Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Allah qanunu – İslam ən gözəlidir

Bağışlayan və Mehriban Allahın adı ilə

İnsan fitrətən ictimai bir varlıqdır və onu ictimaiyyətdən ayrı təsəvvür etmək mümkün deyil. Hətta insan özlüyündə də tənha yaşamağa qadir deyil. Çünki öz istək və ehtiyaclarını təkbaşına yerinə yetirmək gücünə malik deyil. Başqa bir tərəfdən isə özünüsevəndir və hər şeyin hamısını da olmasa, azından ən yaxşısını özü üçün istəyir. Bu iki istək - ictimai olmaq və hər şeyin yaxşısını özü üçün götürmək - bir-biri ilə uyğun gəlmir və bir yerə sığa bilməz. Beləcə ictimaiyyətdə bir qanun olması zəruriliyi yaranır ki, bununla da hər kəsin haqq və hüquqları tanınsın. Əlbəttə, qanunun yaranması ilə onun icraçısına və icranın nəzarətçisinə, qanunu pozanlara qarşı tədbir görənə də ehtiyac yaranır.

Burada ictimaiyyətdə qanun yaradanların hansı sifətə sahib olmalarına hikmət sahiblərinin baxışını nəzərdən keçirək. Qanun yaradan:

1. Ruh və cismdən ibarət olan insanı kamil surətdə tanımalı, onun maddi və mənəvi ehtiyaclarını, səadət və təkamülə yetişmək üçün lazım olan səbəb, yol və üslubları yetərincə bilməlidir. Çünki o, bu qanunu insan və cəmiyyət üçün çıxarır.

2. Heç bir şəxsi mənafe güdməməli, öz dost, qohum-qəbilə və s. kimi bağlılıqlarını qanun çıxararkən nəzərə almamalı, bununla da azad və rahatlıqla cəmiyyətin hər bir fərdi barədə düşünə bilsin.

3. Qanunu insanların maddi və mənəvi təkamülü üçün yaratdığından, maddiyyata diqqət etməklə yanaşı, onun batinində də düzgün etiqadlar və gözəl əxlaqlar əsasında dəyişiklik yaratmasına çalışmalıdır.

İndi isə bu üç sifətə diqqət etməklə, görək qanun yaratmaq istəyən məxluq ola bilərmi?

İnsan, ictimaiyyət arasında qanun qoya bilməz, çünki:

1. Qanun qoymaq üçün lazım olan (yuxarıda sadaladığımız) sifətlər onda yoxdur. Məxluq, insanın ruhunun istəklərindən xəbərsizdir və onun səadəti üçün lazım olan proqramları tanımır, düzgün etiqadların hansı olduğunu bilmir. İnsan yalnız insanın zahirini görür və batinindən xəbəri yoxdur.

2. İnsan öz şəxsi mənafelərini güddüyündən, qohum-qəbiliyə bağlı olduğundan və yaxud kiminsə ona təsiri üzündən qanun qoymaq üçün azad ola bilmir.

Məlum olur ki, ağıl heç vaxt qanun qoyanın məxluq olmasını qəbul edə bilmir. Deməli, qanun qoyan bütün eyblərdən, naqis sifətlərdən uzaq olan və bütün kamal sifətlərini özündə toplamış, insanın yaradıcısı, onun maddi və mənəvi istəklərindən xəbərdar, səadət yolunun göstəricisi, Allah olmalıdır.

Tarix də bunu sübut edir ki, insanın yaratdığı qanunlar heç vaxt kamil və yetərli ola bilməmişdir. Konstitusiya, Amerikada 100 il içərisində 7 dəfə, İsveçrədə 54 dəfə alt-üst olunmuşdur, Sovet ittifaqında isə 70 ildən artıq davam edə bilmədi.

Nəticə: Dünyanın, Allah tərəfindən göndərilən düzgün qanuna ehtiyacı vardır və o qanun peyğəmbərlər vasitəsilə insanlara bağışlanmışdır. Amma İslam peyğəmbəri (s) vasitəsilə göndərilən din və qanun ən sonuncu, kamil və dəyişikliyə uğramadığından İslamın da qanunları yer üzündə insanlar arasında icra olunmalı və onları səadətə çatdırmalıdır. (Əlbəttə, bunu xatırlamaq yerinə düşərdi ki, İslamdan başqa bütün ilahi dinlər dəyişikliyə uğramış, kitabları insan tərəfindən yazılmış və bəzi nöqsanları olduğundan tarixdə də göründüyü kimi dövləti idarə etmək gücünə malik olmamışdır.)

