülmə etiraz edir. Və ən sonda Fələstindəki məzlum insanları müdafiə edərkən buldozerin altında qalaraq bu yolda qəhrəmancasına həlak olur. Həqiqətən, biz bu iki nümunəyə baxdıqda "vicdan"ın necə qiymətli bir nemət olduğunu başa düşürük. Çünki, Fələstinin ərəb və müsəlman "qardaş"larının etdiklərini "vicdansızlıq"dan, bu amerikalı və xristian xanımın etdiyini isə "vicdan"dan başqa bir şeylə izah etmək mümkün deyil.

Deməli, insanın "vicdan"ın səsinə qulaq asmasına, nə din, nədə qeyri-bir amil mane ola bilməz. Necə deyərlər "vicdanlı elə vicdanlıdır, milliyətindən, dilindən, dinindən asılı olmayaraq."

Bütün bunlardan nəticəyə gəlirik ki, bu gün Qüdsə dəstək olmaq insaniyyətin göstəricisidir. Bu gün Qüdsə dəstək olmaq, məzluma dəstək olmaqdır və bu gün Qüdsə dəstək olmaq hər şeydən öncə bir vicdan məsələsidir.

"Qüds günü"nün qeyd edilməsində ikinci böyük hədəf isə, müsəlmanlar arasında vəhdəti gücləndirmək və İslamın əzəmətini dünyaya göstərməkdir. Bu mənada, "Qüds günü" çox böyük ictimai və siyasi əhəmiyyət daşıyır. Burada vəhdət ondadır ki, məhz bu məsələ ətrafında bütün müsəlmanlar birləşir və vahid mövqe sərgiləyir. Dünyanın hər yerində "Qüds günü" ilə əlaqədar nümayişlər, etirazlar, mərasimlər keçirir, ümmətin dərdi olan Qüds problemini bir yerdə çözməyə çalışır. Necə deyərlər, müsəlmanlar hər Ramazan ayının son Cümə günü güc nümayişi göstərir. Bu güc nümayişi isə heç kəsi təhdid etmir. Əksinə, özündə vəhdət, insaniyyət, zülmə etiraz etmək kimi yüksək dəyərləri ehtiva edir.

Bu günün təsis edilməsində, daha bir səbəb isə Qüdsün İslam üçün böyük dəyərə malik olması və oradakı müsəlmanların, dünya müsəlmanlarından yardım istəməsidir. Peyğəmbərin (s) merac etdiyi yer kimi bilinən çox dəyərli bir məscidin (Əqsa məscidinin) yerləşdiyi bu müqəddəs şəhərin hələ də, sionist işğalında olması, hər bir müsəlman üçün utancvericidir. Və oradakı müsəlmanların dünya müsəlmanlarına məzlumca çağırışı qəlbləri ağrıdan bir haldır. Bu çağırışa cavab vermək isə İslamın tələbidir. Çünki əziz peyğəmbərimiz (s) buyurmuşdur ki, "Kim bir müsəlmanın İslam ümmətindən kömək çağırışını eşidə amma ona kömək etməzsə, məndən deyildir". İmam "Qüds günü"nü təsis etməklə, müsəlmanların çağırışına cavab verdi və bizləri də buna dəvət etdi. Buna görə, Qüdsə və oradakı məzlum müsəlmanlara sahib çıxmaq, onun taleyinə biganə qalmamaq hər bir müsəlmanın borcu və vəzifəsidir. Bu gün Qüdsə sahib çıxmaq, peyğəmbərin əmanətinə sahib çıxmaq, ona biganə qalmaq isə peyğəmbərə xəyanət deməkdir. Bu mənada imamın bu addımı təqdirəlayiqdir və İslam üçün əhəmiyyətli addımdır.

İmamın Qüds problemini daim aktual bir problem olaraq saxlamağa çalışmasında, daha bir əhəmiyyətli səbəb isə bizlərə mesaj çatdırmaqdır. Bəli, imam Qüds məsələsini bu qədər qabardaraq bizə mesaj göndərir ki, İslam üçün əhəmiyyətli olan hər bir məsələ bu cür diri və aktual saxlanılmalıdır. İslam üçün həyati əhəmiyyət daşıyan hər bir məsələni, unudulmağa və adiləşməyə qoymaq olmaz. Yoxsa, İslamın adından başqa bir şeyi qalmaz. Əgər İslamın yaralı yeri Qüdsdürsə, Qüdsə sahib çıxmaq lazımdır, əgər hicaba qadağa qoyulursa, hicab müdafiə edilməlidir, əgər İslam alimləri həbs edilibsə onlara yardım etmək lazımdır. İmamın "Qüds günü" münasibəti ilə göndərdiyi ən önəmli mesajlardan biri də budur.

Odur ki, əzizlərim, Qüds probleminin mahiyyətini və "Qüds günü"nün hədəflərini düzgün başa düşməli və eyni həssas mövqeni bütün vacib islami məsələlərdə göstərməliyik.

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Rusiyada İslami kitablar sərgisi
“İŞİD” komandirilə yatağa girməkdən boyun qaçıran qızcığaz zəhər içib ...
Eskişehirdə göydən palçıq yağıb
İmam Xamenei nüvə anlaşması ilə bağlı prezidentin qarşısında 5 şərt qoydu
İntifada davam edir, yəhudi işğalçıları 3 fələstinlini Şəhid etdi
Ayətullah Məkarimin ruhanilərə müraciəti
Hələb həqiqətlərini suriyalı qaçaın qadının naləli dilindən eşidin

 
user comment