Azəri
Tuesday 7th of January 2025
0
نفر 0

"Təkasur" surəsi

"Təkasur" surəsi

.102.
ət-Təkasur (Çoxluqla öyünmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

1.    (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
2.    Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz].
3.    Xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
4.    Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
5.    Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə (elmi-yəqinlə) bilsəydiniz (fani dünya malına uymazdınız)!
6.    (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
7.    Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə (eyni-yəqinlə) görəcəksiniz!
8.    Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Ənfal" surəsi
"Təkasur" surəsi
Quran oxu sən ...
"Nas" surəsi
İftar üçün tövsiyə!
Ənkəbut" surəsi
Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
"Hucurat" surəsi
Quranın adları hansılardır?
Buruc" surəsi

 
user comment