Tədbirdə 21 islam ölkəsindən, o cümlədən Sudan, Fələstin, Bangladeş, Omman, İordaniya, İndoneziya, Bosniya, Mali, Pakistan, İraq, Əlcəzair, Suriya, Əfqanıstandan 80 nəfər iştirak edir.
Tehranda hərbiçilər arasında Beynəlxalq Quran müsabiqəsi keçirilir
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Tehranda İslam dövlətlərinin hərbiçiləri arasında ilk Beynəlxalq Quran müsabiqəsi keçirilir.
Musabiqə İran İslam Respublikası Mədəni İnqilab Şurasının təşəbbüsü ilə keçirilir. Tədbirdə 21 islam ölkəsindən, o cümlədən Sudan, Fələstin, Bangladeş, Omman, İordaniya, İndoneziya, Bosniya, Mali, Pakistan, İraq, Əlcəzair, Suriya, Əfqanıstandan 80 nəfər iştirak edir. Musabiqə Quranın qiraəti və əzbər oxunması üzrə aparılır.
Məlumatda bildirilir ki, musabiqənin keçirilməsində məqsəd orduda Quran Mənəviyyatının yayılması və hərbiçilərin Quran ruhiyyəsinə uyğun xidmət etmələrini təmin etməkdir. Bu tədbirin hər il keçirilməsi nəzərdə tutulub.
source : www.abna.ir