Azəri
Monday 6th of January 2025
0
نفر 0

Həzrəti Əbülfəzlil Əbbasın (ə) hərəmi Fatimiyyə Günlərilə bağlı qara parçalarla bəzənildi

Həzrəti Əbülfəzlil Əbbasın (ə) hərəmi Fatimiyyə Günlərilə bağlı qara parçalarla bəzənildi

Allah Təala müqəddəs Quranında buyurub: «Şübhəsiz ki, Allah və onun Rəsulunu incidənlərə, Allah dünya və axirətdə lənət eləmiş və onlara rüsvayedici əzab hazırlamışdır». (Əhzab-57)

 

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) dürdanə qızı həzrəti Fatiməi Zəhranın (səlamullahi əleyha) Şəhadət günləri ilə bağlı Əbülfəzlil Əbbas (əleyhis səlam) həzrətlərinin hərəmi də qara bayraqlar və parçalar ilə bəzənilib.

Həmçinin İmam Hüseynin (əleyhis səlam) hərəmi, Bəynəl Hərəmeyn, Təlli Zeynəbiyyə və sair müqəddəs ziyarət mərkəzlərinin işıq və çilçıraqları matəm əlaməti olaraq qırmızı nurla saçaraq bütün Kərbəla şəhərini Şəhadət rənginə bürüyüblər.

Qeyd edək ki, Fatimiyyə Günləri o, günlərə deyilir ki, Xanım Fatiməi Zəhra (səlamullahi əleyha) həmin günlər ərzində ikinci xəlifə Ömər ibn Xəttab, Muğeyrə və Ömərin qulu Qonfoz tərəfindən öz evində döyülərək, qapı ilə divar arasında saxlanılaraq ciddi ölümcül xəsarətlər alır. Nəticədə elə oradaca bətnindəki 6 aylıq oğlan uşağı (onun adı Möhsün idi Allahın salamı ona olsun) zərbələr ucbatından yerə salınaraq Şəhid olur və xanım Fatimə Zəhra (səlamullahi əleyha) da üç gün yatağa düşdükdən sonra dünyasını dəyişərək Şəhid olur.

Tarix yazır ki, Ömər və Əbu Bəkr bu işi gördükdən sonra Xanım Zəhranın (səlamullahi əleyha) görüşünə gələrək ondan etdikləri haqsızlıqlara görə halallıq almaq istəsələr də lakin həzrəti Fatimə (səlamullahi əleyha) qəzblə üzünü divara çevirərək onlarla danışmır və dünyadan köçdükdə də onlardan incili köçür.

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alih) rəvayət vardır: "Fatimə mənim canımın parəsidir. Hər kim onu sevindirərsə məni sevindirib və hər kim məni sevindirərsə Allah Təalanı sevindirib. Hər kim onu qəzəbləndirərsə məni qəzəbləndirib və hər kim məni qəzəbləndirərsə Allahı qəzəbləndirib".

Allah Təala müqəddəs Quranında buyurub: «Şübhəsiz ki, Allah və onun Rəsulunu incidənlərə, Allah dünya və axirətdə lənət eləmiş və onlara rüsvayedici əzab hazırlamışdır». (Əhzab-57)

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

. TARİX GӘLӘCӘYӘ İŞIQ SAÇIR
İMAMLA GÖRÜŞ
İSLAM FƏLSƏFƏSİ İLƏ TANIŞLİQ-3
VƏZİFƏLİLİK (BÜLUĞ HƏDDİ) VƏ ONUN ŞƏRTLƏRİ
QEYBƏTİN KƏFFARƏSİ
Vahabi etiqadının yeni təhlili(2)
İmаm Cаvаddan (ә) qırх hәdis
Şiə və şiəlik sözü lüğət və terminologiyada hansı mə᾿naları daşıyır?
IMAM RZA ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Allaha pənah apar!

 
user comment