Dünyada olan hökumət qurluşlarının öndə duranları

Dünyada bir sıra hökumət qurluşları olmuş və vardır. O cümlədən:

Şahlıq (avtokrat), şərtlənmiş şahlıq, aristokrat, oliqarx, elit, demokratik və islami. Bu hökumət qurluşlarının içərisində özünə ən çox tərəfdar toplamış demokratik hökumətdir və bu quruluşun tərəfdarları bunu bir neçə cəhətə görə tərifləmişlər: əksəriyyətin hakimiyyəti qəbul edilir; ölkəni idarə edəcək məsulların təyin olunması, vəzifədən kənarlaşdırılması ümumi səsvermə yolu ilədir; ümumi idarəçilik və məsuliyyət; vətəndaşları ölkənin mühüm idarəçilik işlərində iştirakına şərait yaradaraq, onları önə çəkməklə vətəndaşlıq, ölkə üçün faydalı bir şəxs olmaq hissinin yaradılması; şəxsin söz mətbuat, ictimai azadlığının təmini və vətəndaşlıq hüquqlarının qorunması; iqtisadi, siyasi sahələrdə bərabərlik və ölkənun bütün fərdlərinin seçki hüququnun təmin olunması; hökumətin sabit və möhkəmlənməsi, məsul şəxslərin hakimiyyətdən uzaqlaşdırılması və ya dəyişilməsi üçün qanuni yollardan istifadə olması və kobudluğa yol verilməməsi.

Demokratik hökumətin bununla yanaşı elə böyük eybləri vardır ki, onun bütün gözəlliklərini kölgədə saxlayır:

1. Haqla-batil, düzgünlə-səhv ayırd edilmir və bunların demokratik qurluşda heç bir manası yoxdur və meyar yalnız ümumi seçkidir. Başqa sözlə desək, haqq, çox tərəfdarı olanladır. Bu da aldadacı təbliğat nəticəsində hətta xalqı aldadanın birisinə də haqq verir. Və bunun nəticəsidir ki, belə qurluşda kamal, səadət və uca ilahi məqamlara yetişmək təsəvvür belə olunmur, əxlaqi dəyərlər, insani keyfiyyətlər aradan qalxır, yaxşılar ev küncündə oturmağa məcbur olur.

2. İnsanların hidayəti üçün göndərilmiş ilahi dinlər nəzərə alınmır və yalnız insanların iradə və istəyi meyar kimi götürülür. Demokratik quruluş din və dinini gözləyən şəxs ilə həmişə ziddiyyətdədir (hicabın qadağan olması kimi).

3. Hökumətin qanuni olması camaatın əksəriyyətinin onu qəbul etməsi ilədir, bu da camaatın dünyəvi etiqadları (düz, ya səhv olmasından asılı olmayaraq) ilə uyğun gələn hökumətin idarəçiliyinə gətirib çıxarır.

4. Demokratik quruluşda hökumət başına gəlmək üçün bəhanələr çoxdur, ondan asanlıqla sui-istifadələr etmək olar. Bəziləri hətta demokratik qurluşu bu cəhətdən fürsəttələblərin, fırıldaqçıların hökuməti adlandırmışlar.

5. Ölkənin böhranlı vəziyyəti, qarışıq və çətin məsələlərinin həlli, təbliğat nəticəsində xalq tərəfindən sevilərək seçkilərdə qalib gələn təcrübəsiz şəxslərinin əlinə verilir. Bu da xalqın böyük uğursuzluğa düçar olmasına, böyük ziyanlara düşməsinə səbəb olur.

6. Mümkündür ki, güclü bir siyasətçi öz siyasət və təbliği ilə xalqı aldatsın və özünün ömürlük hakimiyyətdə olmasına referendum keçirərək, qələbə qazansın.

