Azəri
Monday 22nd of July 2024
0
نفر 0

“Bəqərə” surəsini oxumağın fəzilət və mükafatı

“Bəqərə” surəsini oxumağın fəzilət və mükafatı

Mərhum Təbərsi (r) "Məcməül-bəyan"da yazır:


"Həzrət Peyğəmbərdən (s) Quran surələri arasında hansı surənin digərlərindən
daha üstün olduğu soruşuldu. Həzrət Peyğəmbər (s) buyurdu: "Bəqərə surəsi daha
üstündür." Soruşdular: "Bəs Bəqərə surəsində olan ayələrin hansı daha
üstündür?" Peyğəmbər (s) buyurdu: "Ayətəl-kürsi." ("Təfsiri-nurus-səqəleyn", c.
1, s. 26; "Məcməül-bəyan", c. 1, s. 32; "Təfsiri-nümunə", c. 1, s. 59)


İmam Əli ibn Hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:


"Hər kəs "Bəqərə" surəsinin başlanğıcından 4 ayə, "Ayətəl-kürsi", ondan
sonrakı iki ayəni və Quranın digər bir yerindən 3 ayə oxusa, mal və canında heç
bir xoşagəlməzlik görməz. Şeytan həmin şəxsə yaxınlaşmaz və bu şəxs heç zaman
Quranı yaddan çıxarmaz." ("Təfsire-nümunə", c. 1, s. 59; "Təfsire-nurus-səqəleyn",
c. 1, s. 26; "Səvabul-əmal", s. 237)


Başqa bir yerdə İmam Rizanın (ə) yatmazdan öncə və hər namazdan sonra Ayətəl-kürsi
oxuyan şəxs haqqında belə buyurduğu nəql edilir:


"Hər kəs yatmazdan öncə "Ayətəl-kürsini" oxusa, əgər Allah-taala istəsə,
heç zaman iflic olmaz. Hər kəs bu ayəni namazdan sonra oxusa, yırtıcı heyvanlar
heç zaman ona zərər yetirməz." ("Səvabul-əmal", s. 239)


"Ali-İmran" surəsini oxumağın fəziləti və mükafatı


Həzrət Peyğəmbər (s) buyurur:


"Hər kəs "Ali-İmran" surəsini tilavət etsə, bərzəx körpüsündə həmin şəxsə
surənin ayələri sayında aman verilər." ("Məcməül-bəyan", c. 1 və c. 2, s. 405)


İmam Sadiq (ə) bu haqda buyurur:


Bir şəxs "Bəqərə" və "Ali-İmran" surələrini oxusa, bu surələr Qiyamət günü
iki bulud tək onun üzərinə kölgə salar." ("Təfsiri-nurus-səqleyn", c. 1, s.
309)


"Nisa" surəsini oxumağın fəzilət və mükafatı


Həzrət Peyğəmbər (s) buyurur:


"Hər kəs "Nisa" surəsini oxusa, bu surə əsasında irs aparacaq hər müsəlman
qədər Allah yolunda infaq etmiş kimidir və ona qul azad etmiş şəxsin mükafatı
verilər." ("Təfsiri-nümunə", c. 3. s. 275)


Əmirəl-möminin Əli (ə) buyurur:


"Hər kəs cümə günü "Nisa" surəsini oxusa, qəbr sıxıntısından azad olar."
("Səvabul-əmal", s. 239)


"Maidə" surəsini oxumağın fəzilət və mükafatı


İmam Baqir (ə) buyurur: "Hər cümə axşamı "Maidə" surəsini oxuyan şəxs,
xalqa zülmdən uzaq olar və heç vaxt Allaha şərik qərar verməz." (Həmin mənbə)


"Ənam" surəsini oxumağın fəzilət və mükafatı


İbn Abbas deyir: "Ənam" surəsini hər gecə oxuyan şəxs qiyamətdə nicat
tapmışlardan olar və cəhənnəm alovunu heç vaxt gözləri ilə müşahidə etməz." ("Səvabul-əmal",
s. 241, h. 378)


İmam Sadiq (ə) buyurur: "Ənam" surəsi birdəfəyə nazil oldu. Bu surə həzrət
Məhəmmədə (s) çatanadək 70 min mələk tərəfindən müşayiət edildi. Bu surəni uca
tutun. Çünki surədə Allahın "ismi-əzəmi" 70 məqamda zikr edilmişdir. Əgər surədə
olan sirləri bilsəydiniz, heç vaxt ondan uzaqlaşmazdınız." (Həmin mənbə)

 


Miqdad Eyvazov


Mənbə: "Quran və həyat"

 


source : www.sibtayn.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ

 
user comment