Demokratik quruluşu bəyənənlər, İslamın hökumət üçün olan meyarlarından xəbərləri olmamış, bu barədə mütaliə etməmiş və ya düzgün nəticə çıxarmamışlar. Onlar, İslam hökumətindən yalnız tarixdə oxuduqlarını və ya şahid olduqlarını görmüşlər - bu da dəlil ola bilməz. Çünki dəfələrlə qeyd etdiyimiz kimi İslam şəxsiyyətlə ölçülmür, onun Quran kimi səmavi və heç bir dəyişikliyə uğramayan kitabı var və şəxsiyyətlə tanımağa zərurət olduqda Peyğəmbərə (s) müraciət olunmalıdır. Çünki İslam hökuməti yaranışının ilk illərində (Peyğəmbər (s) dünyadan getdikdən sonra) hökumət işlərini idarə edə biləcək şəxslərin kifayət qədər olmaması nəticəsində təcrübəsi az olanlarla idarə olmaq məcburiyyətində qaldı və ya bacarıqlılar tapıldığı surətdə istəmədikləri halda daxili və xarici müharibələrlə üzləşdi və hökumətin xalqa qarşı lazım olan tədbirləri - ümumi rifahın yaxşılaşdırılması və yoxsulluqla mübarizə, asayişin təmin olunması və s. - təmin oluna, həyata keçə bilmədi. Sonralar isə padşahlığa çevrildi... Öz əsrimizdə də İslam adından çıxış edən, lakin həqiqətdə İslama xəyanət edən Taliban kimi ifratçı bir hökumət aparatı ilə qarşılaşdılar. Ona görə də nə İslam ümmətinin özü, nə də yer üzünün başqa millətləri həqiqi və Allahın istədiyi hakimiyyəti görə bilmədilər. İslamdan onların yaddaşında acı xatirələr yarandı. Yalnız imam Xomeyninin rəhbərliyi altında İranda İslamdan başqa bütün qurluşların puç olduğunu başa düşən xalqın istəyi ilə həyata keçən islami inqilabdan sonra, yer üzündə Peyğəmbərdən (s) sonra ilk həqiqi İslam hökuməti yaradıldı və bütün dünyaya səs-səda saldı. Bu İslam qanunlarına və dinşünas, adil bir şəxs tərəfindən idarə olunan hökumət, bütün azadlıqsevərlər üçün nümunəyə çevrildi və bu hökumət göstərdi ki, əgər millətlər İslama üz tutsalar, onlara qarşı çıxan düşmənlər onlarla heç bir sahədə qarşılaşa bilməz, hərbi hücumlar, iqtisadi, siyasi blokadalar onu zəiflətmək üçün olsa da, İslam hökuməti bu proqramı özünün bütün sahələrdə inkişafı üçün, yəni tamamilə düşmənin istəyinin əksinə dəyişdirmək gücündədir. Bu hökumət göstərdi ki, ölkəni idarə etmək üçün ən gözəl proqram İslam dinində və onun seçdiyi rəhbərə bel bağlamaqda, vilayəti başa düşərək, ona tabe olmaqdadır. Bu hökumət göstərdi ki, müxtəlif dinlərə, məzhəblərə və millətlərə mənsub olan insanlar, İslam hökumətində rahatlıqla bir yerdə yaşaya bilərmişlər və hər birinin hüquqları necə gözəl şəkildə qorunur.

Bəli, İslam hökuməti hamısından gözəldir

1. Ümumi ədalət, islami qurluşda hökumətin əsas sütunlarından birini təşkil edir.

2. Əxlaqi dəyərlər ən mühüm məsələ kimi nəzərdə tutulur.

3. Hökumət başçısı bəyənilmiş sifətlərə malik olmalıdır.

4. Fəhlə və zəif təbəqənin maaşına zəmanət verilmişdir, yəni bu təbəqə ən azından abırlı yaşamaq qədərində olan maaş almalıdırlar.

5. Hökumət, insanın hidayəti, onun maddi və mənəvi səadətini təmin edə biləcək gücündə olan ilahi qanunlar əsasında idarə olunur, insan barədə məlumatı olmayan şəxslərin yazdığı qanunlarla yox.

6. İnsanları birliyə, səfa və səmimiyyətə, qardaş olmağa səsləyir, daha partiyalara bölərək bir-birləri ilə düşmənçiliyə yox.

7. Hökumətə dinin və xalqın qəbul etdiyi və onu idarə etməyə layiqli şəxslər gəlməlidir, seçkiləri udmuş təcrübəsiz yox.

8. Ailə, ölkənin özəyi hesab olunduğundan onun möhkəmlənməsinə çalışılır.

9. İnsanların hörmətlə yaşamasını arzulayır, kimin və nəyinsə quluna çevrilməsini yox.

10. Heç vaxt üstünlüyü kapitalist və varlılarla verməmişdir, insanlar maddi baxımdan onun üçün bərabərdirlər.

İslam tamamilə siyasi bir dindir

Bəzilərinin də yanlış olaraq belə düşünmələri mümkündür ki, İslam siyasi bir din deyil və o hökuməti idarə edəcək proqramlar yoxdur. Hansı ki Allah İslam dininin kamil din olduğunu bəyan edir: "Bu gün dininizi sizin üçün kamil etdim". ("Maidə": 3). Kamil olan bir dində isə nöqsandan danışmağın yeri yoxdur və onu nöqsanlı bilənlər öz araşdırmalarını artırmalıdırlar.

Siyasətin tərifinə diqqət etdikdə görürük ki, siyasət: "camaatı, onların məsləhəti olan işlərə yönəltməklə, vəziyyətlərinin yaxşılşdırılması" mənası verir. Siyasi icmalçıların nəzərində hər bir qurluşda dörd ictimai məqsəd olsa, həmin qurluş siyasidir. O dörd məqsəd bunlardır: 1. Bir hədəf uğrunda mübarizə; 2. Qanunun tətbiqi; 3. İnsanlar arasında islahetmə; 4. Ədələtə hökm etmək.

Bunların hər dördü barədə Qurani-kərimdə söz açılmışdır: 1. Cihad; 2. Xalq tərəfindən seçilmiş rəhbərin hakim olması; 3. Ədalətin yayılmasına və icra olunmasına hökm; 4. Millətin meydana gəlməsi və formalaşması (burada millətdən məqsəd İslam ümmətidir).

Cihad

Cihadın - istər böyük cihad olsun, istərsə də kiçik - əsası, insanın hər növ bağlılıqdan azad olması və Allaha tərəf hərəkətdən ibarətdir. Çünki insan yalnız azad olduğu halda azad düşüncəyə sahib ola bilir və öz Allahını tanıyır. Allah insanı azad yaratdığından insanın ilk məsuliyyəti özünü azad etmək uğrunda mübarizədir. Siyasi baxımdan da ölkənin azadlığı onun cəmiyyətinin bu yolda mübarizəsinə bağlıdır. Qurani-kərim bu barədə buyurur: "İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər...". ("Ənfal": 72). Bu ayənin ardınca buyurur: "Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıdakı ayədə sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar". ("Ənfal": 73).

Bu ayələrdən məlum olur ki: 1. Cihad vacibdir. 2. Hicrət edənlərə öz ata-baba vətənlərinin nicatı vəzifədir. 3. Cihad, ümumi və başqa məna ilə bir növ azadlıq deməkdir. 4. Cihad təkcə qılınc və zor gücüylə deyil, şəraitinə görə müxtəlifdir.

Rəhbər

İslam hökumətində rəhbər, ədalətli, elmli (Quran və rəvayətlər əsasında hökm çıxara bilən), hökumət işində hamıdan bacarıqlı, insanı Allaha tərəf yönəltməyi bacaran, insani keyfiyyətləri özündə toplamış şəxs olmalıdır. Qurani-Kərim buyurur: "İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) "Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm", -dedi". ("Bəqərə": 124). Əlbəttə, rəhbərliyin vəzifəsindən biri də xalq arasında islahdır. İslamda dövlət tərəfindən təyin olunmuş xalqın islahını bacaran bir dəstə islah işi ilə məşğul olmalıdır. Quran-Kərim buyurur: "(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!" ("Ali-İmran": 104). Xalqa əmr etməyə səlahiyyəti olan şəxslər, həmişə onunla ünsiyyətdə olmalı, onun ehtiyaclarını görməli, ölkə daxili və xarici problemlərinin həllinə çalışmalı, ölkədə qayda-qanuna əməl olunmasına çalışmalı və eləcə də xalqın mənəvi yüksəlişə doğru addımlamasına şərait yaratmalıdır.

Ədalət

Ədalət islami hökumətin ən mühüm prinsipi götürülmüşdür. Adil olan Allah öz xəlifələrinə yer üzündə ədaləti bərpa etməyi əmr etmişdir: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir". ("Nisa": 58).

Millət

İslamın siyasətdə işlətdiyi millət sözü Qurani-Kərinin ona irsidir və öz siyasi, ictimai və iqtisadi işlərini yeganə Allaha etiqad (tövhid) və peyğəmbər göstərişləri əsasında quran cəmiyyətə xitab olunmuşdur və habelə, belə camaatı ən yaxşı millət adlandırmışdır: "(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız ". ("Ali-İmran": 110). Məlum olur ki, İslam milləti o ümmətdir ki, Allaha inanır və Peyğəmbərin (s) göstərişlərinə əməl edir. Heç bir quruluşu İslamdan üstün tutmur, həqiqi İslamı özü tanıdıqdan sonra başqa millətlərin də onu tədqiqlə tanımasına çalışır.

Buradadır ki, dünya İslamı tanıyacaq və onun gözəlliyini dərk edəcək, ondan başqa bütün qurluşlara arxa çevirəcəkdir və yalnız onun hökumətini qəbul edərək, ədalət icraçısı İmam Mehdinin (əc) zühurunun intizarında olacaqdır.

Yazdı:İlahiyyatçı Seyyid Zair

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment